Biosfer Rezervatın elmi-tədqiqat fəaliyyətinin idarəetmə sisteminin təkmilləşdirilməsi. Düşünürük ki, alınmış məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən
uyğun strukturunanalitik-informasiya mərkəzində cəmlənməlidir. Bu
strukturun əsas fəaliyyəti biosfer rezervatın mərkəzləşdirilmiş şəkildə
planlaşdırılması, koordinasiyası, biosfer rezervatların metodik
vəsaitlərlə təmin edilməsi, alınmış məlumatların toplanması,
saxlanılması, ümumiləşdirilməsi və digər elmi fəaliyyətlərin
təşkilindən ibarət olmalıdır. Biosfer rezervatın fəaliyyətinin strateci
məsələlərinin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-
Texniki Şurası və Elm Şöbəsi effektiv iştirak edə bilər.