Mül.IX.1. Şagird özünün şəxsi xüsusiyyətlərini, nailiyyətlərini və imkanlarını təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
İnsanın mövcudluğu üçün nə lazım olduğunu sayırsa və onları öz arzularına uyğunlaşdırırsa; İnsanın tələbatların və arzularına əməl etmək yollarını saya bilirsə;
İnsanın hisslərini, emosiyalarını, xüsusiyyətlərini sadalayır və onları müsbət-mənfi nöqteyi-nəzərdən qruplaşdırırsa;
Cəmiyyətdə tamdəyərlə yaşamaq üçün zəruri olan insanın özü ilə dünyaya gəlmiş və sonradan qazandığı xüsusiyyətləri fərqləndirməyi bacarırsa;
Onun üçün məqbul şəxsi xüsusiyyətləri seçir və özü üçün onların inkişaf yollarını əks etdirirsə;
İnsani ləyaqəti izah edirsə, həyatdan misallar gətirirsə, bədii ədəbiyyatdan onun tapdalanması və müdafiə olunması barədə misallar gətirirsə;
Diskussiya zamanı insan ləyaqətinə hörmət nümayiş etdirirsə (məs.: ona qarşı yönəldilmiş fikri axıra qədər sakitcə, hisslərə qapılmadan dinləyir; şəxsi xüsusiyyətlər barədə söhbətdən kənar öz mövqeyini müdafiə edir və ya başqasının fikrinə qarşı çıxırsa və s.);
Sinif yoldaşlarından ibarət qrupla birlikdə insan ləyaqətinin ləkələndiyi və ya azadlığı tapdalandığı situasiyasını oynayırsa; bu ləyaqətlərin əhəmiyyəti barədə öz fikrini söyləyir və əsaslandırırsa; öz şəxsi hisslərini büruzə verə bilirsə (məs.: nə zaman ki, hiss edir, nə başqasından üstündür və ya nə də pis, nə zaman hiss edir ki, ləyaqətlə davranır);
İmpulsiv davranış (“istəyirəm”) və onlar arasında könüllü davranış (“zəruridir”) arasında fərq barədə mülahizə yürüdürsə, konkret misallar gətirirsə və əsaslandırılmış seçim edirsə. Şəxsiyyət öz davranışına görə məsuliyyəti öz üzərinə götürdüyü hallarda və ya belə etmədiyi təqdirdə bunları müzakirə edirsə, bunlardan hər hansı birinə dəlillərlə tərəfdar çıxırsa;
Cəmiyyətin inkişafı üçün dəyərlərə əsaslanan şəxsi seçimin əhəmiyyətini qiymətləndirirsə.