92 II BÖLMƏ Biosfer Rezervat ərazisindəki təbiət komplekslərinin və abidələrinin mühafizəsinin təşkili Təbiət komplekslərinin və abidələrinin effektiv mühafizəsinin
təşkili məsələsi yaxın gələcəkdəki ən mühüm məsələlərdən biridir.
Bunun üçün aşağıdakı tədbirldərin həyata keçirilməsi zəruridir:
•
Rezervatın mühafizəçilərinin əmək haqqının ödənilməsi
sisteminin köklü surətdə dəyişdirilməsi;
•
Nəzarətçi heyəti öz peşə fəaliyyətinə daha aktiv sövq etmək
məqsədi ilə maddi stimullaşdırma sisteminin gücləndirilməsi (maaşa
əlavələr, mükafatlar);
•
Biosfer Rezervatın rəhbər işçilərinin peşəkarlıqlarının artırılması
məqsədi ilə onların iki həftəlik kurslara cəlb edilməsi;
•
Nəzarətçi heyətin savadının artırılması məqsədi ilə müasir
tələblərə cavab verən texniki ixtisasartırma kurslarına cəlb olunması;
•
Regional metodik seminarların keçirilməsi;
•
Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri (XMTƏ) üzrə nəzarətçi
inspektorların hazırlanması üçün peşəkar hazırlıq mərkəzlərinin
yaradılması;
•
XMTƏ-nin mühafizəsinin təşkili üzrə metodik vəsaitlərin
hazırlanması;
•
Nəzarətçi heyətə qarşı sövqedici mənəvi stimullaşdırma
metodlarının tətbiqi («ən yaxşı nəzarətçi», «Təbiətin mühafizəsindəki
xidmətlərinə görə» Şərəf Nişanı, Döş Nişanı, dövlət təltiflərinə
təqdimetmə praktikası və s. ola bilər);
•
Biosfer Rezervatın maddi-texniki təminatı üzrə investisiya
layihələrinin hazırlanması;
•
Beynəlxalq təcrübə əsasında XMTƏ-nin meşə zolaqlarının
yanğından mühafizəsi strategiyasının hazırlanması (coğrafi, landşaft
və iqtisadi aspektləri nəzərə almaqla);