Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə41/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   37   38   39   40   41   42   43   44   ...   86
Ektorurizmin  növləri.  Ekoloji  və  onunla  bilavasitə  bağlı  turizm 
növləri  uzunmüddətli  elmi  ekspedisiyalardan  tutmuş  təbiət 
qoynundakı  qısamüddətli  istirahət  növünədək  çox  geniş  fəaliyyət 
spektrinə malikdir. Ümumiləşdirilmiş halda onlar şərti olaraq müxtəlif 
meyarlar  əsasında  (səyahətçi  qruplaşmalarına,  əsas  səyahət 


 
77 
obyektlərinə,  turizm  fəaliyyətinin  növünə  və  qalma  müddətinə  görə 
və s.) müxtəlif olurlar. Hal-hazırda bu fəaliyyətlər adətən şərti olaraq 
elmi, öyrədici və rekreasiya turizmi formalarına bölünürlər. 
Elmi  turizm  alimlərin  ekspedisiyalarını,  tələbələrin  yay  sahə 
praktikalarını  və  digər  səyahətləri  əhatə  edərək  səyahət  ərazisindən 
elmi  məlumatların  yığılmasından  ibarət  olur.  Elmi  turizm  ümumi 
ekoturizm  axınının  kiçik  bir  hissəsini  əhatə  etdiyinə  baxmayaraq 
yüksək  əhəmiyyətə  malikdir.  Əvvəla,  o  az  öyrənilmiş  ərazilər  və 
obyektlər  haqqında  qiymətli  məlumatlar  verir.  Alınmış  məlumatlar 
təkcə elmin inkişafında deyil, həmçinin regionda ekoturizmin davamlı 
əsaslar üzərində inkişafına köməklik göstərə bilər.  
Öyrədici  turizm  –  klassik  mənadakı  ekoturizmdən  ibarətdir. 
Misal olaraq hal-hazırda bir çox ölkələrdə geniş tətbiq olunan quşları 
(bördvoçinq  -  ingiliscə  birdwatching),  nadir  kəpənəkləri  müşahidə 
turlarını,  botaniki ekskursiyaları,  arxeoloji,  etnoqrafik və paleontoloji 
səyahətləri  (Eldar  faunası,  Pirküşkül  faunası,  Binəqədi  faunası, 
Daşkəsən paleobotaniki abidə və s.), video və fotoçəkiliş həvəskarları 
üçün ekosafarilərin təşkilini göstərmək olar.  
Rekreasiya turizmi əsasən təbiət qoynundakı istirahəti nəzərdə 
tutur. Lakin burada müəyyən öyrədici məqsədlər də mövcuddur. Bu 
turizm  forması 
aktiv  və  passiv  şəkildə  ola  bilər.  Aktiv  rekreasiya 
turizmi  forması  piyada,  at  və  xizəklə  olan  səyahətləri,  alpinizmi, 
speleoturizmi, dağ və su səyahətlərinin müxtəlif formalarını nəzərdə 
tutur.  Azərbaycan  əraziləri,  xüsusilə  Quba,  Qusar,  Qazax,  Laçın, 
Qubadlı,  Kəlbəcər  və  Dağlıq  Qarabağ  əraziləri  xeyli  speleoturizm 
(mağara  turizmi)  potensialına,  Şamaxı  rayonunun  Pirqulu  ərazisi  isə 
əlverişli xizək turizmi imkanlarına malikdir. 
Passiv  rekreasiya  turizmi  formasına  çadır  düşərgələrindəki 
istirahət, yaxın məsafələrə təşkil edilən səfər və gəzintilər, pikniklər, 
qarmaqla  balıq  ovu,  ekoloji  davamlılıq  prinsipi  əsasında  həyata 
keçirilən müxtəlif təbiət məhsullarının yığımı aiddir. 
Biosfer  Rezervat  ərazilərində  ekoturizmin  əsas  prinsipləri 
aşağıdakılardan ibarətdir: 


 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin