V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə31/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   44
Gasimov-informatika-darslik (1)

Qrafik redaktorlara
– 
şəkillər, qrafik məlumatlar və s. ilə 
işləmək üçün müxtəlif imkanlara malik, müxtəlif səviyyəli bir çox 
proqramlar aid edilir. Bura sadə şəkillərin yaradılması üçün 
nəzərdə tutulmuş sadə qrafik redaktorlar ilə eyni zamanda 
mürəkkəb şəkillərin, sxemlərin, qrafiklərin, animasiyaların 
yaradılması və redaktəsi, imkanları olan mürəkkəb mühəndis 
qrafikasını və avtomatlaşdırılmış layihələndirmə sxemlərini yerinə 
yetirməyə imkan verən böyük proqram sistemləri daxildir. 
CorelDraw, FotoShop, FotoEditop, Paitbush və s. daha geniş 
istifadə edilən qrafik redaktorlardır.
Oyunlar və öyrədici proqramlar
intellekti inkişaf etdirmək, 
öyrətmək, müəyyən problemlərin həllində oyun vəziyyətlərindən 
istifadə etmək və istirahət məqsədilə nəzərdə tutulurlar. 


60 
4.2. Proqram təminatının yaradılması prinsipi 
Kompüterlər üçün yeni proqramların işlənib hazırlanması 
prosesi bir neçə mərhələdən ibarətdir. Proqramların tərtib 
olunmasının böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, hər bir 
mərhələni ayrı-ayrılıqda nəzərədən keçirək. 
4.2.1. Məsələnin qoyuluşu
Işin məqsədinin dəqiq formallaşdırılmasını təmin etmək 
üçün həll edilən məsələnin qoyuluşu, yəni tələbləri, şərtləri və 
qarşıya qoyulan vəzifələri müəyyənləşdirilməlidir. Bu zaman 
dəqiqləşdirilməlidir ki, ilkin verilənlər nədən ibarətdir, nəticə 
olaraq nəyi tapmaq lazımdır, hansı hesabat formaları tələb olunur, 
proqramın interfeysi necə olmalıdır (yəni istifadəçi ilə dialoq necə 
həyata keçiriləcək) və s. Məsələnin düzgün qoyuluşu onun tələb 
olunan səviyyədə həllinin təmin edilməsi üçün ən vacib şərtlərdən 
biridir. 
4.2.2. Məsələnin həlli alqoritminin qurulması
 
Alqoritm
- məsələnin həlli zamanı ilkin verilənlərdən 
axtarılan nəticəyə aparan, hesablama prosesini müəyyən edən və 
dəqiq təsviri olub yerinə yetirilən hərəkətlər ardıcıllığını müəyyən 
edir. "Alqoritm" sözü IX əsrdə ilk dəfə olaraq arifmetik 
məsələnin həlli yollarını tapan ərəb riyaziyyatçısı Musa əl-
Xorəzmin adından götürülüb. Alqoritmin qrafik interpretasiyası 
(təsviri) 
blok-sxem
adlanır. Alqoritmlər tərtib olunarkən aşağıdakı 
tələblər nəzərə alınmalıdır: 
-
dəqiqlik, yəni alqoritmdə səhv olmamalıdır. 
-
birqiymətlilik, yəni hər bir konkret vəziyyətdə nəyin necə 
yerinə yetirilməsi dəqiq bilinməlidir.


61 
-
universallılıq, yəni məsələnin alqoritmi verilən növ istənilən 
məsələnin həlli üçün tətbiq oluna bilməlidir. Bu o deməkdir 
ki, əgər kvadrat tənliyin həlli üçün alqoritm tərtib 
olunmuşdursa, onda bu alqoritm formasından asılı olmadan 
ixtiyari kvadrat tənliyin həlli üçün istifadə oluna bilməlidir.
-
nəticəlilik, yəni alqoritm sonlu olmalıdır, ilişməməli və ya 
sonsuzluğa aparıb çıxarmamalıdır. Hər bir alqoritm sonlu 
sayda addımlardan sonra, hətta səhv olsa belə hər hansı bir 
nəticəyə gətirib çıxarmalıdır.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin