Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə55/86
tarix30.12.2021
ölçüsü2,67 Mb.
#22217
1   ...   51   52   53   54   55   56   57   58   ...   86
3.  Problem  tədqiqatları.  Bu  sahədəki  prioritet  tədqiqatların 
əsas istiqaməti aşağıdakılardır: 

 
monitorinq metodlarının hazırlanması və təkmilləşdirilməsi; 

 
təbii  mühitin  normalarının  və  təbii  kompleksə  olan  təsirlərin 
zərərsiz həddinin müəyyənləşdirilməsi; 

 
təbii komplekslərin dinamikasındakı zərərli halların səbəblərinin 
araşdırılması,  onların  nəticələrinin,  eləcə  də  biosfer  rezervatın  təbii 
komplekslərinə 
mümkün 
zərərli 
təsirlərin 
nəticələrinin 
proqnozlaşdırılması; 

 
təbii  komplekslərin  və  obyektlərin  mühafizəsi  tədbirlərinin 
hazırlanması  və  təkmilləşdirilməsi,  pozulmuş  təbii  komplekslərin 
bərpası  yollarının  işlənib  hazırlanması,  nadir  bitki  və  heyvan 
növlərinin say tərkibinin stabilləşdirilməsi; 

 
nəsli  kəsilmək  təhlükəsi  altında  olan,  nadir  bitki  və  heyvan 
növlərinin,  populyasiyaların,  birliklərin  və  ekosistemlərin  ekoloji 
tədqiqatlarının aparılması; 

 
ekoloji maarifləndirmənin həyata keçirilməsi. 


 
96 
İnformasiyaların 
toplanması 
və 
elmi-tədqiqat 
işlərinin 
sistemləşdirilmiş  şəkildə  aparılması,  ölkə  ərazisinin  digər  xüsusi 
mühafizə  olunan  təbiət  əraziləri  ilə  əlaqələndirilməsi  üçün  aşağıdakı 
zəruri tədbirlər həyata keçirilməlidir: 

 
monitorinq  strukturunun  inventarizasiyasının  aparılması 
(obyektlər,  metodlar,  tədqiq  olunacaq  parametrlər,  model  sahələr, 
marşrutlar,  müşahidə  recimi  və  s.),  mövcud  strukturun  baza 
prinsiplərinə  uyğunluğunun  yoxlanılması,  bu  prinsiplər  pozulduqda 
vahid sistemə əsaslanmış təkliflərin hazırlanması; 

 
elmi-tədqiqat  işlərinin  prioritet  istiqamətlərinin  müəyyən-
ləşdirilməsi. 
 Toplanmış  informasiyaların  effektiv  mühafizə  sisteminin 
təşkili.  Elmi-tədqiqat  işləri  zamanı  rezervat  ərazisində  əldə  edilmiş 
informasiyaların  qorunması  və  saxlanılmasını,  lazım  gəldikdə  əldə 
etmək və yararlanmaq imkanlarını təmin etmək məqsədi ilə aşağıdakı 
tədbirlərin görülməsi vacibdir: 

 
biosfer rezervat ərazisinə aid olan bütün nəşr edilmiş işlərin və 
aparılmış  tədqiqatların  tam  biblioqrafiyasının  təşkili  və  elektron 
biblioqrafik materiallar bazasının hazırlanması; 

 
rezervat  ərazisinə  aid  olan  bütün  verilənlər  massivinin,  elmi 
hesabatların, kartoqrafik materialların və s., eləcə də digər təşkilatlar 
və  fiziki  şəxslər  tərəfindən  aparılmış  tədqiqat  hesabatlarının 
inventarizasiyasının aparılması; 

 
elektron metabazasının – əldə olunmuş bütün informasiyaların 
kataloqunun yaradılması; 

 
bütün  hesabatların,  xəritələrin,  əl  yazmalarının, «təbiət 
salnaməsi» 
cildlərinin, 
kartoqrafik 
sənədlərin, 
foto- 
və 
videomaterialların  tədricən  elektron  (rəqəmli)  versiyalarına  keçidinin 
həyata keçirilməsi; 

 
monitorinq  və  inventarizasiya  nəticələrinin  saxlanılması  üçün 
vahid  standartlar  əsasında 
elektron  verilənlər  bazası  sisteminin 
yaradılması; 

 
arxiv  və  kolleksiya  materiallarının,  herbarilərin  etibarlı 
saxlanılmasının təmin edilməsi; 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin