107
Ekoturizm fəaliyyətinin təşkili və idarə olunması. Biosfer
rezervatın inkişafı və fəaliyyəti özünün məqsəd və vəzifələrinin dəqiq
bölgüsünə əsaslanmış vahid sistem əsasında, ölkə, regional və
subregional
səviyyələrdə
həyata
keçirilməlidir.
Hökumət
strukturlarının aidiyyatı təşkilatları tərəfindən (hal-hazırda Ekologiya
və Təbii Sərvətlər Nazirliyi) həyata keçirilməsi vacib olan ölkə
səviyyəsindəki funksiyalar əsasən aşağıdakılar hesab edilə bilər:
•
Ekoloji baxımdan davamlı turizmin və ekoturist marşrutlarının
və xidmətlərinin beynəlxalq davamlı turizm standartlarına
uyğunluğunun qiymətləndirilərək sertifitləşdirilməsi. Bu əsasən İSO
və digər beynəlxalq standartlar sistemi əsasında aparılır. Bu
standartlar haqqında geniş məlumatı həmmüəlliflərdən biri
aparmışdır
(Yusifov E.F. və b., 2004);
•
Vahid informasiya məkanının yaradılması və biosfer rezervatın
dünya ekoloji turizm sisteminə qovuşması. Marketinq, reklam və
biosfer rezervatın turist məhsullarının əmtəə bazarında özünə yer
tapması (seqmentasiyası);
•
Ekoturizm üzrə peşəkar mütəxəssislər mərkəzinin yaradılması,
mütəmadi seminar və təlim kurslarının keçirilməsi;
•
Ekoloji turizm proqramlarının və xidmətlərinin vahid siyasətinin
işlənib hazırlanması və tətbiqi;
•
Ərazilər üzrə irimiqyaslı bitkilik, heyvanat və geomorfoloji
xəritələrin, anşlaqların, informasiya lövhələrinin, ekoloji cığırların
təchizatının və tərtibatının, müxtəlif «açıq səma» ekspozisiyalarının
quraşdırılması üzrə vahid standartlar əsasında tövsiyələrin
hazırlanması;
•
Əraziyə gələnlər üçün nəzərdə tutulmuş «vizit-mərkəzlərinin»
vahid standartlar əsasında təchizatı, tərtibatı və planlaşdırılması üzrə
tövsiyələrin hazırlanması. Təbiət muzeylərinin (ekspozisiyalar, leksiya
xidmətləri, informasiya materiallarının hazırlanması üzrə tövsiyələr də
daxil olmaqla) tərtibatı üzrə standartların hazırlanması;
•
Ərazidəki təbiət komplekslərinə və obyektlərinə olan mənfi
təsiri minimuma endirmək məqsədi ilə ekoloji-ekskursiya və öyrədici
turizm fəaliyətinin monitorinqi və nəzarət mexanizmlərinin
hazırlanması.
Regional (məsələn, qoruqlar, milli parklar və biosfer rezervatlar
assosiasiyası) və yerli idarəetmə səviyyəsində də müəyyən
fəaliyyətlər çox mühüm və zəruridir:
108
•
Bir sıra regional xüsusi mühafizə olunan təbiət əraziləri üzrə
marşrut və turların koordinasiyası. Bu sahədə Şirvan Milli Parkı, Qızıl-
Ağac Dövlət Qoruğu və Hirkan Biosfer Rezervatı preferensial
imkanlara malikdir;
•
Subregional səviyyədə (region daxilində) ekoloji turizmin
inkişaf etdirilməsi, bu sahədə reklam və marketinq tədqiqatlarının
aparılması;
•
Müxtəlif yerli tərəfdaş və partnyorlarla (istirahət evləri,
kempinq qovşaqları, sanatoriyalar, kurortlar, turizm şirkətləri və s.)
strateci iş planlarının qurulması;
•
Ekoloji turizm üzrə proqram və xidmətlərin vahid qiymət bazarı
siyasətinin hazırlanması;
•
Regional kommersiya strukturları ilə münasibətləri, tərəflərin
məsuliyyətini müəyyənləşdirən sənədlər standartlarının işlənib
hazırlanması.
|