esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
194
lirik dramaturgiyanın əsasını qoydu. Bu əsərlər öz
aktuallığı ilə seçilir. İlyas Əfəndiyevin yaradıcılığı təkcə
teatrla, nəsrlə məhdudlaşmır, artıq onun yazdığı əsərlər
bizim kino sənətkarlarımızın diqqətini cəlb edir, bu
əsərlər ssenariləşdirilir, kinolar çəkilir…"
Mərasimdə çıxış edən xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar dedi: "Əziz dostlar,
İlyas Əfəndiyevin vəfatı gününü biz həmişə dərin kədər
hissi ilə qeyd edirik. Amma bu gün doğum günüdür və
döğum gününü şadlıq günü kimi qarşılayırıq. Düz doxsan
beş il bundan əvvəl Azərbaycan xalqının bəxtinə belə bir
ərmağan, belə xoş bir gün düşüb - onun böyük
oğullarından biri, görkəmli sənətkarımız İlyas Əfəndiyev
dünyaya gəlib.
İlyas Əfəndiyevin məşhur əsərinin adıyla demiş olsaq,
o, həmişə bizimlədi. Təbii ki, o, həm də həmişə
mənimlədi. Amma bu son üç-dörd gündə demək olar ki,
sutkanın on-on iki saatını hər an, hər dəqiqə mənimlə
olub. Mən Moskvada idim. Çoxdan idi ki, İlyas müəllim
haqqında bir yazı yazmaq istəyirdim. Bakıdan yola
düşəndə İlyas müəllimin cildlərini də özümlə götürdüm,
onun yaradıcılığından uzun illər boyu oxuduğum əsərləri
bir daha yenidən oxudum, qeydlərimi elədim. Bu axşam
Bakıya qayıdıb gecə saat beşə kimi həmin qeydlər
əsasında İlyas müəllimin ölməz yaradıcılığıyla bağlı
məqaləmi
yazıb tamamladım. Həmin məqalədə
yazdıqlarımın üzərində burada dayanmaq istəmirəm.
Şübhəsiz ki, çap olunacaq və siz də o məqaləylə tanış
olacaqsınız. Bu gün Yazıçılar Birliyində görkəmli
yazıçının doğum gününə həsr edilmiş tədbir də
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
195
keçiriləcək, sizi həmin tədbirə dəvət edir və İlyas
müəllimə qəni-qəni rəhmət diləyirəm".
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq
artisti Azərpaşa Nemətov da mərasimdə çıxış edərək
qeyd etdi ki, İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatının
ən uğurlu sənətkarlarından biridir. "Əgər Azərbaycan
dramaturgiyası Mirzə Fətəli Axundovdan başlayırsa, bu
silsilədə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy
Haqverdiyev, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov,
Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə
İbrahimov imzası varsa, İlyas Əfəndiyev dramaturgiyası
da öz xüsusi yeriylə, təravətiylə seçilir. İlyas Əfəndiyev
öz teatrını yaratmışdı, dramaturgiyamızda yeni bir
mərhələnin əsasını qoymuşdu. Onun həm lirik-psixoloji,
həm də tarixi dramların yaradılmasında böyük xidmətləri
olub. Onun əsərlərini Azərbaycana bağlılıq, Azərbaycanı
sevmək, eyni zamanda, Cənubi Azərbaycan mövzusu,
milli kədər hissinin əks olunması şərtləndirir.
İlyas Əfəndiyev mənim atam Zəfər Nemətovla dost
idi. Onların həyatında çox unudulmaz hadisələr olub. Bu
barədə mənim dostum, görkəmli yazıçımız Elçin mənə
çox xatirələrini danışıb. Ancaq İlyas Əfəndiyevi yad
edəndə ilk olaraq yadıma düşən o olur ki, bu adam demək
olar ki, hər gün teatra gəlirdi. Teatr onun üçün müqəddəs
bir yer, aktyorlar onun ən əziz dostları idi. O, aktyor
sənətini, rejissor əməyini dərindən duyurdu. Son nəfəsinə
kimi teatra olan bağlılığına sadiq qaldı. Təsəllimiz odur
ki, bu gün də İlyas Əfəndiyevin dram əsərləri nəinki
ölkəmizdə, müxtəlif teatrlarda, eləcə də xaricdə tamaşaya
qoyulur, böyük maraq doğurur, onun irsi yaşayır. Ona
görə ki, bu əsərlərdə çox vacib məsələlər öz əksini
tapmışdır…"
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
196
İlyas Əfəndiyevin səhnə əsərlərinin demək olar ki,
hamısının baş qəhrəmanlarının ifaçısı olmuş xalq artisti
Amaliya Pənahova ustad sənətkara bəslədiyi ən səmimi
duyğularını dilə gətirdi: "İlyas Əfəndiyev böyük sənətkar
idi. İyirminci əsr dramaturgiyamızda onun xüsusi yeri
var. İlyas müəllimin dramaturgiyası silsilə rejissor,
aktyor, dramaturqlar nəsli yetişdirib. O, aktyorlara çox
diqqətli bir insan idi.
Onun yaradıcılığı Azərbaycan dramaturgiyasında
lirik-psixoloji cərəyanın əsasını qoydu. Bu cərəyanın öz
rejissorları, aktyorları yetişdi. Bu əsərlərin quruluşunu
verən rejissorlar inkişaf elədi, bütövlükdə, mənim
yaşıdım olan səhnə xadimlərinin öz müasirləri olan
görkəmli bir yazıçının teatrı meydana gəldi.
İlyas müəllimin sırf sovet dönəmində yazdığı
romanlar, povestlər, dram əsərləri bu gün də aktualdı,
onlar həm də sabahın, gələcəyin əsərləridi. Çünki o
əsərlərdə insan qəlbinin təlatümləri, çabaları əks olunub,
insan həyatının ən əlamətdar məqamları qələmə alınıb.
Bu
əsərlər
həm
millətin
milli
dəyərlərinin
zənginləşməsinə xidmət edir, həm də mədəniyyətimizi,
ədəbiyyatımızı inkişaf etdirir. Şərqdə ən qədim teatr olan,
136 yaşını qeyd etdiyimiz teatrımızın 50 illik tarixi İlyas
Əfəndiyevin adıyla bağlıdı. Təsadüfi deyil ki, bu gün biz
hansı teatra müraciət ediriksə, orada İlyas Əfəndiyevin
tamaşalarını,
onun tamaşalarında parlayan gənc
istedadları görürük.
Səhnəmizin bugünkü ən adlı-sanlı aktyorları onun
yaradıcılığından keçib gəlib, İlyas Əfəndiyev teatrında
yetişib. İçi mən qarışıq, burada doğma simalarını
gördüyüm böyük sənət dostlarım, gənc aktyorlar,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
197
hamımız İlyas Əfəndiyev yaradıcılığına borcluyuq. O,
insan psixologiyasına vaqif olan sənətkar idi. İlyas
müəllim sevgi ilə dolu bir insan idi. Onun yaratdığı
əsərlərdə insan bütün tərəfləri ilə əks olunurdu. İnsan
səhv edə bilirdi, insan yanılırdı, hardasa, həyatın çətin
yollarında başı daşdan-daşa dəyirdi, amma bütün hallarda
bu insanların qəlbində böyük bir məhəbbət var idi. Mən
bir sənət adamı olaraq o məhəbbətin vurğunuyam. Çünki
bu
məhəbbət
işıq saçır, Azərbaycan insanının,
gəncliyimizin mənəviyyatını tərbiyə edir… Mən İlyas
Əfəndiyev ocağının nümayəndələrinə gözaydınlığı
verirəm ki, belə böyük bir ustadın yurdçularıdırlar".
Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad
Bədəlbəyli mərasimdə çıxış edərək dedi: "Bir az öncə
fəxri xiyabana daxil olarkən burada uyuyan görkəmli
insanların, böyük şəxsiyyətlərin simalarını bir daha göz
önünə gətirirdim və düşünürdüm ki, biz həqiqətən də çox
xoşbəxt xalqıq. Gör nə qədər böyük insanlar yetişib…
Bu insanların ən işıqlılarından biri də görkəmli
yazıçımız İlyas Əfəndiyevdi. O, bizim ailəyə çox doğma
idi. Atamla İlyas müəllimin söhbətlərinə saatlarla qulaq
asırdım.
Onları
dinləmək
akademiyalardan,
universitetlərdən üstün bir məktəb idi. Ən çox teatrdan
danışırdılar.
İlyas müəllim məhəbbətin Məcnunu idi. Məhz bu
məcnunluq onun gözəl əsərlərini araya-ərsəyə gətirirdi.
İndi dəyərlər dəyişib. Baxıram, yaxın günlərdə qadını
iblis kimi təqdim edən bir əsərə mükafat verdilər. Gör
cəmiyyət, dünya nəyə qiymət verir? Mənim fikrimcə isə
romantika, məhəbbət ən ülvi, bəşəri dəyərlərdi və nə
yaxşı ki, İlyas müəllim var idi, nə yaxşı ki, o, məhz bu
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
198
duyğuları qələmə alırdı. Mən həmişə İlyas Əfəndiyev
teatrı ilə fəxr etmişəm…"
Bu sətirlər isə xalq şairi Zəlimxan Yaqubun İlyas
Əfəndiyev mədəniyyətinə, sənətinə olan tükənməz
sevgisinin ifadəsi kimi səsləndi: "Hər dəfə İlyas
Əfəndiyev adı çəkiləndə içərimdə işıqlı bir dünya yaranır.
Bu işıqlı dünya onun işıqlı şəxsiyyətindən, nurlu
çöhrəsindən, təbəssümlü görkəmindən, xarici və daxili
vəhdətinin
gözəlliyindən,
ağsaqqal
ucalığından,
sevilməsindən və seçilməsindən gələn bir işıq olduğuna
görə hər dəfə bu ad səslənəndə özüm-özümə işıqlanır,
içəridən nurlanıram. Sanki yeni bir aləmə düşürəm.
Niyə? Çünki o, təkcə mənim sevimli yazıçım
olmazdan əvvəl atamın sevimli yazıçısı idi. İlyas
Əfəndiyev mənim körpəliyimin, uşaqlığımın, gəncliyimin
yazıçısı olub. Atam riyaziyyat müəllimi olmasına
baxmayaraq, nəsri çox sevirdi və ən çox sevdiyi
yazıçılardan biri də İlyas Əfəndiyev idi. Atamın belə bir
adəti də var idi ki, oxuduğu əsərləri sonra öz övladlarına
nağıl kimi, hekayət, dastan kimi danışardı. Yəni, İlyas
Əfəndiyevin yaradıcılığı mən hələ Bakıya gəlməmişdən,
ədəbi ictimaiyyətlə qaynayıb-qarışmamışdan atamın
ləhcəsində, danışığında bütövlükdə mənim yaddaşıma
hopmuşdu.
İlyas Əfəndiyev deyiləndə əsatirdən, əfsanədən,
nağıldan, dastandan, bayatıdan gələn ilahi bir duruluq,
ilahi bir saflıq adamın gözləri önündə canlanır. Həm
möhtəşəm keçmiş, həm ilahi müasirlik - bunları bir-biri
ilə calamaq, bir-birinin içində əritmək, bir ürək, bir can
eləmək İlyas Əfəndiyevin çox böyük ustalığı idi.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
199
Mən o xoşbəxt insanlardanam ki, İlyas Əfəndiyevi
sətirbəsətir oxumuşam. Və mən hər dəfə onun əsərlərinə
tamaşa etməyə gələndə bir tamaşaya yox, iki tamaşaya
baxmağa gəlirdim - bir tamaşa onun əsərləri idisə və bir
tamaşa da İlyas müəllimin özünün orada, öz lojasında
əyləşməyi idi… Onun ağ saçlarına baxırdım, onun nurlu
çöhrəsinə baxırdım, onun xarakteri o baxışlardan
görünürdü…
Sonra atamın sevimli yazıçısı dönüb mənim sevimli
yazıçım oldu. Mən Kitab passajında satıcı işləyəndə ora
mədəniyyət mərkəzinə çevrilmişdi, tez-tez yazıçıların
görüşü keçirilirdi və oraya ən çox gələn yazıçılardan biri
İlyas Əfəndiyev idi.
Mənə İlyas müəllimin əlini sıxmaq, onun üzünün,
sözünün nurunda işıqlanmaq, dəfələrlə həmsöhbət olmaq
xoşbəxtliyi nəsib oldu. Mənə yazdığı avtoqraf heç
yadımdan çıxmır: "Nəzakətli, sadə, nəcib bir insana - şeir
dostu, kitab dostu Zelimxana". O, mənə "Zelimxan" deyə
müraciət edirdi.
Mənim düşüncəmə görə İlyas Əfəndiyev bütövlükdə
Azərbaycan tarixidi, Qarabağ tarixidi. Böyük tənqidçimiz
Yaşar Qarayev çox gözəl deyib ki, yeddi Qarabağnamə
var, amma İlyas Əfəndiyev yaradıcılığı bütövlükdə
səkkizinci Qarabağnamədir. Bəli, bu, doğrudan da
belədir. İlyas Əfəndiyev əsil-nəcabətli bir ailənin
yetirməsidir və oradan, Qarabağdan gətirdiyi o duruluğu,
saflığı həmişə qorudu. Ona görə də nəsrin poeziyasını
yarada bildi. Onun əsərlərini ən lirik şeir, bayatı kimi
oxuyuram. Çünki onun yaradıcılığında xalq ruhu, dağ
çiçəyinin ətri, qayaların əzəməti, axar-baxarı var. Ona
görə də üzümü gəncliyə tutub deyirəm: "Oxuyun İlyas
Əfəndiyevi. Siz onu oxuduqca vətəni daha çox sevəcək-
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
200
siniz, bu xalqı daha çox dərk edəcəksiniz, tarixi daha çox
biləcəksiniz… Təsadüfi deyil ki, Borçalı obrazını ilk dəfə
ədəbiyyata İlyas Əfəndiyev gətirib…
Böyük şəxsiyyətlərin yeri həmişə görünür, onlara
həmişə ehtiyac duyulur. Hesab edirəm ki, bu gün
Azərbaycana ağsaqqallar daha çox lazımdır. O cümlədən
İlyas Əfəndiyev daha çox lazımdır. Çünki bu cür insanlar
tərbiyə məktəbidi, mədəniyyət, ibadət yeridi…
İlyas Əfəndiyevi sevmək həm də Azərbaycanı
sevməkdi, ədəbiyyatı, keçmişi, bu günü və gələcəyi,
xalqı, dövləti, dövlətçiliyi sevməkdi. Yeri həmişə
görünən, işığı həmişə qəlbimizdə olan, ölməz yazıçımızın
müqəddəs ruhu qarşısında baş əyirəm".
Tanınmış şair Ramiz Məmmədzadə də öz növbə-
sində İ.Əfəndiyevlə bağlı xatirələrini söylədi və ―böyük
sənətkarımız İlyas Əfəndiyevin işıqlı ruhuna‖ həsr etdiyi
“Məhəmməd oğlu İlyas” şerini oxudu:
Üzündə, gözündə
peyğəmbər nuru vardı,
Saçları rüzgardan qopmuş dalğalardı.
Yerindəydi danışığı, gülüşü, yerişi,
Əfsanəydi, möcüzəydi bu kişi.
Burulğanlı, tufanlı günlərdən
Şimşək kimi sıyrılıb çıxdı
Məhəmməd oğlu İlyas,
Böhtanlardan, iftiradan uzaqdı
Məhəmməd oğlu İlyas!
Duyğuları şeh kimi
Səpildi ömrünün yarpaqlarına,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
201
O dağların, dərələrin
büllur bulaqlarına.
Hərdən qanrılıb geriyə baxanda
Gizli bir sızıltı keçdi ürəyindən…
Yox, üzmədi əllərini
Sevdalı günlərinin ətəyindən.
Könüllərdən-könüllərə
sevgi körpüsü saldı,
Ülvi istəklərin
fövqündə ucaldı.
Hələ oxunmamış neçə mahnısı qaldı –
orda – dağlarda,
O dağların arxasında
qalan dostları harda?
Bir dənizdi, dalğasıyla,
Bir aləmdi, qovğasıyla,
Bir ürəkdi, sevdasıyla,
Sirrini bilən oldumu?
Zəmisi, xırmanı vardı,
Dəni, dəyirmanı vardı,
Öz dərdi, dərmanı vardı,
Dərdini bölən oldumu?
Ömür yolu – halal, haqdı.
Qismət bildi belə bəxti.
Qılıncsız vuruşan vaxtı
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
202
Hayına gələn oldumu?
Ruhunda – Araz, Köndələn,
Sarı sim üstə köklənən,
Baharda doğulub gələn,
Payızda ölən oldumu?
Köksündə bir Qarabağ
düyünü qövr elədi,
Gördü bu fələk belədi.
Əlində ələk ələdi…
Hər gecə şam kimi
yandırdı barmaqlarını.
Sonra işıq kimi
Səpdi qaranlıqlara könül varını.
İndi doğma yuvasından
ucalır fəxri, vüqarı,
Nur balaları –
Elçini, Timuçini,
Nəvəsi, nəticəsi…
Rəngi solmayan səsi.
İndi otağı darıxır,
Qələmi, varağı darıxır,
Gecələr onunla yanan
Kövrək çırağı darıxır.
O qanadlar
səmada görünməz indi.
O göylər üfüqlərə endi…
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
203
Məkanını dəyişmiş planetdi
Məhəmməd oğlu İlyas.
Dostu-yarı tərk eləmiş
Bir ömür qatarından düşüb getdi
Məhəmməd oğlu İlyas…
9 noyabr 1996.
(Bax: İlyas Əfəndiyev. Wirtual muzey.)
(Bu şeirdə İlyas Əfəndiyev fenomeninin sözlə
cizgilənmiş
əqidəsinin,
məsləkinin,
sənətinin,
mənəviyyatının portretini, ―Hər gecə şam kimi yandırdığı
barmaqlarını, sonra işıq kimi qaranlıqlara səpdiyi könül
varını‖ və şairin nasirə böyük, sonsuz məhəbbətini
gördüm. – Q.B.)
Sonda İlyas Əfəndiyevin oğlu, xalq yazıçısı Elçin
ailələri adından ustad yazıçının xatirəsini əziz tutanlara
dərin təşəkkürünü bildirdi: "Bu mərasimi təşkil etdiyinə
görə Yazıçılar Birliyinə, Mədəniyyət və Turizm
Nazirliyinə, Teatr Xadimləri İttifaqına, bütün əlaqədar
təşkilatlara, müəssisələrə, eyni zamanda, burada iştirak
edənlərin hamısına öz təşəkkürümü bildirirəm. İlyas
Əfəndiyevin vəfatından on üç il keçir. Bu on üç ildə biz
həmişə İlyas Əfəndiyevin şəxsiyyətinə, yaradıcılığına
məhəbbətinizin, sevginizin, hörmətinizin, ehtiramınızın,
etiqadınızın şahidi olmuşuq.
İlyas Əfəndiyev vəfat etdikdən sonra bizim ümum-
milli liderimiz Heydər Əliyev çox geniş bir sərəncam
imzaladı. Bu sərəncama uyğun olaraq Bakının ən böyük
tədris müəssisələrindən biri olan ―Elitar‖ kollec bu gün
İlyas Əfəndiyevin adını daşıyır. İlyas Əfəndiyevin adı
İçərişəhərin ən qədim və ən gözəl küçələrindən birinə
verilib. İlyas Əfəndiyevin təqribən üç yüz çap vərəqi
həcmində olan yeddicildliyi məhz həmin sərəncamın
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
204
əsasında nəşr olundu. İlyas Əfəndiyevin "Hökmdar və
qızı" tamaşası əsasında ikiseriyalı film çəkildi və
göstərildi.
Bundan sonra İlyas Əfəndiyevin doxsan illiyi gəldi və
doxsan illiyi ilə bağlı hörmətli Prezidentimiz İlham
Əliyev xüsusi sərəncam verdi. 2004-cü ilin oktyabr
ayında İlyas Əfəndiyevin doxsan illiyi həqiqi bir
ədəbiyyat, teatr bayramına, sənət bayramına çevrildi.
Bütün bu müddət ərzində İlyas Əfəndiyevin kitabları çap
edildi, seçilmiş əsərləri müxtəlif nəşriyyatlarda, o
cümlədən doxsan çap vərəqi həcmində ikicildlik seçilmiş
əsərləri nəşr olundu. Türk dilində "Geriyə baxma, qoca"
romanı çap olundu. Onun pyesləri respublikanın müxtəlif
teatrlarında tamaşaya qoyuldu. Bütün bunlar, mən hesab
edirəm ki, xalqımızın, o cümlədən sizlərin dərin
məhəbbətinizin nəticəsidir. Əgər İlyas Əfəndiyev
yaradıcılığı, şəxsiyyəti sevilməsəydi, bu kitablar da çap
olunmazdı, əsərləri tamaşaya qoyulmazdı.
Onun yaradıcılığının doxsan beş faizi sovet dövründə
yaranıb. Amma baxın, sovet hökuməti çökdü, Sovet
İttifaqı dağıldı, o ideologiya getdi, özüylə çox əsərlər
apardı, yalnız Azərbaycanda deyil, postsovet məkanında
çox ədəbiyyat generalları o sistemlə birgə getdi, amma
İlyas Əfəndiyevin əsərləri müstəqil Azərbaycan
vətəndaşlarının sevimli əsərləri olaraq qaldı. Tamaşaları
da eləcə.
Burada vurğulandı ki, İlyas Əfəndiyevin ruhu bu gün
şaddı. Bu, şübhəsiz ki, belədi, ailə üzvləri, dostları,
sevdiyi sənətçilər buradadı. İlyas Əfəndiyev bu
sənətkarları öz ailəsinin üzvlərindən biri hesab edirdi.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
205
Bunlar hamısı öz yerində, şübhəsiz ki, bunlara görə onun
ruhu şaddı.
Amma eyni zamanda, demək istəyirəm ki, İlyas
Əfəndiyev bütün qanıyla, canıyla Azərbaycana bağlı bir
insan idi. Və Azərbaycanın içində Qarabağa bağlı bir
insan idi. İlyas Əfəndiyevdə ki, o daxili səliqə-sahman
var idi, o daxili nizam-intizam, səfərbərlik var idi, o,
xəstəliklərə baxmayaraq, bəlkə də bu günə kimi,
yaşayardı. Amma Qarabağ hadisələrinin onun dünyasını
dəyişməyində çox böyük rolu oldu. Və İlyas Əfəndiyevin
ruhu o zaman son dərəcə şad olacaq ki, Azərbaycan öz
ərazi bütövlüyünü bərpa edəcək, Qarabağ düşmənlərdən
xilas olacaq."
Mərasim Yazıçılar Birliyinin Natəvan klubunda
davam etdirildi. AYB-nin sədri Anar vurğuladı ki, İlyas
Əfəndiyev səhnə tariximizdə böyük dönüm yaradan
sənətkardı, "Sən həmişə mənimləsən" əsəri tamaşaya
qoyulandan sonra həmişə "siz"lə danışan teatrımız
"sən"lə danışmağa başladı: "Onun əsərləri demək olar ki,
sovet dövründə yazılıb, lakin bu əsərlərin üzərində sovet
damğası yoxdu. "Geriyə baxma, qoca", "Üçatılan"
əsərləri bu gün daha aktual səslənir, çünki bizi müvəqqəti
itirdiyimiz Qarabağa, onun ab-havasına qaytarır".
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də
böyük sənətkarın yaradıcılıq özəlliyindən söz açdı: "İlyas
Əfəndiyev yaradıcılığının əsas cizgisi, sütunu onun
vətənpərvərliyində,
insanpərvərliyindədi.
Bu, İlyas
müəllimin daxili dünyasından, insana sevgisindən irəli
gəlirdi. Onun əsərlərində xalqımızın tarixi kökləri,
müstəqillik savaşımız əsas yer tutur. Mənə çox əzizdi ki,
Elçin müəllim məni o görkəmli yazıçıyla şəxsən tanış
etmişdi. Mən onun gözlərində bir nikbinlik və vüqar
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
206
gördüm. Baxmayaraq ki, çox itkilər yaşadıq, ancaq mən
onun gözlərində gördüyüm o nikbinliyə yenə də
inamlıyam."
Xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca
vurğuladı ki, İlyas Əfəndiyev böyük, ölməz bir irs qoyub
gedib. "Onun ən şah əsərlərindən biri də övladları - gözəl
yazıçımız
Elçindir,
görkəmli
mədəniyyət
işçisi
Timuçindi…"
Xalq artisti Amaliya Pənahova bildirdi ki, hər bir
əsər müəllifinin bir parçası olur: "Bu mənada, İlyas
müəllimin əsərləri onun xarakterini, təbiətini, istəyini
özündə
yaşadır…
Mənim
gündəlik
həyatımda,
fəaliyyətimdə İlyas Əfəndiyev həmişə var, yaşayır."
Xalq şairi Zəlimxan Yaqub bir daha İ.Əfəndiyev
sənətinin ölməzliyindən söz açdı: "O, ədəbiyyata
"Kənddən məktublar"la gəlmişdi. Özüylə bərabər kəndin
nəfəsini, etnoqrafiyasını da gətirmişdi. Ancaq bununla
kifayətlənmədi. Ardıcıl mütaliəsi, marağı ilə bu dünyanı
genişləndirdi… İlyas Əfəndiyevə qayıtmaq kökə
qayıtmaqdı. O, mənim üçün həmişə sağdı - dünən atamın,
bu gün mənim, sabah nəvə-nəticəmin sevimli yazıçısı
olaraq həmişə yaşayacaq."
Tanınmış şair Fikrət Sadıq İ.Əfəndiyev yaradı-
cılığındakı saflıqdan, təmizlikdən söz açdı: "Onun məzarı
Heydər Hüseynovun son mənziliylə yanaşıdı. Bu da bir
tale seçimidi. Ona görə ki, hər ikisi eyni amalın
daşıyıcıları idi."
AYB-nin xarici əlaqələr şöbəsinin müdiri, şair Abbas
Dostları ilə paylaş: |