Mül.X.7. Şagird vətəndaş cəmiyyətinin mühüm əsaslarını tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Vətəndaş cəmiyyəti nə deməkdir? – diskussiyasında iştirak edirsə. Gürcüstanda siyasi partiyaların, ictimai təşkilatların və KİV-in rolu barədə mülahizə yürüdə bilirsə; başqa ölkələrlə paralellər keçirə bilirsə;
Özünün yaşadığı yerdə (regionda) ictimai təşkilatlardan birini seçir və onun barəsində informasiya toplayırsa; bu təşkilatın yaradılması məqsəd və səbəbləri barədə mülahizə yürüdə bilirsə;
Gürcüstanda insan hüquqlarının pozulması cəhətcə ən əhəmiyyətli ictimai hadisəni sadalaya bilirsə, onunla əlaqədar dərc olunmuş materiallarla tanış olursa, toplanmış informasiya əsasında referat yazırsa: hansı hüquqların pozulduğunu göstərirsə və əgər bu hüquqlar pozulmasaydı, cəmiyyət hansı nəticəni ala bilərdi.