www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
121
müəyyənləşməsində ciddi rol oynayan duyğuları lirik-
romantik planda işıqlandıra bilsin. Bu duyğular yazıçının
gerçək həyatla, dərindən müşahidə etdiyi insanlarla,
hadisələrlə bağlı duyğuları idi. Yazıçının subyektiv
―mən‖ində baş qaldıran duyğular onun qəlb və ürək
süzgəcindən keçir, gerçək həyatın təsviri və təhlilinə
yönəlirdi.‖ (Bax: Seyidov Y. ―İ.Əfəndiyev‖. Bakı:
Azərnəşr, 1975, s. 19.)
Məlum səbəblər üzündən vaxtilə bizim bir sıra
əsərlərimizdə vulqar sosiologizm təzahürləri çox
qüvvətlənmiş, bu da öz növbəsində diqqəti insan mənə-
viyyatının dərin psixoloji şərh və təhlilındən uzaq-
laşdırmışdı, ―konfiliktsizlik‖ deyilən anlayış meydana
çıxarmışdır. Bu zaman İlyas Əfəndiyevin əsərləri ilə nəsr
və dramaturgiyamıza əsl həyati konfliktlər əsasında
yaradılmış qəhrəmanların, təmiz ürəkli, prinsipial və
mərd adamların yeni bədii surətləri gəldi və bunlar ədəbi
tənqidin süzgəcindən, təhlilindən uğurla keçdi.
―Ədəbi tənqidimizin gəldiyi qənaətə görə İlyas
Əfəndiyevin ―Söyüdlü arx‖, ―Körpüsalanlar‖, ―Sarıköy-
nəklə Valehin nağılı‖ kimi yazıldığı dövrün gerçəkliyini
əks etdirən əsərlərinin qəhrəmanları ...adamların rifahını
yaxşılaşdıran, onların qəlbinin dərinliklərinə işıq salan
nufzlu adamlardır; ...ədibin qəhrəmanları öz böyük
qayəsi, bu qayə uğrunda mübarizədə təzahür edən
ehtirası, xarakterinin bütövlüyü, yaşadığı hisslərin, daxili
təlatümün təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar. Bu
xüsusiyyətlər keçmiş həyatımızın, tariximizin ən tipik
lövhələrini əks etdirən ―Üçatılan‖, ―Geriyə baxma, qoca‖
romanları üçün də səciyyəvidir...‖ (Bax: Bəkir Nəbiyevin
göstərilən məqaləsi.)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
122
Ədəbi tənqidin diqqət mərkəzində olan mühüm
problemlərdən biri də İlyas Əfəndiyev yaradıcılığındakı
psixologizm problemidir. Bu problemlə bağlı tənqidçi-
tədqiqatçılardan Vilayət Quliyev, Məriyəm Əlizadə,
İlham Rəhimli, Rəhim Əliyev, Muxtar İmanov, Vəli
Nəbiyev, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Şirindil
Alışanov, Vəfa Xanoğlan öz məqalə və tədqiqatlarında
qiymətli
fikirlər
söyləmiş, bu problemi ətraflı
işıqlandırmış, psixologizmi İlyas Əfəndiyevin mühüm və
aparıcı, onun üslubunu başqalarından fərqləndirən,
orjinallığını təmin edən yaradıcılıq maneralarından hesab
etmişlər.
Ədəbi tənqid və ədəbiyyatşünaslıq psixologizmi bir
bədii üsul kimi ədəbi janrlarda (roman, povest, hekayə,
ssenari, dram) bədii ifadə vasitəsi kimi işlənərək
mahiyyətcə yeni forma almasını xüsusi olaraq bir ədəbi
prinsip kimi təqdim edir. Psixologizm problemini 60-70-
ci illər Azərbaycan nəsrinin əsasında tədqiq edən
filologiya elmləri doktoru Muxtar İmanov nəsrdə
psixologizmi
həyat
həqiqətlərini
ədəbi-bədii
əksetdirmənin üsul və prinsiplərindən biri kimi təqdim
edir: ―Psixologizmin üstünlük qazandığı nəsr əsərlərində
özünütəhlilin ətraf aləmin təhlillə bağlılığı özünü təkcə
onda göstərmir ki, müəllif ara-sıra qəhrəmanının
düşüncələrinin ifadəsində baş verən əhvalatların
bilavasitə təsvirinə keçir. Ən başlıcası onda göstərir ki,
ətraf aləm qəhrəmanın fikir dünyasında, daxili hekayə və
dramında daimi iştirakçı kimi çıxış edir.‖ (Bax: İmanov
M. ―Müasir Azərbaycan nəsrində psixologizm (60-70-ci
illər)‖. Bakı,1991, s.31.)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
123
Tədqiqatçı Vəfa Xanoğlan ―İlyas Əfəndiyevin nəsrin-
də psixologizm və polifonizm‖ adlandırdığı məqaləsində
yazır: ―İlyas Əfəndiyev nəsrinin ən səciyyəvi
cəhətlərindən biri ondakı psixologizmdir, insanların
daxili aləmini, onların mənəvi dünyasındakı ziddiyyətləri
nəsrin obyektinə çevirməsidir. Roman və povestlərində
yazıçının əsas məqsədi şəxsiyyətin daxili aləminin
mübhəm çalarlarını, insan taleyinin zaman axarında
başqalaşmasını, başqa sözlə, zaman-insan-tale problemini
aydınlatmaqdan, mənəvi suverenliyi ifadə etməkdən
ibarət olub. Qəhrəmanın dərin psixoloji aləminə nüfuz
etmək yazıçının həm nəsrinə, həm də dramaturgiyasına
xas olan ən əlamətdar xüsusiyyətlərdən biridir.‖ (Bax:
ADMİU-nun ―Əsərləri‖, 30 mart 2011-ci il, 5-ci sayı,
s.21.)
****
Tənqidçi və ədəbiyyatşünasların qeyd etdiklərinə görə
yazıçının üslubundakı lirizm ovqatını və psixologizm
axarını şərtləndirən cəhələrdən biri də onun xalq
təfəkkürünə, folklora dərindən bələdliyi olmuşdur. (Bax:
Şükürova G.V. "İlyas Əfəndiyevin yaradıcılığında
folklor" (namizədlik dissertasiyası). Bakı. 2006; ―İlyas
Əfəndiyev yaradıcılığında xalq ədəbiyyatı, "Dil və
ədəbiyyat" jurnalı, 1999, say 3, s.25; Əlavə bax:
Şükürova G.V. İlyas Əfəndiyevin yaradıcılığında folklor
motivləri. Filologiya elmləri namizədi alimlik dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın Avtoreferatı.
Bakı, 2007, 28 səh.; ―İlyas Əfəndiyevin hekayələrində
mifizm‖, Dil və ədəbiyyat, say: 1(26), Bakı, 2000, s.61-
63; ―İlyas Əfəndiyevin yaradıcılığında Qarabağ mövzusu
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
124
və folklor‖, Dil və ədəbiyyat, say: 2(27), Bakı, 2000,
səh.77-80; ―İlyas Əfəndiyev yaradıcılığında əfsanə,
rəvayət, nağıl, dastan süjetlərindən və motivlərindən
istifadə‖, Dil və ədəbiyyat, say:4(38), Bakı, 2003, s.49-
53; ―İlyas Əfəndiyev yaradıcılığında bayatı, aşıq
yaradıcılığı və xalq mahnılarından bəhrələnmə‖, Dil və
ədəbiyyat, say: 4(38), Bakı, 2003, s.53-58.)
Bu münasibətlə İlyas Əfəndiyevin özü yazırdı: "Uşaq
vaxtı eşitdiyim nağıllar, əfsanələr uzun illər boyunca
mənimlə olmuşdur və qəribədir ki, illər keçdikcə elə bil
ki, onlar mənim üçün yeni boyalar, çalarlar əldə etmişdir.
Sonralar məlum olmuşdur ki, mənim uşaq təfəkkürümü
tamam sehrli bir aləmə çəkib aparan həmin əhvalatların
bir qismi Azərbaycan nağıllarından, qədim inam və
ayinlərimizdən, bir qismi də hədislərdən, dini şərhlərdən
gəlir, onların bəzisini qələmə alarkən mən ilkin mənbələri
yox, öz yaddaşımı, hisslərimi əsas götürmüşəm." (Bax:
Əfəndiyev İ. Sən ey böyük yaradan. Bakı, 1997, s.10.)
Bu cəhətdən tənqidçi, ədəbiyyatşünas, şair, filologiya
elmlər doktoru Qasım Qasımzadənin müşahidəsi, elə bil
ki, ədəbi tənqidimizin bu problemlə bağlı fikirlərini,
mülahizələrini yığcam bir şəkildə ümumiləşdirmişdir.
Müəllif ―Tarixə müasir baxışın yeniliyi‖ məqaləsində
yazır: ―Sənətkarın müasirliyi elə ancaq onun əsərlərinin
ideya-məzmun vacibliyində deyil, həm də əhvalatın,
fikrin ifadəsindəki üslub müasirliyindədir. ...İ.Əfəndiyev
üslubu həmişə daxili yeniləşmə gedişatlı, milli
xüsusiyyəti ilə seçilən üslubdur. Nağıl-dastan şirinliyi də,
klassik poeziya nəfəsi də, müasair nəsrin bir sıra novator
axtarışları da müəyyən ölçü dairəsində burada
məskundur. 60-70-ci illər ədəbiyyatında, xüsusən,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
125
nəsrindəki yenilikləri, psixologizmi, yazı manerasındakı
orijinallığı çox zaman həmin dövrdə ədəbiyyata
gələnlərin adı ilə bağlayırlar. Lakin İlyas Əfəndiyevin bu
bölgüdə yaşlı nəslin nümayəndəsi kimi yeniləşmə
prosesində öz yeri var və gənc qüvvələrə istiqamət
verənlərdəndir.
Bədii ədəbiyyatda, xüsusən xalq yaradıcılığında bir
növ, ―calaq etmə‖ mənasında işlənən ―kontaminasiya‖
termini var. Yəni zaman keçdikcə, əsrlər ötdükcə xalq öz
yaratdıqlarına bir də qayıdıb nəzər yetirir, onu
köhnəlikdən təmizləyir, dövrə müvafiq əlavələrlə
təzələyir. İlyas Əfəndiyev də böyük sənətkarlıq
intuisiyası ilə qələmini dövrə uyğun üslubi məziyyətlərlə
zənginləşdirib
təzələyir, həmişə ədəbiyyatın ön
sıralarında
gedir.‖
(Bax:
Qasımzadə
Qasım.
―Ədəbiyyatımız, mənənəviyyatımız‖, Bakı, Yazıçı, 1988,
s.243-244.)
Tənqidçi-ədəbiyyatşünas ―bu zənginləşmə‖ prosesinin
ən güclü amilini görkəmli nasirin folklora müraciətində
görərək fikrini belə davam etdirir: ―Bizcə ədibin indi
nağıla, folklora müraciətini (bunu ən çox müəllifin son
illərdə yazdığı üç əsərə - ―Sarıköynəklə Valehin nağılı‖,
―Geriyə baxma, qoca‖, ―Üçatılan‖ romanlarına aid edirik)
səbəblərindən biri müasir texniki tərəqqinin təsiri ilə
xalqın bir çox nəcib qənaətləri – mərdlik, namus, vəfa
barədəki poetik dünyası xələldar olmuş, yaxud başqa
məzmun kəsb etmişdir, bir növ ötən günlərdə qalan
xatirəyə - nağıla çevrilmişdir. Öz estetik idealına həmişə
sadiq qalan bir ustad kimi tanıdığımız ədib belə bədii
zərurət hallarında folklordan, nağıl tərzindən bəhrələnib
vəziyyətdən məharətlə çıxır.‖ (Bax: Yenə orada, s.244.)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
126
Beləliklə, ədəbi tənqidin müşahidələrindən (Bəkir
Nəbiyev, Yəhya Seyidov, Yaqub İsmayılov, Yaşar
Qarayev, Əmin Əfəndiyev və b.) məlum olur ki, yarım
əsrdən çox yaradıcılıq yolu keçən İlyas Əfəndiyev öz
dərin məzmunlu əsərlərində xalqımızın keçdiyi tarixi
yolun milli həyatımızda, məişətimizdə, şüurumuzda,
psixologiyamızda baş verən hadisələri işıqlandırmışdır.
Bu prosesi görkəmli tənqidçi Yaşar Qarayev belə şərh
edir: ―İlyas Əfəndiyev əfsanə, mahnı və nağıl kimi
qələmə aldığı ilk hekayələrlə nəsrə gəlmişdir... Özü də
―nağıl‖, ―əfasnə‖ sözlərini müəllif zahirən də gizlətmir,
onu hətta başlığa, sərlövhəyə çıxarır. ―Sarıköynəklə
Valehin nağlı‖nda belə səciyyəvi ―nağıl ifadələri‖,
təhkiyyə və kompozisiya əlamətləri də vardır: - ―aldı
Valeh, aldı Sarıköynək‖ və s. Sanki aşıq dastan danışır.‖
(Bax: Qarayev Y. Boy çiçəyinin ətri (ön söz). Əfəndiyev
İ. ―Seçilmiş əsərləri‖, 6 cilddə,1 cild, Bakı, Yazıçı, 1984,
s.5. – 364 səh.)
Beləliklə məlum olur ki, yazıçının əsərlərini oxucuya
sevdirən, onu xalqın sevimli sənətkarına çevirən əsas
amillərdən biri, məhz onun xalq yaradıcılığına dərindən
bələd olması və ondan yaradıcı surətdə bəhrələnməsidir
ki, bunu da ilk dəfə ədəbi tənqid üzə çıxarmış,
ədəbiyyatşünaslıq isə tədqiqatlarla bu istiqaməti elmi-
nəzəri şəkildə sübuta yetirmişlər.
Tanınmış dilçi alim, akademik Tofiq Hacıyev yazır:
―İlyas Əfəndiyev yaradıcılığı əsasən milli ədəbi
ənənələrimizin yeni forma və məzmununda davam və
inkişaf etdirilmişdir. Bədii əsərlərinin dili əfsanə, rəvayət,
nağıl və dastanların leksikasından gələn üslubi çalarlarla
zəngindir. El ədəbiyyatından gələn dərin hikmət, hər bir
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
127
sözü yerində işlətmək, yüksək ideya-məzmun, fəlsəfi
dərinlik, sistemli sintaktik düzüm, bədiilik, obrazlılıq,
ləngərli deyim ekspressivliyi, axıcılıq və yüksək şeiriyyət
bu əsərlərin təsirliliyini, estetik siqlətini, bədii hüsnünü
və məna dərinliyini daha da artırır.‖ (Bax: Hacıyev T.
―Şeirimiz, nəsrimiz, ədəbi dilimiz‖. Bakı, Yazıçı, 1990, s.
177.)
Müsahibələrinin birində isə xalq yazıçısı yazırdı:
―...Bizim valehedici el ədəbiyyatımızın mənə çox təsiri
olub. Mən uşaqlıqda el nağıllarını, el qoşmalarını çox
eşitmişəm. Bizim yerlərdə uzun qış gecələrində xoruz
banına qədər nağıl deyərdilər.‖ (Bax: İlyas Əfəndiyev:
Yazıçı üçün dil onun ürəyinin tərcümanıdır. ―Qobustan‖
jur., 2009, say.1.)
Elə bunun nəticəsi olaraq ―İlyas Əfəndiyevin
yaradıcılığında folklor motivləri‖ mövzusunda tədqiqat-
dissertasiya işinin yazılması vacibliyi ortaya çıxmış,
Gülxani Pənah bu mövzuda monoqrafiya yazmış,
dissertasiya müdafiə etmişdir. Bu da, ədəbi tənqidimizin
ədəbiyyatşünaslığın tədqiqat siferasına mühüm təsir və
istiqamət verməsinə bariz bir misaldır...
Bu cəhətdən onun "İlyas Əfəndiyevin "Qəhrəman və
bülbülün nağılı" hekayəsində folklor nümunələri" və
"İlyas Əfəndiyev yaradıcılığında xalq ədəbiyyatı", ―İlyas
Əfəndiyev yaradıcılığında əfsanə, rəvayət, nağıl, dastan
süjetlərindən
və
motivlərindən
istifadə‖,
―İlyas
Əfəndiyev yaradıcılığında bayatı, aşıq yaradıcılığı və
xalq mahnılarından bəhrələnmə‖ təkin elmi məqalələri
diqqəti çəkir. Tədqiqat xarakteri daşıyan bu məqalələrdə
İlyas Əfəndiyevin ən sıx tellərlə Azərbaycan folkloruna
bağlı olması və yeri düşdükcə folklordan böyük
məharətlə istifadə etməsi tədqiq və təhlil olunur.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
128
Müəllif yazır: "İlyas Əfəndiyevin əsərlərinin hər biri
və bu əsərlərdə istifadə etdiyi xalq ədəbiyyatının
nümunələri böyük tərbiyyəvi həyat məktəbidir. O,
xalqını, elini, obasını sevənləri, onların yüksək əxlaqi
keyfiyyətlərini böyük məhəbbətlə qələmə almağı,
xalqına, torpağına pis gözlə baxanları, yurdunu zəbt
etmək üçün günahsız qanlar axıdanlara qarşı nifrət hissi
yaratmağı bacarmış, hər bir oxucuda vətənə, elinə,
torpağına
məhəbbət,
sədaqət
hissini
artırmağa
çalışmışdır... Xalq ədəbiyyatına həmişə sənətkarlıqla
yanaşmış İlyas Əfəndiyev bu xalq hikmətlərindən
yaratdığı əsərin bədii dəyərini artırmaq üçün yeni ruhda
onlardan istifadə etmişdir." (Bax: G.V.Şükürova. ―İlyas
Əfəndiyev yaradıcılığında xalq ədəbiyyatı‖, "Dil və
ədəbiyyat" jurnalı, 1999, say 3, s.25.)
İlyas Əfəndiyevə qəhrəmanının daxili aləmini açmaq,
onların könlündən keçən arzu və istəkləri, qəmi, qubarı,
sevinci daha təsirli, daha qabarıq şəkildə vermək üçün
eldən gələn bir bayatı da bəs edir. Əsərlərində milli
koloriti artırmaq üçün müəllif roman, povest və
hekayələrində, dram əsərlərində el kədərini, el sevinc və
istəyini ifadə etmək üçün dərin məzmunlu, geniş yayılmış
bayatılardan yararlanır.
Sənətkarın həyatı ilə tanışlıq göstərir ki, ―onun
ömrünün ən gözəl çağları olan uşaqlıq illəri bu ba-
yatıların həzin zəngulələri üstündə köklənmişdir.‖ (Bax:
İlyas Əfəndiyev: Yazıçı üçün dil onun ürəyinin
tərcümanıdır. ―Qobustan‖ jur., 2009, say.1.)
Bu cəhətdən Gülxani Pənahın (Şükürovanın) ―İlyas
Əfəndiyev yaradıcılığında bayatı, aşıq yaradıcılığı və
xalq mahnılarından bəhrələnmə‖ məqaləsinin nəticələri
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
129
diqqəti çəkir. (Bax: ―İlyas Əfəndiyev yaradıcılığında
bayatı, aşıq yaradıcılığı və xalq mahnılarından
bəhrələnmə.‖, Dil və ədəbiyyat, say: 4(38), Bakı, 2003,
s.53-58.)
Bu
məqalədə
İlyas Əfəndiyevin xalq
bayatılarından yaradıcılığında istifadə faktları aşkarlanır.
Tədqiqatçı yazır:
―İ. Əfəndiyevin əsərlərində milli
koloriti artırmaq üçün bir bədii priyom kimi istifadə
etdiyi xalqımızın yaratdığı qiymətli söz abidələrindən
olan bayatılarda əsrlərin, qərinələrin qucağında uyuyan
bir millətin, xalqın kədəri, sevinci, qəmi, arzusu, istəyi,
cövrü-cəfası öz əksini tapmışdır.‖ (Bax: Yenə orada,
s.53.)
Tədqiqatçı dürüst müəyyənləşdirir ki, ―bayatıdan
yaradıcılığında istifadə priyomu özü də İ.Əfəndiyev
sənətində göydəndüşmə deyil. Onun ömrünün ən gözəl
çağları olan uşaqlıq illəri bu bayatıların həzin zəngulələri
üstündə köklənib və ömrünün o kiçik çağlarından eşitdiyi
bu sənət nümunələri onun yaddaşına həkk olunub.‖
İlyas Əfəndiyev əsərində bu yaddaşı belə təzəliyir:
―Köç hündür dağın döşündən sallanmış el yolu ilə
getdikcə mənə elə gəlirdi ki, ulduzlu göyün bir parçası,
dəvənin yırğalana-yırğalana getməsi... mənə yuxu
gətirirdi. Hardan gəlirik? Hara gedirik?... bilinmirdi.
Birdən köçün qabağıncan nərin üstündə gedən Səkinə
nənə bu ulduzlu göyün altında, bu ulduzlu dərənin
üstündə uca səslə bayatı çağırdı:
Aşıq gecələr gələr,
Yatıb dincələr, gələr.
İllər mübah keçəndə
Karvan gecələr gələr
Səkinə nənə ilə yaşıd olan Mustafaoğlu da köçün arxa
tərəfindən başqa bir bayatı çağırır.‖
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
130
Bu bayatılardakı məna tutumu, axıcılıq, ürəyə
yatımlılıq güclüdür. Yazıçı qəhrəmanın daxili aləmini bu
misralar üzərində kökləyir. Hadisələri danışan qəhrəman
bu bayatılarda şahidi olduğu hadisələrdə qəhrəmanlarının
daxili aləmindən xəbər verən bir məna yaxınlığı gəzir.
Onların başına gələn faciələrin köklərini eşitdiyi qəmli
misralarda tapır: ―Sükut içində zınqrov səsləri sanki asta-
asta Çahargah muğamına çevrilərək mənim xəyalımı
çəkib dərk eləmədiyim, ancaq əsrarlı şirinliyini hiss
etdiyim uzaqlara aparırdı və bu naməlum uzaqlarda
eynilə belə aylı – ulduzlu qaranlıqda çöllərdə gedən Qız-
yetəri, gah qızıl taxtda əyləşən, özü də mənim anam kimi
gözəl olan pərilər padşahını və onun qabağında rəqs
eyləyən qızları görürdüm.‖ ( Bax: Əfəndiyev İ. ―Seçilmiş
əsərləri‖, 7 cilddə, 6-cı cild, Bakı, ―Çinar-Çap‖, 2002,
s.153.)
İ.Əfəndiyev yaradıcılığı bu gözəl sənət nümunələrini
yaradan xalq təfəkkürünün zəngin xəzinəsi üstündə
pərvəriş tapıb. Kamil sənət nümunələri olan bu folklor
nümunələrinin hər biri qiymətli sənət abidəsidir.
İ.Əfəndiyevin öz əsərlərində müraciət etdiyi bayatılar
da onun yaratdığı obrazın fikir və arzularını ifadə edir.
Qızyetər çoban Mahmudu sevir, lakin onun sevgisi el
içində yaxşı qarşılanmır. Ərsiz, dul, üç övlad anası
Qızyetərin sadə xalq içində kinayəylə qarşılanan
məhəbbəti ona ancaq tənə gətirir. Elin eyham və
tənələrindən, kinayəli baxışlarından uzaq olmaq üçün
Qızyetər yanıqlı-yanıqlı, bayatı üstündə çobandan xahiş
edir:
Şamamanın gülü sarı,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
131
Üzməmişəm, gülü sarı.
Apar məni, canım çoban,
Gün çıxmamış aran sarı.
(Bax: Yenə orada.)
Yuxarıda obrazların dilindən deyilən bu bayatılar
yazıçının qəhrəmanının öz daxili aləminin ovqatı kimi
səslənir. Eldən gələn bu dörd misra qəhrəmanın daxili
aləmini açmaq, onun zəngin mənəvi əxlaqi keyfiyyətlərə
malik olduğunu, öz milli-mənəvi dəyərləri üzərində
kökləndiyini oxucuya çatdırmaq üçün qiymətli mənbədir.
Vətəninə, yaşadığı məkana bəslənən sonsuz məhəbbəti
hər şeydən üstün tutan yazıçı bu kiçik, lakin dərin
məzmunlu
bayatıdan yararlanmaqla qəhrəmanının
qəlbindəki ayrılıqdan doğan səmimi hissləri daha obrazlı
şəkildə verir.
Yazıçı ―Külli-Qarabağın abı-həyatı, nərmə-nazik
bayatıdır-bayatı‖ları (M.V.Vidadi - red.) Qarabağlı qəh-
rəmanlarının dilində istifadə etməklə yaratdığı əsərin
bədii-estetik dəyərini artırmışdır. Bu nümunələrdə onun
el ədəbiyyatına qırılmaz tellərlə bağlılığını, xalq şerinə
olan mehr-məhəbbətdən irəli gəldiyini görürük.
Ümumiyyətlə, Qarabağ həyatı, mühiti, təbiəti İlyas
Əfəndiyevin bütün yaradıcılığının baş qəhrəmanıdır.
Bunu dürüst duyan xalq şairi, akademik Bəxtiyar
Vahabzadə yazırdı: "Qarabağ torpağından boy atan əziz
qardaşım, Sizin, demək olar ki, bütün əsərlərinizə
Qarabağın ab-havası, ruhu, özünəməxsus təbiəti, bir
sözlə, bütün gözəllikləri hopub. Sizin əsərlərinizdə
Daşaltı çayının şırıltısı, Xarı bülbülün əfsanəvi gözəlliyi,
İsa bulağının zümzüməsi, Qarabağ bülbüllərinin cəh-cəhi
yaşayır. Bunu yalnız yazıçı müşahidəsinin nəticəsi kimi
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
132
izah etmək düz olmazdı. Bu, doğulduğunuz torpağa, onun
can dərmanı olan ab-havasına, mənəvi dünyasına, bütün
gözəlliklərinə sonsuz vurğunluğun nəticəsidir. Sizi yazıçı
edib əlinizə qələm verən də bu torpaq, bu torpağın
mənəvi dünyasıdır. Sizin əqidəniz də məhz elə bu
torpaqdan pöhrələnib. Sizi durduğunuz indiki mərtəbəyə
qaldıran o böyük əqidənizə və bu əqidədən od alan yanar
ürəyinizə minnətdar olmalıyıq." (Bax: Bəxtiyar
Vahabzadə. ―Zaman və mən‖, Bakı, 1999, səh. 76.)
Ədibin yaradıcılığına nəzər saldıqda, buradakı
sənətkarlıq məsələlərinə diqqət yetirdikdə yazıçının həm
lirik-emosional bədii ifadə vasitələrindən istifadə etməklə
əsərlərinin psixoloji duyumunu artırdığını görürük, həm
bütün dövrlərdə yaşayıb-yaratmış və özündən əvvəlki
zəngin sənət əsərləri qoyub getmiş böyük sənət
dühalarının ənənəvi yaradıcılıq metodlarına dərindən
bələd
olmaqla,
onların
yaradıcılıq
üslubundan
öyrənməklə xalqımızın şifahi şəkildə bu günə qədər
böyük bir məhəbbətlə qoruyub saxladığı xalq
yaradıcılığından gələn obraz, motiv və süjetlərdən
istifadə etməklə yaratdığı əsərlərin bədii təsir gücünü
duyuruq.
Təcrübə göstərir ki, hər bir sənətkar hansı dövrdə,
hansı cəmiyyətdə yaşayıb-yaratmasından asılı olmayaraq
öz milli-mənəvi kökləri üzərində pərvəriş tapdıqda daha
dərin, daha mənalı, məzmunlu, yüksək ideyaları özündə
cəmləşdirən sənət əsərləri yarada bilir. Bu əsərlər isə
xalqın mədəni həyatının təfəkkür tərzini, ideoloji
duyumunu, bəşəri hisslərini özündə daha yaxşı təcəssüm
etdirdiyindən həm mənsub olduğu xalq-millət tərəfindən,
həm də yüksək ideyalara, insani keyfiyyətlərə hörmətlə
|