94
sahədə rast gələn endemik, relikt ağacların etiketlərinin yazılmasıdır
(etiketdə növlərin azərbaycanca, latınca və ingiliscə adları
yazılmalıdır). Bütün sahə üzrə marşrut – gəzinti cığırların salınmasına,
hər 100 m-dən bir yüksəklikləri göstərən yazıların olmasına, istirahət
üçün yerlərin ayrılmasına, təbiət muzeylərinin, herbariumun və
biosfer rezervat kitabxanasının müasir səviyyədə olmasına çalışmaq
lazımdır. Biosfer rezervatlardakı elmi tədqiqat fəaliyyətinin təşkili
üçün hər bir ərazinin təbii xüsusiyyətlərinə və real tələbatlara
əsaslanan prioritet istiqamətlər sistemi müəyyənləşdirilməlidir. Elmi
Tədqiqat İşləri (ETİ) əsasən üç tip tədqiqatları - inventarizasiya,
monitorinq və problem tədqiqatları əhatə etməlidir.
1.
İnventarizasiya – elmi tədqiqat işlərinin əsas komponenti
olub onun digər tərkib hissələri üçün zəruri əsasların yaradılmasına,
biosfer ərazinin idarə olunmasına və ekoloji-maarifləndirmə
fəaliyyətinə köməklik göstərir. Onun əsas vəzifəsi rezervat
ərazisindəki təbii komponentlərin qiymətləndirilməsindən ibarətdir.
İnventarizasiya işlərinin nəticələri lokal, regional və qlobal
əhəmiyyətə malik olur. İnventarizasiya işlərinə biotanın (flora və
fauna), ekosistemlərin və birliklərin, torpaqların, landşaftların və
onların morfoloji hissələrinin, xüsusi diqqət tələb edən nadir və unikal
obyektlərin inventarizasiyası, eləcə də tematik kartoqrafiya işləri
(geobotaniki, torpaqşünas, geomorfoloji və s.) daxildir.
Zəruri və prioritet xarakterli inventarizasiya işləri aşağıdakı
fəaliyyətləri əhatə etməlidir:
•
Ərazidəki damarlı bitki növlərinin, onurğalı və üstünlük təşkil
edən onurğasız heyvan növlərinin izahlı siyahısının tərtib edilməsi;
•
Xüsusi əhəmiyyət kəsb edən və ərazidə yüksək bioloji
müxtəlifliyə malik olan bitki və heyvan qruplarının izahlı siyahısının
tərtib edilməsi;
•
Nadir, unikal və xüsusi diqqət tələb edən canlı və cansız təbiət
obyektlərinin, nadir bitki və heyvan növlərinin yaşayış yerlərinin
kadastrının tərtib edilməsi;
•
Geobotaniki və torpaq kartoqrafiyası (meşə quruluşu,
pasportlaşma) işlərinin aparılması;
Dostları ilə paylaş: