Xəritənin və başqa əyani vasitələrin köməyi ilə ölkələrin təbii resurslarını tədqiq edir, başqa ölkələrdən analoqlar gətirə bilirsə (məs.: tropik meşələr, düzənliklər, tayqa və s.);
Əhalinin statistik göstəricilərini (xəritələr, cədvəllər, qrafiklər, diaqramlar və s.) təhlil edirsə, əhalinin sıxlığı, məskunlaşmanın özünəməxsusluqları barədə mülahizə yürüdürsə; başqa ölkələrin analoji göstəricilərini müqayisə edir və nəticələri fərqli formatda əks etdirirsə;
Öyrəniləsi ölkənin ənənələrinin meydana gəlməsinin coğrafi və tarixi-mədəni özünəməxsusluqlarını tədqiq edirsə; başqa ölkələrlə müqayisə edir və ölkənin inkişafı üçün ənənələrin rəngarəngliyindən necə istifadə etmək ehtimallarını irəli sürə bilirsə;
Ölkələri iqtisadi fəaliyyətin sahə strukturu əsasında inkişafının mərhələlərinə əsasən (aqrar, sənaye, post sənaye) qruplaşdıra bilirsə;
İdxal-ixrac göstəricilərinə söykənərək ölkə resursları və təsərrüfatın ixtisaslaşdırılmasının sahələri barədə mülahizə yürüdürsə; ölkələri qeyd edilən göstəricilərə əsasən müqayisə edirsə;
Ölkədə mövcud olan problemləri (təbii resurslar və insan resursları, sosial-iqtisadi, siyasi və ekoloji) təhlil edirsə; mövcud olan problemlərin müvəffəqiyyətli həlli barədə ehtimal yürüdə bilirsə;
Mətni informasiyanı və müxtəlif tip coğrafi vasitələri təhlil edir və seçilmiş ölkənin dünya fonunda rolunun necə dəyişdiyini müəyyənləşdirə bilirsə; ölkənin gələcək perspektivləri barədə ehtimal bildirirsə (sosial-iqtisadi və hərbi-siyasi potensial).