Mül.X.9. Şagird Gürcüstanda özünüidarəetmənin və dövlət idarəçiliyi sisteminin inkişaf prosesini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Hər hansı bir dövlət hüquq-mühafizə orqanını (məs.: polis, məhkəmə, xalq müdafiəçisi və s.) və ya ictimai təşkilatın nümunəsində onların hüquqi səlahiyyətlərini, təyinatını (yaxud məqsədlərini) və fəaliyyətinin hüquqi müdafiəsini müzakirə edə bilirsə; mövcud təcrübənin nöqsanlarını və müvəffəqiyyətli cəhətlərini qiymətləndirməyi bacarırsa;
Zaman şkalasında Gürcüstanın dövlət idarəçiliyinin inkişafının bir neçə (3-5) əhəmiyyətli hadisəsini qeyd edirsə; hər bir hadisənin səbəb olduğu nəticələr barədə mülahizə yürüdürsə; həmin dövrün başqa dövlətləri ilə paralellər aparırsa (məs.: qonşu ölkələr, millət, Yaxın Şərq, Şərqi Asiya və ya Amerika);
Gürcüstan Demokratik Respublikasının və I Konstitusiyanın müasir gürcü dövlətçiliyi üçün əhəmiyyəti barədə mülahizə yürüdürsə; Konstitusiyalı varisliyi təsdiq edən faktlar söyləyirsə və dəyişiklikləri təhlil edirsə (məs.: dövlət quruluşu, idarəçilik, seçki sistemi və s.); baş vermiş dəyişikliklərə münasibətdə öz mövqeyini aşkarlayırsa;
Gürcüstanın qüvvədə olan Konstitusiyasını müzakirə edərkən onun qəbul olunmasının ilkin şərtləri və nəticələri barədə fikir yürüdə bilirsə; öz mülahizələrini cədvəl şəklində çəkə bilirsə;
Özünüidarəetmənin inkişafının Gürcüstan dövlətçiliyi üçün əhəmiyyətini sadalaya bilirsə;
Cəmiyyətin demokratikləşdirilməsi və suverenliyi barədə öz fikrini bəyan edə bilirsə; Gürcüstana bənzər (əhalinin sayına əsasən) bir neçə dövləti seçir və onu Gürcüstanla müqayisə edirsə, qeyd edilən iki əlamətə əsasən müqayisə edirsə; oxşarlıq və fərqləri ayıra bilirsə;
Gürcüstanın dövlət idarəçiliyinin müasir sistemini (strukturunu, onun hissələrinin funksiyalarını və qarşılıqlı əlaqələrini) öyrənə bilirsə; Gürcüstanın keçmişində mövcud olmuş idarəçilik sistemlərini demokratiklik və qanunun aliliyi nöqteyi-nəzərindən müqayisə edə bilirsə; işin nəticələrini müzakirə etmək üçün sinif yoldaşlarına təqdim edirsə.