www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
168
Bülbüloğlunun ("Siz həmişə bizimləsiz"), Nəriman
Həsənzadənin ("Böyük sənətkar və bir-neçə söz"), Famil
Mehdinin ("Böyük sənətkara məhəbbət"), Söhrab Tahirin
("Əbədiyyəti gözlərimlə gördüm"), Əhliman Əmiras-
lanovun ("Böyük yazıçı -- böyük el ağsaqqalı"),
Həsənağa Turabovun ("Bizim qəribə taleyimizdən bir
lövhə"), Amaliya Pənahovanın ("Dostluqdan yaranan
sənət"), Şəfiqə Məmmədovanın ("Teatr onun həyatı idi"),
Mərahim Fərzəlibəyovun ("Xatirə işığında"), Hacı
Səyavuş
Aslanın ("Qüdrətli sənətkar"), Əliabbas
Qədirovun ("Unudulmaz sənətkar"), Fuad Poladovun
("Biz onun yetirmələriyik"), Sabir Rüstəmxanlının
("Gecə zəngləri"), Nahid Hacızadənin ("Yazıçıya yazmaq
qalacaq"), Mövlud Süleymanlının ("Nəsillərin görüşü"),
Kamil Vəli Nərimanoğlunun ("Aydan arı, sudan duru"),
Vaqif
Bayatlı
Önərin
("Elçin
və
İlyas
Əfəndiyev"),Vilayət
Quliyevin
("Sənət
marafonçusu"),İnqilab Kərimovun ("İlyas Əfəndiyev
teatrı"), Dilsuzun ("Zəka nuru"), Afaq Məsudun
("Unudulmaz İlyas Əfəndiyevin xatirəsinə"), İlham
Rəhimlinin ("Əbədi sənət irsi"), Vaqif Yusiflinin ("Boy
çiçəyinin ətri"), Məryəm Əlizadənin ("Sən həmişə
bizimləsən"-- rus dilində), Firəngiz Mütəllimovanın
("Yada düşər xatirələr"), Bəsti Cəfərovanın ("Nə yaxşı ki,
bu dünyada siz varmışsınız..."), Kübra Əliyevanın ("Ürək
sözlərim"),
Səyavuş
Məmmədzadənin
("İnsanlara
vəsiyyət
edilmiş
işıq"--
rus
dilində),
Əkrəm
Qaflanoğlunun ("Qarabağ şikəstəsi"), Kərbəlayi Əlinin
("Unuda bilmədiyim insan") xatirə və esseləri, Fikrət
Qocanın "İlyas Əfəndiyevin unudulmaz xatirəsinə" şeri
və İlham Rəhimlinin "İlyas Əfəndiyevin Azərbaycan
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
169
Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş
pyeslərinin siyahısı" çap edilmişdir.
Əslində bu kitabda toplanan məlumatlar, məqalələr,
xatirələr, şeirlər, xronikalar ədəbi-mədəni ictimaiyyətin
böyük və həmişəyaşar ədibimiz İlyas Əfəndiyevin
şəxsiyətinə və yaradıcılığına, onun şərəfinə qoyulmuş
yazılı abidədir...
Başqa bir məlumatda isə biz, İlyas Əfəndiyev
yaradıcılığına Türkiyə Cümhuriyyəti ziyalılarının,
naşirlərinin münasibətini görürük.
―Xalq qəzeti‖nin 23 İyun 2011-ci il sayında oxuyuruq
ki, Türkiyədə "İlyas Əfəndiyev. Həyatı və əsərləri"
monoqrafiyası çapdan çıxmışdır və bu barədə yuxarıda
məlumat vermişik...
Son illərin başqa bir maraqlı tədbirini də xatırlatmaq
yerinə düşər. Bu tədbirdən aydın olur ki, İlyas Əfəndiyev
şəxsiyyəti və yaradıcılığı təkcə ədəbi-tənqidin deyil, həm
də bədii fikrin, düşüncənin də dərki prosesində özünə yer
almış, şairlərimiz onun barəsində maraqlı şeirlər,
poemalar yazmışlar. Yazıçının nəvəsi – Günay
Əfəndiyeva Elçin qızı bu əsərləri toplayaraq maraqlı bir
kitab – ―İlyas Əfəndiyev. Şeirə sığmayan ömür‖
adlandırdığı kitabı nəşr etdirmişdir.
Bu kitabın təqdimat mərasimindən ―525‖-ci qəzet‖ də
(17.03.2011) dərc edilən məlumatda oxuyuruq:
―Dünən (16.03.2011. – red.) Muzey Mərkəzində XX
əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas
Əfəndiyevə həsr olunmuş ―İlyas Əfəndiyev. Şeirə
sığmayan ömür‖ kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə İ.Əfəndiyevin oğlu, baş nazirin müavini,
xalq yazıçısı Elçin, həmçinin tanınmış elm, ədəbiyyat və
mədəniyyət xadimləri, millət vəkilləri, ziyalılar, mətbuat
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
170
nümayəndələri iştirak ediblər. Mədəniyyət və Turizm
Nazirliyinin nəşr layihəsi olan ―İlyas Əfəndiyev. Şeirə
sığmayan ömür‖ kitabı ―Təhsil‖ nəşriyyatında nəfis
tərtibatla çap edilib. Kitabın tərtibçisi və redaktoru Günay
Əfəndiyevadır.
―İlyas Əfəndiyev. Şeirə sığmayan ömür‖ kitabında,
adından göründüyü kimi, unudulmaz yazıçıya həsr
olunmuş şeirlər, tanınmış şəxslərin ürək sözləri və
qiymətli fotoşəkillər yer alıb. Ümummilli lider Heydər
Əliyevin İlyas Əfəndiyev barədə dəyərli fikirləri ilə
açılan kitabda tərtibçi-redaktor Günay Əfəndiyevanın ön
sözü, xalq yazıçısı Elçinin ―Şeirə sığmayan ömür‖
məqaləsi yer alıb.
Bundan başqa, kitabda Süleyman Rüstəm, Qabil,
Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub,
Ramiz Rövşən, Tofiq Nurəli və başqa şairlərin qələmə
aldığı şeir nümunələri dərc edilib. Bu şeirlərdə İlyas
Əfəndiyev sənətinə, şəxsiyyətinə dərin ehtiram və
məhəbbət əksini tapıb. Yazıçının parlaq obrazını
tamamlamaq məqsədi ilə kitaba fotoşəkillərlə yanaşı
rəssamların bu mövzuda çəkdiyi illüstrasiyalar, teatr
eskizləri, digər bədii rəsm və foto nümunələri də daxil
edilib.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
mərasimdə çıxış edərək, İlyas Əfəndiyev yaradıcılığından
danışıb və ona həsr olunan bu kitabı yüksək
qiymətləndirib. İlk olaraq çıxış edən mədəniyyət və
turizm naziri Ə. Qarayev bildirib ki, ―İlyas Əfəndiyev.
Şeirə sığmayan ömür‖ kitabında adından göründüyü
kimi, unudulmaz yazıçıya həsr olunmuş şeirlər, tanınmış
şəxslərin ürək sözləri və qiymətli fotoşəkillər yer alıb.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
171
Kiatbda yer alan şeirlərdə İlyas Əfəndiyev sənətinə,
şəxsiyyətinə dərin ehtiram və məhəbbət ifadə olunub:
―Yazıçının parlaq poetik obrazını tamamlamaq məqsədi
ilə kitaba fotoşəkillərlə yanaşı rəssamların bu mövzuda
çəkdiyi illüstrasiyalar, teatr eskizləri, digər bədii rəsm və
foto nümunələri də daxil edilib. Mədəniyyət və Turizm
Nazirliyinin nəşr layihəsi olan ―İlyas Əfəndiyev. Şeirə
sığmayan ömür‖ kitabı ―Təhsil‖ nəşriyyatında nəfis
tərtibatla çap olunub. Kitabın tərtibçisi və redaktoru
Günay Əfəndiyevadır‖.
Nazirin çıxışından sonra böyük ədib haqqında
hazırlanan sənədli film nümayiş olunub.
Mərasimdə çıxış edən millət vəkili, professor Nizami
Cəfərov
İlyas
Əfəndiyev
yaradıcılığının
bənzərsizliyindən danışıb, ədibin özünəməxsus yolu olan
bir yazıçı olduğunu diqqətə çatdırıb və kitabın çox
orijinal bir tərtibatla hazırlandığını bildirib: ―Bəlkə də bu
kitabı hansısa peşəkar ədəbiyyatşünas, yazıçı yazsaydı,
peşəkar dizaynerin tərtibatında çıxsaydı, bu qədər səmimi
olmazdı. Günay xanım babasını hamıdan yaxşı tanıdığı
üçün bu kitabın tərtibatında da səmimilik və doğmalıq
hiss olunur‖.
Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru
Amaliya Pənahova İlyas Əfəndiyevin və onun əsərlərinin
Azərbaycan teatrının inkişafındakı mühüm rolundan
danışıb: ―İlyas Əəfəndiyev Azərbaycan teatrının
inkişafına misilsiz xidmət göstərən pyeslər yaradıb. Mən
çox xoşbəxt bir aktrisayam ki, onun 18 əsərinin 14-də baş
rol ifaçısı olmuşam. Onun əsərləri ilə Azərbaycan
teatrında üç böyük aktyor nəsli yetişdi və bu aktyorlar
İlyas müəllimin əsərləri ilə inkişaf etdilər. Biz bu gün bu
kitabı vərəqlədikcə, onun haqqında dəyərli şairlərin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
172
yazdıqları şeirləri oxuduqca İlyas Əfəndiyevin hər zaman
bizimlə olacağını hiss edirik. Mən İlyas Əfəndiyev
yaradıcılığını və şəxsiyyətini əbədiləşdirmək yolundakı
fəaliyyətinə
görə onun nəvəsi Günay xanıma
təşəkkürümü bildirirəm‖.
Sonra çıxış üçün söz xalq artisti Azərpaşa Nemətova
verilib və o, İlyas Əfəndiyevin mənalı ömür yaşadığını,
onun əsərlərinin hər zaman aktuallığı qoruduğunu dilə
gətirib: ―Çox sevindirici haldır ki, İlyas Əfəndiyev
haqqında hazırlanan bu kitab sanballıdır, ağırdır. Bu
ağırlıq təkcə həcmlə bağlı deyil, həm də görkəmli ədibin
öz yaradıcılığı, onun haqqında söylənən dəyərli fikirlərlə
əlaqədardır.‖
Xalq şairi Zəlimxan Yaqub İlyas Əfəndiyevin xalqın
ağrısını, dərdini öz içindən keçirərək, xalqa dəyərli bir
ədəbi irs qoyub getdiyini, dünya durduqca ədibin adının,
yaradıcılığının, ruhunun var olacağını deyib: ―İlyas
Əfəndiyevin adı çəkiləndə yerindən, zamanından asılı
olmayaraq, mənim gözlərimin önündə işıq obrazı
canlanır. Onun qanında, canında yanan bu işıq milli
teatrımıza köçüb. Böyük şəxsiyyətlərin xalq və sənət
qarşısındakı
ən
böyük
xidməti
insanları
doğmalaşdırmaqdır. Bu gün İlyas Əfəndiyevin xatirəsinə
həsr olunan bu kitab da burda neçə-neçə insanı
doğmalaşdırdı‖.
Tədbirdə akademik Bəkir Nəbiyev, professor Nizami
Xudiyev və başqaları da çıxış edərək, ədibin şəxsiyyəti
və yaradıcılığı haqda fikirlərini bölüşüblər. Gecənin
sonunda söz kitabın redaktoru və tərtibçisi Günay
Əfəndiyevaya verilib: ―Bu, çox səmimi bir gecə oldu.
―Şeirə sığmayan ömür‖ kitabının hazırlanmasında mənə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
173
mənəvi dəstək olduğu üçün atam Elçin Əfəndiyevə, o
cümlədən bu kitabın səhifələrini bəzəyən, belə bir kitabın
yaranmasına səbəb olan şairlərimizə, kitabın işıq üzü
görməsində, bu cür nəfis tərtibatla ərsəyə gəlməsində
göstərdiyi köməkliyə görə ―Təhsil‖ nəşriyyyatına, belə
möhtəşəm bir gecəni təşkil etdiyi üçün Mədəniyyət və
Turizm
naziri
cənab
Əbülfəs Qarayevə dərin
minnətdarlığımı bildirirəm.‖ (Bax: Yuxarıda göstərilən
mənbə.)
―Şeirə sığmayan ömür‖ kitabı ədəbi ictimaiyyətin
İlyas Əfəndiyev şəxsiyyətinə və yaradıcılığına göstərilən
hörmət və məhəbbəti ümumən tamamladığından, bu
sahədə müstəsna əhəmiyyət kəsb edir. Bu kitabın ədəbi-
ictimai fikirdə tutduğu mövqeyi xalq yazıçısı, professor
Elçin müəllimdən yaxşı şərh etmək mümkün
olmadığından onun kitabın adıyla eyni adlı – ―Şeirə
sığmayan ömür‖ məqaləsindən müəyyən fraqmentləri
oxucularımıza təqdim edirik:
―Bu kitabın nəşri İlyas Əfəndiyev şəxsiyyəti və
yaradıcılığı ilə bağlı, olsun ki, bir az qeyri-adi, ancaq
əlamətdar ədəbi hadisədir.
Bu kitabda Azərbaycan şairlərinin İlyas Əfəndiyevə
həsr etdiyi şeirlər toplanmışdır.
Təmtəraqlı çıxmasaydı, deyərdim, bu kitab – şeir
çələngi, poeziya buketidir.
Poeziya əlbəttə, ilk növbədə səmimiyyətdir.
İlyas Əfəndiyev o, az saylı sənətkarlardandır ki,
şəxsiyyəti
səmimiyyətin
ifadəçisi
olduğu
kimi,
yaradıcılığı da səmimiyyət ifadə edirdi. Bu mənada onun
şəxsiyyəti ilə yaradıcılığı arasında üzvi bir vəhdət var idi
və onun şəxsiyyətilə yaradıcılığı əslində bir-birini
tamamlayırdı.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
174
Və yəqin elə buna görə də neçə illərdir ki, İlyas
Əfəndiyevin şəxsiyyəti də, yaradıcılığı da Azərbaycan
poeziyasının mövzularından birinə çevrilmişdir. O, bəlkə
də, haqqında ən çox şeir yazılmış nasirimizdir və İlyas
Əfəndiyevi xatırladıqca, onu yenidən oxuduqca, mən bu
cəhəti çox əlamətdar hesab edirəm.‖ (Bax: ―Şeirə
sığmayan ömür‖, Bakı, ―Təhsil‖ nəş., 2011, s.13.)
―... Azərbaycan ədəbi tənqidinin, yəqin elə bir
nümayəndəsini tapmaq mümkün deyil ki, İlyas
Əfəndiyev haqqında yazmasın. Hətta yazıçı və şairlərin
əksəriyyəti İlyas Əfəndiyev haqqında çox yazıblar, eyni
zamanda böyük sənət xadimlərimiz də vaxtaşırı İlyas
Əfəndiyev haqqında yazmış, onun şəxsiyyəti və
yaradıcılığı barədə ürəkdən gələn bir hərarətlə söz
demişlər.
İlyas Əfəndiyevin yaradıcılığı bir çox elmi mo-
noqrafiyaların, dissertasiyaların mövzusu olmuşdur və
həmin dissertasiyalar bu gün də müdafiə edilir.
Ancaq belə zəngin bir biblioqrafiya ilə bərabər, bu
kitab, dediyim kimi, qeyri-adi və əlamətdar hadisədir.‖
(Bax: Yenə orada, s.15.)
Müəllif davam edir: ―Çünki söhbət elmi-nəzəri
tədqiqatlardan, məqalələrdən, esselərdən, xatirələrdən, bu
və
ya
digər
münasibətlə söylənmiş fikir və
mülahizələrdən yox, poeziyadan gedir.
Bu kitabda 35 Azərbaycan şairinin müxtəlif illərdə
İlyas Əfəndiyevə həsr etdikləri 38 şeir toplanıb.
Qəribədir, bəzən kiçik bir şeir böyük bir bioqrafi-
yanın, zəngin və zəngin olduğu qədər də mürəkkəb bir
xarakterin ayrı-ayrı çalarlarını, məxsusi cəhətlərini ifadə
edə bilir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
175
İstedad və sənətkarlıq dediyimiz vergi də elə
bundadır.
Ramiz Rövşənin ―İlyas müəllimin xatirəsinə‖ şeiri
cəmi üç kiçik bənddən ibarətdir, ancaq mən o şeiri
oxuyanda İlyas Əfəndiyevi aydın gördüm və az qala
cismani hiss etdim:
Daş atanlar az olmadı,
Bu kişinin əkdiyinə.
Sevənlərdən yaza-yaza,
Çəkildi öz təkliyinə.
Hərdən yaşla doldu gözü,
Bir cüt gölə döndü gözü,
Hərdən elə döndü üzü –
Daş mat qaldı bərkliyinə...
Dünyayla küsüb-barışdı,
Ağ varağa könül açdı,
Qarışdı, ruhu qarışdı,
Ağ varağın paklığına.
Bunlar Ramiz Rövşənin İlyas Əfəndiyev şəxsiy-
yətində və yaradıcılığında gördükləri və bəlkə də,
gördüklərindən daha çox – hiss etdikləridir.
Ancaq hər şairin, hər sənətkarın öz baxış bucağı, öz
hisslər dünyası var. Və yəqin elə buna görə də Günay bu
kitabın adını ―Şeirə sığmayan ömür‖ qoyub və mən də bu
kiçik ön sözü belə adlandırdım.
...Günay rəssamların, heykəltəraşların İlyas Əfəndiyev
mövzusunda işlədiyi bir sıra əsrlərin reproduksiyalarını
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
176
da bu kitaba daxil edib və güman edirəm ki, poeziya ilə
rəngkarlıq həmişə olduğu kimi, bu dəfə də bir-birini
yaxşı tamamlayır.‖ ( Bax: Yenə orada, s.17.)
―...Bu kitabın müəllifləri XX-XXI əsr şairlərimizin
müxtəlif nəsillərinə mənsubdurlar.
Süleyman Rüstəm, Mədinə Gülgün, Qabil, Hüseyn
Kürdoğlu, Vilayət Rüstəmzadə... mənim yaxşı tanıdığım,
uzun illər boyu mehriban, istiqanlı ünsiyyətdə olduğum
bu gözəl insanlar artıq Haqq dünyasındadırlar.
Gedənlərin ruhu şad olsun, qalanlara, bu gün də yazıb-
yaradanlara isə mən onların bu kitaba toplanmış
şeirlərinin səmimiyyətilə yoğrulmuş ən gözəl arzularımı
bildirirəm. Elçin, 08 iyul 2010. Bakı.‖ ( Bax: Yenə orada,
s.18.)
Biz də, bir müəllif kimi Elçin müəllimin bu səmimi,
səmimi olduğu qədər də, elmi fikirlərinə, isti arzularına
qoşularaq İlyas müəllimə həsr edilmiş bir neçə şeiri
oxucularımıza təqdim etməklə, kitabımızı süsləndirmək
istədik...
Xalq şairi Fikrət Qocanın "İlyas Əfəndiyevin
unudulmaz xatirəsinə" şeiri:
İlyas Əfəndiyevlə bağlı xatirəm çoxdu. Elə ki, yazmaq istəyirəm,
hamısı pərən-pərən düşür. Qalıram boşluqda. Nəhayət, anladım ki,
insan haqqında xatirəni onu itirdiyinə daxilən inandıqdan sonra
yazmaq asan olur. Mən İlyas müəllimin ölümünə-yoxluğuna inana
bilməmişəm. Onun yoxluğunu qəbul etməyə hazır deyiləm. Mən
xatirə yazmaq istəyəndə bu şeir yarandı:
Dağların Bəbir qadını,
Doğdu bir eşqin odunu,
Xızır İlyasın adını
Verdi əziz balasına.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
177
Bu diyarda ömür boyu,
Xəyalında dağ çiçəyi,
Nəğmə oldu adı, soyu,
Ürəyində bulaq suyu,
Bu şəhərdən keçdi, getdi…
Zaman piyada, o atlı,
Elçin, Timuçin qanadlı
İlyas Məhəmməd oğlu.
Nə dostlarla yarışardı,
Nə də dərdin danışardı,
Öz yolunda, öz ilhamı
Bir şam kimi alışardı.
Hava tutqun, yollar çətin…
Həmişə təmiz saxladı
Öz varlığın, öz siqlətin.
Təmiz, saf bir parçasıydı
O, dağların, təbiətin.
Adı məşhur, sözü dadlı…
Elçin,Timuçin qanadlı
İlyas Məhəmməd oğlu.
Hələ bizim aramızda
Ömür sürür söz Paşası.
Dillərdə sözü-söhbəti,
Səhnələrdə tamaşası.
İlham şamı sönməyibdi,
Xatirəyə dönməyibdi.
Evdə ayaq izi isti.
Heç mürəkkəb qurumayıb,
Hələ səsi, sözü isti…
Hələ, hələ bundan belə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
178
Ruhu, mehriban xəyalı
Üzümüzə gülə-gülə
Neçə nəvə böyüdəcək
İlyas qəlbli, İlyas adlı…
Elçin, Timuçin qanadlı
İlyas Məhəmməd oğlu.
2 oktyabr 1998.
(Bax: "Ədəbiyyat qəzeti", 2 oktyabr 1998.)
Xalq şairi Zəlimxan Yaqubun ―Köhnə kişi‖ şeiri:
(Xalq yazıçısı İlyas Əfəndiyevin ruhuna bağışlayıram)
Təzələr içində təzədən təzə,
Köhnələr içində köhnə kişiydi.
Uca şəxsiyyəti, əsərləriylə
Tamaşa kişiydi, səhnə kişiydi.
«Bahar suları»tək axırdı dili,
Çəmən qucağında çeşmə kimiydi.
Nəsrin şeriyyəti Valeh dilində,
Bayatı kimiydi, qoşma kimiydi.
Fikrə, düşüncəyə, zehnə, yaddaşa,
Əlvan naxışları vurdu yaşadı.
«Büllur saray»lara tamah salmadı,
Könül sarayları qurdu yaşadı.
Onun əsərələri taleyimizdi,
Hey bizdən danışdı, hey bizdən dedi.
Kamran Borçalıdan söhbət açandı,
«Şeyx Xiyabani» Təbrizdən dedi.
Onun qələmində tariximiz də,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
179
Tarixi ən kəskin ittiham da var.
Möhtəşəm hökmdar ucalığı da,
«Məhv olmuş gündəlik», sönən şam da var.
Saçı zirvələrin qarına döndü,
Sarvantək daşıdı karvan dərdləri.
Onun qələmiylə dindi, danışdı
Qarabağ, Borçalı, Şirvan dərdləri.
Enişli-yoxuşlu həyat yolunda
Neçə dərə keçib, neçə dağ çıxıb.
Zaman sınağında təmiz, ləkəsiz,
Sənət sınağından üzüağ çıxıb.
Təzələr içində təzədən təzə,
Köhnələr içində köhnə kişiydi.
Uca şəxsiyyəti, əsərləriylə
Tamaşa kişiydi, səhnə kişiydi.
25 may 2010.
(Bax: İlyas Əfəniyev virtual muzeyi)
Şair Hüseyn Kürdoğlunun İlyas Əfəndiyevin 70
illiyinə həsr etdiyi "Yüz il yaşamağa haqqın var sənin"
adlı şeiri:
Bələyə bükəndə səni Qarabağ,
Bir qartal lələyi taxdı qundağa,
Qəlbinə od verdi halal bir ocaq,
Bir gün iməkləyib qalxdın ayağa.
Baxtını yazmışdır o dağlar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
180
Dünyanı qanlı bir tufanda gördün,
Dağlar sinə gərdi ildırımlara.
Nalə də eşitdin, hicran da gördün,
Yolun dikəlsə də sıldırımlara.
Əlindən tez tutdu bu diyar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Torpağa kök atıb, eldən güc aldın,
Sal qayalar kimi bərkidi dizin.
Tufanlar önündə göyə ucaldın,
Yaşıl yarpaq kimi açıldı sözün,
Budağın gətirdi təzə bar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Misri qılınc verib döyüşən sözə,
Yamanın, yalanın bağrını yardın.
Tamahı qul kimi çökdürüb dizə,
Büllur sarayları viran qoyardın,
Olsaydı əlində ixtiyar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Düşmədin dalınca şöhrətin, adın,
Çeşmədən durusan, aydan arısan.
Yaratmaq eşqindən sən ki, doymadın,
Baharın, gəncliyin nəğməkarısan.
Saçına yağsa da vaxtsız qar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Min il yaşamağa haqqın var sənin!
( Bax: Hüseyn Kürdoğlu. Ziyalımız -
ziyamız, Bakı, "Ozan", 1999. səh. 17.)
|