Regional bölünmə prinsipini başa düşürsə; bir neçə fərqli regionun xəritəsi ilə tanış olur və onların ayrılması prinsiplərindən məqsədli istifadə etmək barədə fikir yürüdə bilirsə;
Hər bir qrupda birləşmiş ölkələri onlar üçün xarakterik olan təbii şəraitlərə (xarakterik landşaftlar: tropik meşələr, arid landşaftlar və s.) əsasən müqayisə edirsə; öz mülahizələrini müxtəlif formada təqdim etməyi bacarırsa;
Xəritədə və müxtəlif coğrafi vasitələrdə verilmiş informasiyanın əsasında BMT-nin təsnifatına əsasən hər bir qrupda birləşmiş ölkələrin təsərrüfatlarının qabaqcıl sahələrini xarakterizə edir və müqayisə edirsə; yaranmış problemlər və inkişaf perspektivləri barədə mülahizə yürüdə bilirsə;
Regionları təbii şəraitlərə, təbii resurslara, iqtisadiyyatın sahələrinə, əhali və inkişaf perspektivlərinə əsasən müqayisə edirsə; bu qruplar arasında mümkün əlaqələr barədə mülahizə yürüdə bilirsə;
Mülahizələr söyləyir və qrup halında iş zamanı müxtəlif ölkələrin sabit inkişafı üçün əhalidən, resurslardan və ənənələrdən səmərəli istifadə olunmasının əhəmiyyəti barədə müddəaları əsaslandırmağı bacarırsa.