www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
51
özümüzə kömək, arxa hesab edirdik. Bir çətinliyimiz
olanda müraciət edirdik, onlardan həmişə kişilik, kömək
görürdük».
(Bax:
Əfəndiyev
İ.
―Dostumuzu
xatırlayarkən.‖ (Əli Vəliyev haqqında) // Azərbaycan,
1987. - №5. - s.117-131.)
Faktlara müraciət edək.
Xalq yazıçısı, akademik Mirzə İbrahimov yazırdı:
―Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və
rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu
gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti
cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir.
İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə,
estetik zərifliyə meyl edən yazıçıdır. O, bədii əsər üçün
vacib xüsusiyyətlərə dilin ifadəli və obrazlı olmasına,
xarakterlərin canlı və dolğun çıxmasına, süjet və
kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, böyük
əmək sərf edir, bu da nəticəsiz qalmır, onun əsərlərinin
maraqlı, oxunaqlı olmasına kömək edir. Bu əmək və
səyin mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun
azlığından şikayət edə bilməz.‖ (Bax: İbrahimov M.
―Şəfalı işıqlar‖ // Azərbaycan, 1974, №11, s.12.)
Xalq yazıçısı Süleyman Rəhimov özünəməxsus olan
bir təhkiyə ilə: ―İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan
sovet ədəbiyyatının münbit zəminindən doğan, rişələnən,
getdikcə
köklənən qoşa qardaş kimi qoşalıqda
yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə mahir
dramaturqu
birləşdirib,
birlikdə
söykək-söykəyə
qaldırır...
İlyas
nəsri
onun
dramaturgiyasına,
dramaturgiyası da onun nəsrinə dayaq durur, kömək
göstərir. İlyasın nəsri də, dramartugiyası da ahəngdardır,
cazibədardır... Sən İlyas nəsrini oxuyursan, istər onun
romanı, povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
52
olsun, heç birisi səni - oxucunu yormur... İlyas
yaradıcılığında dramaturgiya, mənim aləmimdə fəxri yer
tutur. Fəxri yer tutur, ona görə ki, biz İlyas
dramaturgiyasında böyük dramaturqumuz Cəfər Cabbarlı
ənənələrinin mahir davamçısını görürük.‖ – yazırdı.
(Bax: Rəhimov S. ―Qoşa qanadlı‖ // Ədəbiyyat və
incəsənət, 1974, 23 noyabr.)
Xalq artisti, professor Mehdi Məmmədov göstərirdi
ki, İlyas Əfəndiyev «mövzu seçməyi, məntiqli süjet
qurmağı, dramatik vəziyyətlər, xarakterlər yaratmağı, öz
fikirlərini bəyanat yolu ilə deyil, canlı hadisələrlə,
yığcam dialoqlarda, əsl səhnə dili vasitəsilə ifadə etməyi
gözəl bacarır.»
(Bax: Məmmədov
M. “Səhnəmizin
müttəfiqi‖ //Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr.)
Böyük səhnə ustası, xalq artisti İsmayıl Dağıstanlı isə,
1974-cü ildə yazırdı ki, Akademik Milli Dram
Teatrımızın ―son otuz ildəki inkişafını İlyas Əfəndiyevsiz
təsəvvür etmək mümkün deyil. Onun pyeslərində həmişə
təzə, təravətli görünən bir müasirlik var. Bu müasirlik isə
həyatımızın daxili məzmunundan, onu irəli aparan
qəhrəmanların
fəaliyyətindən
və
bu
fəaliyyətin
konfliktlərindən, poeziyadan doğur... İlyas Əfəndiyevin
dramaturgiyasında realizm və romantika, sərt həyat
həqiqətləri ilə şeriyyət həmişə vəhdət təşkil edir.‖(Bax:
Dağıstanlı İ. ―Aktyora ilham verən rollar‖ // Ədəbiyyat
və incəsənət, 1974, 23 noyabr.)
Yaradıcılıq yollarında inamla addımlayan gənc yazıçı
1941-45-ci illərdə Azərbaycan Radio komitəsində ədəbi
verilişlər şöbəsinin müdiri, 1945-ci ildən Bakı
kinostudiyasında ssenari şöbəsinin rəisi, daha sonra isə
Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
53
çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda və
əlaqədə
işləmiş,
həyatı
dərindən
öyrənmiş,
dünyagörüşünü daima artırmışdır.
1945-ci ildə İ.Əfəndiyevin «Aydınlıq gecələr» adlı
ikinci kitabı nəşr olunur ki, burada əsasən müharibə
illərində yazılmış əsərlər toplanmışdır. Ədəbi tənqiddə bu
əsərlər belə qiymətləndirilirdi ki, əsərlərin mövzuları
müharibədən götürülsə də, əsas məsələ bu idi ki, həmin
hekayələrdə döyüş və sınaq illərində insanların mənəvi
sifətləri və dəyanətləri qələmə alınmışdır. Həmin
əsərlərdə də yazıçı canlı insan surətlərinə, onların daxili
aləmlərinin təsvirinə üstünlük vermişdir.
Ədbi tənqidə görə, «Aydınlıq gecələr» kitabı İ.Əfən-
diyevi oxuculara öz səsi, öz yazı üslubu olan orijinal bir
yazıçı kimi təqdim etdi.
1947-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət
Dram Teatrı İ.Əfəndiyevin «İşıqlı yollar» pyesini
tamaşaya qoydu. Əsər Teatrın 1948-ci ildə Moskvaya
qastrolu zamanı paytaxt sənətsevərlərinə göstərilmişdir.
Həmin pyes yazıçının ilk müstəqil səhnə əsəri idi. Gənc
dramaturq görkəmli rejissor Adil İsgəndərovun təklif və
təkidilə «Bahar suları» pyesini yazır. Lakin əsərin
tamaşası birmənalı qarşılanmadı, pyes haqqında müxtəlif
mülahizələr irəli sürüldü.
«Bahar suları» pyesi haqqında müəllif yazmışdır:
«...Dramaturgiyada «konfliktsizlik» nəzəriyyəsi ifşa
olunandan sonra, bizim Akademik Dram Teatrında
tamaşaya qoyulan ilk konfliktli əsər mənim «Bahar
suları» pyesim oldu. Bu əsərdə müsbət obrazlarla
bərabər, mənfi tiplər də var idi. Pyes Akademik Teatrda
müvəffəqiyyətlə gedirdi. «Kommunist» qəzeti Əli
Vəliyevin
təşəbbüsü
ilə
böyük
disput
təşkil
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
54
etmişdi....Disput olduqca canlı keçirdi. Çıxış edənlər
tamaşaya yüksək qiymət verirdilər. Birdən bizim yazıçı
yoldaşlardan o zaman məsul vəzifədə olan biri özünü
qaranəfəs disputa yetirərək çıxışında sübut etməyə çalışdı
ki, guya müəllif əsərdəki mənfi tipləri göstərməklə bizim
cəmiyyətimizə böhtan atmışdır, bizdə Nəcəf kimi
adamlar yoxdur, tək-tük varsa da, göstərmək lazım
deyil...» (Bax: Əfəndiyev İ. ―Dostumuzu xatırlayarkən.‖
(Əli Vəliyev haqqında) // Azərbaycan, 1987. - №5. -
s.117-131.)
Lakin əsərin müzakirəsində iştirak etmiş Əli Vəliyev,
Səməd Vurğun, eyni zamanda ədəbiyyatşünaslardan
Cəfər Xəndan əsərin bir sıra məziyyətlərini göstərməklə,
müəllifin düz yol tutduğunu təsdiq etmişlər. (Bax: «Bahar
suları» (Əsərin Yazıçılar İttifaqının Bədii Şurasında
müzakirəsi) //Ədəbiyyat qəzeti. - 1948. – 25 iyun.)
Dövrün ən tanınmış tənqidçilərindən olan Cəfər
Xəndan yazırdı: ―Bahar suları‖ əsərinin mövzusu
müharibədən sonrakı kəndimizin real həyatından
alınmışdır. Burada hadisə və tiplər canlı və həyatidir.
Yazıçı canlılığı yaratmaq üçün heç bir boyasını
əsirgəməmişdir. Əsərdə sovet adamlarının həyatında ola
bilən hadisələr və ya konfliktlər, tamaşaçını intizarda
qoyan səhnələr, bədii cəhətdən təsirli dialoq və
monoloqlar vardır. Burada eşq və məhəbbət səhnələri də
adamların müasir zövqü ilə əlaqədar verilmişdir...
Buradakı
adamlar ümumi mənafeyini öz şəxsi
mənafeyindən üstün tutan şərəfli əməkdən zövq alan yeni
adamlardır.‖ (Bax: Xəndan C. «Bahar suları» //
Ədəbiyyat qəzeti, 1948, 28 dekabr.)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
55
1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti
və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram
Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə
sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq
İ.Əfəndiyev «Şərəf nişanı» ordeni ilə təltif edilmişdi.
1954-cü ildə tamaşaya qoyulmuş «Atayevlər ailəsi»
isə dramaturq İ.Əfəndiyevin yaradıcılığında irəli atılmış
uğurlu bir addım idi. Müəllif ictimai həyatda rastlaşdığı
qüsurları realist mövqedən, yüksək sənətkarlıqla qələmə
aldığından, əsər tamaşaçı və oxucular tərəfindən böyük
rəğbətlə qarşılanmışdır. Pyesi tamaşaya Tofiq Kazımov
hazırlamışdı. Və bu tamaşa, o dövrdə ədəbi tənqidi elə bil
cana gətirmişdi. Bir birinin dalınca dövrün ən nüfuzlu söz
sahibləri məqalələrlə çıxış edirdilər. Mirzə İbrahimov,
Mehdi Hüseyn, Həsən Qasımov və digərləri «Atayevlər
ailəsi»
əsəri və tamaşası haqqında yazdıqları
məqalələrində onu yüksək qiymətləndirirdilər.
Yazılardan belə bir fikir hasil olurdu ki, İlyas
Əfəndiyev teatrı artıq özünü büruzə verməkdədir. Hələ
«Bahar suları» pyesinin tamaşalarından boylanan bu teatr
öz səmimiliyi, həyatiliyi, psixoloji dərinliyi və realizmi
ilə nəzəri cəlb etdi. Əsərin o vaxtkı dövr üçün ən dəyərli
cəhət kimi qiymətləndirilən və digər bədii nümunələrdə
hələ də az nəzərə çarpan məziyyətlərindən biri kimi onun
realizmi, həyat həqiqətlərinə sadiq üslubu ədəbi tənqid
tərəfindən xüsusi vurğulanırdı. Dövrün tanınmış ədibi,
tənqidçisi, sonralar xalq yazıçısı adını almış Mehdi
Hüseyn yazırdı:
―İlyas Əfəndiyev yenə də öz yaradıcılıq
xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan psixologiyasını
təbii və sadə boyalarla göstərdiyi üçün «Atayevlər ailəsi»
pyesi də bizim realist dramaturgiyamızın sevindirici
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
56
nailiyyətlərindən biridir.‖ (Bax: M. Hüseyn. ―Ədəbiyyat
və incəsənət‖, 1974, 23 noyabr.)
Dövrün tanınmış pedaqoqu, ədəbiyyatşünas, profes-
sor Əli Sultanlı əsəri belə qiymətləndirirdi:
―Atayevlər
ailəsi‖ əsərində verilmiş müsbət surətlər əsl mənada xalq
nümayəndələridir. Onların mədəni səviyyəcə, zəka və
düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək
olduqlarını isbat etməyə ehtiyac yoxdur... Dramaturq
maraqlı, həyati bir süjet seçmiş, burada insanların
əlaqələrini, təbiətlərindəki ziddiyyətləri, rəğbət və
mütəqabil münasibətlərini vermiş, yaddaqalacaq obrazlar
silsiləsi yaratmışdır.‖ (Bax: Sultanlı Ə. ―Atayevlər ailəsi‖
//Azərbaycan, 1955, №6, s. 150-151.)
Ədəbi tənqidin yazdığına görə, sanki İ.Əfəndiyev ilə
T.Kazımov bir-birini kəşf etmişdi, onlar biri digərini çox
gözəl başa düşürdülər. Müasirlik duyğusu çox güclü olan
bu iki sənətkarda oxşar cəhətlər, intellektual səviyyə,
birgə yaradıcılıq axtarışları Azərbaycan teatrı tarixinə
parlaq səhifələr yazmışdır. Yaradıcılıq intuisiyası çox
geniş olan Tofiq Kazımovla, insan qəlbinin dərinliklərinə
nüfuz etməyi bacaran İ.Əfəndiyev arasındakı yaradıcılıq
əlaqələri uzun illər davam etmişdir.
İ.Əfəndiyev «Atayevlər ailəsi» tamaşası haqqında
yazmışdır: «Atayevlər ailəsi»nin quruluşu üzərində
Tofiqin ilk müvəffəqiyyəti, rolları aktyorlar arasında çox
sərrast bölməsindən başladı. Hansı rolu hansı aktyorun
daha təbii ifa edə biləcəyini düzgün təyin etmək hissi,
yaradıcılıq intuisiyası Adil kimi, Tofiqdə də çox güclü
idi... «Atayevlər ailəsi» Tofiqin Akademik Teatrımızda
ilk müvəffəqiyyətli quruluşu oldu».
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
57
Bu əsər ədəbi tənqid tərəfindən yüksək qiymətlən-
dirildi. Tənqidçilərin yazdığına görə, ictimai həyatın
qüsurlarını realist mövqedən açıb göstərən, həyat
həqiqətlərini dolğun şəkildə, sənətkarlıqla şərh edən
―Atayevlər ailəsi‖ əsəri sanki teatr kollektivini yenidən
səfərbər edib, həqiqi yaradıcılıq yoluna doğru yönəltdi.
İlyas Əfəndiyev müasirliyin məna və mahiyyətini,
müasirlik anlayışının geniş və zəngin məzmuna malik
olduğunu dərindən dərk edir və müasirliyi yalnız müasir
mövzularla məhdudlaşdıranların yalnış fikirlərinə qarşı
çıxırdı. Buna görə də «Atayevlər ailəsi» pyesi teatr
kollektivini yenidən müasirlik uğrunda mübarizəyə
səsləyə bildi.
(Bax: Mehdi Hüseyn. «Atayevlər ailəsi»
(Əsərin tamaşaya qoyulması münasibətilə) //Kommunist.
-1954. - 23 oktyabr; M. Hüseyn. Ədəbiyyat və sənət
məsələləri. - Bakı: Azərnəşr, 1958. - s.573-578.)
Deyildiyi kimi, quruluşçu rejissor Tofiq Kazımov
pyes üzərində işə başlarkən ilk növbədə rolların aktyorlar
arasında düzgün bölünməsinə nail olur. Dramaturqun
özünün qeyd etdiyi kimi, «hansı rolun, hansı aktyorun
daha təbii ifa edə biləcəyini düzgün təyin etmək hissi,
yaradıcılıq intuisiyası Tofiq Kazımovda çox güclü idi».
O, deyirdi: «Rejissor gərək hər bir aktyorun nəyə qadir
olduğunu, onun sənətkarlıq potensialını qabaqcadan
düzgün hiss eləyə bilsin. Ancaq belə olduqda aktyordan
istəyini tələb eləyə bilər». (Bax: Əfəndiyev İ. Seçilmiş
əsərləri. 4 cilddə, 2-ci cild. Bakı, Azərnəşr, 1970, s.255.)
İlyas müəllim daha sonra yazır: ―Tofiq Kazımov
«Atayevlər ailəsi» əsərinin məşqinə coşğun həvəslə
başladı. Onun məşqi həmişə olduqca canlı keçirdi.
Aktyor ifasında qeyri-təbii, saxta hərəkəti duymaqda
onun qeyri-adi həssaslığı var idi. Başqa tamaşalarında
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
58
olduğu kimi T.Kazımovun quruluş verdiyi «Atayevlər
ailəsi» də nəninki obrazın daxili aləmini, hətta hər
mizanın, hər bir detalın aydınlaşmasına, tamaşaçılara
təsir etməsinə çalışırdı. Tofiq Kazımov obrazın, xüsusilə
psixoloji cəhətdən dürüst çıxmasına birinci dərəcəli
məsələ kimi baxırdı. O, realist rejissor olsa da,
tamaşaçının, oxucunun qəlbinə təsir eləməyən, insanın
ruhi aləmini sarsıtmayan quru, soyuq realizmdən uzaq
gedirdi‖. (Bax:Əfəndiyev İ. ―Seçilmiş əsərləri‖, 4 cilddə,
2-ci cild. Bakı, Azərnəşr, 1970, s.256.)
Akademik Mirzə İbrahimov «Atyevlər ailəsi» tama-
şasına teatrımızın gələcək inkişafına təsiri baxımından
prinsipial qiymət verərərkən onun vaxtilə teatrlarımızda
nəzərə
çarpan,
―romantik-qəhrəmanlıq
üslubunun
köhnəldiyinə əks sübut olduğunu‖ da göstərmişdi. Qeyd
olunmuşdu ki, ―Stanislavski sisteminin‖ tətbiqinə mane
olan «romantik-qəhrəmanlıq» tamaşaları ―aktyorların –
surətləri realist səhnə təcəssümü yolundan kənara
sapdırır. İlyas Əfəndiyev teatrının psixoloji dərinliyə
əsaslanan realist bütövlüyü içərisində insanı həyata,
mübarizəyə, yeniliyə, gözəlliyə səsləyən romantizm və
qəhrəmanlıq cəhətləri də aydın nəzərə çarpırdı. Bu teatr
əsasən psixoloji keyfiyyətlərin qüvvətli olması, realizmin
dərinləşməsi mövqeyindən qeyri-təbii vəziyyətlərə qarşı
durmuş, əxlaqi təmizliyi, mübarizliyi ilə təlqinedici gücə
malik obrazlar təqdim etmişdir.‖ (Bax: M.İbrahimov.
―Atayevlər ailəsində‖, «Kommunist» qəzeti, 23 oktyabr
1954-cü il.)
Bu əsər, İlyas Əfəndiyevin də qeyd etdiyi kimi
―konfiliktsizlik
nəzəriyyəsinin‖
iflasından
sonra
yazıldığından olduqca qeyri-adi və yeni görsənirdi.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
59
Bunları tənqid məqamında və yerində tumuş, İlyas
Əfəndiyevin bu yaradıcılıq konsepsiyasını təqdir emişdi.
Dövrün görkəmli tənqidçisi Mehdi Hüseyn yazırdı: ―…
əsərin ən çox Xosrov Atayev və onun arvadı Dilşad
ətrafında fırlanan əsas dramatik konflikti, təbii olaraq ailə
çərçivəsindən çıxıb, dərin ictimai mahiyyət kəsb edir.
Müəllifin əsl məharəti də odur ki, o, qəhrəmanlarını öz
iradəsinin tələbini ödəyən bir alətə çevirmədən
hadisələrin inkişafında canlı, həyatın daxili məntiqinə
əsaslanmış, təsvir etdiyi bütün insanların fərdi
xüsusiyyətləri ilə yanaşı, onların ictimai məzmununu da
aça bilmişdir… Konfliktsiz dramaturgiya nəzəriyyəsinə
zərbə endiriləndən bəri yaranmış dram əsərləri içərisində
«Atayevlər ailəsində» pyesi xüsusi və görkəmli bir yer
tutur‖. ( Bax: M.Hüseyn. «Atayevlər ailəsində».
«Kommunist», 1954, 23 oktyabr.)
Sonralar, pyesin bu cəhətini ədəbiyyatşünas Yaqub
İsmayılov da qeyd etmişdi: ―Pyesdə həyat həqiqəti
düzgün yaradıcılıq mövqeyindən mürəkkəbliyi ilə qələmə
alınmış, ideya, real bədii lövhələr və surətlər vasitəsilə
ümumiləşdirilmişdir. Odur ki, əsasən bir ailədə cərəyan
edən bu hadisə və mətləblər tamaşaçını fikrən dərinlərə
aparır, həyatın ictimai mahiyyətli dramatik mənzərəsi ilə
tanış edir.‖ (Bax: İsmayılov Y. İlyas Əfəndiyevin
yaradıcılıq yolu. Bakı, Elm, 1991, s.129.)
―Atayevlər ailəsi‖nin ədəbi tənqiddə şərhinin və
qiymətləndirilməsinin üzərində ona görə belə geniş
dayandıq ki, bu əsər İlyas Əfəndiyev yaradıcılığında həm
yeni bir estetik keyfiyyətlə ortaya çıxmışdı, həm də onun
yaradıcılıq manerasının keçid mərhələsinin əsasını
qoymuşdu...
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
60
XX və XXI əsr Azərbaycan dramaturgiyası məka-
nında İlyas Əfəndiyevin əlahiddə yeri var və bu məkanı
―İlyas Əfəndiyev məkanı‖ adlandırsaq daha dürüst olar.
İlyas Əfəndiyevin bir yaradıcı şəxsiyyət, Azərbaycan
mədəniyyət tarixindəki mövqeyini ulu öndər Heydər
Əliyev ümumiləşdirərək yüksək qiymətləndirmişdir.
Məlumdur ki, Akademik Dövlət Milli Dram Teatrının
təmiri çox uzandığına görə, İlyas Əfəndiyev özü həmin
teatrın səhnəsində tamaşaya qoyulan on doqquzuncu
əsərini – «Hökmdar və qızı» tamaşasını görə bilmədi. İlk
tamaşa onun vəfatından düz qırx dörd gün sonra – 1996-
cı ilin 17 noyabrında böyük müvəffəqiyyətlə göstərildi (o
vaxtdan da bu günə kimi səhnədədir!) və 1997-ci il
sentyabrın 20-də ulu öndər Heydər Əliyev gəlib o
tamaşaya baxdı, əsəri çox yüksək qiymətləndirdi,
tamaşadan sonra yaradıcı heyətlə görüşərək dedi:
―– Şübhəsiz ki, biz bu gün, ilk növbədə, əsərin
müəllifinin – böyük yazıçımız, dramaturqumuz İlyas
Əfəndiyevin xidmətlərini qeyd etməliyik.
...İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük
töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli
əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa
cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz
əsərlərində həm Azərbaycan xalqının tarixinin çox
mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü
nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir
həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir
edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət
bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər
göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım
etmişdir,
eyni
zamanda,
yaşadığımız
zamanda
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
61
mənəviyyat, əxlaq, insanlıq, vətənə və millətə sədaqət
ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu
məsələlərdən çox bəhrələnmişdir.
Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün
yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq
hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız
qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını
şərəflə yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə,
teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər
qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç
vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin
xatirəsini əbədiləşdirmək üçün, qərarlar da qəbul
edəcəyik, şəxsən mən bunu edəcəyəm, çünki o buna
layiqdir. Belə əsərlərlə o, onsuz da özünü xalqın qəlbində
yaşadacaqdır.
Onun son əsəri – bu gün sizin təqdim etdiyiniz əsər
həyatımız üçün çox əhəmiyyətlidir. Bu gün salonda üç
saatdan artıq vaxt çox tez gəlib keçdi. Yeni tamaşa o
qədər maraqlı, məzmunlu, mənalı idi, həm də siz hamınız
o dərəcədə gözəl ifa etdiniz, salonda oturanlara bu əsəri
gözəl çatdırdınız,– o cümlədən mənə də, – heç hiss
etmədim ki, nə qədər vaxt keçibdir. Bu da ona görədir ki,
birincisi – əsərin həsr olunduğu mövzu çox aktualdır, çox
vacib bir mövzudur. Bu əsərlə İlyas Əfəndiyev yeni bir
xidmət edibdir, bizim tariximizin o dövrünü açıb
xalqımıza göstəribdir...» (Bax: «Azərbaycan» qəzeti, 23
sentyabr 1997.)
Dostları ilə paylaş: |