Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3.14 Kb.
PDF просмотр
səhifə17/22
tarix03.12.2016
ölçüsü3.14 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   22

esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
194 
lirik  dramaturgiyanın  əsasını  qoydu.  Bu  əsərlər  öz 
aktuallığı ilə seçilir. İlyas Əfəndiyevin  yaradıcılığı təkcə 
teatrla,  nəsrlə  məhdudlaşmır,  artıq  onun  yazdığı  əsərlər 
bizim  kino  sənətkarlarımızın  diqqətini  cəlb  edir,  bu 
əsərlər ssenariləşdirilir, kinolar çəkilir…" 
Mərasimdə  çıxış  edən  xalq  yazıçısı,  Azərbaycan 
Yazıçılar  Birliyinin  sədri  Anar  dedi:  "Əziz  dostlar, 
İlyas  Əfəndiyevin  vəfatı  gününü  biz  həmişə  dərin  kədər 
hissi  ilə  qeyd  edirik.  Amma  bu  gün  doğum  günüdür  və 
döğum gününü şadlıq günü kimi qarşılayırıq. Düz doxsan 
beş il bundan əvvəl Azərbaycan xalqının bəxtinə belə bir 
ərmağan,  belə  xoş  bir  gün  düşüb  -  onun  böyük 
oğullarından biri, görkəmli sənətkarımız İlyas Əfəndiyev 
dünyaya gəlib.  
İlyas Əfəndiyevin məşhur əsərinin adıyla demiş olsaq, 
o,  həmişə  bizimlədi.  Təbii  ki,  o,  həm  də  həmişə 
mənimlədi.  Amma  bu  son  üç-dörd  gündə  demək  olar  ki, 
sutkanın  on-on  iki  saatını  hər  an,  hər  dəqiqə  mənimlə 
olub. Mən Moskvada idim. Çoxdan idi ki, İlyas müəllim 
haqqında  bir  yazı  yazmaq  istəyirdim.  Bakıdan  yola 
düşəndə  İlyas  müəllimin  cildlərini  də  özümlə  götürdüm, 
onun yaradıcılığından uzun illər boyu oxuduğum əsərləri 
bir  daha  yenidən  oxudum,  qeydlərimi  elədim.  Bu  axşam 
Bakıya  qayıdıb  gecə  saat  beşə  kimi  həmin  qeydlər 
əsasında  İlyas  müəllimin  ölməz  yaradıcılığıyla  bağlı 
məqaləmi 
yazıb  tamamladım.  Həmin  məqalədə 
yazdıqlarımın  üzərində  burada  dayanmaq  istəmirəm. 
Şübhəsiz  ki,  çap  olunacaq  və  siz  də  o  məqaləylə  tanış 
olacaqsınız.  Bu  gün  Yazıçılar  Birliyində  görkəmli 
yazıçının  doğum  gününə  həsr  edilmiş  tədbir  də 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
195 
keçiriləcək,  sizi  həmin  tədbirə  dəvət  edir  və  İlyas 
müəllimə qəni-qəni rəhmət diləyirəm". 
Azərbaycan  Teatr  Xadimləri  İttifaqının  sədri,  xalq 
artisti  Azərpaşa  Nemətov  da  mərasimdə  çıxış  edərək 
qeyd  etdi  ki,  İlyas  Əfəndiyev  Azərbaycan  ədəbiyyatının 
ən  uğurlu  sənətkarlarından  biridir.  "Əgər  Azərbaycan 
dramaturgiyası  Mirzə  Fətəli  Axundovdan  başlayırsa,  bu 
silsilədə  Cəlil  Məmmədquluzadə,  Əbdürrəhim  bəy 
Haqverdiyev,  Nəcəf  bəy  Vəzirov,  Nəriman  Nərimanov, 
Hüseyn  Cavid,  Cəfər  Cabbarlı,  Səməd  Vurğun,  Mirzə 
İbrahimov  imzası  varsa,  İlyas  Əfəndiyev  dramaturgiyası 
da  öz  xüsusi  yeriylə,  təravətiylə  seçilir.  İlyas  Əfəndiyev 
öz  teatrını  yaratmışdı,  dramaturgiyamızda  yeni  bir 
mərhələnin  əsasını  qoymuşdu.  Onun  həm  lirik-psixoloji, 
həm də tarixi dramların yaradılmasında böyük xidmətləri 
olub. Onun əsərlərini Azərbaycana bağlılıq, Azərbaycanı 
sevmək,  eyni  zamanda,  Cənubi  Azərbaycan  mövzusu, 
milli kədər hissinin əks olunması şərtləndirir. 
İlyas  Əfəndiyev  mənim  atam  Zəfər  Nemətovla  dost 
idi. Onların həyatında çox unudulmaz hadisələr olub. Bu 
barədə  mənim  dostum,  görkəmli  yazıçımız  Elçin  mənə 
çox  xatirələrini  danışıb.  Ancaq  İlyas  Əfəndiyevi  yad 
edəndə ilk olaraq yadıma düşən o olur ki, bu adam demək 
olar ki, hər gün teatra gəlirdi. Teatr onun üçün müqəddəs 
bir  yer,  aktyorlar  onun  ən  əziz  dostları  idi.  O,  aktyor 
sənətini, rejissor əməyini dərindən duyurdu. Son nəfəsinə 
kimi  teatra  olan  bağlılığına  sadiq  qaldı.  Təsəllimiz  odur 
ki,  bu  gün  də  İlyas  Əfəndiyevin  dram  əsərləri  nəinki 
ölkəmizdə, müxtəlif teatrlarda, eləcə də xaricdə tamaşaya 
qoyulur,  böyük  maraq  doğurur,  onun  irsi  yaşayır.  Ona 
görə  ki,  bu  əsərlərdə  çox  vacib  məsələlər  öz  əksini 
tapmışdır…" 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
196 
İlyas  Əfəndiyevin  səhnə  əsərlərinin  demək  olar  ki, 
hamısının  baş  qəhrəmanlarının  ifaçısı  olmuş  xalq  artisti 
Amaliya Pənahova ustad sənətkara bəslədiyi ən səmimi 
duyğularını dilə gətirdi: "İlyas Əfəndiyev böyük sənətkar 
idi.  İyirminci  əsr  dramaturgiyamızda  onun  xüsusi  yeri 
var.  İlyas  müəllimin  dramaturgiyası  silsilə  rejissor, 
aktyor,  dramaturqlar  nəsli  yetişdirib.  O,  aktyorlara  çox 
diqqətli bir insan idi.  
 Onun  yaradıcılığı  Azərbaycan  dramaturgiyasında 
lirik-psixoloji  cərəyanın  əsasını  qoydu.  Bu  cərəyanın  öz 
rejissorları,  aktyorları  yetişdi.  Bu  əsərlərin  quruluşunu 
verən  rejissorlar  inkişaf  elədi,  bütövlükdə,  mənim 
yaşıdım  olan  səhnə  xadimlərinin  öz  müasirləri  olan 
görkəmli bir yazıçının teatrı meydana gəldi.  
İlyas  müəllimin  sırf  sovet  dönəmində  yazdığı 
romanlar,  povestlər,  dram  əsərləri  bu  gün  də  aktualdı, 
onlar  həm  də  sabahın,  gələcəyin  əsərləridi.  Çünki  o 
əsərlərdə insan qəlbinin təlatümləri, çabaları əks olunub, 
insan  həyatının  ən  əlamətdar  məqamları  qələmə  alınıb. 
Bu 
əsərlər 
həm 
millətin 
milli 
dəyərlərinin 
zənginləşməsinə  xidmət  edir,  həm  də  mədəniyyətimizi, 
ədəbiyyatımızı inkişaf etdirir. Şərqdə ən qədim teatr olan, 
136 yaşını qeyd etdiyimiz teatrımızın 50 illik tarixi İlyas 
Əfəndiyevin adıyla bağlıdı. Təsadüfi deyil ki, bu gün biz 
hansı  teatra  müraciət  ediriksə,  orada  İlyas  Əfəndiyevin 
tamaşalarını, 
onun  tamaşalarında  parlayan  gənc 
istedadları görürük.  
Səhnəmizin  bugünkü  ən  adlı-sanlı  aktyorları  onun 
yaradıcılığından  keçib  gəlib,  İlyas  Əfəndiyev  teatrında 
yetişib.  İçi  mən  qarışıq,  burada  doğma  simalarını 
gördüyüm  böyük  sənət  dostlarım,  gənc  aktyorlar, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
197 
hamımız  İlyas  Əfəndiyev  yaradıcılığına  borcluyuq.  O, 
insan  psixologiyasına  vaqif  olan  sənətkar  idi.  İlyas 
müəllim  sevgi  ilə  dolu  bir  insan  idi.  Onun  yaratdığı 
əsərlərdə  insan  bütün  tərəfləri  ilə  əks  olunurdu.  İnsan 
səhv  edə  bilirdi,  insan  yanılırdı,  hardasa,  həyatın  çətin 
yollarında başı daşdan-daşa dəyirdi, amma bütün hallarda 
bu insanların  qəlbində  böyük bir  məhəbbət var  idi. Mən 
bir sənət adamı olaraq o məhəbbətin vurğunuyam. Çünki 
bu 
məhəbbət 
işıq  saçır,  Azərbaycan  insanının, 
gəncliyimizin  mənəviyyatını  tərbiyə  edir…  Mən  İlyas 
Əfəndiyev  ocağının  nümayəndələrinə  gözaydınlığı 
verirəm ki, belə böyük bir ustadın yurdçularıdırlar". 
Musiqi  Akademiyasının  rektoru,  xalq  artisti  Fərhad 
Bədəlbəyli  mərasimdə  çıxış  edərək  dedi:  "Bir  az  öncə 
fəxri  xiyabana  daxil  olarkən  burada  uyuyan  görkəmli 
insanların,  böyük  şəxsiyyətlərin  simalarını  bir  daha  göz 
önünə gətirirdim və düşünürdüm ki, biz həqiqətən də çox 
xoşbəxt xalqıq. Gör nə qədər böyük insanlar yetişib… 
 Bu  insanların  ən  işıqlılarından  biri  də  görkəmli 
yazıçımız İlyas Əfəndiyevdi. O, bizim ailəyə çox doğma 
idi.  Atamla  İlyas  müəllimin  söhbətlərinə  saatlarla  qulaq 
asırdım. 
Onları 
dinləmək 
akademiyalardan, 
universitetlərdən  üstün  bir  məktəb  idi.  Ən  çox  teatrdan 
danışırdılar.  
İlyas  müəllim  məhəbbətin  Məcnunu  idi.  Məhz  bu 
məcnunluq  onun  gözəl  əsərlərini  araya-ərsəyə  gətirirdi. 
İndi  dəyərlər  dəyişib.  Baxıram,  yaxın  günlərdə  qadını 
iblis  kimi  təqdim  edən  bir  əsərə  mükafat  verdilər.  Gör 
cəmiyyət,  dünya  nəyə  qiymət  verir?  Mənim  fikrimcə  isə 
romantika,  məhəbbət  ən  ülvi,  bəşəri  dəyərlərdi  və  nə 
yaxşı  ki,  İlyas  müəllim  var  idi,  nə  yaxşı  ki,  o,  məhz  bu 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
198 
duyğuları  qələmə  alırdı.  Mən  həmişə  İlyas  Əfəndiyev 
teatrı ilə fəxr etmişəm…" 
Bu  sətirlər  isə  xalq  şairi  Zəlimxan  Yaqubun  İlyas 
Əfəndiyev  mədəniyyətinə,  sənətinə  olan  tükənməz 
sevgisinin  ifadəsi  kimi  səsləndi:  "Hər  dəfə  İlyas 
Əfəndiyev adı çəkiləndə içərimdə işıqlı bir dünya yaranır. 
Bu  işıqlı  dünya  onun  işıqlı  şəxsiyyətindən,  nurlu 
çöhrəsindən,  təbəssümlü  görkəmindən,  xarici  və  daxili 
vəhdətinin 
gözəlliyindən, 
ağsaqqal 
ucalığından, 
sevilməsindən  və  seçilməsindən  gələn  bir  işıq  olduğuna 
görə  hər  dəfə  bu  ad  səslənəndə  özüm-özümə  işıqlanır, 
içəridən nurlanıram. Sanki yeni bir aləmə düşürəm. 
Niyə?  Çünki  o,  təkcə  mənim  sevimli  yazıçım 
olmazdan  əvvəl  atamın  sevimli  yazıçısı  idi.  İlyas 
Əfəndiyev mənim körpəliyimin, uşaqlığımın, gəncliyimin 
yazıçısı  olub.  Atam  riyaziyyat  müəllimi  olmasına 
baxmayaraq,  nəsri  çox  sevirdi  və  ən  çox  sevdiyi 
yazıçılardan biri də İlyas Əfəndiyev idi. Atamın belə bir 
adəti də var idi ki, oxuduğu əsərləri sonra öz övladlarına 
nağıl  kimi,  hekayət,  dastan  kimi  danışardı.  Yəni,  İlyas 
Əfəndiyevin  yaradıcılığı  mən hələ  Bakıya gəlməmişdən, 
ədəbi  ictimaiyyətlə  qaynayıb-qarışmamışdan  atamın 
ləhcəsində,  danışığında  bütövlükdə  mənim  yaddaşıma 
hopmuşdu.  
İlyas  Əfəndiyev  deyiləndə  əsatirdən,  əfsanədən, 
nağıldan,  dastandan,  bayatıdan  gələn  ilahi  bir  duruluq, 
ilahi  bir  saflıq  adamın  gözləri  önündə  canlanır.  Həm 
möhtəşəm  keçmiş,  həm  ilahi  müasirlik  -  bunları  bir-biri 
ilə  calamaq,  bir-birinin  içində  əritmək,  bir  ürək,  bir  can 
eləmək İlyas Əfəndiyevin çox böyük ustalığı idi.  

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
199 
Mən  o  xoşbəxt  insanlardanam  ki,  İlyas  Əfəndiyevi 
sətirbəsətir  oxumuşam.  Və  mən  hər  dəfə  onun  əsərlərinə 
tamaşa  etməyə  gələndə  bir  tamaşaya  yox,  iki  tamaşaya 
baxmağa gəlirdim - bir tamaşa onun əsərləri idisə və bir 
tamaşa  da  İlyas  müəllimin  özünün  orada,  öz  lojasında 
əyləşməyi idi… Onun ağ saçlarına baxırdım, onun nurlu 
çöhrəsinə  baxırdım,  onun  xarakteri  o  baxışlardan 
görünürdü…  
Sonra  atamın  sevimli  yazıçısı  dönüb  mənim  sevimli 
yazıçım  oldu.  Mən  Kitab  passajında  satıcı  işləyəndə  ora 
mədəniyyət  mərkəzinə  çevrilmişdi,  tez-tez  yazıçıların 
görüşü keçirilirdi və oraya ən çox gələn yazıçılardan biri 
İlyas Əfəndiyev idi.  
Mənə  İlyas  müəllimin  əlini  sıxmaq,  onun  üzünün, 
sözünün nurunda işıqlanmaq, dəfələrlə həmsöhbət olmaq 
xoşbəxtliyi  nəsib  oldu.  Mənə  yazdığı  avtoqraf  heç 
yadımdan çıxmır: "Nəzakətli, sadə, nəcib bir insana - şeir 
dostu, kitab dostu Zelimxana". O, mənə "Zelimxan" deyə 
müraciət edirdi.  
Mənim  düşüncəmə  görə  İlyas  Əfəndiyev  bütövlükdə 
Azərbaycan tarixidi, Qarabağ tarixidi. Böyük tənqidçimiz 
Yaşar  Qarayev  çox  gözəl  deyib  ki,  yeddi  Qarabağnamə 
var,  amma  İlyas  Əfəndiyev  yaradıcılığı  bütövlükdə 
səkkizinci  Qarabağnamədir.  Bəli,  bu,  doğrudan  da 
belədir.  İlyas  Əfəndiyev  əsil-nəcabətli  bir  ailənin 
yetirməsidir və oradan, Qarabağdan gətirdiyi o duruluğu, 
saflığı  həmişə  qorudu.  Ona  görə  də  nəsrin  poeziyasını 
yarada  bildi.  Onun  əsərlərini  ən  lirik  şeir,  bayatı  kimi 
oxuyuram.  Çünki  onun  yaradıcılığında  xalq  ruhu,  dağ 
çiçəyinin  ətri,  qayaların  əzəməti,  axar-baxarı  var.  Ona 
görə  də  üzümü  gəncliyə  tutub  deyirəm:  "Oxuyun  İlyas 
Əfəndiyevi. Siz onu oxuduqca vətəni daha çox sevəcək-

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
200 
siniz, bu xalqı daha çox dərk edəcəksiniz, tarixi daha çox 
biləcəksiniz… Təsadüfi deyil ki, Borçalı obrazını ilk dəfə 
ədəbiyyata İlyas Əfəndiyev gətirib…  
Böyük  şəxsiyyətlərin  yeri  həmişə  görünür,  onlara 
həmişə  ehtiyac  duyulur.  Hesab  edirəm  ki,  bu  gün 
Azərbaycana ağsaqqallar daha çox lazımdır. O cümlədən 
İlyas Əfəndiyev daha çox lazımdır. Çünki bu cür insanlar 
tərbiyə məktəbidi, mədəniyyət, ibadət yeridi…  
İlyas  Əfəndiyevi  sevmək  həm  də  Azərbaycanı 
sevməkdi,  ədəbiyyatı,  keçmişi,  bu  günü  və  gələcəyi, 
xalqı,  dövləti,  dövlətçiliyi  sevməkdi.  Yeri  həmişə 
görünən, işığı həmişə qəlbimizdə olan, ölməz yazıçımızın 
müqəddəs ruhu qarşısında baş əyirəm". 
Tanınmış  şair  Ramiz  Məmmədzadə  də  öz  növbə-
sində  İ.Əfəndiyevlə  bağlı  xatirələrini  söylədi  və  ―böyük 
sənətkarımız İlyas Əfəndiyevin işıqlı ruhuna‖ həsr etdiyi 
“Məhəmməd oğlu İlyas” şerini oxudu:  
 Üzündə, gözündə 
 peyğəmbər nuru vardı, 
 Saçları rüzgardan qopmuş dalğalardı. 
 Yerindəydi danışığı, gülüşü, yerişi, 
 Əfsanəydi, möcüzəydi bu kişi.  
 
 Burulğanlı, tufanlı günlərdən 
 Şimşək kimi sıyrılıb çıxdı 
 Məhəmməd oğlu İlyas, 
 Böhtanlardan, iftiradan uzaqdı 
 Məhəmməd oğlu İlyas! 
 
 Duyğuları şeh kimi 
 Səpildi ömrünün yarpaqlarına, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
201 
 O dağların, dərələrin 
 büllur bulaqlarına.  
 
 
 Hərdən qanrılıb geriyə baxanda 
 Gizli bir sızıltı keçdi ürəyindən… 
 Yox, üzmədi əllərini 
 Sevdalı günlərinin ətəyindən.  
 
 Könüllərdən-könüllərə 
 sevgi körpüsü saldı, 
 Ülvi istəklərin 
 fövqündə ucaldı. 
 
 Hələ oxunmamış neçə mahnısı qaldı –  
 orda – dağlarda, 
 O dağların arxasında  
 qalan dostları harda?  
 
 Bir dənizdi, dalğasıyla, 
 Bir aləmdi, qovğasıyla, 
 Bir ürəkdi, sevdasıyla, 
 Sirrini bilən oldumu?  
 
 Zəmisi, xırmanı vardı, 
 Dəni, dəyirmanı vardı, 
 Öz dərdi, dərmanı vardı, 
 Dərdini bölən oldumu?  
 
 Ömür yolu – halal, haqdı. 
 Qismət bildi belə bəxti. 
 Qılıncsız vuruşan vaxtı  

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
202 
 Hayına gələn oldumu?  
 
 
 Ruhunda – Araz, Köndələn, 
 Sarı sim üstə köklənən
 Baharda doğulub gələn
 Payızda ölən oldumu?  
 
 Köksündə bir Qarabağ 
 düyünü qövr elədi
 Gördü bu fələk belədi. 
 Əlində ələk ələdi… 
 Hər gecə şam kimi 
 yandırdı barmaqlarını. 
 Sonra işıq kimi 
 Səpdi qaranlıqlara könül varını.  
 
 İndi doğma yuvasından 
 ucalır fəxri, vüqarı, 
 Nur balaları –  
 Elçini, Timuçini, 
 Nəvəsi, nəticəsi… 
 Rəngi solmayan səsi. 
 İndi otağı darıxır, 
 Qələmi, varağı darıxır, 
 Gecələr onunla yanan 
 Kövrək çırağı darıxır.  
 
 O qanadlar 
 səmada görünməz indi. 
 O göylər üfüqlərə endi… 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
203 
 Məkanını dəyişmiş planetdi 
 Məhəmməd oğlu İlyas. 
 Dostu-yarı tərk eləmiş 
 Bir ömür qatarından düşüb getdi 
 Məhəmməd oğlu İlyas… 
                                            9 noyabr 1996.  
           (Bax: İlyas Əfəndiyev. Wirtual muzey.) 
     (Bu  şeirdə  İlyas  Əfəndiyev  fenomeninin  sözlə 
cizgilənmiş 
əqidəsinin, 
məsləkinin, 
sənətinin, 
mənəviyyatının portretini, ―Hər gecə şam kimi yandırdığı 
barmaqlarını, sonra işıq kimi  qaranlıqlara səpdiyi könül 
varını‖  və  şairin  nasirə  böyük,  sonsuz  məhəbbətini 
gördüm. – Q.B.) 
Sonda  İlyas  Əfəndiyevin  oğlu,  xalq  yazıçısı  Elçin 
ailələri  adından  ustad  yazıçının  xatirəsini  əziz  tutanlara 
dərin  təşəkkürünü  bildirdi:  "Bu  mərasimi  təşkil  etdiyinə 
görə  Yazıçılar  Birliyinə,  Mədəniyyət  və  Turizm 
Nazirliyinə,  Teatr  Xadimləri  İttifaqına,  bütün  əlaqədar 
təşkilatlara,  müəssisələrə,  eyni  zamanda,  burada  iştirak 
edənlərin  hamısına  öz  təşəkkürümü  bildirirəm.  İlyas 
Əfəndiyevin vəfatından on üç il keçir. Bu on üç ildə biz 
həmişə  İlyas  Əfəndiyevin  şəxsiyyətinə,  yaradıcılığına 
məhəbbətinizin,  sevginizin,  hörmətinizin,  ehtiramınızın, 
etiqadınızın şahidi olmuşuq.  
İlyas  Əfəndiyev  vəfat  etdikdən  sonra  bizim  ümum-
milli  liderimiz  Heydər  Əliyev  çox  geniş  bir  sərəncam 
imzaladı. Bu sərəncama uyğun olaraq Bakının ən böyük 
tədris  müəssisələrindən  biri  olan  ―Elitar‖  kollec  bu  gün 
İlyas  Əfəndiyevin  adını  daşıyır.  İlyas  Əfəndiyevin  adı 
İçərişəhərin  ən  qədim  və  ən  gözəl  küçələrindən  birinə 
verilib.  İlyas  Əfəndiyevin  təqribən  üç  yüz  çap  vərəqi 
həcmində  olan  yeddicildliyi  məhz  həmin  sərəncamın 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
204 
əsasında  nəşr  olundu.  İlyas  Əfəndiyevin  "Hökmdar  və 
qızı"  tamaşası  əsasında  ikiseriyalı  film  çəkildi  və 
göstərildi.  
Bundan sonra İlyas Əfəndiyevin doxsan illiyi gəldi və 
doxsan  illiyi  ilə  bağlı  hörmətli  Prezidentimiz  İlham 
Əliyev  xüsusi  sərəncam  verdi.  2004-cü  ilin  oktyabr 
ayında  İlyas  Əfəndiyevin  doxsan  illiyi  həqiqi  bir 
ədəbiyyat,  teatr  bayramına,  sənət  bayramına  çevrildi. 
Bütün bu müddət ərzində İlyas Əfəndiyevin kitabları çap 
edildi,  seçilmiş  əsərləri  müxtəlif  nəşriyyatlarda,  o 
cümlədən doxsan çap vərəqi həcmində ikicildlik seçilmiş 
əsərləri nəşr olundu. Türk dilində "Geriyə baxma, qoca" 
romanı çap olundu. Onun pyesləri respublikanın müxtəlif 
teatrlarında tamaşaya qoyuldu. Bütün bunlar, mən hesab 
edirəm  ki,  xalqımızın,  o  cümlədən  sizlərin  dərin 
məhəbbətinizin  nəticəsidir.  Əgər  İlyas  Əfəndiyev 
yaradıcılığı,  şəxsiyyəti  sevilməsəydi,  bu  kitablar  da  çap 
olunmazdı, əsərləri tamaşaya qoyulmazdı.  
Onun yaradıcılığının doxsan beş faizi sovet dövründə 
yaranıb.  Amma  baxın,  sovet  hökuməti  çökdü,  Sovet 
İttifaqı  dağıldı,  o  ideologiya  getdi,  özüylə  çox  əsərlər 
apardı,  yalnız  Azərbaycanda  deyil,  postsovet  məkanında 
çox  ədəbiyyat  generalları  o  sistemlə  birgə  getdi,  amma 
İlyas  Əfəndiyevin  əsərləri  müstəqil  Azərbaycan 
vətəndaşlarının  sevimli  əsərləri  olaraq  qaldı.  Tamaşaları 
da eləcə.  
Burada vurğulandı ki, İlyas Əfəndiyevin ruhu bu gün 
şaddı.  Bu,  şübhəsiz  ki,  belədi,  ailə  üzvləri,  dostları, 
sevdiyi  sənətçilər  buradadı.  İlyas  Əfəndiyev  bu 
sənətkarları  öz  ailəsinin  üzvlərindən  biri  hesab  edirdi. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
205 
Bunlar hamısı öz yerində, şübhəsiz ki, bunlara görə onun 
ruhu şaddı.  
Amma  eyni  zamanda,  demək  istəyirəm  ki,  İlyas 
Əfəndiyev  bütün  qanıyla,  canıyla  Azərbaycana  bağlı  bir 
insan  idi.  Və  Azərbaycanın  içində  Qarabağa  bağlı  bir 
insan  idi.  İlyas  Əfəndiyevdə  ki,  o  daxili  səliqə-sahman 
var  idi,  o  daxili  nizam-intizam,  səfərbərlik  var  idi,  o, 
xəstəliklərə  baxmayaraq,  bəlkə  də  bu  günə  kimi, 
yaşayardı.  Amma  Qarabağ  hadisələrinin  onun  dünyasını 
dəyişməyində çox böyük rolu oldu. Və İlyas Əfəndiyevin 
ruhu  o  zaman  son  dərəcə  şad  olacaq  ki,  Azərbaycan  öz 
ərazi  bütövlüyünü  bərpa  edəcək,  Qarabağ  düşmənlərdən 
xilas olacaq." 
Mərasim  Yazıçılar  Birliyinin  Natəvan  klubunda 
davam etdirildi. AYB-nin sədri Anar vurğuladı ki, İlyas 
Əfəndiyev  səhnə  tariximizdə  böyük  dönüm  yaradan 
sənətkardı,  "Sən  həmişə  mənimləsən"  əsəri  tamaşaya 
qoyulandan  sonra  həmişə  "siz"lə  danışan  teatrımız 
"sən"lə danışmağa başladı: "Onun əsərləri demək olar ki, 
sovet dövründə yazılıb, lakin bu əsərlərin üzərində sovet 
damğası  yoxdu.  "Geriyə  baxma,  qoca",  "Üçatılan" 
əsərləri bu gün daha aktual səslənir, çünki bizi müvəqqəti 
itirdiyimiz Qarabağa, onun ab-havasına qaytarır". 
Mədəniyyət  və  Turizm  naziri  Əbülfəs  Qarayev  də 
böyük sənətkarın yaradıcılıq özəlliyindən söz açdı: "İlyas 
Əfəndiyev  yaradıcılığının  əsas  cizgisi,  sütunu  onun 
vətənpərvərliyində, 
insanpərvərliyindədi. 
Bu,  İlyas 
müəllimin  daxili  dünyasından,  insana  sevgisindən  irəli 
gəlirdi.  Onun  əsərlərində  xalqımızın  tarixi  kökləri, 
müstəqillik savaşımız əsas yer tutur. Mənə çox əzizdi ki, 
Elçin  müəllim  məni  o  görkəmli  yazıçıyla  şəxsən  tanış 
etmişdi.  Mən  onun  gözlərində  bir  nikbinlik  və  vüqar 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
206 
gördüm.  Baxmayaraq  ki, çox  itkilər  yaşadıq, ancaq  mən 
onun  gözlərində  gördüyüm  o  nikbinliyə  yenə  də 
inamlıyam."  
Xalq  şairi,  AYB-nin  birinci  katibi  Fikrət  Qoca 
vurğuladı ki, İlyas Əfəndiyev böyük, ölməz bir irs qoyub 
gedib. "Onun ən şah əsərlərindən biri də övladları - gözəl 
yazıçımız 
Elçindir, 
görkəmli 
mədəniyyət 
işçisi 
Timuçindi…" 
Xalq  artisti  Amaliya  Pənahova  bildirdi  ki,  hər  bir 
əsər  müəllifinin  bir  parçası  olur:  "Bu  mənada,  İlyas 
müəllimin  əsərləri  onun  xarakterini,  təbiətini,  istəyini 
özündə 
yaşadır… 
Mənim 
gündəlik 
həyatımda, 
fəaliyyətimdə İlyas Əfəndiyev həmişə var, yaşayır." 
Xalq  şairi  Zəlimxan  Yaqub  bir  daha  İ.Əfəndiyev 
sənətinin  ölməzliyindən  söz  açdı:  "O,  ədəbiyyata 
"Kənddən  məktublar"la gəlmişdi. Özüylə bərabər kəndin 
nəfəsini,  etnoqrafiyasını  da  gətirmişdi.  Ancaq  bununla 
kifayətlənmədi.  Ardıcıl  mütaliəsi,  marağı  ilə  bu  dünyanı 
genişləndirdi…  İlyas  Əfəndiyevə  qayıtmaq  kökə 
qayıtmaqdı. O, mənim üçün həmişə sağdı - dünən atamın, 
bu  gün  mənim,  sabah  nəvə-nəticəmin  sevimli  yazıçısı 
olaraq həmişə yaşayacaq." 
Tanınmış  şair  Fikrət  Sadıq  İ.Əfəndiyev  yaradı-
cılığındakı saflıqdan, təmizlikdən söz açdı: "Onun məzarı 
Heydər  Hüseynovun  son  mənziliylə  yanaşıdı.  Bu  da  bir 
tale  seçimidi.  Ona  görə  ki,  hər  ikisi  eyni  amalın 
daşıyıcıları idi." 
AYB-nin xarici əlaqələr şöbəsinin müdiri, şair Abbas 
1   ...   14   15   16   17   18   19   20   21   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə