100
Hirkan Biosfer Rezervatının ekoloji-maarifləndirmə fəaliyyətinin
əsas məqsədi geniş azərbaycan ictimaiyyətində, ilk növbədə yerli
icma arasında bioloji və landşaft müxtəlifliyinin qorunması
məsələsində rezervatların əhəmiyyətli rolunu aydınlaşdırmaq, onun
biosferdə və regionun sosial-iqtisadi inkişafında mühüm rol
oynadığını əhaliyə çatdırmaqdan ibarətdir. Bu hərəkat biosfer
rezervatların ölkənin milli sərvətlərinin tərkib hissələrindən biri və çox
vacibi olduğunu ictimaiyyət tərəfindən dəstəklənməsinə rəvac
verməlidir. Ekoloji-maarifləndirmə işlərinin sistemli təşkili aşağıdakı
məsələlərin həllindən çox asılıdır:
•
ekoloji-maarifləndirmə işlərinin aparılması zamanı rezervatda
olan elmi, tarixi və digər arxiv materialları, eləcə də elm şöbəsinin
təcrübə və potensialı əsasında elmi cəhətdən əsaslandırılmış bazanın
yaradılması;
•
rezervatın hər bir konkret regionunda (kəndində) əhalinin
bütün qrupları arasında məqsədyönlü və sistematik işlərin təşkili;
•
biosfer rezervata gələnlərlə işlərin təşkili;
•
müxtəlif tədris müəssisələri, müvafiq dövlət orqanları və yerli
özünüidarə təşkilatları, kütləvi informasiya vasitələri və bu sahədə
maraqlı olan digər qurumlarla sıx əməkdaşlığın həyata keçirilməsi;
•
uyğun ixtisaslar üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə
yardım;
•
ekoloji-maarifləndirici məlumatların və iş təcrübələrinin milli və
beynəlxalq miqyasda mübadiləsini təmin edən vahid informasiya
məkanının yaradılmasına çalışmaq;
•
Biosfer rezervatın idarə olunmasında ekoloji-maarifləndirmə
üzrə direktor müavini ştatı yaradılması da vacib addımlardan biri
sayılmalıdır.
Dostları ilə paylaş: