Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3.14 Kb.
PDF просмотр
səhifə20/22
tarix03.12.2016
ölçüsü3.14 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
230 
qazandırmış  görkəmli  ədib,  xalq  yazıçısı  İlyas 
Əfəndiyevin  zəngin  irsi  haqqında  sanballı  elmi-tədqiqat 
əsərləri, onun zəngin həyat salnaməsi, eləcə də barəsində 
əsl  xatirələr  hələ  bundan  sonra  da  yazılacaq  və 
ədəbiyyatşünaslıq  elmimizdə,  tənqid  tariximizdə  öz 
layiqli yerini tutacaqdır. 
Onu  da,  bilirik  ki,  işimiz  nöqsansız  deyil.  Ola  bilsin 
ki,  elə  müəlliflərin  işi  olsun  ki,  nəzərimizdən  qaçmış,  ya 
da  əldə  edə  bilməmişik.  Buna  görə  onlardan  əvvəlcədən 
üzürxahlıq  diləyirik.  Əsəri  oxuyub  iradlarını  bildirən, 
məsləhət  və  göstərişlərini  verən  rəyçilərə,  kitabın 
redaktoruna, qələm dostlarımıza, həmkarlarımıza, bu işdə 
əməyi  və  zəhməti  keçən  hər  kəsə  təşəkkürümüzü 
bildiriririk. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitaba son söz əvəzi 
 
UNESCO-da İlyas Əfəndiyevin anadan olmasının 100 
illiyi qeyd edilib 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
231 
20 May 2014 [09:44] 
  
 Mayın  19-da  Azərbaycan  Respublikasının  UNESCO 
yanındakı  Daimi  Nümayəndəliyinin  təşkilatçılığı  və 
Mədəniyyət  və  Turizm  Nazirliyinin  dəstəyi  ilə  Parisdə, 
qurumun  mənzil  iqamətgahında  əsərləri  ilə  Azərbaycan 
ədəbiyyatını  zənginləşdirən,  XX  əsr  Azərbaycan 
ədəbiyyatının  görkəmli  simalarından  biri  -  yazıçı-
dramaturq  İlyas  Əfəndiyevin  anadan  olmasının  100 
illiyinə həsr olunan təntənəli tədbir keçirilib. 
 Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdən 
əvvəl  Azərbaycan  Respublikası  Baş  nazirinin  müavini 
Elçin Əfəndiyev UNESCO-nun baş direktoru xanım İrina 
Bokova ilə görüşmüşdür. 
 Söhbət zamanı E.Əfəndiyev Prezident İlham Əliyevin 
və  Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev 
Fondunun  prezidenti,  UNESCO-nun  və  İSESCO-nun 
xoşməramlı  səfiri  Mehriban  Əliyevanın  səmimi 
salamlarını  baş  direktora  çatdırmış,  ölkəmizlə  nüfuzlu 
qurum arasındakı sıx əməkdaşlığı qeyd etmiş, bu əlaqələr 
sayəsində  Azərbaycan  ilə  bağlı  yaddaqalan  yubileylərin 
UNESCO-da  yüksək  səviyyədə  keçirildiyini  xatırlatmış, 
atasının  yubileyi  ilə  əlaqədar  yaradılan  şəraitə  görə 
İ.Bokovaya təşəkkür etmişdir. 
 Baş  direktor  səmimi  salamlara  görə  Prezident  İlham 
Əliyevə  və  Mehriban  xanım  Əliyevaya  minnətdarlığını 
bildirmiş,  UNESCO  ilə  Azərbaycan  arasında  müxtəlif 
sahələrdə, o cümlədən mədəniyyət, təhsil, səhiyyə və elm 
sahəsində  sıx  əlaqələrin  inkişafından  razı  qaldığını 
diqqətə  çatdırmışdır.  İ.Bokova  onun  da  salamlarını 
Azərbaycan  Prezidentinə  və  Mehriban  Əliyevaya 
çatdırmağı Baş nazirin müavinindən xahiş etmişdir. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
232 
 Yubiley  tədbirini  açan  Azərbaycanın  UNESCO 
yanında  daimi  nümayəndəliyinin  müvəqqəti  işlər  vəkili 
Anar  Kərimov  XX  əsr  Azərbaycan  ədəbiyyatında  həm 
yazıçı, həm də dramaturq kimi tanınan İlyas Əfəndiyevin 
100 illiyində iştirakına görə İrina Bokovaya təşəkkürünü 
bildirmiş və tədbirin proqramı barədə qonaqlara məlumat 
vermişdir. 
 İ.Əfəndiyevin  həyat  və  yaradıcılığı  ilə  bağlı  nümayiş 
etdirilən  sənədli  filmdə  yazıçı-dramaturq  Qarabağın  ən 
tanınan  və  böyük  hörmət  sahib  olan  nəsillərindən  və 
valideynlərindən,  uşaqlıq  illərindən,  valideynlərinə  görə 
Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  ədəbiyyat 
fakültəsində  təhsilini  yarımçıq  qoymasından,  gənclik 
dövrünün  çətinliklərindən  bəhs  etmiş,  rus  şair  və 
yazıçılarından A.Puşkinin, A. Çexovun, M.Lermantovun, 
İ.Turgenevin,  M.Qorkinin  əsərlərinin  mütaliəsinin  onun 
ədəbiyyata  gəlişində  böyük  rol  oynadığını,  Akademik 
Milli  Dram  Teatrı  ilə  50  ilə  yaxın  əməkdaşlıq  etdiyini, 
onlarla  pyesinin  teatrın  səhnəsində  oynanıldığını 
xatırlatmışdır. 
 Tədbirdə çıxış edən UNESCO-nun baş direktoru İrina 
Bokova nasir və  dramaturq  İlyas Əfəndiyevin öz  zəngin 
yaradıcılığına görə Azərbaycan ədəbiyyatında xüsusi yeri 
olduğunu,  onun  yoxluğunun  ədəbiyyatımız  üçün  bir  itki 
olduğunu  xüsusi  vurğulamış,  Azərbaycanın  Şərqlə  Qərb 
arasında 
yerləşməsinin 
müxtəlif 
mədəniyyətlərin 
yaxınlaşmasına xidmət etdiyini,  yazıçının  yaradıcılığının 
mənsub olduğu xalqın zəngin ənənəvi mədəniyyəti ilə sıx 
bağlı olduğunu bildirmişdir. O, Azərbaycanın birinci xa-
nımı,  UNESCO-nun  xoşməramlı  səfiri  Mehriban  Əliye-
vanın öz ölkəsinin mədəniyyətini tanıtmaq istiqamətində 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
233 
mühüm  layihələri  həyata  keçirdiyini  diqqətə  çatdırmış, 
Azərbaycanın  mədəniyyət  müxtəlifliyinin  dünyanın 
mədəni dəyərlərini zənginləşdirdiyini qeyd etmişdir. 
 Azərbaycanın 
maddi  və  qeyri-maddi  mədəni 
irslərinin  Ümumdünya  Mədəni  İrs  siyahısına  daxil 
edildiyini  xatırladan  İ.Bokova  keçən  ilin  dekabr  ayında 
Bakıda  keçirilən  Qeyri-Maddi  Mədəni  İrs  üzrə 
Hökumətlərarası  Komitənin  8-ci  iclasının  yüksək 
səviyyədə  təşkil  edildiyini  vurğulamış  və  buna  görə 
ölkəmizin daimi nümayəndəliyinə təşəkkür etmişdir. 
 Yazıçının  ailəsi  adından  çıxış  edən  Elçin  Əfəndiyev 
qonaqları  salamlayaraq  demişdir:  Mən  ilk  növbədə 
Azərbaycan hökuməti adından xanım İrina Bokova başda 
olmaqla 
UNESCO-nun 
bütün  əməkdaşlarına  öz 
təşəkkürümü  və  minnətdarlığımı  bildirmək  istəyirəm  ki, 
XX  əsr  Azərbaycan  ədəbiyyatının  klassiki  İlyas 
Əfəndiyevin  100  illiyini  bu  cür  yüksək  səviyyədə 
qurumun  böyük  salonunda  qeyd  edirlər.  Deməliyəm  ki, 
hörmətli  xanım  İrina  Bokova  İlyas  Əfəndiyevin 
yaradıcılığı  haqqında  burada  əsl  ədəbiyyatşünas  kimi, 
çox  ətraflı  danışdı.  Ona  görə  də  mən  İlyas  Əfəndiyevin 
yaradıcılığından  xüsusi danışmağa  ehtiyac  hiss etmirəm. 
Yalnız  onu  bildirmək  istəyirəm  ki,  İlyas  Əfəndiyevin 
yaradıcılığının 95 faizi və ondan da artığı sovet dövrünə 
təsadüf  edir.  Ancaq  onun  yaradıcılığı,  yazdığı  pyeslər, 
romanlar  və  hekayələr,  qələmindən  çıxan  əsərlər  qəti 
surətdə  sovet  ideologiyasına  yox,  əsl  ədəbiyyata  xidmət 
etmişdir. 
 Bir  məsələni  qeyd  etmək  istəyirəm  ki,  İlyas 
Əfəndiyev  sadəcə  olaraq  Sovet  İttifaqında  səviyyəli 
yazıçılar  arasında  çox  nadir  bir  hadisə  kimi  kommunist 
partiyasının  üzvü  də  deyildi.  Onun  əsərləri  Sovet 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
234 
İttifaqının  süqutundan  sonra  sovet  ədəbiyyatının  bir  çox 
generalları  kimi  unudulmadı.  Sovet  İttifaqı  ilə  bir  yerdə 
tarixin  səhifəsinə  çevrilmədi.  Bu  gün  müstəqil 
Azərbaycanda  əsərləri  teatrlarda  ən  çox  tamaşaya 
qoyulan  böyük  yazıçılardan  birincisidir.  Bu  günlər 
müstəqil  Azərbaycanın  nəşriyyatlarında  çap  olunan 
romanların,  hekayələrin, povestlərin, ümumiyyətlə, bədii 
əsərlərin  müəllifi  İlyas  Əfəndiyev  çox  az  yazıçılardan 
biridir  ki,  onun  əsərləri  böyük  tirajla  nəşr  olunur.  Bu 
günlər  müstəqil  Azərbaycanın  elm  xadimləri  onun 
əsərlərinə  yeni  gözlə  baxırlar.  Yazıçının  əsərləri  və 
yaradıcılığı  haqqında  çoxlu  sayda  dissertasiyalar, 
monoqrafiyalar və yeni kitablar çap olunur. 
 Ölməz  dramaturqun  əsərlərinə,  yaradıcılığına  və 
şəxsiyyətinə  hörmətin,  ehtiramın  ifadəsi  olaraq  müstəqil 
Azərbaycanın Prezidenti İlham Əliyev xalq yazıçısı İlyas 
Əfəndiyevin 100 illiyinin bayram edilməsi barədə xüsusi 
Sərəncam  imzalamışdır.  Qeyd  etmək  istəyirəm  ki,  on  il 
bundan  əvvəl İlyas Əfəndiyevin 90 illiyi ilə  əlaqədar  da 
Prezident İlham Əliyev Sərəncam imzalamışdı. 
 Yazıçının  90  illiyi  də  çox  yüksək  səviyyədə  qeyd 
olunmuşdu.  Müstəqil  Azərbaycan  dövlətinin  ən  çətin 
vaxtlarının  birində  -  1994-cü  ildə  Ümummilli  Lider,  o 
dövrdəki  Prezident,  unudulmaz  Heydər  Əliyev  İlyas 
Əfəndiyevin  80  illiyi  ilə  bağlı  xüsusi  bir  Sərəncam 
imzalamışdı.  O  vaxt  ki  çətin  dövrlərə  baxmayaraq 
Azərbaycanda  yazıçının  özünün  iştirakı  ilə  yubileyi 
təntənəli şəkildə qeyd olunmuşdu. Bu gün UNESCO kimi 
mötəbər  təşkilatda  İlyas  Əfəndiyevin  100  illiyi  qeyd 
edilir.  Mən  bu  fürsətdən  istifadə  edərək  bildirmək 
istəyirəm ki, müstəqil Azərbaycan ilə UNESCO arasında 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
235 
çox  yüksək  səviyyəli  işgüzar  bir  münasibət  mövcuddur. 
Zəngin fəaliyyət UNESCO ilə Azərbaycanı birləşdirmək-
dədir.  Əlbəttə,  bu  münasibətlərin  yaranmasında  ilk 
növbədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-
nun  və  İSESCO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım 
Əliyevanın  xüsusi  xidmətlərini  qeyd  etmək  istəyirəm. 
Mehriban  xanımın  fəaliyyəti,  UNESCO-ya  bağlılığı, 
hörməti,  İrina  Bokova  ilə  şəxsi  əlaqələri  Azərbaycan  ilə 
UNESCO  arasındakı  münasibətlərin  inkişafında  mühüm 
rol oynamışdır. 
 Son  olaraq  İlyas  Əfəndiyevin  ailəsinin  bir  üzvü  kimi 
xanım İrina Bokova başda olmaqla UNESCO-nun bütün 
əməkdaşlarına  dərin  təşəkkürümü  və  minnətdarlığımı 
bildirirəm.  Əminəm  ki,  belə  nüfuzlu  təşkilatda  İlyas 
Əfəndiyevin 100 illiyinin bu cür təntənə ilə qeyd edilməsi 
zalda  əyləşən  nəvələrinin  və  nəticələrinin  xatirələrindən 
heç  vaxt  silinməyəcək  və  yaddaşlarında  əbədi  iz 
salacaqdır. 
 Sonda  Azərbaycan  incəsənət  ustaları  maraqlı  konsert 
proqramı ilə çıxış etmişlər. 
 Mərasim iştirakçıları İlyas Əfəndiyevin nəvəsi Günay 
Əfəndiyevanın  və  nəticəsi  Eldar  Salayevin  pianoda 
ifalarını böyük maraqla qarşılamışlar. 
 Yubiley 
mərasimində  UNESCO-nun  rəsmiləri, 
fransız  ictimaiyyətinin  nümayəndələri,  Azərbaycanın 
Fransada  və  Belçika  Krallığındakı  səfirləri,  təşkilatda 
akkreditə  olunan  diplomatik  korpusun  əməkdaşları, 
diasporamızın təmsilçiləri iştirak etmişlər. 
 Tədbirin  gedişi  zamanı  İlyas  Əfəndiyevin  həyat  və 
yaradıcılığı,  əsərlərindən  fraqmentlərlə  yanaşı  ölkəmizin 
tarixini, mədəniyyətini, təbiətini, turizm imkanlarını, xalq 
sənəti  nümunələrini  əks  etdirən  video  çarx  nümayiş 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
236 
etdirilmiş,  yazıçı  haqqında  ingilis  dilində  kitablar  və 
bröşürlar qonaqlara paylanmışdır. 
 Milli  Məclisin  deputatı,  AMEA-nın  müxbir  üzvü 
Nizami  Cəfərov  yubiley  tədbiri  ilə  bağlı  təəssüratlarını 
AzərTAc-la 
bölüşmüşdür: 
Parisdə, 
UNESCO-da 
Azərbaycanın  böyük  yazıçısı  və  dramaturqu  İlyas 
Əfəndiyevin  100  illiyinin  qeyd  olunması  əlbəttə,  çox 
böyük  hadisədir.  Bu,  o  deməkdir  ki,  Azərbaycan 
müstəqilliyini  bərpa  etdikdən  sonra  öz  mədəniyyətini, 
yazıçılarının yaradıcılığını dünyada təbliğ edə bilir. 
 Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 
Sərəncamı  ilə  İ.Əfəndiyevin  100  illiyinin  yalnız 
ölkəmizdə  deyil,  belə  geniş  miqyasda,  dünyanın 
mədəniyyət  paytaxtı  olan  Parisdə  keçirilməsi  əlbəttə, 
bizim  üçün  fəxrdir,  həm  də  bizim  ədəbiyyatımızın 
dəyərini göstərən bir hadisədir. 
 Yaddaqalan  çox  gözəl  bir  tədbir  keçdi.  Azərbaycan 
incəsənət  ustalarının  çıxışı,  xüsusilə,  İlyas  Əfəndiyevin 
ata-baba  yurdu  Qarabağ  haqqında  mahnıların  ifası 
hamıda  xoş  təəssürat  yaratdı.  Əminəm  ki,  bu  tədbir 
təsirsiz  ötüşməyəcək,  İlyas  Əfəndiyevin,  Azərbaycan 
ədəbiyyatının, mədəniyyətinin dünyada tanınmasında çox 
mühüm hadisə kimi yadda qalacaqdır.‖ (Gün.Az.) 
 
  
 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
237 
İlyas Əfəndiyevin əsərlərindən qısa biblioqrafik 
məlumat: 
 
 Pyeslər: 
1.
 
"İntizar"(1940-cı illər-Yazıçı Mehdi Hüseynlə 
birgə yazmışdır.) 
2.
 
"İşıqlı yollar"(1947) 
3.
 
"Bahar suları"(1948) 
4.
 
"Atayevlər ailəsi"(1954) 
5.
 
"Sən həmişə mənimləsən", yaxud "Boy 
çiçəyi"(1964) 
6.
 
"Mənim günahım"(1967) 
7.
 
"Odlu səhradan gəlmiş şeytan" 
8.
 
"On manatlıq lüstr" 
9.
 
"Bizə inan" 
10.
 
"Unuda bilmirəm"(1968) 
11.
 
"Məhv olmuş gündəliklər"(1969) 
12.
 
"Mahnı dağlarda qaldı"(1971) 
13.
 
"Qəribə oğlan"(1973) 
14.
 
"Bağlardan gələn səs"(1976) 
15.
 
"Xurşidbanu Natəvan"(1980) 
16.
 
"Büllur sarayda" 
17.
 
"Şeyx Xiyabani"(1986) 
18.
 
"Bizim qəribə taleyimiz"(1988) 
19.
 
"Sevgililərin cəhənnəmdə vüsalı"(1989) 
20.
 
"Tənha iydə ağacı"(1991) 
21.
 
"Ağıllılar və dəlilər"(1992) 
22.
 
"Hökmdar və qızı"(1994) 
 
 Uşaq hekayələri: 
1.
 
"Ceyran ovu" 
2.
 
"Maraqlı hadisə" 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
238 
3.
 
"Qoruqlarda" 
4.
 
"Yasəmən ağacı" 
5.
 
"İz ilə" 
6.
 
"Ovçunun nağılı" 
7.
 
"Zəmidə bir turac səslənirdi" 
 
 Hekayələr: 
"Kənddən məktublar" kitabından: 
1.
 
"Qızbəz xala" 
2.
 
"Qarımış oğlan" 
3.
 
"Mirzə İman" 
4.
 
"Uxajor" 
5.
 
"Xəncər hekayəsi" 
6.
 
"Aydınlıq gecələr" kitabından: 
7.
 
"Gözlənilməyən sevgi" 
8.
 
"Apardı sellər Saranı" 
9.
 
"Durna" 
10.
 
"Qəhrəman ilə bülbülün nağılı" 
11.
 
"Kiçik bir poema" 
12.
 
"Qoca tarını çaldı" 
13.
 
"Yarımçıq qalmış portret haqqında mahnı" 
14.
 
"Qarı dağ" 
 
 
 "Hekayələr" kitabından: 
1.
 
"Görüş" 
2.
 
"Gülaçar" 
3.
 
"Su dəyirmanı" 
 
 "Sən ey böyük yaradan" kitabından: 
1.
 
"Yusif və Esfir" 
2.
 
"Vəzir Allahverdi xan və Bəhlul Danəndə" 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
239 
3.
 
"Sən ey böyük yaradan" 
4.
 
"Abidin yuxusu" 
5.
 
"Həyatın əbədi ahəngi" 
6.
 
"Sağsağan" 
7.
 
"İsa-Musa" 
 
 Müxtəlif illərin hekayələri: 
1.
 
"Berlində bir gecə" 
2.
 
"Qəhrəmanımın nişanlısı" 
3.
 
"Balıqçılar" 
4.
 
"Gül satan" 
5.
 
"Cavan yolçu" 
6.
 
"Bahar buludları" 
7.
 
"Xəncər" 
8.
 
"Yaylaq qonşumuz" 
9.
 
"Şəhərdən gələn ovçu" 
10.
 
"Yun şal" 
11.
 
"Qırçı və qırmızı çiçək" 
12.
 
"Tufandan sonra" 
13.
 
"Səməd Vurğun haqqında hekayə" 
14.
 
"Daş hasar" 
 Povestlər: 
1.
 
"Kənddən məktublar"(1939) 
2.
 
"Aydınlıq gecələr"(1945) 
3.
 
"Torpağın sahibi" 
4.
 
"Qaçaq Süleymanın ölümü" 
5.
 
"Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" 
6.
 
"Üçatılan"(1981)-(Avtobioqrafik əsərdir.) 
 
 Romanlar: 
1.
 
"Söyüdlü arx"(1958) 
2.
 
"Körpüsalanlar"(1960) 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
240 
3.
 
"Geriyə baxma, qoca"(1980) (avtobioqrafik 
əsərdir) 
4.
 
"Xan çinar" 
5.
 
"Dağlar arxasında üç dost"(1963) 
6.
 
"Sarıköynəklə Valehin nağılı"(1976-1978 
 
 Filmoqrafiya: 
1.
 
Atayevlər ailəsi (film) 
2.
 
Bircəciyim (film, 1986) 
3.
 
Bizi dağlarda axtarın (film, 1976) 
4.
 
Bizim qəribə taleyimiz (film, 2005) 
5.
 
Çarvadarların izi ilə (film, 1974) 
6.
 
Geriyə baxmağa dəyər (film, 1985) 
7.
 
Gözlə məni (film, 1980) (əsərin müəllifi) 
(İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı" əsəri əsasında 
çəkilib) 
8.
 
Hökmdarın taleyi (film, 2008) 
9.
 
Körpüsalanlar (film, 1964) (əsərin müəllifi) 
(İ.Əfəndiyevin "Körpüsalanlar" əsəri əsasında çəkilib) 
10.
 
Ləyaqət hücrəsi (film, 2011) 
11.
 
Mənim günahım (film, 1985) 
12.
 
Sən həmişə bizimləsən (film, 1997) 
13.
 
Sən həmişə mənimləsən (film, 1987) 
14.
 
Tikdim ki, izim qala. III film (film, 1998) 
15.
 
Yun şal (film, 1965.) 
       (Bu faktlar ―İlyas Əfəndiyev Wikpediya‖dan 
alınmışdır.) 
 
 
 
 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
241 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
           
 
      İSTIFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1.
 
Əliyev  Heydər.  Çox  dəyərli  xalqımız  üçün  lazımlı  əsər 
(«Hökmdar  və  qızı»  tamaşası  haqqında)  //Ədəbiyyat 
qəzeti. - 1997. - 23 oktyabr; Dilsuz, Tahirli A. Sən həmişə 
bizimləsən. - Bakı: Gənclik, 1999. - s.40-47.  
2.
 
Əliyev  Heydər.  Səmimi  təbrik.  (Anadan  olmasının  80 
illiyi) //Azərbaycan. – 1994. - 26 may. 
3.
 
 Əliyev  Heydər.  Xalq  yazıçısı  İlyas  Əfəndiyevə  80  illik 
yubileyi münasibətilə //Ədəbiyyat qəzeti. -1994.-27 may. 
4.
 
 Əliyev  Heydər.  İlyas  Əfəndiyevin  «Şöhrət»  ordeni  ilə 
təltif  edilməsi  haqqında  Azərbaycan  Respublikasının 
Prezidentinin Fərmanı //Mədəniyyət. - 1994. – 30 may. 
5.
 
 Əliyev  Heydər.  İlyas  Məhəmməd  oğlu  Əfəndiyevin 
xatirəsinin 
əbədiləşdirilməsi 
haqqında 
Azərbaycan 
Respublikası  Prezidentinin  sərəncamı  //Respublika.  - 
2001. - 10 mart. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
242 
6.
 
 Abbaszadə  H.  Müasirlik  böyük  şərtdir.  (Azərbaycan 
Yazıçılar  İttifaqında  «Sarıköynəklə  Valehin  nağılı» 
romanının müzakirəsində çıxışı) //Ədəbiyyat və incəsənət. 
- 1977. - 14 may. 
7.
 
Ağayev  Əkbər.  «Kənddən  məktublar»  (Eyni  adlı  kitab 
haqqında) //Ədəbiyyat qəzeti. - 1940. -11 fevral.  
8.
 
Ağayev  Əkbər.  İlyas  Əfəndiyev  //Azərbaycan  sovet 
yazıçıları:  Ədəbi  portretlər.  -  Bakı:  Azərnəşr,  1958.  - 
s.227-234. 
9.
 
 Ağayev  Əkbər.  İlyas  Əfəndiyev  //Azərbaycan  sovet 
ədəbiyyatı.  Ali  məktəblər  üçün  dərslik.  -  Bakı:  Maarif, 
1966. - s.428-434. 
10.
 
Ağayev  Əkbər.  «Mahnı  dağlarda  qaldı»  (Əsərin  tamaşası 
haqqında) //Kommunist. - 1971. - 5 mart.  
11.
 
 Ağayev  Əkbər.  «Qəribə  oğlan»  (Əsərin  ADADT-da 
tamaşası haqqında) //Kommunist. - 1973. -17 may.  
12.
 
Ağayev Əkbər. Vüsətli və şairanə. (Yaradıcılığı haqqında) 
//Ədəbiyyat və incəsənət. - 1974. - 23 noyabr.  
13.
 
Axundov Yavuz. Tarix və roman, Bakı: Yazıçı, 1983. 
14.
 
AMEA  Naxçıvan  bölməsində  ―İlyas  Əfəndiyevin  –  90‖ 
mövzusunda  elmi  konfransın  materilları.  Akademik  İsa 
Həbibbəyli. ―İlyas Əfəndiyevin  yaradıcılıq yolu‖. 24 May 
2011, Sayt: ―Tuesday‖. 
15.
 
Aida  Salahova.  İlyas  Əfəndiyevin  yaradıcılığının 
poetikası. Bakı: Yazıçı, 1984.  
16.
 
Alışanlı Ş. Ötən əsrin bədii salnaməsi  (İlyas Əfəndiyevin 
yaradıılığı  barəsində)  //  ―Ədəbiyyat  qəzeti‖,  2003.  –  01 
avqust. 
17.
 
Alışanlı  Ş.  Milli  bədii  fikrin  inkişafında  İlyas  Əfəndiyev 
fenomeni. // ―Respublika‖ qəzeti, 2014. – 22 may. 
18.
 
Anar.  Yeri  görünəcək.  (Vəfatı  münasibətilə)  //Ədəbiyyat 
qəzeti. - 1996. - 11 oktyabr.  
1   ...   14   15   16   17   18   19   20   21   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə