Avstriya
Otuzillik müharibə və Vestfal sülhü Avstriyanın xarici siyasətində və beynəlxalq vəziyyətində əsaslı dəyişikliklər etdi. Qərbi Avropadakı işğalçılıq siyasətinin mümkünsüzlüyü aşkara çıxdı. Əsrlərlə ənənəvi düşmən olan Fransa ilə rəqabət gündəmdə olsa da, Avstriya Osmanlı imperiyasının zəiflədiyi və tənəzzül etdiyi Şərqə üz tutdu. 1664- cü ildə Avtriya ordusu türk qoşunları üzərində ilk böyük qələbəsinə nail oldu. Lakin bu qələbə avstriyalıların da özləri üçün də gözlənilməz olan bu qələbə möhkəmlənmədi. İmperator I Leapold sülh bağlamağa tələsdi. Türklər sülhdən istifadə edərək Avstriyaya qarşı möhkəmləndi və 1683- cü ildə hərbi əməliyyatlara yenidən başladı. Pis təchiz olunmuş Avstriya qoşunları bir- bir qalaları itirirdilər. 10 iyulda türk qoşunları Vyananı mühasirəyə aldılar. Almandağı (Kahlenberg) döyüşü II Vyana mühasirəsini məğlubiyyətə uğradan meydan müharibəsidir (12 sentyabr 1683). Vyananın köməyinə gələn III Yan Sobeskinin başçılığı ilə Alman, Avstriya ve Leh orduları ilə Kahlenbergdə (Almandağı) qarşılaşan Osmanlı ordusu Budin Bəylərbəyi Böyük İbrahim Paşanın uğursuzluğu və Krım xanı Murad Girayın vaxtında döyüşə girməməsi səbəbindən məğlubiyyətə uğradı. Orduya başçılıq edən Mərzifonlu Qara Mustafa Paşa bütün ələ keçirilənləri və ordu xəzinəsini buraxaraq çəkilməyi əmr etdi. Beləliklə, Vyana mühasirəsi uğursuzluqla nəticələndi. Hər cəbhədə irəli gedən "Müqəddəs İttifaq" qüvvələri 12 avqust 1687-ci il tarixində Osmanlı ordusunu Mohaç döyüşündə məğlub etdi və Valpo, Pojeqa kimi qalaları tutaraq irəliləməyə davam etdi. Osmanlı dövləti qarışıqlığın içərisində olarkən Habsburq ordusu 1688-ci ilin sentyabr ayında Belqradı ələ keçirdi və xalqı qətlə yetirdi. Buna cavab olaraq Sultan II Süleyman Avstriya səfərinə çıxaraq Qladova və Orşova qalalarını aldı. II Süleyman taxta keçdikdə Zülfüqar Ağa adlı bir Osmanlı elçisi həm yeni padşahın taxta çıxmasını bildirmək, həm də mümkün sülh danışıqlarında iştirak etmək məqsədilə Vyanaya göndərildi. Zülfüqar Ağa Vyanada ehtiramla qarşılandı, İmperator I Leopoldun müşavirləri ilə görüşdü və 10 fevral 1689-cu il tarixində bir sülh konfransı keçirilməsinə qərar verildi.10 fevralda olan konfransa Zülfüqar Ağa və yanındakı on nəfərlik Osmanlı nümayəndə heyəti ilə Venesiya, Polşa və Avstriya nümayəndələri iştirak etdi. Konfransda Venesiya nümayəndəsi ölkəsinin ələ keçirdiyi yerlər ilə Evbeya və Zakinf adalarını istəyərkən, Avstriya nümayəndə Timişvara və Aradı, Polşa nümayəndəsi isə bütövlükdə Podolyeni istədiyini bildirdi.
Bu istəklər qarşısında Zülfüqar Ağa sülh görüşünün nəticələnməyəcəyini anlamış və "Müqəddəs İttifaq" elçilərinə istehza ilə belə cavab vermişdir[4]:
" Cənablar! Bizi böyük dövlətin sahibi zənn edir olmalısınız. Heyrət edirəm! Görəsən, paytaxti-cahan olan İstanbulu niyə istəmirsiniz? "
Fransanın qərbi Avropada müharibə çıxaracağını eşidən Osmanlı sülh danışıqlarını yarıda qoyub döyüşməyə davam etmə qərarı almışdır. Türklərlə müharibə 10 il sürərək 1697- ci ilə qədər davam etdi. Dövrünün məşhur sərkərdəsi olan gənc şahzadə Yevgenin Savoyski 1697- ci ildə Zenta (Macarıstan) yaxınlığında həlledici döyüşdə qələbə çaldı.Osmanlı ilə Avstriya, Polşa, Venesiya, və Rus çarlığı arasında başlayan danışıqlar iki ay davam etdi. Sonda 1699-cu ilin yanvarın 26-da Karlovitsa müqaviləsi imzalandı. Sazişə görə, Avstriya Macarıstan və Transilvaniyanın böyük hissəsini aldı. Polşa Podoleni, Venesiya isə Dalmasiya sahilləri ilə Peloponnesi almış oldu.
Saziş, xüsusilə Balkanlar və Mərkəzi Avropadakı Osmanlı hakimliyinin sona çatmasına, Habsburq hakimiyyətinin başlamasına işarə verdi.
Dostları ilə paylaş: |