Mül.IX.8. Şagird cəmiyyətdə dinc yanaşı yaşamağın əsaslarını və şərtlərini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Sinif yoldaşları ilə birlikdə, özünün şəxsi müşahidələri əsasında hər hansı bir münaqişəli halı seçir və oynaya bilirsə; onun nizama salınmasının mümkün yollarını müzakirə edirsə (məs.: mənafelər mövqeyindən – danışıqlarla, qaydalar mövqeyindən – məhkəmə ilə və ya başqa yolla);
Verilmiş hallar üçün ən səmərəlisini seçirsə və öz mülahizəsini əsaslandıra bilirsə;
Sinif yoldaşları ilə birlikdə dinc ətraf mühit üçün zəruri gündəlik davranışın dövlət sənədlərini yaradırsa (məs.: buklet, plakat, yaddaş) və məktəbin özünüidarə orqanlarına təqdim edirsə;
Doğma diyarında yayılmış ənənəvi və müasir iqtisadi fəaliyyətləri səmərəliyinə görə müqayisə edə bilirsə; iqtisadi fəaliyyət sahəsini dəyişməyə səbəb olmuş amillər barədə mülahizə yürüdə bilirsə;
Cəmiyyətdə ədalətlilik şərtlərini dinc yanaşı yaşamağın əsasları ilə əlaqələndirməyi bacarırsa;
Öz məktəbinin, yaşayış məskəninin və ya ölkəsinin nümunəsində o məsələləri sadalaya bilirsə, hansıların ki, həlli üçün, onun fikrincə, çoxluğun fikrinin aşkara çıxarılması əhəmiyyətlidir (məs.: plebisit, rəy sorğusu, sorğu, seçkilər və s.);
Onun sinfində demokratik mühitin olub-olmaması barədə mülahizə yürüdə bilirsə (məs.: bərabərlik, qarşılıqlı hörmət, əməkdaşlıq atmosferi mövcuddurmu, diskussiya və müzakirə zamanı istənilən şagird öz fikrini azad surətdə ifadə edə bilərmi);
Gürcüstan əhalisinin rəngarəngliyini cəmiyyətdə dinc yanaşı yaşamağın və tolerantlığın əsası kimi müzakirə edirsə.