93 III BÖLMƏ Biosfer Rezervatın elmi-tədqiqat fəaliyyəti
Biosfer Rezervatın fəaliyyəti zamanı qəbul edilmiş qərarlar elmi
əsaslandırılmalıdır. Bu elmi nəticələr nəinki biosfer rezervat
ərazisində, həmçinin digər təbiət ərazilərində də nəzərə alına bilər.
Effektiv, mərkəzləşdirilmiş və əlaqəli elmi-tədqiqat fəaliyyəti sistemi
yaratmaq üçün ilk növbədə aşağıdakı məsələlərin həlli vacibdir:
•
Biosfer Rezervatın elmi-tədqiqat fəaliyyətinin idarəetmə
sisteminin təkmilləşdirilməsi;
•
Elmi tədqiqatların təşkilinin və elmi informasiyaların
toplanmasının optimallaşdırılması;
•
Toplanmış informasiyaların effektiv və etibarlı mühafizə
sisteminin təşkili;
•
Əldə edilmiş elmi informasiyaların və məlumatların effektiv
istifadə olunması;
•
Elmi şöbənin kadr tərkibinin optimallaşdırılması və
əməkdaşların səviyyəsinin yüksəldilməsi.
İndi isə bu müddəaları ayrı-ayrılıqda araşdıraq: