Reklam – informasiya təminatı. Bu komponentin əsas
məqsədi biosfer rezervat ərazisindəki öyrədici turizm imkanlarının
reklam kompaniyasına hazırlığından ibarətdir. Bu komponent
aşağıdakı tədbirləri əhatə edir:
1. Biosfer rezervata gələnlər üçün müxtəlif reklam –
informasiya məhsullarının nəşri.
•
Regionun təbiəti, flora və faunası, mümkün marşrutlar və
öyrədici turizm proqramını əks etdirən illüstrasiyalı kitabçaların
hazırlanması.
•
Ayrıca götürülmüş mühüm təbiət əraziləri üzrə bukletlər, cığır
və marşrutlar üzrə soraq kitabçalarının hazırlanması.
•
Mehmanxanalarda, turist bazalarında, istirahət evlərində,
aviaxətlərdə yayınlamaq məqsədi daşıyan reklam plakatları, prays-list
və vərəqlərin hazırlanması.
•
Reklam – informasiya xarakterli videofilmlərin hazırlanması.
2.Regionda ekoloji turizmin inkişafında zəruri olan
müşayiətedici materialların nəşri.
•
Biosfer rezervat ərazisinə (xüsusilə bufer zonasında) gələnlərin
davranış qaydaları haqqında kitabçaların hazırlanması.
•
Biosfer rezervatın zonalarının və ekoloji marşrutların
göstərildiyi xəritənin hazırlanması.
•
Üzərində ekoloji marşrutların qeyd edildiyi ayrı-ayrı mühafizə
olunan ərazilərin xəritəsinin hazırlanması.
•
Ümumi region və ayrıca mühüm ərazilər üzrə sorğu kitabçaları.
•
Regionun və onun müxtəlif dərəcəli mühafizə olunan
ərazilərinin fotoalbomlar və bukletlərinin hazırlanması.
•
Biosfer rezervatın simvolikası ilə hazırlanmış suvenirlər:
açıqçalar, kalendarlar, idman köynəkləri, döş nişanları və s.