Mül.IX.9. Şagird Gürcüstan vətəndaşının konstitusiyalı hüquqları və azadlıqlarını, vəzifələrini və məsuliyyətlərini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Gürcüstan vətəndaşlığının əsaslarını və şərtlərini təsvir edə bilirsə;
Gürcüstan vətəndaşının konstitusiyalı hüquqlarını və azadlıqlarını İnsan Hüquqlarının ümumi bəyannaməsini müddəaları ilə müqayisə edə bilirsə;
Gürcüstanda vətəndaşların bərabər hüquqluğunun qarantları barədə mülahizə yürüdə bilirsə;
Yaş dövrünün xəttini çəkə bilirsə, hansında ki, Gürcüstan vətəndaşının əsas hüquqları, vəzifələri və müvafiq məsuliyyətləri göstəriləcəkdir;
Gürcüstanın yetkinlik yaşına çatmamış və yetkinlik yaşına çatmış vətəndaşlarının hüquqi vəziyyətinin fərqlərini və ya oxşarlıqlarını ayıra bilirsə;
Özünün qanuni hüquq-vəzifələrini və məsuliyyətlərini hüquqi sahələrə əsasən qruplaşdıra bilirsə (mülki, inzibati,cinayət və s.);
Gürcüstan vətəndaşının hüquq-vəzifələrini onların həyata keçirilməsi şərtlərinə əsasən qruplaşdırmağı bacarırsa (məs.: vətəndaşın iradəsi kifayətdir, ictimai barışıq kifayətdir, dövlətin hərəkəti zəruridir).