Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


Mül.X.11. Şagird ölkənin demokratikləşdirilməsində vətəndaşların rolunu təhlil edə bilər



Yüklə 1,14 Mb.
səhifə201/244
tarix28.12.2021
ölçüsü1,14 Mb.
#15032
1   ...   197   198   199   200   201   202   203   204   ...   244
Mül.X.11. Şagird ölkənin demokratikləşdirilməsində vətəndaşların rolunu təhlil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Demokratiyanın əks olunması və inkişaf etdirilməsi barədə mülahizə yürüdürsə; Gürcüstanın və hər hansı bir ölkənin nümunələrini müqayisə edirsə;

  • Müəllimlə və sinif yoldaşları ilə birlikdə tədris ili ərzində onlar üçün məcburi xarakter daşıyan hüquqlar və vəzifələr siyahısını tərtib edə bilirsə;

  • Gürcüstan Konstitusiyası ilə təsbit edilmiş hüquqlar və vəzifələr barədə fikir yürüdürsə və insan hüquqlarının beynəlxalq bəyannamə ilə təsbit olunmuş hüquq və vəzifələr barədə mülahizə yürüdürsə və onları müqayisə edirsə;

  • Gürcüstanın və ya başqa ölkənin tarixindən cəmiyyətin təsiri ilə dövlət idarəçiliyində dəyişikliklərin baş verdiyini əks etdirən hadisələri sadalayırsa; bu hadisələrin nəticələrini demokratiya quruculuğunun irəliləyişi (yaxud əks tərəfə) nöqteyi-nəzərindən qiymətləndirirsə;

  • Demokratiyanın əsas prinsiplərini xarakterizə edir və onları insan hüquqları və vəzifələri ilə əlaqələndirirsə; öz mülahizələrini onun üçün məlum olan beynəlxalq sənədlərin müddəalarının köməyi ilə əsaslandırırsa (məs.: İnsan Hüquqları Üzrə Ümumi Bəyannamə, İnsan Hüquqları Üzrə Avropa Konvensiyası, Uşaqların Hüquqlarını Müdafiə Konvensiyası və s.);

  • Gürcüstan Konstitusiyasında Gürcüstan vətəndaşlarının seçki hüquqlarına aid olan maddələr tapırsa; onların təhlili əsasında onların demokratik və ədalətli seçkilər prinsipləri ilə uyğunlaşdırılması barədə fikir yürüdürsə (məs. ümumi, birbaşa, gizli səsvermə, bərabərlik) öz məktəbinin, yaşayış yerinin və regionunun nümunəsində müxtəlif seçki (məs.: majoritar, proporsional və s.) sistemlərini vətəndaşların hüquqlarının müdafiəsi mövqeyindən qiymətləndirməyi bacarırsa;

  • İctimai-siyasi həyatdan əhəmiyyətli hadisələri seçir və sinif yoldaşlarından ibarət qrupla birlikdə bu hadisədə insanların iştirakının motivasiyasını, imkanlarını və dərəcəsini müzakirə edirsə; müvafiq hüquqi sənədlərin təhlili əsasında ictimai şərikli iştirakın həvəsləndirilməsi üçün tövsiyələr yazırsa;

  • Məktəbin qəyyumlar şurası və ya müdiriyyətinin tədris prosesi ilə əlaqədar qərarları ilə tanış olur və dostları ilə birlikdə müzakirə edirsə; bunların məktəbdə ictimai (məs.: şagirdlərin özünüidarəsində, pedaqoqların, valideynlərin, qonşu əhalinin və s.) mənafelərini nə dərəcədə nəzərə alındığını təhlil edirsə və yoldaşlarından ibarət qrupla birlikdə məktəbin inkişafında cəmiyyətin iştirakı barədə illik hesabat layihəsini yazırsa.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin