İstiqamət: dövlət idarəçiliyi və siyasət
Tar.XI.3. Şagird dövlətin nə olduğunu və əhəmiyyətini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Dövlətin xüsusiyyətləri barədə fikir yürüdə bilirsə;
-
Müxtəlif ölkələrin dövlətlərini tipoloji əsasda qruplaşdırırsa, onları bir-biri ilə müqayisə edirsə;
-
Dövləti sosial təşkilatın başqa formaları ilə müqayisə edirsə; onun müsbət və mənfi cəhətləri barədə mülahizə yürüdə bilirsə.
Tar.XI.4. Şagird idarəçilik strukturlarının formalaşdırılması və zamanda dəyişikliklərin analizini edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Dövlət idarəçiliyi strukturlarında dəyişikliklər zəruriyyətinə nə səbəb olduğu barədə mülahizə yürüdürsə;
-
İdarəçiliyin bu və ya digər formasının bu və ya digər dövr üçün xarakterik olduğu barədə öz mülahizəsini ifadə edə bilirsə;
-
Gürcüstanda müxtəlif dövrdə mövcud olan idarəçilik strukturlarını müxtəlif ölkələrdə eyni dövrdəki idarəçilik strukturları ilə müqayisə edirsə;
-
İki inqilabı seçir və onların başvermə səbəblərini müqayisə edirsə.
Tar.XI.5. Şagird Gürcüstanda və dünyada daxili və xarici siyasətin köklü məsələlərini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Dövlətlərdən birini seçir və hər hansı bir dövrdə onun inkişafını və parçalanmasını şərtləndirən xarici və daxili amilləri qruplaşdıra bilirsə;
-
Dövrlərdən birini seçir və müxtəlif dövlətlərin Gürcüstana münasibətdə maraqlarını müqayisə edirsə;
-
Gürcü dövlətinin (dövlətçiliyinin) sonrakı inkişafına təsir göstərmiş Dünyada inkişaf edən əhəmiyyətli tarixi hadisələr barədə mövzu yaza bilirsə;
-
Sinif yoldaşlarından ibarət qrupla birlikdə siyasi xadim seçir və onun tərəfindən seçilmiş xarici və ya daxili siyasət xəttinin nəticələri barədə fikir yürüdə bilirsə (məs.: II Erekle tərəfindən Georgiyevsk traktatının imzalanması);
-
Hər hansı bir konkret dövrü seçir, o dövrün dünya dövlətinin (dövlətlərinin) maraqlarını ayırırsa. Gürcü dövlətinin (dövlətlərinin) bu konkret dövryə münasibətdə yerini və rolunu müəyyənləşdirə bilirsə.
Dostları ilə paylaş: |