78
Cədvəl 14
Prinsiplər
Ekoturizmin fərqləndirici xüsusiyyətləri
Ekoloji və sosial-
mədəni təsirlərin
fəsadlarının
minimuma
endirilməsi
•
Rekreasiya təzyiqinin zərərsiz həddi gözlənilir;
•
Turizmin inkişafı dəqiq tərtib edilmiş plan əsasında
aparılır, idarə olunur və nəzarətdə saxlanılır;
•
Təbiət ərazilərindəki davranış qaydalarına riayət
edilir;
•
Turistlərin istifadə etdikləri transport vasitələri
ekoloji təmiz olur;
•
Yaranmış zibil tullantıları xüsusi vasitələrin köməyi
ilə yığılır, ərazidən çıxarılır, ekotexnoloji emala
göndərilir;
•
İstirahət, tonqal və digər hərəkətlər ancaq xüsusi
ayrılmış yerlərdə həyata keçirilir;
•
Canlı təbiət obyektlərində hazırlanmış suvenirlərin
alınması qadağan edilir;
•
Göbələk, giləmeyvə, gül, dərman bitkiləri və
istənilən təbiət suvenirləri icazə verilən zaman və
məkan daxilində həyata keçirilir;
•
Turistlərin qalması üçün nəzərdə tutulmuş otellər,
kempinqlər, koma və digər sığınacaq yerləri elə
yerlərdə salınır ki, onlar ətraf landşaftın normal və
davamlı inkişafına mane olmur, onun estetik
görkəminə xələl gətirmir;
•
Bu otel və kempinqlər ekoloji təmiz materiallardan
hazırlanır, su və enercidən rasional istifadə edilir,
atılmalar və çirkab suları təmizlənir, tullantılar təkrar
istifadə edilir;
•
Turistlərin ərzaqları ekoloji təmiz və faydalı olmaqla
ancaq yerli məhsullardan istifadə edilir;
•
Turistlər yerli mədəni adət və ənənələrə, həyat
tərzinə hörmətlə yanaşmaqla bərabər, onları
öyrənməyə və anlamağa çalışırlar
79
Təbiətin, yerli
sosial və mədəni
mühitin
mühafizəsinə
yardım etmək
Turist fəaliyyəti biosfer rezervatın əlavə maliyyə
mənbəyinin yaranmasını təmin edir;
•
Tur iştirakçıları öz imkanları çərçivəsində təbiəti
mühafizə tədbirlərində iştirak edirlər;
•
Turizm Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri ilə
yerli əhali arasındakı əməkdaşlığın inkişafına yardım
edir, onun ictimai nüfuzunu yüksəldir;
•
XMOTƏ
sisteminin
beynəlxalq
əlaqələrini
genişləndirir.
Ekoloc təhsil və
maarifləndirmə
•
Turistlər əvvəlcədən, səyahətdən öncə tur
ərazisinin təbiəti və ərazidə davranış qaydaları
haqqında məlumatlandırılırlar;
•
Turistlər təbiətin mühafizəsi yolundakı məsuliyyət
və cavabdehliklərini dəqiq anlayır və dərk edirlər;
•
Turlar və ekskursiyalar mütləq ekoloji
məlumatlandırma xarakteri daşıyır;
•
Turları ixtisaslaşdırılmış gid-şərhedicilər aparırlar;
•
Əsas baxış obyektləri müxtəlif maraqlı və ekoloji
əlverişli təbiət və mədəni landşaftlardır;
•
Proqrama ekoloji təlim cığırlarına, təbiət və
diyarşünaslıq muzeylərinə səyahətlər də daxil edilir;
•
Turistlər yerli ekoloji problemlər və onların həlli
yolları ilə tanış olurlar;
•
Turistlər yerli ekoloji problemlərin həllində öz imkan
və bacarıqları daxilində iştirak edirlər;
Yerli əhalinin
turist
fəaliyyətinin
təşkilində iştirakı
və kiçik
sahibkarlıq
fəaliyyəti
•
Əsasən yerli işçi qüvvəsindən və yerli ərzaq
məhsullarından istifadə edilir;
•
Yerli əhali turist biznesinə cəlb edilir və öz ənənəvi
təsərrüfat formalarını inkişaf etdirir;
•
Cəmiyyətin müxtəlif sosial təbəqələri və qrupları
ekoturizm fəaliyyətindən gəlir əldə edir. Bu zaman
təbii mühitin mühafizəsi məsələsi yerli əhali üçün
iqtisadi cəhətdən sərfəli olur.
İqtisadi
effektivlik və
regionun
davamlı
inkişafına kömək
•
Turist fəaliyyətinə kompleks yanaşma;
•
Dəqiq hesabatlar əsasında həyata keçirilən
planlaşdırma, monitorinq və idarəetmə;
•
Ekoturizmin yerli ərazinin regional inkişafına
inteqrasiyası;
•
Müxtəlif istiqamətli təşkilatlarla sıx əlaqə;
|