Bir çox insanlar ürək xəstəliklərindən əziyyət çəkir.
Bunlar sırasında gənclər də kifayət qədərdir. Sizcə,
ürək xəstəliklərinin artmasının əsas səbəbləri nələrdir?
- Ürək xəstəlikərinin artmasının səbəbi insanların yaşam
keyfiyyətinin yüksəlməyi ilə birbaşa əlaqəlidir. Mad-
di gəlir yüksəldikcə əvvəlki illərlə müqayisədə insanlar
çox kalorili qidalardan istifadə edirlər. Yüksək kalori-
li qidalar qanda xolesterinin miqdarının yüksəlməsinə
səbəb olur. Xolesterin qanda dövran edən yağa oxşa-
yan bir maddədir. Qandakı xolesterinin çoxunu “yaxşı”
və “pis” xolesterin təşkil edir. “Yaxşı” xolesterinin ürək-
damar xəstəliyinə qarşı qoruyucu olduğu güman edilir.
"Pis” xolesterin damar sərtliyi və ürək-damar xəstəliyi
təhlükəsinin qaynağıdır. Bu səbəblə, müalicə zamanı
əsas hədəf “pis” xolesterini azaltmaqdır. İnsanlar əvvəlki
illərlə müqayisədə çox hərəkətsizdirlər.Bu gün şəxsi
nəqliyyat vasitələrindən istifadənin artması insanlarda
hərəkətsizliyə gətirib çıxarıb. Bununla yanaşı, siqaretdən
istifadə də ürək xəstəliklərinin artmasında mühüm fak-
tordur. Yaşayış tempinin artması, stress, işi çatdıra bilmə,
həyəcanın verdiyi stress və s. hamısı ürəyin yüklənməsinə
və xəstəliklərin yaranmasına gətirib çıxarır.
Dostları ilə paylaş: |