Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə54/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   50   51   52   53   54   55   56   57   ...   86
2.  Monitorinq.  Biosfer  rezervatın  elmi  fəaliyyətinin  «Təbiət 
salnaməsi»  proqramı  çərçivəsindəki  əsas  növlərindən  biridir.  Onun 
əsas  məqsədi  rezervat  ərazisindəki  təbii  komplekslərin  və  onların 
ayrı-ayrı  elementlərinin  vəziyyəti  haqqındakı  operativ  məlumatların 
toplanması,  böyük  zaman  kəsiyində  bu  sistemlərdə  baş  vermiş 


 
95 
dəyişikliklərin  izlənilməsi  üçün  uzunmüddətli  müşahidələrin 
aparılmasından  ibarətdir.  Bu  müşahidələr  təsərrüfat  fəaliyyətinin 
bilavasitə  təsiri  olmadığı  şəraitdə  təbii  mühitdəki  dəyişiklikləri  əks 
etdirir. «Təbiət  salnaməsi»  proqramı  çərçivəsində  zəruri  və  prioritet 
xarakterli monitorinq tədqiqatları aşağıdakı fəaliyyətləri əhatə edir: 

 
biomüxtəlifliyin  və  biotanın  tərkibinin  keyfiyyət  dəyişmələri 
üzərindəki  müşahidələr  (ilk  növbədə  onurğalı  heyvanlar  və  damarlı 
bitkilər üzərində aparılır); 

 
populyasiyaların vəziyyətinin araşdırılması məqsədi ilə aparılan 
müşahidələr: 
-Azərbaycanın  «Qırmızı  Kitabı»na  düşmüş  nadir  bitki  və  heyvan 
növləri üzərindəki müşahidələr;  
-qiymətli  sənaye-ovçuluq  əhəmiyyətli  və  epidemioloji  baxımdan 
maraq kəsb edən heyvan növləri, xüsusi əhəmiyyətli dərman bitkiləri, 
xüsusi sosial əhəmiyyətə malik digər növlər üzərindəki müşahidələr; 
-təbii birliklərin və ekosistemlərin edifikator-növlərinin və sistemin 
vəziyyətini bildirən indikator-növlərinin müşahidələri; 

 
ekosistemin vəziyyəti üzərindəki müşahidələr: 

 
«mühitin sağlamlığı»nın parametrləri üzərindəki müşahidələr; 

 
ekosistemin  vəziyyətinə  təsir  edən  abiotik  obyektlər  və 
hadisələr üzərindəki müşahidələr; 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin