Yanğın təhlükəsizliyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI QANUNU
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 .
Qanunda istifadə olunan əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1) yanğın — maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə zərər
yetirən nəzarətsiz yanmadır;
2) yanğından mühafizə — yanğınların qarşısının alınmasının
və söndürülməsinin təşkili,
bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə
orqanlarının, qüvvələrin və vasitələrin məcmusudur;
1
3)yanğın nəzarəti — yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların
tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi
növüdür;
2
4) yanğın təhlükəsizliyi — təşkilati,
iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat
tədbirlərinin
elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların,
qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz
fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son
dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini
təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf
mühitə təsirini aradan
qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır;
3
5) yanğın təhlükəsizliyi tələbləri — yanğın təhlükəsizliyini təmin etmək məqsədilə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli
xüsusi şərtdir;
6) yanğın təhlükəsizliyi tələblərinin pozulması — yanğın təhlükəsizliyi tələblərinin yerinə
yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir;
7) yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi — yanğınla
mübarizəyə yönəldilmiş
qüvvələrin və vasitələrin, habelə hüquqi təşkilati, iqtisadi, sosial
və elmi-texniki xarakterli
tədbirlərin məcmusudur;
8) yanğına qarşı rejim — yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq və
yanğınları söndürmək məqsədilə insanların davranış qaydaları, istehsalın təşkili və binaların
(ərazilərin) sazlanması qaydasıdır;
9) yanğın təhlükəsizliyi tədbirləri — yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən
yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi
sahəsində fəaliyyətdir;
10) yanğınların söndürülməsi — insanların və əmlakın xilas edilməsinə, yanğınların
söndürülməsinə yönəldilmiş əməliyyatlardır;
11) yanğınların söndürülməsi ilə əlaqədar ümdə qəza-xilasetmə işləri insanların, əmlakın
xilas edilməsi, yanğından zərər çəkənlərə həkiməqədər ilk yardım göstərilməsi üçün yanğından
mühafizənin apardığı operativ əməliyyatdır;
12) yanğınsöndürmə texnikası məhsulu — yanğın təhlükəsizliyinin təmin edilməsi üçün
nəzərdə tutulan xüsusi
texniki və elmi-texniki məhsul, o cümlədən yanğınsöndürmə texnikası
və avadanlığı, yanğınsöndürmə ləvazimatı, yanğınsöndürən və yanğından qoruyan maddələr,
xüsusi rabitə və idarəetmə vasitələri, hesablayıcı elektron maşınlar
üçün proqramlar və
məlumat bazaları, habelə yanğınların qarşısının alınması üçün digər vasitələridir;