Mül.X.5. Şagird sosial problemlərin həllində düşünülmüş iştirak və əməkdaşlıq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Özünün yaşadığı yerdə müxtəlif sosial azlıqları ayıra bilər (məs.: tənha qocalar, əlillər, himayəsiz uşaqlar, immiqrantlar və s.); bu adamlara münasibətdə cəmiyyətin qarşılıqlı əlaqələrinin özünəməxsusluqları barədə mülahizə yürüdürsə;
Gürcüstanda, onun fikrincə, bütün mühafizə olunmayan sosial qrupları ayıra bilirsə və cəmiyyət tərəfindən onlara yardım göstərmək imkanları barədə mülahizə yürüdürsə; öz mülahizələrini əsaslandıra bilirsə;
Sinif yoldaşları ilə birlikdə öz yaşayış məntəqəsində onun günün sağlam rejimi ideyasının populyarlaşdırılmasına hansı xidmətləri göstərə biləcəyini müzakirə edirsə; plan tərtib edir və məktəbin özünüidarəetmə orqanları ilə razılıq əsasında, informasiya-maarifləndirmə kampaniyasını həyata keçirirsə;
Sinif yoldaşlarından ibarət qrupla birlikdə, onun fikrincə, cəmiyyətin kömək durması zəruri olan ictimai qrupu seçirsə; bu qrupun ümumi məqsədlərini və vəzifələrini aşkar edirsə; sinif yoldaşları ilə birlikdə bu ictimai qrupun (yaxud da konkret nümayəndənin) yardımedici tədbirlərini və məktəb özünüidarəetməsinin köməyi ilə planlaşdırırsa, seçilmiş qrupa kömək məqsədi ilə yerli hakimiyyətin nümayəndələri ilə əməkdaşlıq edirsə;
Məqsədi məktəbin zərurətlərinin və sinif yoldaşlarının müvafiq imkanlarının dəqiqləşdirilməsindən ibarət olan “Məktəbə nə əlavə edə bilərik” sinif diskussiyasında iştirak edirsə; əvvəlki ildə göstərilmiş analoji işin nəticələrini nəzərə alır və özünün sinif yoldaşları ilə razılaşdırdığı fəaliyyət planını işləyib hazırlayırsa; planlaşdırılmış fəallıqlarda (məs.: məktəb kitabxanasının və ya idman salonunun tamamlanması, aşağı sinif şagirdlərinin ekskursiyalarında şagirdlərə kömək göstərmək, məktəbin və ya onun ətrafının abadlaşdırılması və s.)onun üçün ayrılmış rolu icra edirsə.