Yanğın təhlükəsizliyi haqqında


M a d d ə 1 7 .  Yanğınsöndürmə texnikası məhsulunun istehsalı



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix15.12.2022
ölçüsü0,52 Mb.
#74985
1   ...   4   5   6   7   8   9   10   11   ...   34
313-IQ Yanğın təhlükəsizliyi haqqında

25
M a d d ə 1 7 .  Yanğınsöndürmə texnikası məhsulunun istehsalı 
Yanğınsöndürmə texnikası məhsulu dövlət sifarişi və dövlət müdafiə sifarişi əsasında, 
habelə sahibkarlıq fəaliyyəti qaydasında istehsal edilir. 
Yanğınsöndürmə texnikası məhsulun istehsalı dövlət tərəfindən tənzimlənir. 
Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət sifarişi yanğın təhlükəsizliyi sahəsində 
respublika məqsədli proqramlar əsasında həyata keçirilir. Yanğınsöndürmə texnikası məhsulu 
üçün dövlət müdafiə sifarişini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
müəyyənləşdirir. 
Dövlət sifarişinin və dövlət müdafiə sifarişinin yerinə yetirilməsi Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 
M a d d ə 1 8 .  Yanğınların söndürülməsi 
Yanğınların söndürülməsinə qüvvə və vasitələrin cəlb olunması, yanğından mühafizə 
qarnizonlarında yanğınların söndürülməsinin təşkili qaydasını Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 
Əgər müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə qüvvələri və vasitələri, habelə 
həyat təminatı xidmətləri yanğının ləğvinə kifayət etmirsə, fövqəladə hala çevrilmiş yanğını 
söndürmək və onun nəticələrini aradan qaldırmaq üçün “Fövqəladə vəziyyət haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada zəruri olan əlavə 
yanğından mühafizə qüvvələri və vasitələri cəlb edilir. 
Yanğından mühafizə bölmələri yanğınları söndürmək və onların ləğvində iştirak etmək 
üçün şərtsiz qaydada yola düşürlər. 
Yanğından mühafizə bölmələrinin çağırılması üçün yaşayış məntəqələrinin telefon 
şəbəkələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən nömrə müəyyən edilir. 
26
Yanğınlar söndürülərkən insanların təhlükəsizliyinin təmin olunması, əmlakın xilası üçün 
zəruri hərəkətlər edilir, o cümlədən: 
1) yanğınların və onların təhlükəli təzahürlərinin yayıldığı (yayılması ehtimalının olduğu) 
yerlərə girilir; 
2) yanğınların yayılmasına mane olan və ləğvini təmin edən şərait yaradılır; 
3) rabitə və nəqliyyat vasitələrindən, avadanlıqlardan və digər texniki vasitələrdən əvəzsiz 
olaraq istifadə olunur; 
27
4) yanğın yerlərinə giriş məhdudlaşdırılır və ya qadağan edilir, habelə oraya bitişik 
ərazilərdə nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırılır və ya qadağan edilir; 
5) yanğın yerlərindən adamlar və əmlak köçürülür. 
Yanğının söndürülməsinə bilavasitə rəhbərliyi yanğınsöndürmə rəhbəri — yanğından 
mühafizənin yanğın yerinə gəlmiş böyük operativ vəzifəli şəxsi (əgər ayrı qayda nəzərdə 
tutulmayıbsa) həyata keçirir. O, yanğının söndürülməsi üzrə əməliyyatların yerinə 


yetirilməsində iştirak edən yanğından mühafizənin şəxsi heyətini, habelə yanğının 
söndürülməsinə cəlb olunmuş qüvvələri təkbaşçılıq prinsipləri əsasında idarə edir. 
Yanğınsöndürmə rəhbəri yanğınsöndürmə tapşırığının yerinə yetirilməsinə, yanğının 
söndürülməsinin həyata keçirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinin və 
yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrin təhlükəsizliyinə cavabdehdir. 
Yanğınsöndürmə rəhbəri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi 
ərazinin sərhədlərini, göstərilən hərəkətlərin qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir
habelə yanğın zamanı adamların, əmlakın xilas olunması barədə qərarlar qəbul edir. 
Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə 
vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir. 
Yanğınsöndürmə rəhbərinin göstərişləri yanğının söndürülməsi üzrə əməliyyatların həyata 
keçirildiyi ərazidə bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır. 
Heç kəs yanğın zamanı yanğınsöndürmə rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya onun 
verdiyi sərəncamları ləğv edə bilməz. 
Yanğın söndürülərkən dəyən maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
nəzərdə tutulmuş qaydada ödənilməlidir. Son zərurət şəraitində fəaliyyət göstərmiş yanğından 
mühafizənin şəxsi heyəti və yanğının söndürülməsinin digər iştirakçıları dəyən ziyanın 
ödənilməsindən azad edilirlər. 
M a d d ə 1 9 .  Yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsi 
Yanğın təhlükəsinin gücləndiyi hallarda Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanlarının qərarı ilə müvafiq ərazilərdə yanğına qarşı xüsusi rejim 
müəyyənləşdirilir və xüsusi rejimin qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı və onun bölmələri ilə razılaşdırılan əlavə yanğın təhlükəsizliyi 
tədbirləri həyata keçirilir. 
M a d d ə 2 0 .  Yanğınların və onların nəticələrinin uçotu 
Azərbaycan Respublikasında yanğınların və onların nəticələrinin statistik uçotunun vahid 
dövlət sistemi fəaliyyət göstərir. 
Yanğınları və onların nəticələri üzrə rəsmi statistika uçotunu və dövlət statistika hesabatını 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun bölmələri aparır. 
28
Yanğınların və onların nəticələrinin uçotu qaydasını Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanı müəyyənləşdirir. 
M a d d ə 2 1 .  Yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin