Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


Mül.IX.2. Şagird cəmiyyətdə öz yerini və əhəmiyyətini müəyyənləşdirə bilər



Yüklə 1,14 Mb.
səhifə160/244
tarix28.12.2021
ölçüsü1,14 Mb.
#15032
1   ...   156   157   158   159   160   161   162   163   ...   244
Mül.IX.2. Şagird cəmiyyətdə öz yerini və əhəmiyyətini müəyyənləşdirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Savadlılığı, nəzakətliliyi və intizamlılığı insanın və cəmiyyətin rifahı ilə əlaqələndirirsə, cəmiyyətin inkişafı üçün/hərəkət qabiliyyətliliyi üçün onların rolunu və əhəmiyyətini təhlil edirsə;

  • Cəmiyyətdə davranış motivlərini təhlil edirsə (məs.: cəzalanma qorxusu, mükafat/səmərə, başqalarına xoş gəlmək/konformizm, qanunatabelilik, vicdanın səsi və s.) ;

  • Əxlaqi seçimi və davranışı cəmiyyətin təsiri ilə həyata keçirilmiş seçimdən və davranışdan fərqləndirirsə;

  • Cəmiyyətin əsas dəyəri və insanın başlıca mühiti kimi ailə barədə mülahizə yürüdürsə. Onda ailənin strukturu və funksional rollarını dəqiqləşdirirsə. Ailədə məsuliyyətlərin bölünməsi məsələsini təhlil edir və özünün məsuliyyəti barədə mülahizə yürüdürsə;

  • Həm sinif və həm də məktəb icmasının üzvləri qarşısında özünün rolunu, funksiyalarını, hüquqlarını, vəzifələrini və öhdəliklərini təsvir edə bilirsə;

  • Öz imkanlarına və maraqlarına müvafiq olaraq, məktəbin və sinfin həyatında düşünülmüş və fəal iştirak edirsə (məs.: məktəb müsabiqələri və konfranslarında, sinfə və ya məktəbə qayğı-sahiblik etməkdə və onları abadlaşdırmaq işində, şagirdlərin özünüidarəsi ilə konstruktiv əməkdaşlıqda, məktəb komandalarında və ya onların tərəfdaşları klublarında və s.);

  • Sinifdə, məktəbdə və cəmiyyətdə mövcud olan ümumi qaydalara əməl edirsə və ictimai normalara hörmət göstərməyin əhəmiyyətini əsaslandırırsa;

  • İnsanın və cəmiyyətin qarşılıqlı asılılığı barədə mülahizə yürüdürsə, şəxsiyyətin və cəmiyyətin mənafelərini fərqləndirməyi bacarırsa.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin