Tar.VIII.8. Şagird dövlətdə idarəçilik formaları ilə siyasi rejimin qarşılıqlı əlaqəsini izah edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Dövlət anlayışını izah edirsə və onun əsas elementlərini xarakterizə edirsə (idarəçilik forması, dövlətin ərazi-inzibati quruluşu, siyasi rejimi);
Hər hansı bir ölkəni seçir və onun nümunəsində dövlət idarəçiliyinin dəyişikliklərinə təsir göstərən səbəbləri sadalaya bilirsə;
Dövlətin biganəlik göstərməyə haqqı olmadığı ictimai mənafeləri sadalaya bilirsə. Öz mülahizəsini tarixi misallarla əsaslandırırsa;
Siyasi rejimin nə olduğunu izah edirsə və onun müxtəlif növlərini sadalayırsa (məs. demokratik, avtoritar, totalitar və başqa) dövlətlər;
Müxtəlif siyasi rejimləri bir-biri ilə müqayisə edirsə və onun fikrincə, Gürcüstan üçün ən effektlisini seçə bilirsə;
Gürcüstan Konstitusiyasında demokratiyanın təminatı ilə əlaqədar müddəalar axtarır və onları təhlil edə bilirsə (məs.: hakimiyyətin bölünməsi və seçkililiyi, çoxpartiyalılıq, insanın siyasi hüquqları və s.), demokratiyanı gücləndirməyə yönəldilmiş dəyişikliklər barədə öz mülahizələrini deyə bilirsə.