Tar.XI.2. Şagird resursların və iqtisadiyyatın qarşılıqlı təsirini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Təbii və antropogen dəyişikliklərin iqtisadi inkişafa necə təsir göstərdiyi barədə mülahizə yürüdə bilirsə (məs.: donuqluq, qədim Şərq sivilizasiyalarında irriqasiya amilinin əhəmiyyəti...);
Dövrlərdən birini seçir və texnoloji dəyişikliklərin və iqtisadi inkişafın qarşılıqlı təsiri barədə mülahizə yürüdə bilirsə;
Dövlətlərdən birini seçir və onun ərazisində tapılmış xammalın bu ölkənin iqtisadi prioritetlərinə necə təsir göstərdiyi barədə mülahizə yürüdə bilirsə.