Tar.IX.6. Şagird Gürcüstanda mövcud olan dinlər və onların burada yayılmalarının tarixi səbəbləri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Xristianlığa qədərki dövrün gürcü Allahlarını qruplaşdırır, onların funksiyalarına işarə edir, qədim Şərq, antik və digər bütpərəst panteonlarda analoqlarını axtarırsa;
Gürcüstanda bütpərəstliyin Kartli dövlətinin yaranmasından sonra hansı dəyişikliklərə məruz qaldığını təhlil edirsə (məs.: kəskin iyerarxiyalılığın müdafiəsi, yeni bütlərin gətirilməsi və s.);
Xristianlığın dövlət dini elan olunmasının gürcü dövlətinin xarici oriyentasiyasının müəyyənləşdirilməsində əhəmiyyətini təhlil edə bilirsə. Gürcü mədəniyyətinin inkişafında və gürcü etnosunun möhkəmlənməsində xristianlığın rolu barədə mülahizə yürüdə bilirsə;
Gürcüstanda xristianlığın dövlət dini elan olunmasının köməkçi və maneə amillərini cəmləşdirirsə, başqa xristian ölkələrinin tarixində onların analoqunu axtarırsa;
Gürcü kilsəsinin iki nümayəndəsini seçir və onların dini və mədəniyyət sahələrində fəaliyyətini müqayisə edə bilirsə;
Gürcüstanda müxtəlif dövrlərdə mövcud olmuş dinlərin və konfesiyaların siyahısını tərtib edə bilirsə və həm bir-birləri ilə, həm də dövlətlə onların əlaqələri barədə mülahizə yürüdürsə;
Müxtəli dövrlərdə gürcü kilsəsinin strukturunu təsvir edirsə və onun iyerarxiyasını xarakterizə edə bilirsə.