Tar.IX.4. Şagird Gürcüstanda sosial münasibətlərin tarixini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Müxtəlif dövrlərin sosial təbəqələrinin nümayəndələrini xronoloji cəhətcə qruplaşdıra bilirsə və onların qarşılıqlı münasibətləri barədə fikir yürüdə bilirsə. Məs.:
Dövr
Sosial təbəqələr
XI-XIII əsrlər
Zəngin aznaur, aznaur, kəndli – tacir-sənətkar
XV-XVIII əsrlər
Knyaz-aznaur, kəndli, tacir-sənətkar
Gürcüstanda urbanizasiya və miqrasiyanın başqa növləri nəticəsində baş vermiş sosial dəyişikliklər barədə mülahizə yürüdürsə. Müxtəlif tarixi dövrdə onların səbəblərini və nəticələrini müqayisə edirsə;
İslahatlar və inqilab nəticəsində sosial strukturlarda baş verən dəyişiklikləri təhlil edirsə;
Gürcüstanda müxtəlif dövrdə yaradılmış partiyalar barədə danışa bilirsə.