* * *
50-ci illərin sonlarına qədər bir dramaturq və xırda
hekayələr müəllifi kimi tanınmış İ.Əfəndiyev 1958-ci
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
62
ildə ilk dəfə iri həcmli «Söyüdlü arx» romanını oxuculara
təqdim edir. Əsər yazıçıya böyük uğur qazandırdı və
onun monumental nəsr yaradıcılığının ilk bünövrə daşı
oldu.
Məlum həqiqətdir ki, qısa müddətdə geniş oxucu
auditoriyası qazanmaq və ədəbi mühitdə, sözün yaxşı
mənasında, bir təlatüm əmələ gətirmək baxımından İlyas
Əfəndiyevin ―Söyüdlü arx‖ romanı öz dövrünün qiymətli
sənət nümunəsi olmuşdur.
1959-cu ildə kitab halında buraxılmış bu əsər о
vaxtadək bir hekayənəvis və dramaturq kimi məşhur olan
İlyas müəllimin yeni yaradıcılıq imkanlarından, orijinal
romançı təfəkkürünə malik olduğundan xəbər verirdi. Bu
roman haqqında о illərin qocaman ədiblərindən, gənc
şairlərindən başlamış, görkəmli tənqidçilərinə qədər bir
çox müəlliflər məqalə və resenziyalarla çıxış etmiş, çoxlu
oxucu məktubları nəşr edilmişdi. (Bax:
Axundova M.
«Söyüdlü arx» (Eyni adlı roman haqqında) //Azərbaycan
qadını. - 1959. - №8. - s.18; Xəlilov Qulu. Nəsr
əsərlərimizə aid qeydlər. (1953-1958) //Xəlilov Q. Böyük
sənət uğrunda. - Bakı: Azərnəşr, 1962. - s.40-64;
Miryəh-
yayev M. İctimai mübarizənin ön sırasında. («Söyüdlü
arx» romanı haqqında) //Ədəbiyyat və incəsənət - 1959. -
16 iyul; Rəhimov S. «Söyüdlü arx» barəsində
//Ədəbiyyat və incəsənət. - 1959. - 7 fevral.; Rza Xəlil.
«Söyüdlü arx» romanının qəhrəmanı Nuriyyəyə açıq
məktub //Azərbaycan gəncləri. - 1959. - 11 yanvar və s...)
Akademik Bəkir Nəbiyev bu romanın ədəbiyyata
gəlişini belə xatırlayır: ―Bir gənc tənqıdçi olaraq mən о
zaman
Azərbaycan
KP
MK-nın
orqanı
olan
―Kommunist‖ qəzetinin redaksiyasında mədəniyyət
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
63
şöbəsinin müdiri vəzifəsində çalışırdım. Əsər məni elə
mütəəssir etmişdi ki, onun haqqında kiçik bir resenziya
yazmaq niyyətindən vaz keçdim. Belə qərara gəldim ki,
yazıçının özü ilə məsləhətləşib əməkdaşı olduğum
qəzetin xətti ilə mənim doğma yurdum Ağdaşda
―Söyüdlü arx‖ romanı ətrafında geniş bir oxucu konfransı
keçirək. Razılaşdıq. (Onu da deyim ki, əsərlərini hələ
1945-ci ildən mütaliə etsəm də ədibin özü ilə 10 il sonra,
1955-ci ilin yayında Şuşada tanış olmuşdum. Mən və
dostum Əliağa Kürçaylını İlyas müəllimgilə ikimizin də
dostumuz, Əfəndiyevlər ailəsinə məhrəm olan Qasım
Oasımzadə aparmışdı. Elə о vaxtdan ədiblə ünsiyyətimiz
tutdu və mənim bu gün də iftixar duyğusu ilə əziz-əziz
xatırladığım dostluğumuzun əsası qoyuldu). İlyas
müəllimi Ağdaşa aparmaq, ona dədə-baba evimizdə
hörmət etmək üçün əlimə yaxşıca fürsət düşmüşdü. Lakin
1960-cı ilin sərt bir fevral günündə bölgəyə (rayona)
getmək məsələsi reallaşanda bir qədər soyuqlamış İlyas
müəllim dedi: ―Bəkir, oxucuların öz mülahizələrində
sərbəst olmasına şərait yaratmaq çox vacibdir. Mənim
yanımda onlar ―etikanı güdmək‖ xətrinə tənqiddən çəkinə
bilərlər. Yaxşısı budur müzakirəni keçirib nəticəsini
mənə deyəsən". Sonra yazıçı ―Hörmətli Ağdaşlı
yoldaşlar!‖ müraciətilə başlanan səmimi bir məktub da
yazıb mənə verdi... Həmyerlilərimizlə bir yerdə Ağdaşın
mədəniyyət evində keçirdiyimiz oxucu konfransı uğurlu
oldu. Onun materialları çıxış edənlərin şəkilləriylə
birlikdə ―Kommunist‖ qəzetinin 26 fevral 1960-cı il
tarixli nömrəsində bütöv bir səhifə halında dərc olundu
və mən həmin qəzetin bir nüsxəsinin üstünə bir neçə
xatirə sözü yazıb llyas müəllimə yadigar verdim...‖ (Bax:
Nəbiyev B. O həmişə müasirdir. İlyas Əfəndiyevin 3
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
64
cildlik seçilmiş əsərlərinin I cildinə yazılmış ön söz.
Bakı, ―Avraasiya Press‖, 2005, s.11.)
Filologiya
elmlər
doktoru, şair-ədəbiyyatşünas,
məzmunlu ədəbi-tənqidi məqalələrin müəllifi Qasım
Qasımzadə İlyas müəllimin ilk romanı haqqında yazır:
―Nəsr sahəsində gözəl nümunələr yaradan müəllifin
―Söyüdlü arx‖ı onun təkrarsız yaradıcılıq nailiyyəti
olmaqla yanaşı, ümumən lirik-psixoloji üslubun roman
janrı vasitəsilə zənginləşib dərinləşmə imkanlarını
göstərən axar-baxarlı yeni məcra idi‖ (Bax: Qasımzadə
Q. Ədəbiyyatımız, mənəviyyatımız. Bakı, Yazıçı, 1988,
s.234 – 408 səh.)
Xüsusən, ―Söyüdlü arx‖ romanındakı Nuriyyə obra-
zının yeniliyi, orijinallığı ədəbi-tənqidin təhlil obyektinə
çevrilmişdi. Mehdi Hüseyn, Mirzə İbrahimov, Məmməd
Arif, Əkbər Ağayev kimi tənqidçilər Nuriyyənin
Azərbaycan nəsrində yeniliyini xüsusi qeyd edirdilər. Bu
obrazla İlyas Əfəndiyevin yeni düşüncəli qadın
obrazlarının (məsələn Səriyyə tipli) başlanğıcını
qoymasının mahiyyəti ortaya çıxmışdı. Biz sonralar
Nuriyyədə hələ rüşeyim halında olan xarakterik, psixoloji
keyfiyyətlərin onun Səriyyə, Səlimə, Sarıköynək və s. bu
tipli obrazlarında dərinləşdiyini ğörürük...
Məsələn, akademik Mirzə İbrahimov bu obrazı belə
səciyyələndirirdi:
―Konkret insan surətləri, canlı və qüdrətli qəhrəmanlar
vasitəsilə bədii ədəbiyyat dövrün həqiqətini açır,
insanlara köməк edir ki, öz zəmanələrini, onun
həqiqətlərini doğru dərk etsinlər və mürəkkəb, dolaşıq
həyat mübarizələrində düzgün istiqamət tuta bilsinlər.
―Söyüdlü arx‖ romanının baş qəhrəmanı Nuriyyə məhz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
65
belə qəhrəmanlardandır.‖ (Bax: İbrahimov M. Böyük
ideallar, böyük qəhrəmanlar ədəbiyyatı, «Ədəbiyyat və
incəsənət» qəz., 1984, 23 sentyabr.)
Nuriyyə obrazının İlyas Əfəndiyev nəsrinin təkamü-
lündəki
əhəmiyyətini
ədəbiyyatşünaslarımız
və
tənqidçilərimiz sonrakı məqamlarda da qiymətlən-
dirmişlər.
Bunlardan
prof.
Akif
Hüseynovun, prof.Vəli
Osmanlının, prof. Vilayət Quliyevin, prof. Himalay
Ənvəroğlunun, prof. Vaqif Yusiflinin fikir və
müşahidələri xüsusi maraq doğurur. (Bax: Osmanlı Vəli.
Psixoloji təhlil və bədii yaradıcılıq. («Söyüdlü arx»
romanı haqqında) //Ədəbiyyat və incəsənət. - 1973. - 11
avqust; Hüseynov A. Müxtəlifliyin birliyi. Bakı. Yazıçı,
1983, s.184; Yusifli V. Tənid yarpaqlari. Bakı: Gənclik,
1998, s. 29; Quliyev V. Tarixdə iz qoyan şəxsiyyətlər.
Bakı: Ozan, 2000, s. 430; Ənvəroğlu H. Azərbaycan ədə-
biyyatının yaradıcılıq problemləri. Baki: Elm, 2004, s.
365.)
Tənqid düzgün olaraq qeyd edirdi ki, İlyas Əfəndi-
yevin bədii tip, portret, xarakter yaratma məharəti onun
povest və romanlarının əsas göstəricilərindəndir. Yazıçı
bu əsərlərində lirik-psixoloji təhlil üsuluna əsaslanaraq
qəhrəmanların mənəvi dünyasının daha dərin qatlarına
işıq salır, onların subyektiv keyfiyyətlərini ictimai həyat
hadisələri fonunda təsvir edir, qəhrəman tipi və cəmiyyət
həqiqətlərinin qarşıdurmasını yaratmağa müvəffəq olur.
Beləliklə də, yazıçı adi, sadə, əməkçi insanları ―düşünən
qəhrəmanlar‖, ―iztirabkeş-kamil vətəndaş‖ səviyyəsinə
yüksəltməyə nail olur. İlyas Əfəndiyevin povest və
romanlarını təhlil edən ədəbiyyatşünas Himalay
Ənvəroğlu doğru olaraq yazır ki, ―gerçəkliyin hansı
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
66
mündəricədə, nə kimi siyasi-ideoloji ―rəngdə‖ olma-
sından asılı olmayaraq İlyas Əfəndiyev qəhrəmanları
şəxsi, subyektiv-fərdi meyllərdən çəkinmir, başqa sözlə,
vətəndaşlıq pafosu ön planda olub müəllifin estetik idealı
ilə birbaşa əlaqəli olsa da, onlara öz həyatını yaşamaq
imkanı verilir. Bu, onları ―arzu olunan‖ ictimai ideala
qovuşdurmasa belə, İlyas Əfəndiyevin aparıcı roman
qəhrəmanları tale yollarına öncə Nuriyyənin (―Söyüdlü
arx‖) ömür yolunun təhkiyyəsi ilə, tərcümeyi-halının
çözülməsi ilə başlayır. Lakin bu ilk uğurlu təkanın fiziki
və mənəvi təsir gücü getdikcə artır, şiddətlənir və
ictimailəşir.‖
(Bax:
Ənvəroğlu
H.
Azərbaycan
ədəbiyyatının yaradıcılıq problemləri. Baki: Elm, 2004, s.
365.)
Ədəbi tənqid bunu onunla əsaslandırır ki, İlyas
Əfəndiyevin povest və roman qəhrəmanlarının (həmçinin
―Söyüdlü arx‖ romanını) kamil insan konsepsiyasına
cavab verə bilməsi müəyyən mənada yazıçının bədii
sənət mövqeyi, onun ictimai hadisə və həqiqətlərə
münasibətilə daha çox bağlıdır. Sənətkar istər tarixi
(―Geriyə baxma, qoca‖), istərsə də müasir qəhrəmanlara
(―Sarıköynəklə Valehin nağılı‖) müraciət edərkən klassik
―xeyir və şər‖
qarşıdurmasını diqqət mərkəzinə çəkir,
insan haqqında sosial-fəlsəfi düşüncələri bu məcrada
təqdim edirdi. (Bax: Babayeva İ. İlyas Əfəndiyevin nəsr
sənətkarlığı. Avtoreferat, Bakı, 2008, s.20.)
Ədəbi tənqidin də, qeyd etdiyi kimi, yazıçının
―Söyüdlü arx‖, ―Körpüsalanlar‖, ―Sarıköynəklə Valehin
nağılı‖, ―Üçatılan‖, ―Geriyə baxma, qoca!‖ əsərlərindəki
xarakterlərin bütövlüyü, onların yaşadığı hisslərin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
67
təlatümü və mənəvi-psixoloji yaşantılarnın dramatizmi,
gərginliyi buradan qidalanır.
İlyas Əfəndiyevin iri həcımli nəsr əsərlərində tip,
xarakter və şəxsiyyətin təqdimi məhz canlı həyat
lövhələrinə, mövcud vəziyyətin analitik-bədii təhlilinə
əsaslanır. Yazıçı formalizm əleyhinə çıxaraq, obrazların
―müsbət‖ və ―mənfı‖ qəhrəmanlara ayrılmasnı tənqid
edir, yazır ki, ―baş qəhrəmanın hünərini daha artıq nəzərə
çarpdırmaq üçün, onu əhatə edən adi adamlar olduqca
sadəlövh göstərilir... Nəticədə, ümumiyyətlə adamların
səviyyəsi aşağı düşür, baş qəhrəmanın özü də süni, quru
və qeyri-inandırıcı olur‖
. (Bax: Əfəndiyev İ. Müasirlik
uğrunda. «Ədəbiyyat və incəsənət» qəz., 7 sentyabr,
1963.)
Bu, İlyas Əfəndiyev yaradıcılığının sona qədər tənqid
tərəfindən də təhlillər yolu ilə təstiqini tapmış estetik
kredosudur.
Ədəbi tənqidin müəyyənləşdirdiyinə görə, ―İlyas
Əfəndiyevin nəsrindəki şəxsiyyətlərin hər biriı günün
zəruri məsələlərinə, həm də ümumi ictimai problemlərə
analitik-təhlil
mövqeyindən
yanaşır,
yalnız
baş
qəhrəmanları müşahidə etmir, əksinə hadisələrin ağırlıq
mərkəzində dayanır, hadisələrin qaynarlığından yaranan
daxili-psixoloji gərginliyi öz şəxsiyyətində ―əridirlər‖,
hadisəlrin dramatizmi onların kimliyində ―yaşayır‖, ifadə
olunur. İlyas Əfəndiyevin qəhrəmanları ona görə xarakter
və şəxsiyyət səviyyəsinə yüksəlirlər ki, onlar yazıçının
real müşahidəsinin və romantik arzularının vəhdətindən
doğur, ədibin cəmiyyət və insan haqqında düşüncələrinin
daşıyıcısına çevrilirlər.‖(Hüseynov A. ―Müxtəlifliyin
birliyi‖, Bakı, Yazıçı, 1981, s.199.)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
68
İlyas Əfəndiyev deyirdi ki, ―...qəhrəmanlarının hər
birinin bir ayaqları bu gündə, biri sabahdadır. Yəni onlar
eyni zamanda sabahla, daha işıqlı gələcəklə yaşayırlar.
Bədii sənət ustaları da heç şübhəsiz, bu cəhətə xüsusi
fikir verməlidirlər. Bax, bu nöqtədə sənətkar müəyyən
mənada romantik olmalıdır. Yazıçı sabah formalaşacaq
xarakteri
bu
gün
oxucuya
təqdim
etməkdən
qorxmamalıdır‖. (Bax: Əfəndiyev İ. Müasirlik uğrunda.
«Ədəbiyyat və incəsənət» qəz., 7 sentyabr, 1963.)
Beləliklə də, yazıçı istəyi ilə ədəbi tənqidin müşahidəsi
üst-üstə düşürdü...
1953-1958-ci illərdə İ.Əfəndiyev Azərbaycan Yazı-
çılar İttifaqında nəsr üzrə məsləhətçi vəzifəsində çalı-
şarkən ədəbiyyata gələn istedadlı gənclərin inkişafını
qayğı ilə izləmiş, bacardığı qədər onların yeni əsərlərinin
çapına, kitablarının buraxılmasına kömək göstərmişdi.
O, 1954-cü ildən etibarən Yazıçılar İttifaqı Rəyasət
heyətinin üzvü olmuş, 1958-ci ilin axırlarında Yazıçılar
İttifaqı idarə heyətinin məsul katibi seçilmişdir. İttifaqın
işində yaxından iştirak edən ədib, Respublika
yazıçılarının II qurultayında /1954/ «Azərbaycan sovet
dramaturgiyası», III qurultayında isə /1958/ «Azərbaycan
dramaturgiyasının inkişafı» mövzularında məruzələr
etmiş, o dövrdə yaranan dram əsərlərini təhlil edərək
yaxşı və pis cəhətlərini aşkarlamış, bu sahədə yaradıcılıq
perspektivlərini müəyyənləşdirmiş, özünü bir sənətşünas,
teatr tənqidçisi kimi də göstərə bilmişdi...
O dövrkü ədəbi tənqidin qeyd etdiyi kimi, İ.Əfəndiyev
çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər
biz onun həyat və yaradıcılıq yolunun hər hansı bir ilini,
yaxud qısa bir dövrünü ciddi xronoloji ardıcıllıqla
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
69
izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı eyni
bir qısa dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı
bir dramaturq kimi də fəaliyyət göstərir, iri həcmli roman
və povestlərlə bərabər oçerklər üzərində də işləyir, publi-
sistik məqalələr qələm almaqla yanaşı, konfrans və qurul-
taylarda məruzələrlə çıxış edir. Bir sözlə, İ.Əfəndiyevə
hekayədən faciəyə, romandan komediyaya, məqalədən
pyesə keçmək heç də çətinlik törətmir, bu, yazıçı üçün
adi bir yaradıcılıq aktına çevrilir...
İ.Əfəndiyev yaradıcılığının sonrakı mərhələlərində də
ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri
yaratmışdır ki, bu da yazıçının sənət palitrasının müxtəlif
çalarlarından, dünyagörüşünün üfiqi və şaquli, özü də
qlobal genişliyindən və yaradıcılıq intellektindən xəbər
verir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
70
II FƏSIL
İlyas Əfəndiyev yaradıcılığının 1960-1990-cı
və müstəqillik illəri ədəbi tənqidində dərki
1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi
fəxri adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-90-cı
illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun
yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-
birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi
problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan,
eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-
estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış
«Körpüsalanlar» /1960/, «Dağlar arxasında üç dost»
/1963/, «Sarıköynəklə Valehin nağılı» /1976-78/, «Geriyə
baxma, qoca» /1980/, «Üçatılan» /1981/ kimi povest və
romanlarını dərc etdirir, eyni zamanda, maraqlı dram
əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi
məhsuldar yaradıcılıq yolu keçir.
Bu illərin məhsulu olan «Sən həmişə mənimləsən»
/1964/ pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji
dramanın əsasını qoyur. Bu yolu uğurla davam etdirən
dramaturq «Mənim günahım» /1967/, «Unuda bilmirəm»
/1968/, «Məhv olmuş gündəliklər» /1969/, «Qəribə
oğlan» /1973/, «Bağlardan gələn səs» /1976/ və s.
pyeslərini
yazır. Ölməz sənət nümunələri kimi
Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən,
yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji
tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir
mərhələ açır, «İlyas Əfəndiyev teatrı» yaranır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
71
«İlyas Əfəndiyev teatrı»nın uğurlarından söhbət
açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası
1968-ci ildə olmuş «Unuda bilmirəm» pyesi 1981-ci ilə
qədər, yalnız Azərbaycan Milli Teatrı səhnəsində 350
dəfə oynanılmışdır. İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı
əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha
çox müraciət edən dramaturq, 1971-ci ildə mövzusu
tarixi keçmişimizdən, Qarabağ həyatından götürülmüş,
20-ci
illər
dramaturgiya
ənənələrinə
söykənən
(S.S.Axundovun ―Laçın yuvası‖ pyesini yada sal)
«Mahnı dağlarda qaldı» pyesini yazır. Yeni yaradıcılıq
uğuru kimi qarşılanmış bu pyesə görə İ.Əfəndiyev 1972-
ci ildə Respublika Dövlət mükafatına layiq görülür.
1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti
yazıçının anadan olmasının 60 illiyini təntənə ilə qeyd
edir. Yubileylə əlaqədar olaraq ədib ―Oktyabr İnqilabı‖
ordeni ilə təltif olunur. Azərnəşr onun dörd cildlik
«Seçilmiş əsərləri»ni nəşr edir.
Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış
İ.Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət
heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə xalq
yazıçısı fəxri adına layiq görülür.
Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda
qeyd olunarkən «Yazıçı» nəşriyyatı 1984-1985-ci illərdə
oxucularına gözəl bir hədiyyə hazırlamış, ədibin 6 cildlik
«Seçilmiş əsərləri»ni nəfis şəkildə 40 min nüsxə tirajla
çap etmişdir. Ədəbiyyat sahəsindəki xidmətləri nəzərə
alınan
ədib
həmin
il
―Lenin
ordeni‖
ilə
mükafatlandırılmışdır.
Ümumiyyətlə, İlyas Əfəndiyevin 50 illik yubileyin-
dən başlayaraq onun hər onillikdə təntənəli yubiley
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
72
mərasimləri keçirilmiş, dövlət təltifləri olmuş, haqqında
bütün mətbuat orqanlarında ən məşhur yazıçı və
tənqidçilərin məqalələri getmişdir. Bunlardan Süleyman
Rəhimovun, Mehdi Hüseynin, Əli Vəliyevin, Bayram
Bayramovun,
Bəxtiyar
Vahabzadənin,
Nurəddin
Babayevin, Məmməd Arifin, Məmməd Cəfərin, Cəfər
Cəfərovun, Qulu Xəlilovun, Əkbər Ağayevin, Yəhya
Seyidovun, Qasım Qasımzadənin, Yaşar Qarayevin,
Yaqub İsmayılovun, Şamil Salmanovun və başqalarının
maraqlı məqalələrini, yubiley çıxışlarını göstəmək olar
ki, bütün bunlarda İlyas Əfəndiyev yaradıcılığı
bütövlükdə çox yüksək və obyektiv elmi arqumentlərlə
qiymətləndirilir ki, bunların üzərində, təəssüf ki,
dayanmaq imkanımız yoxdur. (Bax: Arif M. Kommunist
əxlaqı mövqeyindən. (Anadan olmasının 60 illiyi
münasibətilə) //Kommunist. - 1974. - 17 noyabr; Əziz
dostumuz İlyas Əfəndiyev! (Anadan olmasının 60 illiyi
münasibətilə Yazıçılar İttifaqının təbriki) //Ədəbiyyat və
incəsənət. - 1974. - 23 noyabr; Azərbaycan. - 1974. -
№11. - s. 17.; Hörmətli İlyas Məhəmməd oğlu! (Anadan
olmasının 60 illiyi münasibətilə SSRİ Yazıçılar
İttifaqının idarə heyətinin təbriki) //Ədəbiyyat və
incəsənət. - 1974. - 23 noyabr.; Qarayev Yaşar.
Müasirliyin sabitliyi. (Anadan olmasının 60 illiyi
münasibətilə) //Ulduz. - 1974. - №11. - s.27-30; Yazıçı
haqqında söz //Anadan olmasının 70 illiyi münasibətilə
məqalələr //Azərbaycan. - 1984. - №5. - s.112-114.;
Babayev
Nizaməddin.
Xalq
həyatı
məcrasında.
(İ.Əfəndiyev-70) //Azərbaycan müəllimi. – 1984. - 25
may.; Əliyev Heydər. Səmimi təbrik. (Anadan olmasının
80 illiyi) //Azərbaycan. – 1994. - 26 may.; Aydmoğlu T.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
73
Sənət ülviyyətinə sədaqət. (İlyas Əfəndiyev-80) //Xalq
qəzeti. - 1994. - 27 may.; Abdullazadə A. Bir ömrün
poeziyası və ya yubiley təntənələrindən sonrakı
düşüncələr. (İ.Əfəndiyev-80) //İncəsənət. - 1994. - 6
sentyabr.; Əfəndiyev Əmin. Ədibin ilk hekayəsi (İlyas
Əfəndiyev - 85) //Ədəbiyyat qəzeti. - 1999. - 26 noyabr
və s... )
1990-cı ildə Azərbaycanın Milli Teatrı öz tarixində ilk
dəfə olaraq xarici ölkəyə - Türkiyəyə qastrol səfərinə
çıxmışdır. Bu səfər zamanı Teatr İstanbul və Ankara
şəhərlərində teatr həvəskarlarına İ.Əfəndiyevin «Bizim
qəribə taleyimiz» və «Sevgililərin cəhənnəmdə vüsalı»
əsərlərinin tamaşasını göstərmişdir. Böyük uğurla
qarşılanan bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla
sanballı məqalələr vermişdir.
Həmin tarixi mədəniyyət hadisəsini xatırladan tanınmış
teatrşünas, professor İnqilab Kərimov belə şərh etmişdir:
"1989-cu ilin oktyabr ayında M.Əzizbəyov adına
Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru
Həsən Turabov Türk Dünyası Araşdırmaları Vəqfindən bir
məktub aldı. Vəqf Azərbaycanın görkəmli dramaturqu
İlyas Əfəndiyevin pyeslərini göstərmək üçün teatrı
Türkiyəyə dəvət etmək fikrində idi. Əlbəttə, bu çox şad bir
xəbər idi. Əvvala, Azərbaycan teatrı 117 illik taixinin son
70 ilində bir dəfə də olsun xarici ölkələrdə qastrolda
olmamışdı. İkincisi, tənqidin çox doğru olaraq qeyd etdiyi
kimi, uzun illərdir ki, teatrın əsas repertuar yükünün
ağırlığı İlyas Əfəndiyevin öhdəsindədir; bu böyük
dramaturqun yaradıcılığı dünyanın bir sıra ölkələrinin, o
cümlədən Türkiyə ictimaiyyətinin diqqət mərkəzində
olmuşdur. Müasir türk mətbuatı onu Azərbaycan
ədəbiyyatının canlı klassiki adlandırıb...
|