www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
17
Saraclı. Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı.
Bakı, Yazıçı, 1999 və s.)
Bu müəlliflərin əksəriyyəti, həm də ədəbi tənqidimizin
fəal, aparıcı nümayəndələridir və nəsrimizin müxtəlif
problemlərinə və adları çəkilən sənətkarların ədəbi-bədii
yaradıcılıqları barədə dəyərli tənqidi məqalələr qələmə
almış və kitab şəklində də çap etdirmişlər. Lakin bütün
bunlara baxmayaraq, müasir müstəqillik, ictimai-siyasi
istiqlal mövqeyindən, bədii sənətkarlığın çağdaş tələbləri
baxımından bu sənətkarların yaradıcılıqları yenidən
öyrənilməklə yanaşı, həm də onların yaradıcılıqlarının
ədəbi tənqidimizdə estetik dərkinin öyrənilməsinə də
xüsusi ehtiyac var. Bizim qələmə aldığımız ―Xalq
yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə‖
mövzüsusunun tədqiqi də bu ehiyacdan yaranmışdır.
Xalq yazıçısı İlyas Əfəndiyevin müxtəlif janrları əhatə
edən yaradıcılığı, о cümlədən də nəsri mövcud ictimai-
siyasi
zamanın
doğurduğu
ziddiyyətlərlə
birgə
öyrənilməlidir ki, ədibin bədii ideyalarının daşıyıcısı olan
qəhrəmanların bütövlüyü, mükəmməlliyi haqqında tam
dolğun təəssürat yaradılsın. Yalnız belə olan halda vulqar
sosiologizm, nihilizm, kosmopolitizm, konfliktsizlik
nəzəriyyələrinin hökm sürdüyü şəraitdə yazıb-yaradan
Azərbaycan ədiblərinin, о cümlədən də görkəmli nasir və
dramaturq İlyas Əfəndiyevin ictimai-tarixi və ədəbi-
mədəni xidmətləri haqqında ətraflı və dürüst danışmaq
olar.
―Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi
tənqiddə‖ mövzusunun aktuallığı bir də onunla şərtlənir ki,
ədibin yaradıcılığı bu və ya digər münasibətlə, ayrı-ayrı
problemlər hüdudunda təhlilə cəlb olunsa da, bütöv
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
18
şəkildə ədəbi tənqidin hüdüdlarında öyrənilməyib, sistemli
tədqiqat hədəfınə çevirlməyib.
О da nəzərə alınmalıdır ki, İlyas Əfəndiyevin
yaradıcılığı əksərən sovet dövrü ədəbi tənqidinin nüfuz
dairəsində olub və o dövrün ədəbi-estetik prinsiplərinə
uyğun tərzdə qiymətləndirilsə də tənqidimiz onun
yaradıcılığının elə cəhətlərini aşkarlayıb ki, onun milli
mövqeyinin gizli, örtülü xüsusiyyətlərinin həmin tənqidi
materiallar əsasında öyrənilməsi müasirlik cəhətdən
əhəmiyyətlidir. Bu da imkan verir ki, son illərin istiqlal
ideyaları işığında, demokratiya prinsipləri, azad cəmiyyət
tələbləri ilə ədibin yaradıcılığına yanaşaraq onun lap
əvvəldən bu ideyalara xidmət etdiyini söyləməyə nail
olaq...
Odur ki, İlyas Əfəndiyevin nəsrini və bütövlükdə
yaradıcılığını yalnız sosioloji mühit və sovetlər dövrünün
ədəbi-bədii prosesi daxilində deyil, eyni zamanda müasir
ictimai-mədəni
tərəqqi
və
təkamül
miqyasında
aydınlaşdırmaq lazımdır...
Bir cəhəti qeyd edək ki, İlyas Əfəndiyevin yaradı-
cılığına ədəbi tənqidin münasibəti onun barəsində
yazılmış ədəbiyyatşünaslıq qismindəki tədqiqatlarda qis-
mən qiymətləndirilmişdir... Yəni həmin əsərlərdə ədəbi
tənqidin materiallarına ardıcıl müraciət edilmiş, müəyyən
nəticələri nəzərə alınmışdır...
İndiyə qədər Azərbaycan ədəbiyyatşünaslığı, elmi-
nəzəri fikri və publisistik düşüncəsində İlyas Əfəndiyevin
yaradıcılığı müxtəlif aspektlərdə öyrənilib, onun nəsri,
dramaturgiyası və ədəbi tənqidi görüşləri ayrı-ayrı
müəlliflər tərəfindən təhlilə cəlb edilmişdir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
19
1930-cu illərin axırlarından etibarən nəsr yaradı-
cılığına başlayan ədibin ilk əsərlərindən tutmuş sonrakı
bütün
əsərləri
ədəbi-elmi
ictimaiyyətin
diqqət
mərkəzində olmuşdur. Onun ilk yaradıcılığı haqqında
Səməd Vurğun, Mehdi Hüseyn, Əkbər Ağayev, Mirzə
İbrahimov, Məmməd Arif, Süleyman Rəhimov, Əli
Vəliyev, Əbülhəsən Ələkbərzadə, Kamal Talıbzadə,
İmran Qasımov, Hüseyn Şərif, Mehdi Məmmədov və
başqaları kimi tanmmış ədəbiyyat, elm və sənət xadimləri
dəyərli fikirlər söyləmiş, ədibin irsini xarakterizə edən
diqqətəlayiq məqalələr yazmışlar. (Ətraflı bax: Ağayev
Ə. ―Kənddən məktublar‖. Ədəbiyyat qəzeti‖, 11 fevral,
1940; Şərifov H. Ümid verən yazıçı. ―Kommunist‖
qəzeti, 8 dekabr, 1943; Hüseyn M. Bir nasirimiz
haqqında. ―Kommunist‖ qəzeti, 5 aprel 1944; Arif M. Bu
günkü dramaturgiyamıza bir nəzər. ―Vətən uğrunda‖,
1946, N 1, səh.62-78; Orucəli Hüseynov. İlyasın
hekayələri
(―Aydınlıq gecələr‖ kitabı haqqında)
―Ədəbiyyat‖ qəzeti, 7 sentyabr 1946-ci il və s.)
Ömrünün sonuncu ilinə (1996) qədər ardıcıl şəkildə
yaradıcılıqla məşğul olan İlyas Əfəndiyevin ədəbi-bədii
fəaliyyəti ümummilli ədəbi-mədəni hərəkat məcrasında
araşdırılmış, onun bədii-estetik düşüncə orjinallığı, fərdi
dil-üslub xüsusiyyəti, dramaturji axtarışları ədəbi tənqid
tərəfindən geniş şəkildə, müxtəlif problemlərə uyğun
tərzdə şərh olunmuşdur.
İlyas Əfəndiyevin yaradıcılığının tənqiddə şərhi
tarixinə nəzər salarkən, tanınmış xalq yazıçısı, ədibin
oğlu, tənqidçi-ədəbiyyatşünas, filologiya elmlər doktoru,
professor Elçin olduqca maraqlı faktları diqqətə çatdırır:
―Cəfər Cəfərov və Məmməd Cəfər, Əli Vəliyev və
Osman Sarıvəlli, Cəfər Xəndan və Əli Sultanlı, Mehdi
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
20
Məmmədov və Əkbər Ağayev, Firudin Hüseynov və
Əzizə Cəfərzadə, Abbas Zamanov və Orucəli Həsənov və
bir çox başqaları kimi tamamillə müxtəlif, bir-birindən
fərqli qələm sahibləri, sonrakı ədəbi nəsillərin Bəxtiyar
Vahabzadə və İsmayıl Şıxlı, Bayram Bayramov və Bəkir
Nəbiyev, Məsud Əlioğlu və Qulu Xəlilov, Cəlal
Məmmodov və Əhəd Hüseynov kimi və bir çox başqa
nümayəndələri, daha sonralar Xəlil Rza Ulutürk və Yaşar
Qarayev, Seyfulla Əsədullayev və Təhsin Mütəllimov,
Şamil Salmanov və Arif Səfiyev, Gülrux Əlibəyli və
İnqilab Kərimov, Çingiz Hüseynov və İslam İbrahimov,
Arif Hacıyev və Abbas Hacıyev, daha sonralar Aydın
Məmmədov və Vilayət Quliyev, Kamil Vəliyev və İlham
Rəhimli, Nizaməddin Şəmsizadə və Məryəm Əlizadə,
Akif Hüseynov və Vaqif Yusifli, уепə də bir çox
başqaları dəfələrlə İlyas Əfəndiyev yaradıcılığına
müraciət etmiş və bu yaradıcılıq Azərbaycan xalqının XX
əsrdəki
tarixi
və
taleyi
kontekstində
yüksək
qiymətləndirilmişdir. İlyas Əfəndiyevin sağlığında Yəhya
Seyidov, Yaqub İsmayılov, Aida Salahova, Yaşar
Qarayev onun haqqında beş elmi monoqraliya yazıb nəşr
etdirmiş, XX əsr Azərbaycan nəsri və dramaturgiyasının,
Azərbaycan ədəbi dilinin, Azərbaycan teatr sənətinin
inkişafında İlyas Əfəndiyev yaradıcılığının rolunu və
bədii-estetik xüsusiyyətlərini təhlil və tədqiq etmişlər.‖
(Bax: Elçin. Seçilmiş əsərləri, 10 cilddə, 8 cild, Bakı,
―Çinar-Çap‖ nəşriyyatı, 2005, səh.137; İlyas Əfəndiyev
şəxsiyyəti və sənəti haqqında bir neçə söz
(İ.Əfəndieyevin ―Seçilmiş əsərləri‖nə - 7 cilddə yazılmış
ön söz. Bax: İ.Əfəndiyev. Seçilmiş əsərləri 7 cilddə, I
cild, Bakı: ―Çinar-Çap‖, 2002 s. 15-16; həmçinin bax:
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
21
Yəhya Seyidov. İlyas Əfəndiyev, Bakı: Azərnəşr, 1975;
Aida Salahova. İlyas Əfəndiyevin yaradıcılığının poetika-
sı. Bakı: Yazıçı, 1984; Yaşar Qarayev. İlyas Əfəndiyev.
Bakı: Bilik, 1987; Yaqub İsmayılov. İlyas Əfəndiyevin
yaradıcılıq yolu. Baki: Elm, 1991; Yaşar Qarayev. Xarı
bülbülün nağılı. Bakı: Azərnəşr, 1995; Əmin Əfəndiyev.
İlyas Əfəndiyevin yaradıcılığı. Bakı: Elm, 2000; Yaşar
Qarayev. Tarix yaxından və uzaqdan. Bakı: Elm, 1996;
Himalay Qasımov. Müasir Azərbaycan romanı: Fil. elm.
dok. ...dis. Bakı, 1993; Kamal Talıbzadə. Məhəbəttin
tərənnümü. ―Ədəbiyyat qəzeti‖, 3 oktyabr, 1997 və s.)
Əmin Əfəndiyevin tərtib etdiyi geniş biblioqrafik
göstəricisi (İlyas Əfəndiyev, Biblioqrafik göstərici. Bakı:
Azərnəşr,
1985.) nəşr edilmiş, həmçinin İlyas
Əfəndiyevin yaradıcılığı haqqında maraqlı və dəyərli
dissertasiyalar
müdafiə
olunmuşdur.
(Bax,
avtoreferatlara: İ.Nəsirov. İlyas Əfəndiyevin yaradıcılıq
yolu. Bakı, 1967; B.A.Mahmudov. İlyas Əfəndiyevin
dramaturgiyası. Bakı, 1974; İ.B.Salmanov. Azərbaycan
sovet ədəbiyatında lirik-psixoloji dramların dil və üslub
xüsusiyyətləri. İlyas Əfəndiyevin frazeologiyası əsasında.
Bakı, 1983; M.Ə.Əlizadə. Lirik-psixoloji dramda
qəhrəman problemi, İlyas Əfəndiyevin yaradıcılığı
əsasında. Bakı, 1990 və s.)
Eyni zamanda, deməliyik ki, İlyas Əfəndiyevin
yaradıcılığından bəhs edən bu çoxsaylı məqalələr,
istedadlı müəlliflərin ciddi tədqiqat əsərləri, təbii ki,
Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq
elminin inkişafında da az rol oynamamışdır.
Lakin, xalq yazıçısı İlyas Əfəndiyevin şəxsiyyətini və
yardıcılığını ulu öndər Heydər Əliyev qədər dəqiqliklə,
dəyərincə, özü də dəfələrlə, müxtəlif məqamlarda
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
22
qiymətləndirən ikinci bir şəxsiyyət olmamışdır. Heydər
Əliyev həmişə İlyas Əfəndiyevə münasibətdə diqqətli
olmuşdu və hələ 1980-ci ildə deyirdi:
«İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii
dilinə, həm dərin məzmununa görə, həm də yüksək
sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir
bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin
işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin
həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-
psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks
etdirilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin
mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun
mənasını açıb göstərir, bugünkü həyatımız üçün də,
gələcək həyat üçün də nümunə olan adamların parlaq
obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin
mənəvi
tərbiyəsində
fəal
iştirak
edir.»
(Bax:
―Kommunist‖ qəzeti, 25 may, 1980.)
Müasir ədəbiyyatşünasliğimiz üçün ciddi elmi-nəzəri
əhəmiyyət daşıyan bu məlumatlara, müəllif və əsərlərin
siyahısına bir çox başqalarını da indi əlavə etmək
mümkündür və yəqin ki, gələcəkdə də həmin imkan
olacaqdır. Çünki ədibin əsərləri yeni meyarlar zəminində
bundan sonra da araşdırma obyektinə çevriləcək,
elmimizin və ədəbi ictimaiyyətimizin diqqətini cəlb
edəcəkdir.
―İlyas Əfəndiyevin yaradıcılığının ədəbi tənqiddə
dərki‖ probleminin öyrənilməsi başqa bir cəhətdən də
maraqlıdır və yenə də bu barədə Elçin müəllimin
fikirlərinə istinad edək: ―Sovet dövrü Azərbaycan nəsri
(Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhəsən, Mehdi
Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
23
Sabit Rəhman, Ənvər Məmmədxanlı, İsmayıl Şəxlı,
Bayram Bayramov, İsa Hüseynov və b.), poeziyası
(Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm,
Rəsul Rza, Osman Sarıvəlli, Məmməd Rahim, Mirvarid
Dilbazi, Nigar Rəfibəyli, Əhməd Cəmil, Mədinə Gülgün
və b.) bu gün açıq, ya da üstüörtülü tənələrə, yuxarıdan
aşağı baxmaq təkəbbürünə, bəzən isə aşkar hörmətsiz
münasibətlərə məruz qalırlar. Bu gün, sovet zamanı
ədəbiyyata gəlmiş və artıq haqq dünyasına köçmüş yazıçı
və şairlərin biri az, o biri çox, o biri isə tamam unudul-
maq üzrədir, onların adı istehza və təkəbbür hədəfinə
çevrilir, bir qisminin əsərləri bir kənarda qalır, özləri isə
sovet ideologiyasının tələbləri və təltifləri çərçivəsində
yazdıqları üçün kin-küdurət obyekti olurlar.
Əlbəttə, istedadsız yazıçı unudulacaq, bu, sənətin sərt,
amansız və mütləq qanunudur və heç kim heç kimi uzun
müddət süni surətdə, zorla ədəbiyyatda, sənətdə saxlaya
bilməz, amma bu o demək deyil ki, əsərlərini təhlil
etmədən, fəaliyyətlərini öyrənmədən sovet zamanı
yaşayıb, sosializm-realizm çərçivəsində yaradıblarsa, bir
küll halında onların hamısının üzərindən xətt
çəkilməlidir. Onlar arasında elə böyük yazıçı və şairlər
var ki, XX əsr Azərbaycan ədəbiyyatının və ictimai
fikrinin inkişafında böyük rol oynamışlar və sovet
dövründə yazıb-yaratmış qələm sahiblərinə küll halında
yox, təbii ki, diferensial yanaşmaq lazımdır. Ancaq eyni
zamanda, onların bir küll halında gördükləri iş də böyük
əhəmiyyətə malikdir və böyük də hörmətə layiqdir.
Azərbaycan ədəbi dilinin təşəkkül tapması, formalaşması
və inkişafı, yaxud yeni ədəbi janrların yaranması,
sabitləşməsi və ən əsası isə, Azərbaycan bədiiyyatının
milli faktoruna çevrilməsi – XX-XXI əsrdə milli-mənəvi
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
24
varlığımızı ifadə edən digər böyük uğurlarımız məhz
həmin küllün xidmətlərinin nəticəsidir.‖ (Bax: Elçin.
―Seçilmiş əsərləri‖, 10 cilddə, 8-ci cild, Bakı,―Çinar-
Çap‖, 2005, səh. 124-125.)
Elə buna görə də, İlyas Əfəndiyevin yaradıcılığının
ədəbi tənqiddə dərki məsələsinin öyrənilməsi bu
baxımdan da, mühüm əhəmiyyət kəsb edir.
Bu prosesi öyrənərkən ədəbi tənqidin özünün də
mahiyyəti, nələri aşkarladığı ortaya çıxır. Bu cəhətdən,
filologiya elmlər doktoru, görkəmli tənqidçi, professor
Şamil Salmanovun fikri məsələyə tam aydınlıq gətirir:
―Bütün ədəbiyyatımızda, ədəbi fikrimizdə olduğu kimi,
tənqidimizdə də böyük, mürəkkəb bir əsr başa çatmışdır;
elə bir yüz illik ki, tənqid onun bütün mərhələ və
dövrlərində ədəbi prosesin, ədəbi hərəkatın inkişafının
ayrılmaz, üzvi hissəsi olmuşdur, tənqid ədəbiyyatın
ideyasını, fəlsəfəsini, yaradıcılıq prinsiplərini işləyib
hazırlamış, öz konsepsiyalarında və dəyərlərində bunu
ifadə etmişdir. Ədəbiyyatın böyük sənət uğrunda
mübarizəsinin fəal iştirakçısı olaraq tənqid milli ədəbi
prosesin fundamental vəzifələrini həyata keçirmiş, sənət
və yaradıcılıq problemlərini həll edə bilmişdir.‖ (Bax:
―Ədəbiyyat qəzeti‖, 03 may 2002.)
Lakin burada bir cəhətə də diqqəti cəlb etmək istər-
dik. Bu işimizdə, biz İlyas Əfəndiyev yaradıcılığının
ədəbi tənqiddə dərkini öyrənərkən bütün tənqidi
materialları əhatə emək imkanından məhrum olduğu-
muzu boynumuza almalıyıq. Çünki, bu materiallar o
qədər çoxdur ki, bunu əhatə etmək imkan xaricindədir.
Görkəmli ədəbiyyatşünas-tənqidçi, professor Elçin
Əfəndiyev bu barədə yazır: ―Ədəbiyyat aləminə ilk
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
25
addımını atan 25 yaşlı coğrafiya müəllimi İlyas
Əfəndiyevin ilk kitabı – həmin «Kənddən məktublar» –
1939-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında çapdan
çıxdığı vaxtdan etibarən, o – İlyas Əfəndiyev həmişə
ədəbi tənqidin diqqət mərkəzində olub və bu uzun dövr
ərzində onun yaradıcılığı haqqında yazılanlar həcm
etibarilə, bəlkə də, onun özünün yazdıqlarından da
çoxdur.‖ (Elçin. Seçilmiş əsərləri, 10 cilddə, 5-ci cild,
Bakı, ―Çinar-Çap‖ nəşriyyaı, 2005, s.275 – 494 səh.)
İlyas Əfəndiyev ədəbiyyata 1939-cu ildə «Kənddən
məktublar» kitabındakı hekayələrlə gəldi və vəfatından
sonra nəşr olunmuş «Sən ey böyük Yaradan» kitabındakı
hekayə və kiçik povestlər isə onun son əsərləri oldu.
Bu 57 yaradıcılıq ili ərzində İlyas Əfəndiyev altı ro-
man («Söyüdlü arx» – 1958; «Körpüsalanlar» – 1960;
«Dağlar arxasında üç dost» – 1963; «Sarıköynəklə
Valehin nağılı» – 1976; «Geriyə baxma, qoca» – 1980;
«Üçatılan» – 1981(bu romanların bəzisi povest kimi də
təqdim olunub), beş povest («Kənddən məktublar» –
1939; «Aydınlıq gecələr» – 1941; «Torpağın sahibi» –
1952; «Qaçaq Süleymanın ölümü» – 1993; «Xan qızı
Gülsənubərlə tarzən Sadıqcanın nağılı» – 1996), böyüklü-
kiçikli qırx yeddi hekayə, bir çox oçerklər və xatirələr
yazmışdır... Nəsr onun yaradıcı fəaliyyətinin daimi tərkib
hissəsi olsa da, İlyas Əfəndiyev nəsri və İlyas Əfəndiyev
dramaturgiyası həmişə bir-birini əvəz və davam etmişdir.
Buna görə də, biz tədqiqat apararkən, əvvəlcədən
nəzərdə tutduğumuz kimi, təkcə yazıçının nəsrini yox,
dramaturgiyasının da ədəbi tənqiddə dərki problemlərinə
toxunmalı olduq. Həmçinin, biz gördük ki, ulu öndər
Heydər Əliyev İlyas Əfəndiyev yaradıcılığına xüsusi
rəğbət bəsləyib, olduqca dəyərli fikir və mülahizələr
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
26
söyləyibdir. Bunları da nəzərə alaraq, tədqiqatda bu
istiqamətə də ayrıca bölmədə toxunmağı vacib saydıq.
Beləliklə, ―Xalq yazıçısı İlyas Əfəndiyev yaradıcılığı
ədəbi tənqiddə‖ tədqiqat işi girişdən, iki fəsildən və
nəticədən, kitabiyyatdan, həmçinin əlavə faktik material-
lardan ibarətdir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
27
I FƏSIL
İlyas Əfəndiyevin həyat və yaradıcılığının ilkin
mərhələsi ədəbi fikir və tənqiddə
XX əsr Azərbaycan ədəbiyyatı klassiki, böyük nasir
və dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı
həmişə ədəbi tənqidin də, ictimai fikrin də diqqət
mərkəzində olub.
Bu da təsadüfi deyil. Çünki o, çox
maraqlı həyat və yaradıcılıq yolu keçmişdir. Və bu yolu
öyrənmədən, onu təsəvvürə gətirmədən İlyas Əfəndiyev
yaradıcılığının bir çox ədəbi-estetik çalarlarını obyektiv
qiymətləndirmək
mümkün olmazdı... Bu böyük
sənətkarın keçdiyi həyat yoluna, boya-başa çatdığı
mühitə ümumi bir nəzər salaq...
İ.Əfəndiyevi sənət aləminə aparan yolun başlanğıcı
ailədən və orta məktəbdən keçmişdir. Bu insan həyatının
elə bir anıdır ki, yeniyetmə gənc konkret və müstəqil
biliyə yiyələnməyə, ətrafda baş verən hadisələri dərk
etməyə, mütaliəyə maraq göstərməyə, əqli və zehni
qabiliyyətini inkişaf etdirməyə başlayır. Bu yolun uğurlu
başlanğıcından çox şey asılıdır. Ailədəki tərbiyə üsulları,
oradakı abi-həyat, qarşılıqlı münasibətlər çox şeydən
xəbər verir. İnsan həyat yollarında ilk sınaqlarla burada
rastlaşır. İlyas Əfəndiyevin boya-başa çatdığı ailənin
üzvləri də halal zəhmətlə yaşamış, minnətsiz çörək
yeyərək övladlarını da bu ruhda tərbiyə etmişlər.
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may
ayının 26-da (may ayının 28-də göstərilir – Vikpediya)
Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli
tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
28
ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi
1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün
Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və
alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə
mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər
qolu isə ruhani təhsili almış, savadlı axund və
üləmalardan ibarət idi. Bu barədə Elçin müsahibələrinin
birində belə məlumat verir:
―Bizim ulu babamız Əhməd Xoca Türkiyənin Kars
vilayətindən gəlib, indiki Füzuli rayonunun Saraçıq
deyilən yerində kənd salıb və mənim hesablamalarıma
görə, bu, XIX əsrin lap əvvəllərinin hadisəsidir. Əhməd
Xoca dövrünün nüfuzlu ruhani ziyalılarından olub və
ümumiyyətlə, bizim Əfəndiuşağı deyilən nəsil ruhani
ziyalı nəslidir. Əhməd Xocanın oğlu Qarabağda məşhur
bir şəxs olan Xoca Mustafa Əfəndi olub. Xoca Mustafa
Əfəndinin Molla Ağa Məhəmməd və Abdulla Əfəndi adlı
oğlanları olub. Mənim ata babam Abdulla Ağanın nəvəsi,
Məhəmməd Molla Ağa Məhəmmədin oğludur və nəslin
ruhani ənənələrindən fərqli olaraq tacir olub.‖ (Bax:
Elçin. Seçilmiş əsərləri, 10 cilddə, 10-cu cild, səh.179.)
Bu səcərə məsələsi yaradıcılıqda mühüm əhəmiyyət
kəsb edir və genetik kodun daşıyıcısıdır, qan yaddaşıdır
və mərhələ-mərhələ yaradıcılığın cövhərinə hopan
nəsnələrdəndir...
Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin
ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7-8
yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək
bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa
çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə
beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus
|