Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix03.12.2016
ölçüsü3,14 Kb.
#735
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
110 
Burada  xalq  yazıcılarından  Əli  Vəliyev,  İmran 
Qasımov, Bayram Bayramov, Hüseyn Abbaszadə, Kamal 
Talıbzadə, Yaşar Qaryev, Əliağa Kürçaylı, Qulu Xəlilov, 
Nəriman  Həsənzadə,  Xalidə  Hasilova,  Pənah  Xəlilov, 
Yəhya Seyidov, Yaqub İsmayılov, Seyfulla Əsədullayev, 
Əzizə Cəfərzadə, Əkbər Ağayev, Bəkir Nəbiyev, Gülrux 
Əlibəyova,  Elçin,  Kamran  Məmmədov,  təbii  ki,  İlyas 
Əfəndiyevin özü və b. iştirak etmiş əsər haqqında maraqlı 
mülahizələr  və  fikirlər  söyləmişlər.  Ümumi  nəticədə, 
bütün iştirakçılar əsərin yüksək ədəbi-bədii hadisə olduğu 
qənaətinə gəlmişlər. 
Xalq yazıçısı Əli Vəliyevin çıxışı, elə bil, müzakirəyə 
bir fon, bir istiqamət vermiş olurdu. O, öz məzmunlu və 
səmimi çıxışını belə yekunlaşdırmışdı: ― İlyas Əfəndiyev 
bir sənətkar kimi həmişə həyatın işıqlı cəhətlərinə xüsusi 
diqqət  verir  və  qələmə  alır.  Onun  qəhrəmanları 
dövrümüzün  qabaqcıl  adamlarıdır.  Bu  qəhrəmanlar 
yaşayıb-yaratmaqdan,  xarüqələr  yaratmaqdan  həzz 
alırlar. Yüksək mədəniyyət, gözü-könlü tox, halal əməklə 
ömür sürən, əliəyrilərə, gözüdağınıqlara, vəziyyətdən sui-
istifadə  edən  şöhrətpərəstlərə  qarşı  barışmaz  olan  bu 
adamlar ilk görüşdən oxucu və tamaşaçıların ürəyinə yol 
tapır,  özünü  sevdirir.‖  (Bax:  ―Ədəbiyyat  və  incəsənət‖ 
qəzeti, 14 may 1977.) 
Professor  Seyfulla  Əsədullayev  roman  haqqında 
danışarkən fikrini belə ümumiləşdirmişdi: 
―Müasirlik  və  novatorluq  İlyas  Əfəndiyev  yaradı-
cılığının mühüm məziyyətlərindəndir. Yenilik hissi onda 
qüvvətlidir.  O,  daim  axtarışda  olan  məzmun,  mövzu  və 
bədii formalarla ədəbiyyatımızı zənginləşdirməyə çalışan 
yazıçılardandır.  İlyas  Əfəndiyev  romantik  üslubda 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
111 
yazılmış  hekayə  və  povestlərin,  psixoloji  dramların  və 
lirik  səpkili  realist  romanların  müəllifıdir.  Liriklik, 
romantika,  psixoloji  təhlil  onun  yaradıcılıq  üslubunun 
ana xəttidir.‖ (Bax: Yenə orada.)  
Professor  Qulu  Xəlilov  isə  münasibətini  belə  ifadə 
etmişdir: ―Onun təkcə bu romanı deyil, bütün hekayələri, 
oçerkləri, dramları, roman və povestləri, kino ssenariləri, 
məqalələri  -  tam  halda  yaradıcılığı  müasir  həyatın  duru 
və  şəffaf  çeşməsindən  su  içmişdir...  Onun  bütün 
əsərlərində əsas, aparıcı problem müasir insan, bu insanın 
psixoloji,  əxlaqi  cəhətdən  formalaşması,  onun  davranışı, 
fikir və düşüncələri, mənəvi dünyasıdır. İlyas Əfəndiyev 
müasir  həyatımızın  tərənnümçüsüdür.‖  (Bax:  Yenə 
orada.)  
Tənqidçi-ədəbiyyatşünas, professor Əkbər Ağayev isə 
elə  bil,  bütün  müzakirəyə  qoşulanların  hamısının 
fikirlərini  ümumiləşdirərək  deyirdi:  ―İlyas  Əfəndiyev 
müasirliyi  dərindən  duyan,  orijinal,  həssas  yazıçıdır, 
onun qələmi, istedadının təkraredilməz xüsusiyyətləri öz 
təbiiliyi və aydınlığı ilə seçilir, əsərlərində incə bir lirika, 
romantik  vüsət  vardır,  dili  axıcı,  şəffaf  və  poetikdir. 
Buraya  yazıçının  mənəvi  aləmin  dərinliklərinə  baş 
vurmaq  bacarığı  da  əlavə  olunsa,  gozümüz  önündə 
İ.Əfəndiyevin 
yaradıcılığı 
üçün 
səciyyəvi 
olan 
məziyyətlərin geniş və əlvan mənzərəsi açılır...  
 İlyasın  yaradıcılığı  həmişə  fəal  vəziyyətdədir,  daim 
hərəkət  və  inkişafdadır,  yeni  əsərlərlə  zənginləşir  və 
dolğunlaşır. ―Sarıköynəklə Valehin nağılı‖ romanında da 
bütün bunları asanlıqla görmək mümkündür. Əlavə edim 
ki, bu əsərdə xoşagələn bir vüsət və şairanəlik var.‖ (Bax: 
Yenə orada). 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
112 
Bu müzakirələr fonunda mətbuatda bir-birinin ardınca 
maraqlı  və  məzmunlu  ədəbi-tənqidi  məqalələr  dərc 
edilmişdir.  Bunlardan  ən  bariz  nümunələri  nəzərə 
çatdırırıq:  Seyidov  Y.  «Sarıköynəklə  Valehin  nağılı» 
(Eyni adlı roman haqqında) //Ulduz. - 1979. - №l. - s.30-
34.  ;  Nəbiyev  Bəkir.  Sarıköynəklə  Valehin  nağılı 
//Nəbiyev B. Təzə izlər sorağında. - Bakı: Yazıçı, 1979. - 
s.138-155.  ;  Məmmədov  K.  Saf  məhəbbət  dastanı. 
(«Sarıköynəklə  Valehin  nağılı»  romanı  haqqında) 
//Kommunist.  -  1979.  -  3  avqust;  Talıbzadə  Kamal. 
Yazıçnın  ideyası  və  təhkiyə.  («Sarıköynəklə  Valehin 
nağılı»  romanı  haqqında  qeydlər)  //Ədəbiyyat  və 
incəsənət.1980, 4 aprel və s. 
Adlarını çəkdiyimiz məqalələrdən bir nümunəyə nəzər 
salaq:  ―İlyas  Əfəndiyev  ən  çox  oxunan,  sevilən,  özü  də 
heç  kimə  oxşamayan  yazıçılarımızdandır.  Onun  öz 
mövzuları,  həyat  hadisələrinə  öz  yanaşma  yolları  və 
üsulu 
vardır. 
Bu 
yaradıcılığını 
məşhur 
edən 
problemlərində  özünəməxsusluq,  orijinallıq  güclüdür. 
Ədib,  adətən,  hamı  üçün  aydın  və  məlum  olan  həyat 
problemlərinə  müraciət  etməyi  sevmir,  gerçəkliyin  elə 
həqiqətlərini,  elə  məsələləri  üzə  çıxarmağı  bacarır  ki, 
onlar  həm  də  yeni  olur,  ədəbi  maraq  oyadır,  müasir 
problemlər barədə düşünənləri hərəkətə gətirir və təsadüfı 
deyil ki, ictimai müzakirəyə, mübahisəyə səbəb olurlar.‖ 
(Bax:  Talıbzadə  K.  Yazıçının  ideyası  və  təhkiyə. 
//Ədəbiyyat və incəsənət, 1980, 4 aprel.) 
Maraqlı  faktlardan  biri  də  budur  ki,  İlyas  müəllimin 
―başı  bəlalar  çəkmiş‖  hər  iki  əsəri  -  «Sarıköynəklə 
Valehin nağılı» və «Körpüsalanlar» romanları Moskvada 
«Sovetskiy  pisatel  nəşriyyatında  yüksək  tirajla  çapdan 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
113 
çıxmiş,  çoxmilyonlu  rus  dilli  oxuculara  çatdırılmış, 
İttifaq  ədəbi  tənqidi  tərəfindən  də  qiymətləndirilmişdir. 
(Bax: ―Ədəbiyyat və inəcəsənət.‖ - 1983. - 13 noyabr.)  
Beləliklə,  görürük  ki,  İ.Əfəndiyevin  nəsri  sovet 
nəsrinin 
şosioloji 
şablonlarını 
dağıtdı, 
sosialist 
realizminin  estetik  ehkamları  ilə  düz  gəlməyən,  xalq 
həyatının  milli  –  mənəvi  mənafeləri  baxımından  təcəs-
süm  etdirən  nəsr  təmayülü  yaratdı  və  ədəbiyyatımıza 
lirik-psixoloji üslub gətirdi.  
 Bununla  yanaşı, xalq yazıçısının dram əsərləri ilə də, 
yeni rejissor, aktyor, bəstəkar və rəssam nəsli formalaşdı. 
«İlyas  Əfəndiyev  teatrı»nın  fəlsəfı-estetik  və  fıkri-bədii 
təravəti  bu  gün  də  oxucuların  və  tamaşaçıların 
vətənpərvərlik 
hissinin 
və 
estetik 
zövqünün 
formalasmasına öz təsirini göstərir.  
 Akademik, Azərbaycanın məşhur xalq  yazıçısı Mirzə 
İbrahimov  İlyas  Əfəndiyevin  ədəbiyyatımızdakı  yerini 
belə  təqdim  etmişdi:  ―Azərbaycan  ədəbiyyatı  mənim 
nəzərimdə  böyük  və  rəngarəng  gülüstan  isə,  İlyas 
Əfəndiyevin  yaradıcılığı  bu  gülüstanda  öz  gözəlliyi,  ətri 
və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və 
dolğun bir çiçəklikdir.  
 İlyas  Əfəndiyev  yaradıcılıqda  gözəlliyə,  incəliyə, 
estetik  zərifliyə  meyl  edən  yazıçıdır.  O,  bədii  əsər  üçün 
vacib  xüsusiyyətlərə  dilin  ifadəli  və  obrazlı  olmasına, 
xarakterlərin  canlı  və  dolğun  çıxmasına,  süjet  və 
kompozisiya  bütövlüyünə  ciddi  diqqət  yetirir,  böyük 
əmək  sərf  edir,  bu  da  nəticəsiz  qalmır,  onun  əsərlərinin 
maraqlı,  oxunaqlı  olmasına  kömək  edir.  Bu  əmək  və 
səyin mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun 
azlığından  şikayət  edə  bilməz.‖  (Bax:  İbrahimov  M. 
Şəfalı işıqlar // Azərbaycan 1974, №11, s.12.) 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
114 
 Təkrar  olsa  da,  bir  də  o  fikrə  qayıdırıq  ki,  həqiqətən 
də,  İ.Əfəndiyev  özünəməxsus  cəsarətlə  bədii  əsərlərində 
və  müsahibələrində  azadlığımızı,  milli  müstəqilliyimizi, 
xalq həyatını azərbaycançılıq və türkçülük  məfkurəsi  ilə 
təcəssüm  etdirərək  XX  əsr  Azərbaycan  ədəbiyyatının 
klassikinə çevrildi.  
 Xalq  yazıçısı  İlyas  Əfəndiyev  qüdrətli  şəxsiyyəti, 
fenomenal  bütövlüyü  və  zəngin  yaradıcılığı  ilə 
müasirlərinə,  xüsusilə  ədib  və  şairlərə,  ümumiyyətlə 
ziyalılara  milli  sənətkar  mədəniyyətinin  nümunəsini 
göstərdi.  Onun  həyatı  və  şəxsiyyətinin  özü  bütöv  bir 
ədəbi-tarixi epoxadır.  
İlyas Əfəndiyevin qəhrəmanları daim  yenilik  hissi ilə 
yaşayır,  öz  əməllərilə  insanların  mənəvi  dünyasına  işıq 
salırlar. Belə ki, İlyas Əfəndiyev hər bir əsərində, hər bir 
qəhrəmanının  timsalında  oxucusunu  görür,  duyur, 
qiymətləndirir, yaşadır. Onun əsərləri təkcə kitab rəflərini 
bəzəmir,  həm  də  ürəklərdə  özü  üçün  ayrıca  bir  guşə 
yaradır.  Bu  guşənin  gülüstan  olması  artıq  öz  hökmünü 
tapıb,  öz  təsdiqini  gerçəkləşdirib.  Belə  ki,  Azərbaycan 
adlı  məmləktin  bütün  coğrafiyasını,  tarixini,  əxlaqını, 
mənəviyyatını,  adət-ənənəsini,  bütövlükdə  varlığını 
özündə əks etdirən bu əsərlər bütün Azərbaycanın ədəbi-
mədəni mülkiyyətinə, sərvətinə, varidatına çevrilib.  
Yuxarıdakı  xatirələrdən  gördük  ki,  ulu  öndər  bir  çox 
yazıçıların taleyində mühüm rol oynadığı kimi, müəyyən 
dar,  ağır,  sarsıdıcı  məqamlarda  İlyas  Əfəndiyevin  də 
xilaskarına  çevrilibdir.  ―Sarıköynəklə  Valehin  nağılı‖ 
romanını da qaragüruhların caynağından o, xilas etmişdi. 
Yeri gəlmişkən, qeyd etməyi vacib sayrıq ki, Azərbaycan 
Respublikasının  prezidenti  cənab  Heydər  Əliyev  İlyas 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
115 
Əfəndiyevin əsərləri ilə yaxından tanış olmuş, pyeslərinin 
tamaşalarına  baxmış,  çıxışlarından  birində  bildirdiyi 
kimi,  onun  yaradıcılığını  boyük  minnətdarlıq  hissilə 
xatırlamışdı.  Və  biz  ayrıca  bölmədə  bu  barədə  daha 
ətraflı danışacağıq... 
 
**** 
 
Xalq  şairi  Zəlimxan  Yaqub  çıxışlarının  birində  haqlı 
olaraq  demişdi:  ―Mənim  düşüncəmə  görə  İlyas 
Əfəndiyev  bütövlükdə  Azərbaycan  tarixidi,  Qarabağ 
tarixidi.  Böyük  tənqidçimiz  Yaşar  Qarayev  çox  gözəl 
deyib ki, yeddi Qarabağnamə var, amma İlyas Əfəndiyev 
yaradıcılığı bütövlükdə səkkizinci Qarabağnamədir. Bəli, 
bu,  doğrudan  da  belədir.  İlyas  Əfəndiyev  əsil-nəcabətli 
bir ailənin yetirməsidir və oradan, Qarabağdan gətirdiyi o 
duruluğu,  saflığı  həmişə  qorudu.  Ona  görə  də  nəsrin 
poeziyasını  yarada  bildi.  Onun  əsərlərini  ən  lirik  şeir, 
bayatı  kimi  oxuyuram.  Çünki  onun  yaradıcılığında  xalq 
ruhu,  dağ  çiçəyinin  ətri,  qayaların  əzəməti,  axar-baxarı 
var. Çünki bu cür insanlar tərbiyə məktəbidi, mədəniyyət, 
ibadət  yeridi…  İlyas  Əfəndiyevi  sevmək  həm  də 
Azərbaycanı  sevməkdi,  ədəbiyyatı,  keçmişi,  bu  günü  və 
gələcəyi, xalqı, dövləti, dövlətçiliyi sevməkdi.‖ 
Yaşar  müəllimin  ―İlyas  Əfəndiyev  üslubundakı 
lirizm‖  məsəlsinə  münasibətini  də,  yeri  gəlmişkən 
xatırladaq:  «...əlbəttə,  mübahisə  etmək  olar  ki,  İlyas 
Əfəndiyev  daha  çox  nasirdir,  ya  dramaturq?  Hətta 
mübahisə etmək olar ki, nəsrdə də, dramaturgiyada da o, 
daha  çox  ədibdir,  yoxsa  şairdir?  Lakin  bir  şey 
mübahisəsizdir:  İlyas  Əfəndiyev,  hər  şeydən  əvvəl,  bir 
lirikdir,  şairanə  istedad  və  üsluba  malikdir».  (Bax: 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
116 
Qarayev  Y.  Müasirliyin  sabitliyi.  //  Əfəndiyev  İ. 
―Seçilmiş əsərləri‖.  6  cilddə,  1-ci cild, B., Yazıçı,  1984, 
s.5.)  
Bu münasibətlə tanınmış dilçi-alim, filologiya elmləri 
doktoru,  professor  Qəzənfər  Kazımovun  fikri  də 
diqqətəlayiqdir:  "..."İlyas  Əfəndiyev"  sözündə  ədəbi  bir 
işıq, bir kövrəklik, yuxu aləmində uca insanın hiss etdiyi 
rahatlıq,  yüngüllük,  ecazkarlıq  var.  ...  Digər  nəsr 
ustalarımızın  böyük  zəhmətinə,  müqəddəs  ruhuna 
etinadsızlıq  göstərmədən  deyə  bilərik  ki,  əgər  nəsrin 
şeriyyətini  öyrənmək  lazım  gələrsə,  "Dədə  Qorqud"dan 
sonra  İlyas  Əfəndiyevin  "Qarı  dağı",  "Qəhrəman  ilə 
bülbülün nağılı", "Tar", "Kiçik bir poema", "Apardı sellər 
Saranı"  və  başqa  hekayələrini  öyrənmək  lazım  gələrdi. 
Bu  əsərlərdəki  şeiriyyət  tədricən  genişlənərək  "Söyüdlü 
arx"a, "Körpüsalanlar"a, "Sarıköynəklə Valehin nağılı"na 
və  başqa  əsərlərə  hopmuşdur."  (Bu  fakt  ―Sənətkarın 
ikinci  ömrü‖  (tərtibçi  və  redaktoru  Elçindir)  kitabından 
götürülmüşdür. Bakı, Çinar-Çap, 2002.) 
Ümummilli  lider  Heydər  Əliyev  məhz  bu  xüsusiy-
yətlərinə  görə  İlyas  Əfəndiyevin  yaradıcılığına  yüksək 
qiymət vermişdir: ―Mən bu gün İlyas Əfəndiyevin bütün 
yaradıcılığını,  onun  yazdığı  əsərləri  böyük  minnətdarlıq 
hissi  ilə  xatırlayıram.  Hesab  edirəm  ki,  o,  xalqımız 
qarşısında  öz  borcunu,  daha  doğrusu,  öz  missiyasını 
şərəflə  yerinə  yetirmişdir,  xalqımıza,  mədəniyyətimizə, 
teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər 
qoyub  getmişdir.  Güman  edirəm  ki,  bunu  xalqımız  heç 
vaxt unutmayacaqdır.‖ 
Bunlar  isə  yeni  dövrün,  müstəqillik  dövrünün 
yanaşma  prinsipləridir.  Bu  prinsipləri  şərh  edən  Yaşar 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
117 
Qarayev yazır: ―Keçmiş SSRİ-də, о cümlədən də xüsusilə 
Azərbaycanda  minilliyin  axırlarında  baş  verən  tarixi 
ictimai hadisələr zəminində dövlət müstəqilliyi əldə etmiş 
ölkələrdə  bərqərar  olan  yeni  təfəkkür  tərzi  işığında  bu 
gün  bir  çox  ədəbi,  mədəni  dəyərlərə,  о  cümlədən  də 
bütünlükdə  ədəbi  prosesə  münasibət  əsaslı  surətdə 
dəyişmiş, 
təzə 
baxımdan 
qiymətləndirılməyə 
başlanmışdır.  Az  qala  dünənə  qədər  agır  təzyiq  və  təsiri 
altında  olduğumuz  ―ədəbiyyatın  partiyalılığı‖,  ―bədii 
yaradıcılığın  sinfi  səciyyəsi‖,  ―sosialist  realizmi 
yaradıcılıq  metodunun  qanunauyğunluqları‖  deyilən 
tələblər 
bir 
zamanlar 
zorla 
beyinlərə 
yeridilən 
―Proletkult’,  ―AzAPP‖,  ―Таг  daloy‖  və  sair  anlayışlar 
kimi  artıq  ədəbi  məişətimizdən  köçünü  çəkib  arxivlərin 
künclərində  toz  basmağa  məhkum  edilmişdir.  Lakin  bu 
heç  də  о  demək  deyil  ki,  vaxtilə  ədəbiyyat  cəmiyyət 
qarşısında  yerinə  yetirməli  olduğu  böyük  vəzifələrindən 
tamamilə uzaq düşmüşdür.  
Əlbəttə  yox.  Klassik  irsimizin  görkəmli  nüma-
yəndələrinin  yaradıcılığı  kimi  ötən  əsrin  sovet  dövrü 
kəsiyinə  məxsus  ədəbiyyatımızın  da  ən  qiymətli 
nümunələri  gah  həzin  və  kövrək  lirik  duyğuları,  gah 
vüsətli  epik  lövhələri,  gah  da  gərgin  dramatik 
kolliziyaları  yüksək  bədii  səviyyədə  əks  etdırmək 
əsasında,  bəzən  müdrik  nəsihətlər,  bəzən  də  adamın 
yeddi  qatından  keçən  kəskin  satirik  ifadələr  vasitəsilə 
çağdaşlarımızın  milli,  mənəvi  aləminin  formalaşması, 
vətənpərvərlik  duyğularının  pərvəriş  tapması,  bəşəri 
ideallar  ruhunda  tərbiyələnməsi  sahəsində  öz  tarixi 
vəzifəsini yorulmaq bilmədən yerinə yetirmişdir.  
Azərbaycan  ədəbiyyatının  bir  qədər  fərqlə  son  yarım 
əsrini  bu  baxımdan  araşdırarkən  siması  gözlərimiz 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
118 
önündə  canlanan  ən  görkəmli  sənətkarlardan  biri  xalq 
yazıçısı  İlyas  Əfəndiyevdir.  O,  həmvətənlərimizin 
humanist,  yaradıcı  təbiətini,  pak  məhəbbət  duyğulanı, 
yeniliklə köhnəliyin mübarizəsini həm nəsr, həm də dram 
əsərlərində  həyati  konfliktlər,  canlı  xarakterlər  əsasında 
yüksək sənətkarlıqla əks etdirən bir yazıçı idi.  
Xalq,  vətən,  cəmiyyət,  insanlıq  qarşısında  mənəvi 
borca  münasibət  onun  qəhrəmanlarının  daxili  aləmini 
müəyyən etmək üçün başlıca meyar olmaqla yanaşı, həm 
də  ədibin  özünün  sənətkar  idealının  mötəbər  göstəricisi 
olmuşdur.  Biz  vaxtilə  yazmışdıq  ki,  ədəbi-ictimai  fıkir 
tariximizdə  lirik-psixoloji  üslubun  inkişafı  və  böyük 
uğurları  bilavasitə  və  hamıdan  çox  İlyas  Əfəndiyevin 
şərəfli adı və əsərlərilə bağlıdır.‖ (Bax: Qarayev Y. ―Xarı 
bülbülün nağılı‖. Bakı: Azərnəşr, 1995, s.46.) 
Tanınmış ədəbiyyatşünas-tənqidçi Şamil Salmanov da 
keçən  əsrin  bədii  ədəbiyyatına  baxışda  yeni  yanaşma  və 
yeni  təfəkkür  işığının  vacibliyindən  danışaraq  yazırdı: 
―Milli ədəbiyyatımızn tarixinə XX əsr artıq tamamlanmış 
bütöv  bir  ədəbi  əsr  kimi  daxil  olmuşdur.  Müasir 
ədəbiyyatşünaslıq  elmimizin  də  ən  əsas,  aktual 
vəzifələrindən biri hazirda bu əsr ədəbiyyatina yeni, daha 
sistemli, 
bitkin 
ədəbi-nəzəri 
münasibəti 
işləyib 
hazırlamaqdan ibarətdir. 
XX  əsrin  Azərbaycan  ədəbiyyatını  yeni  əsaslarla 
öyrənərkən  onu  da  xüsusi  olaraq  nəzərə  almaq  lazimdir 
ki, əsrin 20-ci illərindən sonra 90-ci illərə qədər bütöv bir 
ədəbi mərhələ məhz sovet ədəbiyyatı, başqa, daha dürüst 
təbirlə  desək,  sovet  dövrü  ədəbiyyatı  mərhələsidir.  Bu 
mərhələnin,  ədəbiyyatimizin  əsrin  əvvəlindəki  ədəbi-
tarixi  prosesindən  Çin  səddi  ilə  ayrilmasa  da,  eyni 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
119 
zamanda  onunla  eyniyyət  də  təşkil  etmədiyi  məlum 
həqiqətdir.  
Bir  çox  cəhətdən  bu  mərhələ  bütün  əsrin 
ədəbiyyatinda yeni və mühüm bir ədəbi mərhələdir. Buna 
görə  də  onun  yeni  ədəbi-metodoloji  dəyərlər  və  tələblər 
işığında  öyrənilməsi  indi  xüsusi  əhəmiyyət  kəsb 
etməkdədir.  Artıq  müasir  ədəbiyyatşünaslıqda  belə  bir 
fıkir  təsbit  olunmuşdur  ki,  ―sovet  ədəbiyyatı  kiminsə 
uydurmasi  deyil,  o,  real  ədəbi-tarixi  kateqoriyadir;  onun 
konkret tarixi və estetik mündəricəsi vardir və onu tədqiq 
edərkən,  əgər  obyektiv  olmaq  istəyiriksə,  biz  mütləq  bu 
tarixdən,  estetik  mündəricdən  çıxış  etməliyik‖.  (Bax: 
Salmanov  Ş.  ―Tarixilik  prinsipi  və  bədii  proses‖. 
Ədəbiyyat məcmuəsi, XVII cild. Bakı, 1999, s. 295.) 
Əlbəttə,  bu  mühüm  dövrdə  yeni  təfəkkür  tərzi  ilə 
seçilən, fərqlənən ədəbiyyatımızı yaratmış, onun təşəkkül 
və  inkişafında  iştirak  etmiş,  öz  yaradıcılıq  axtarışları  ilə 
bu  prosesə  hiss  olunacaq  dərəcədə  təsir  göstərımiş 
sənətkarlarımızdan  biri  şübhəiz  ki,  xalq  yazıçısı  İlyas 
Əfəndiyevdir. 
Ədəbi  tənqidimiz  dönə-dönə  qeyd  edibdir  ki,  İlyas 
Əfəndiyev  Azərbaycan  və  Avropa  ədəbiyyatının 
ənənələrinə 
söykənərək, 
xüsusilə 
60-cı 
illər 
mərhələsindən  başlayaraq  kiçik  hekayə  və  yığcam 
roman-povest  janrında  kamil  novator  səviyyəsinə 
yüksəlmişdir.  Onun  ədəbi-bədii  üslubunda  Mirzə  Cəlil, 
Əbdürrəhim  bəy  Haqverdiyev,  Üzeyir  bəy  Hacıbəyli 
üslubunun şirinliyinin tamamilə orjinal lirik-psixoloji bir 
tərzdə təqdimatını görürük. 
Cəlil Məmmədquluzadənin hekayələrindən bəhs edən, 
bu  hekayələrin  analitik  təhlillərini  verən  akademik  İsa 
Həbibbəyli  yazır:  ―...kiçik  hekayələrdə  real  gerçəklik  və 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
120 
həyati  obrazlar  məharətlə  ümumiləşdirilmişdir.  Kiçik 
hekayənin  klassik  nümunəsi  sayılmağa  layiq  olan  həmin 
əsərlərdə  novatorluq  janrın  yeniliyi  ilə  yanaşı,  daha  çox 
sosioloji  tipikləşdirmədə  və  qəhrəmanın  ictimai  və  fərdi 
psixologiyasının  hərtərəfli  əksində  daha  aydın  nəzərə 
çarpırdı. Mirzə Cəlil bu yolla milli nəsrin kiçik formasını 
dünya  ədəbiyyatının  böyük  meydanına  çıxara  bildi‖. 
(Bax:  İsa  Həbibbəyli.  ―Cəlil  Məmmədquluzadə:  mühiti 
və müasirləri‖. Bakı: Azərnəşr, 1997, s. 368.) 
Müqayisə  edəsi  olsaq,  bu  elmi-nəzəri  fikri  tamamilə 
İlyas  Əfəndiyevin  yaradıcılığına  da  şamil  etmək 
mümkündür.  İlyas  müəllim  qəhrəmanın  fərdi  psixo-
logiyasını  ictimai  mühitin  diqtə  etdiyi  psixologiyanın 
önünə  keçirdi.  Dövrünün  intellektual  müstəvidə  olan 
demokratik  dünyagörüşlü,  humanist,  mübariz  qəh-
rəmanlarını  –  Nuriyyələrini,  Səriyyələrini,  Valeh  və 
Sarıköynəklərini ədəbiyyata gətirdi… 
Qeyd  edək  ki,  o  dövr  ədəbi-tənqidimizin  fikrincə  XX 
əsrin əllinci-altmışıncı illərindən etibarən ictimai həyatda 
baş  verən  dəyişiklikləri  ilkin  duyan,  yetgin  insanı,  onun 
mürəkkəb daxili aləmini, sevinc və qayğılarını, kədər və 
faciələrini  sənətin  orijinal  vasitələrilə  əks  etdirən 
yazıçılar  sırasında  İlyas  Əfəndiyevin  xüsusi  movqeyi 
olmuşdur. 
Yazıçnın  üslubunda  lirika,  romantika,  psixoloji  təhlil 
elementlərinin üstünlük təşkil etməsi, əslində onun nəsrə 
gətirdiyi  və  vahid  üslubi  axara  çevirdiyi  yenilik  idi.  Bu 
yeniliyi  qeyd  edən  ədəbi  tənqidimizin  o  dövrdəki 
tanınmış  nümayəndələrindən  biri  olan,  prof.  Yəhya 
Seyidov  yazırdı:  ―Bu  üslub  ona  imkan  verirdi  ki, 
şəxsiyyətin 
ictimai 
əxlaqi 
keyfiyyətlərinin 

Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin