Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix03.12.2016
ölçüsü3,14 Kb.
#735
1   2   3   4   5   6   7   8   9   ...   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
29 
dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra 
Qaryaginə  köçərək  yeznəsinin  yanında  kənd  təsərrüfatı 
alətləri  satan  mağazada  işləmişdir.  Bir  müddət  sonra 
həmin  ticarətlə  müstəqil  məşğul  olmuşdur.  O,  Rusiyanın 
müxtəlif  şəhərlərilə,  Təbrizlə,  İstanbulla  ticarət  əlaqələ-
rinə  girmiş,  bir  neçə  həmkarı  ilə  birlikdə  mal  gətirib 
satmaqla  var-dövlət  sahibi  olmuş  və  böyük  hörmət 
qazanmışdır.  1920-ci  ildə  Azərbaycan  bolşeviklər 
tərəfindən  işğal  olunduqdan  sonra  Məhəmməd  kişi 
müxtəlif təsərrüfat idarələrində çalışmışdır. 
 Onun  babası  Hacı  Axund  Tehranda  ali  ruhani  təhsili 
almış, geniş dünyagörüşlü və savadlı bir adam olub böyük 
hörmət  sahibi  idi.  Evində  çox  zəngin  kitabxanası  varmış. 
İlyas Əfəndiyev qeyd edir ki, ―Hacı Axund başqa mollalar 
kimi  acgöz  deyildi,  kasıblardan  pul  almaz,  camaatı  öz 
halal  zəhməti  ilə  dolanmağa,  əyri  iş  dalınca  getməməyə, 
fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun 
yanına məsləhətə gələrdilər.‖ (Bax: Əfəndiyev İ. Xatiratla-
rımdan səhifələr, ―Azərbaycan‖ jur., 1987, № 9, səh. 42.) 
Yazıçının  babası  Bayram  bəy  Şuşada  rus  dilində 
gimnaziyanı  bitirib  dövlət  idarələrində  məmur  işləmiş, 
Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində 
çalışmışdır.  
 Əfəndiyevlər  ailəsi  Sovet  hakimiyyəti  dövründə,  30-
cu  illərdə  ciddi  təqiblərə  məruz  qalmış,  onların  ata-baba 
mülkü  əllərindən  alınmış,  ailənin  bəzi  üzvləri  «xalq 
düşməni»  kimi  güllələnmiş,  bəziləri  həbs  edilərək 
vətəndən  uzaqlara  sürgün  olunmuşdur.  Yazıçının  atası 
Məhəmməd  Əfəndiyevə  «kulak»  damğası  vurularaq  evi, 
böyük  mülkü,  bağı  zəbt  edilmiş,  «səs  hüququndan» 
məhrum  olunmuşdur.  Ağır  sıxıntı  və  ehtiyac  içərisində 
yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
30 
malları, pal-paltar almaq hüququndan belə məhrum edil-
mişdir.  Lakin  yazıçının  nənə  və  babaları  bolşeviklərin 
ağalığından  əvvəlki  illərdə  yüzlərlə  yoxsul  ailələrə  əl 
tutan,  kasıblara  kömək  edən  xeyirxah  və  səxavətli 
adamlar  kimi  yadda  qaldıqlarından,  qohum-qonşu  dar 
ayaqda bu ailəyə gizlin də olsa kömək edirmişlər. 
 Yazıçı  bu  illərin  hadisələrini  xatırlayaraq  qeyd 
etmişdir:  «Bizim  ailəmiz  çox  ağır  vəziyyətdə  idi.  Atam 
səs  hüququndan  məhrum  edildiyi  üçün  uzun  illər  işsiz 
qaldı.  Yeddi  uşağın  böyüyü  mən  idim.  Atamın  vaxtı  ilə 
tikdirdiyi  böyük  evimiz  əlimizdən  alınmışdı.  Bizim 
doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt 
edilmiş  evimizin  ikinci  mərtəbəsində  iki  balaca  otaq 
vermişdilər.  Balaca  qardaşlarım  yemək  stolunun  altında, 
üstündə yatırdılar». (Bax: Yenə orada, səh.43.) 
 Çoxuşaqlı  həmin  ailədə  ciddi  nizam-intizam  var  idi. 
Anaya  məhəbbət,  ataya  hörmət  ailədə  ciddi  əməl  olunan 
qaydalardan  idi.  Ailə  üzvləri  arasında  qarşılıqlı  hörmət 
hökm sürürdü: təbiətə məhəbbət, mütaliəyə, kitaba maraq 
ananın  təsirindən  irəli  gəlmişdi.  Bütün  müsəlman 
ailələrində  olduğu  kimi  Əfəndiyevlər  ailəsində  də  ata 
əsas şəxsiyyət idi və bütün problemləri o həll edirdi. 
 Qarabağın  aran  rayonlarında  yaşayan  yüzlərlə  başqa 
ailə  kimi  Məhəmməd  kişi  də  ailəsi  ilə  bərabər  yay 
aylarında  yaylağa  –  Şuşaya  köçərmiş.  İlyas  müəllimin 
uşaqlıq  illərinin  müəyyən  hissəsi  Şuşada  keçdiyindəndir 
ki,  yazıçının  yaradıcılığında  Şuşa  və  Qarabağ  mövzusu 
mühüm  yer  tutur.  Onun  ―Mahnı  dağlarda  qaldı‖, 
―Xurşidbanu Natəvan‖ pyeslərində, ―Dağlar arxasında üç 
dost‖,  Geriyə  baxma,  qoca‖,  ―Üçatılan‖  romanlarında, 
―Qoca  tarını  çaldı‖,  ―Qarı  dağ‖,  ―Yaylaq  qonşumuz‖, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
31 
―Qaçaq  Süleymanın  ölümü‖,  ―Xan  qızı  Gülsənubərlə 
tarzən  Sadıqcanın  nağılı‖  və  s.  hekayə  və  povestlərində 
bir başa, digər əsərlərində dolayısı yolla olsa da Qarabağ 
mühiti  qüdrətli  sənətkar  qələmi  ilə  təsvir  edilmişdir  ki, 
yazıçının bu cəhəti müstəqillik dövrü ədəbi-tənqidimizin 
diqqət mərkəzində olmuşdur... 
 Bu  ailənin  xoş  günləri,  yazıçının  uşaqlıq  illərinin 
sevincli  anları  1920-ci  ilin  aprel-may  aylarında  sona 
yetmişdir. «Kulak» damğası vurulmuş bu ailənin üzvləri 
hərə  bir  tərəfə  dağılmış,  təhlükəsizlik  orqanlarının 
qorxusu,  həbs  olunmaq  təhlükəsi  qohumları  bir-birindən 
aralı salmışdı. 
Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və 
təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra 
bilmir. Ağır xəstələnərək «səksən  yaşlı qocaya dönmüş» 
Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir. 
İ.Əfəndiyevin  nənələri  Fatma  xanım  və  Bəyaz  nənə, 
anası  Bilqeyis  xanım  geniş  dünyagörüşünə  malik, 
savadlı,  şifahi  xalq  ədəbiyyatının  çoxlu  nümunələrini, 
əfsanə,  nağıl  və  dastanlarını  sinələrində  gəzdirən  el 
ağbiçəkləri  olmuşlar.  Onun  dünyagörüşlü  bir  gənc  kimi 
formalaşmasında,  kitaba,  ədəbiyyata,  ümumiyyətlə 
mütaliəyə  maraq  oyanmasında  anası  Bilqeyis  xanımın 
əvəzsiz  xidmətləri  olmuşdur.  O,  İlyas  müəllimə  yalnız 
ana  yox,  Məhəmməd  kişi  vəfat  etdikdən  sonra, 
müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir...  
 İ.Əfəndiyev  anası  haqqında  yazmışdır:  «Anam 
keçmiş  müsəlman  qızları  kimi,  evdə  mollakunə 
adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında  yazıb 
oxuyurdu.  Mütaliəni  çox  sevirdi.  Azərbaycan  dilində 
çıxan  kitabların,  demək  olar  ki,  hamısını  oxumuşdu. 
Mənə  ərəb  və  latın  əlifbalarında  yazıb  oxumağı  da  o 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
32 
öyrətmişdi.  Uşaq  vaxtı  anam  bizə  oxuduğu  kitablardan 
hədsiz-hesabsız  əhvalatlar  danışardı.  Onun  oxuyub  bizə 
nağıl  elədiyi  «Ərmənusə»,  «İngilis  xanımı»,  «Hind 
racəsi»,  «Rüstəm  və  Zöhrab»,  «Əlif  Leyla»  və  sairə 
kitablar  indi  də  yadımdadır.  Füzulinin  «Leyli  və 
Məcnun»  əsərini  də  mən  ilk  dəfə  anamdan  eşitmişdim. 
Ümumiyyətlə, anamız çox incə zövqə malik bir qadın idi. 
Dövrün  ictimai  hadisələrindən  də  baş  çıxarırdı.  Allahsız 
olmasa  da,  mollalardan  zəhləsi  gedərdi.  Məndə  güclü 
mütaliə  həvəsi  məhz  anamın  təsirilə  oyanmışdır».  (Bax: 
Yenə orada, səh. 43.) 
 Danışılan  bu  əhvalatlar,  nağıl  və  əfsanələr  onun  incə 
qəlbinə 
təsir 
etmiş,  sonralar  bir  yazıçı  kimi 
formalaşmasında mühüm rol oynamışdır. İ.Əfəndiyev bu 
haqda  yazmışdır:  «...bunları  bizə  danışanda  mənim 
xəyalımda  heyrətli  bir  aləm  yaranırdı  və  bu  aləmin 
qəhrəmanları,  onların  igidlikləri  uzun  zaman  gözümün 
qabağından  getmirdi.  Mən  onların  iztirabları  ilə 
həyəcanlanıb  pərişan  olur,  qələbələrinə  sevinirdim  və 
getdikcə xəyalımda yaranan bu aləm mənə real həyatdan, 
təsadüf etdiyim insanlardan (yalnız anamdan başqa) daha 
artıq  xoş  gəlirdi...  O  aləm  daha  şirin,  daha  cazibədar 
görünürdü». (Bax: Yenə orada. səh.44.) 
Ən  maraqlısı  budur  ki,  İ.Əfəndiyevə  «xoş  gələn»  bu 
sirli  aləm  sonralar  onu  öz  qoynuna  alır,  nənəsi  və 
anasının  danışdıqları  və  cib  dəftərlərinə  qeyd  olunan 
«maraqlı  əhvalatlar»  bir  sıra  bədii  əsərlərin  fabulasına 
çevrilir.  Məsələn,  Fatma  nənənin  danışdığı:  «Quşların 
dilini  bilən  Süleyman  padşah  bütün  quşlara  əmr  edir  ki, 
hər  biriniz  mənə  dünyanın  ən  gözəl  quş  balasını  tapıb 
gətirin!  Qarğa  çox  axtarır,  onlarla  quş  balasına  baxır, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
33 
axırda  özünün  eybəcər  balasını  dimdiyinə  alıb  aparır  və 
Süleyman padşaha deyir: Qibleyi-aləm! Dünyada bundan 
gözəl  quş  balası  tapmadım»  –  əhvalatı  «Sağsağan» 
hekayəsində  qələmə  alınmışdır  –  və  yaxud,  məzmunu 
«Kitabi-Dədə  Qorqud»dan  gələn,  xalqımızın  yadelli 
işğalçılara  qarşı  mübarizəsindən  söhbət  açan  digər  bir 
əfsanə «Qarı dağı» hekayəsi üçün əsas olmuşdur.  
Yazıçının 1991-ci ildə qələmə aldığı «Vəzir Allahverdi 
xan  və  Bəhlul  Danəndə»  hekayəsindəki  əhvalat  da 
anasının 
danışdığı 
rəvayətlərdən 
götürülmüşdür. 
Həmçinin, ―Apardı sellər Saranı‖, ―Qəhrəman ilə bülbülün 
nağılı‖,  ―Yusif  və  Efsir‖,  ―Abidin  yuxusu‖,  ―İsa-Musa‖ 
təkin əsərləri də bu qəbildəndir... 
 İ.Əfəndiyevin  uşaqlıq  və  gənclik  illəri  bir  tərəfdən 
belə  əfsanəli  və  rəvayətli  mühitdə  keçmişdisə,  digər 
tərəfdən 
bolşevik  qaragüruhunun  və  kommunist 
ideologiyasının  ən  qatı  dövrünə  təsadüf  etmişdir.  Bütün 
varlılar 
kimi 
Əfəndiyevlər 
ailəsi 
də 
dövrün 
ədalətsizlikləri  ilə  qarşılaşmışdır.  Bunlar  isə  İlyas 
Əfəndiyevin  qəlbində  dərin  iz  salmışdır.  Yəqin  ki,  onun 
ədəbi  qəhrəmanlarındakı  mövcud  rejimlə  örtülü 
barışmazlıq  ruhu,  elə  yazıçının  öz  xarakterindəki 
kommunist  və  sovet  rejiminə  qarşı    nisbi  narazılıq, 
zamanın qatı ideoloji tələbləri ilə barışmamaq meylindən 
əmələ gəlmişdir.   
Yazıçı  hələ  uşaq  yaşlarından  zəhmətə  alışmış, 
məktəbə  getməzdən  əvvəl  yazıb-oxumağı  öyrənmiş, 
kitablara böyük maraq göstərmiş, çoxlu mütaliə etmişdir. 
1921-ci  ildə  birinci  sinifə  gedən  İlyas  müəllim  1930-cu 
ildə  pedaqoji  təmayüllü  iki  dərəcəli  orta  məktəbi  əla 
qiymətlərlə  bitirmişdir.  Məktəbin  direktoru  Cəmil  bəy 
Vəzirov,  müəllimləri  Mehdi  Mehdizadə,  Cümşüd 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
34 
Zülfüqarlı,  Bəylər  Ağayev  kimi  sonralar  məşhur  olmuş 
savadlı  ziyalılar  da  onun  həyatında,  şəxsiyyətinin, 
xarakterinin formalaşmasında mühüm rol oynamışdı. 
Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə 
kifayətlənməyən  İ.Əfəndiyev  dərsdən  əlavə,  müstəqil 
mütaliə  yolu  ilə  çoxlu  bədii  kitablar,  o  cümlədən  rus 
ədəbiyyatı 
klassiklərindən 
Aleksandr 
Puşkin, 
M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, Maksim Qorki 
kimi  sənətkarların  dilimizə  tərcümə  olunmuş  əsərlərini 
mütaliə  etmiş,  eyni  zamanda  riyaziyyat  və  fizika 
elmlərinə  böyük  maraq  göstərmiş,  coğrafiyanı  həvəslə 
öyrənmiş,  böyük  səyyahların,  o  cümlədən  R.Amundsen, 
Nansen, 
Xristofor  Kolumb

Ameriqo  Vespuççi
  kimi 
maraqlı  adamların  həyatını  əks  etdirən  kitabları  da 
oxumuşdur.  
 Əlbəttə,  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslıq  onu 
daha  çox  maraqlandırırdı.  İ.Əfəndiyev  yazır:  «Klassik 
romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında 
çox danışılan professor Friçe, professor Koqan, professor 
Köprülüzadə,  İsmayıl  Hikmət  kimi  məşhur  ədəbiyyat 
alimlərinin  əsərlərini  də  yorulmadan,  həvəslə  oxuyub 
balaca  dəftərçələrdə  özüm  üçün  konspektlər  çıxarırdım. 
Mən  gələcəkdə  Köprülüzadə  kimi,  professor  Friçe  kimi 
böyük  ədəbiyyat  alimi  olmaq  xəyalı  ilə  hey  həvəslənir, 
hey oxuyurdum». (Bax: Yenə orada, səh. 45.) 
 Dünya  ədəbiyyatı  və  mədəniyyəti  sahəsində  yüksək 
zirvəyə  qalxmış 
onlarla  sənətkarların  həyatı  və 
yaradıcılıq  təcrübəsi  bir  daha  sübut  edir  ki,  böyük 
ədiblərin,  rəssam  və  bəstəkarların  formalaşıb  yetiş-
məsində, öz xalqının qabaqcıl elm və mədəniyyət xadimi 
səviyyəsinə yüksəlməsində bir sıra mühüm həyati amillər 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
35 
həlledici  rol  oynamışdır.  Ədəbi  tənqidimiz  də,  yazıçının 
yaradıcılıq  yolunun  bir  çox  cəhətlərinin  izahında  onun 
həyat yolunun bu amillərini önə çəkməkdədirlər... 
Bir  daha  xatırladaq  ki,  sənətkarı  əhatə  edən  ictimai 
ədəbi  mühitin  bütün  mürəkkəblik  və  çoxcəhətliliyini 
öyrənmədən,  onun  müasirləri  ilə  əlaqələrinin  yerini  və 
mövqeyini 
dəqiq 
müəyyən 
etmədən 
yazıçının 
formalaşma 
və 
inkişaf 
prosesini 
doğru-düzgün 
müəyyənləşdirmək  və  mənalandırmaq  çətindir,  bəlkə  də 
mümkün deyildir. 
 Əlbəttə,  İ.Əfəndiyevin  bir  gənc  kimi  yetişməsində, 
mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, 
hər  şeydən  əvvəl,  ailə  tərbiyəsinin,  ata-ana  ocağının  çox 
mühüm  təsiri  olmuşdur.  Lakin  bu,  həlledici  səbəb  olsa 
da, yeganə amil deyildi. 
 Yazıçının  formalaşıb  yetkinləşməsində,  bir  sənətkar 
kimi  püxtələşməsində  başqa  amillər  də  olmuşdur  ki, 
bunlardan  oxuduğu  və  dərs  dediyi  məktəbin  kollektivi, 
boya-başa  çatdığı  bölgənin  ictimai-mədəni  mühiti, 
gənclik  illərində  böyük  həvəslə  izlədiyi  və  maraqla 
mütaliə  etdiyi  «Qızıl  Araz»  adlı  rayon  qəzeti,  Füzulidə 
fəaliyyət  göstərən  xalq  teatrı,  ali  təhsil  aldığı  institut 
həyatı, işlədiyi «Yeni yol», «Kommunist» və «Ədəbiyyat 
qəzeti»  redaksiyaları  və  ən  nəhayət  Bakı  və  Yazıçılar 
İttifaqının  o  vaxtkı  ədəbi  mühiti  çox  böyük  təsir 
göstərmişdir.  Düzdür,  bu  amillərin  yazıçıya  biri  az,  biri 
çox  təsir  etmişdir,  lakin  onların  heç  biri  təsirsiz 
qalmamışdır... 
Orta  məktəbi  bitirdikdən  sonra  bir  müddət  Böyük 
Bəhmənli  kəndində  dil  və  ədəbiyyatdan  dərs  deyən 
İ.Əfəndiyev  1935-1938-ci  illərdə  Qaryagin  (Füzuli 
rayonu  o  vaxtlar  belə  adlandırılırdı)  şəhər  orta  məktə-

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
36 
bində  coğrafiya  müəllimi  işləmiş,  eyni  zamanda 
gənclərin 
təlim-tərbiyəsində, 
savadsızlığın  aradan 
qaldırılmasında,  məktəbyaşlı  uşaqların  təhsilə  cəlb 
olunmasında  fəallıq  göstərmişdir.  Yazıçının  formalaş-
masında yaşadığı rayonun ictimai və mədəni həyatı da az 
rol oynamamışdır. Düzdür, 30-cu illərdə rayondakı mühit 
haqqında  geniş  məlumat  yoxdur.  Lakin  yazıçının  öz 
xatirələri,  məktəb  və  müəllim  kollektivi,  rayon  ziyalıları 
haqqında  əldə  olunan  məlumatlar,  rayon  qəzeti 
səhifələrində  dərc  edilmiş  müxtəlif  məqalələr,  gənclərin, 

cümlədən 
İlyas 
müəllimin 
həyatında 
və 
formalaşmasında  o  illər  çox  mühüm  rol  oynamış  dram 
kollektivinin  fəaliyyəti  barədəki  yazılar  rayonun  30-cu 
illərdəki  ictimai-mədəni  həyatı  haqqında  müəyyən 
təsəvvür əldə etməyə imkan verir. 
 Bu  illərdə  Qaryagində  «Qızıl  Araz»  adlı  qəzet  dərc 
edilirdi.  Qəzet  öz  səhifələrində  günün  ictimai-siyasi 
hadisələri,  təsərrüfatın  aktual  məsələləri  haqqında 
materiallar 
dərc 
etməklə 
bərabər, 
ədəbiyyat  və 
mədəniyyətin  ayrı-ayrı  sahələrini  də  geniş  işıqlandırırdı. 
İlyas  Əfəndiyevin  həvəslə  mütaliə  etdiyi  qəzetin 
səhifələrində  ədəbiyyat  müəllimləri  Nemət  Hüseynovun, 
N.Kazımovun maraqlı yazıları, gənc şair Nəcəf Quliyevin 
şeirləri,  rayonun  qabaqcıl  ziyalılarından  Məmməd 
Sadıqovun,  Savalan  Zülfüqarovun,  A.Manaflının  və 
başqalarının məqalələri dərc olunurdu ki, həmin yazıların 
heç biri nəinki gənc İlyas müəllimin nəzərindən yayınmır 
və 
təsirsiz 
qalmırdı, 
hətta 
gənc 
müəllimin 
dünyagörüşünün  formalaşmasına,  bədii  yazıya  qarşı 
həvəsinə  öz  təsirini  göstərirdi.  Səhifələrində  tez-tez 
maraqlı  yazılar  dərc  edən  «Qızıl  Araz»  qəzeti 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
37 
M.F.Axundov, 
M.Y.Lermontov, 
A.S.Puşkin, 
T.Q.Şevçenko və başqa klassik yazıçıların yubileyləri ilə 
əlaqədar xüsusi səhifələr, ayrı-ayrı nömrələr buraxırdı ki, 
bunlar İlyas müəllimin nəzərindən qaçmırdı...  
Fəaliyyəti  «Qızıl  Araz»ın  səhifələrində  geniş  işıqlan-
dırılan müəssisə və təşkilatlardan biri də rayonun kolxoz-
sovxoz  teatrı  idi.  Sonralar  Qaryagin  Dövlət  Teatrı  kimi 
fəaliyyət  göstərmiş  bu  işgüzar  kollektiv  həmin  illərdə 
rayonun  kəndlərində  və  qonşu  rayonlarda  «Laçın 
yuvası»,  «Həyat»,  «Almaz»,  «Vətən  namusu»,  «Dağılan 
tifaq»,  «Məşədi  İbad»  və  s.  pyesləri  böyük  uğurla 
tamaşaya  qoymuşdur.  Teatrın  direktoru  Savalan 
Zülfüqarov  yazılarının  birində  qeyd  edir  ki,  «teatrımız 
yaxın  günlərdə  S.Rəhmanın  «Toy»  komediyasını 
oynayacaqdır».  Əsəri  qəbul  etmək  üçün  rayonumuza 
Respublikanın  xalq  artisti  Mirzağa  Əliyev  gəlmişdir. 
A.Manaflının  «Həyat»  haqqında  mənim  fikrim» 
məqaləsində 
isə 
müəllif, 
teatrın 
direktoru 
S.Zülfüqarovun,  bədii  hissə  müdiri  Əsəd  Cəfərovun, 
aktyorlardan 
Ağababa 
Abdullayevin, 
Mürşüd 
Haşımovun,  Cəmil  Vəzirovun,  Rza  Əliyevin,  Şölə 
Yolçuyevanın və başqalarının fəaliyyətindən bəhs edir.  
Gələcəkdə  görkəmli  dramaturq  olacaq  İ.Əfəndiyev 
«teatr»  adlı  sehrli  bir  aləmlə  ilk  dəfə  məhz  Qaryagində 
tanış olmuşdur. O, qeyd edir ki, «mən də ora tez-tez gedir 
və  böyük  maraqla  aktyorların  oyunlarına  tamaşa 
edirdim». Sənət yollarında ilk axtarışlar aparan və yazıçı 
kimi  ilk  addımlarını  atan  gənc  müəllim  İ.Əfəndiyevin 
inkişafında  istər  rayon  qəzeti  «Qızıl  Araz»ın,  istərsə  də 
rayon  teatrının  təsiri  şübhəsizdir  və  bu  təsirlənmə 
mənbələrini  ədəbiyyatşünaslığımız  və  ədəbi  tənqidimiz 
də  nəzərdən  qaçırmamış,  bu  barədə  maraqlı  mülahizələr 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
38 
irəli  sürmüş,  araşdırmalar  aparılmışdır.  (Bax:  Əfəndiyev 
Ə. İlyas Əfəndiyevin yaradıcılığı. - Bakı: Elm, 2000.-310 
s.)  
İlyas  Əfəndiyev  orta  məktəbi  bitirdikdən  sonra,  ailə 
vəziyyətilə  əlaqədar  olaraq,  təhsilində  bir  neçə  il  fasilə 
verməyə  məcbur  olur.  Lakin  ali  təhsil  almaq  və  Bakıya 
getmək  arzusu  onu  tərk  etmirdi.  O,  Qaryagin  rayonunun 
Böyük  Bəhmənli  kəndində  müəllim  işlədikdən  sonra 
Xalq  Maarif  Komissarlığı  tərəfindən  Nuxa  şəhərindəki 
nümunəvi  orta  məktəbə  tədris  hissəsi  müdiri  vəzifəsinə 
göndərilir. Bir il burada işlədikdən sonra ali təhsil almaq 
üçün  Bakıya  -  Azərbaycan  Dövlət  Pedaqoji  institutuna 
gedir.  1934  -cü  ildə  APİ-nin  ədəbiyyat  şöbəsinə  daxil 
olsa da, onun ali məktəbdə, bu fakültədə təhsil alması çox 
uzun  sürmür;  elə  həmin  il  institutu  tərk  edib  rayona 
qayıtmağa  məcbur  olur.  İ.Əfəndiyev  «kulak»  balası 
olduğu üçün institutdan uzaqlaşmağa məcbur idi...  
Müvəffəqiyyətlə  imtahan  verib  filologiya  fakültəsinin 
əyani  şöbəsinə  daxil  olmuş  yazıçı  bir  neçə  ay  orada 
oxuduqdan  sonra  xəbər  tuturlar  ki,  İ.Əfəndiyevin  atası 
inqilabdan  əvvəl  ticarətlə  məşğul  olduğu  üçün  səs 
hüququndan  məhrum  edilmişdir.  O  zaman  səs 
hüququndan  məhrum  edilmək  isə  ölümə  məhkum 
olunmaq  kimi  bir  hal  idi.  Yazıçı  sonralar  qələmə  aldığı 
bir  yazısında  institutdan  uzaqlaşmasının  səbəbini  belə 
izah  etmişdi:  ―Bir  qədər  sonra    İnstitutun  Tələbə 
Həmkarlar  İttifaqı  Komitəsinin  sədri  Məmməd  Orucov 
xəlvəti  mənə  dedi  ki,  göstəriş  var,  ata-anası  səs 
hüququndan 
məhrum 
edilmiş 
tələbələr 
ideoloji 
fakültələrdən  çıxarılsın.  Məsləhətdir,  nə  qədər  gec  deyil, 
ərizə verib bir il məzuniyyət götür. «Atan qolçomaqdır» 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
39 
deyə  səni  İnstitutdan  çıxartsalar,  sonralar  oxumağın,  iş 
tapmağın çətin olar. Mən də o cür hərəkət etdim.‖  
Atası  vəfat  etdikdən  /1934/  sonra,  çoxuşaqlı  ailənin 
bütün  ağırlığı  evin  ən  böyük  övladı  olan  İ.Əfəndiyevin 
öhdəsinə  düşmüşdü.  Xoşbəxtlikdən  İ.Əfəndiyevin  adı 
həmin  illərdə  repressiya  olunanların  siyahılarında 
olmayıb.  O,  1938-ci  ildə  APİ-nin  coğrafiya  fakültəsinin 
qiyabi  şöbəsinə  keçərək  oranı  qurtarıb  sağ-salamat 
müəllimliyini davam etdirmişdir. 
Respublikanın ən böyük ali məktəblərindən biri hesab 
edilən  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunda  təhsil 
aldığı illər İ.Əfəndiyevin həyat və yaradıcılığında mühüm 
bir  mərhələ  təşkil  edir.  Ən  tanınmış  alimlərin  və 
müəllimlərin dərs dediyi həmin ali məktəbdə İ.Əfəndiyev 
Bəkir  Çobanzadə,  Əli  Sultanlı  və  s.  bu  kimi 
müəllimlərdən  dərs  almışdır.  Yazıçının  qeydlərində 
oxuyuruq: «Lap ilk günlərdən istər tələbə  yoldaşlarımın, 
istərsə  də  müəllimlərin  yaxın,  səmimi  münasibətlərinə 
nail  olmuşdum.  Professor  Çobanzadə,  Əli  Sultanlı  kimi 
məşhur  müəllimlərimiz  mənimlə  xüsusi  dost  olmuşlar. 
Professor Çobanzadə bir sıra xarici dillərlə birlikdə bütün 
türk-tatar  dillərini  bilirdi.  Həmişə  son  dəblə  tikilmiş 
bahalı  kostyumlar  geyərdi.  Demək  olar  ki,  canlı  bir 
ensiklopediya  idi.  Xaricdə  də  böyük  hörməti  vardı... 
Aramla  iki  saat  söylədiyi  mühazirələrdən  heç  birimiz 
yorulmazdıq...  o,  yüksək  mədəniyyətə,  yüksək  intellektə 
malik nadir bir adam idi». (Bax: Yenə orada, səh.62.) 
İ.Əfəndiyevin  institutda  dostlaşdığı  və  həmişə  xətrini 
əziz  tutduğu  müəllimlərdən  biri  də  Əli  Sultanlı  idi.  ―Əli 
Sultanlının antik dövr ədəbiyyatı haqqındakı mühazirələri 
o qədər canlı, o qədər şairanə olurdu ki, biz hər dəfə sanki 
gözəl bir poemaya qulaq asırdıq.‖ 

Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin