Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3.14 Kb.
PDF просмотр
səhifə7/22
tarix03.12.2016
ölçüsü3.14 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
74 
... Bakıya  gələn ilk  158 nəfərlik nümayəndə  heyətinə 
Vəqfin  rəhbəri,  iqtisad  elmləri  doktoru,  professor  Turan 
bəy Yazqan başçılıq edir. Onlar teatrda İlyas Əfəndiyevin 
"Sevgililərin  cəhənnəmdə  vüsalı"  tamaşasına  baxırlar. 
Türk  Dünyası  Araşdırmaları  Vəqfinin  xüsusi  mükafatını 
İlyas Əfəndiyevə təqdim edirlər... 
 ... Azərbaycan teatrı  1990-cı il  may ayının 1-dən 15-
nə  kimi  Türkiyədə  qastrolda  olmalı,  İstanbul,  Ankara, 
İzmir  şəhərlərində  tamaşalar  göstərməliydi.  İstanbulda  6 
tamaşa  (üç  tamaşa  "Bizim  qəribə  taleyimiz",  üçü  isə 
"Sevgililərin cəhənnəmdə vüsalı"), Ankara və İzmirdə isə 
hər iki tamaşanı iki dəfə göstərmək nəzərdə tutulmuşdu. 
... 1990-cı il may ayının 1-də Azərbaycan Dövlət Aka-
demik  Dram  Teatrının  37  nəfər  üzvü  Sovet-Türk 
sərhəddini  SƏRP-HOPA  zolağından  keçərək  Türkiyə 
torpağına  daxil  olurlar.  Türkiyədə  Azərbaycan  sənət-
çilərini  gül-çiçəklə,  duz-çörəklə,  folklor  ansamblının 
gözəl  mahnı  və  rəqsləri  ilə  böyük  diqqət,  qayğı  və 
məhəbbət hissi ilə qarşılayırlar... 
 ... May ayının 2-də teatr birinci olaraq özünün "Bizim 
qəribə  taleyimiz"  adlı  tamaşasını  Türkiyənin  ən 
möhtəşəm,  ən  müasir  səhnə  texnikasına  malik,  1250 
nəfərlik tamaşaçı salonu olan Atatürk Kültür Mərkəzində 
göstərdi.  Tamaşalar  çox  böyük  müvəffəqiyyətlə  keçmiş, 
gözlənildiyindən  daha  artıq  səmimiyyət  və  hərarətlə 
qarşılanmışdı.  Teatrın  o  vaxtkı  sərəncamçı  direktoru 
Ədalət  Vəliyev  yazır  ki,  "tələbkar  türk  tamaşaçıları 
tamaşa  bitdikdən  sonra  salonu  tərk  etmək  istəmir, 
dəfələrlə  aktyor  heyətini,  rejissoru  səhnəyə  dəvət 
edirdilər.  "Yazar  gəlsin,  yazar  gəlsin!"-  deyə  hörmətli 
dramaturqumuz  İlyas  Əfəndiyevi  tələb  edirdilər.  Demək 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
75 
olar ki, hər bir tamaşadan sonra teatrımızın bədii rəhbəri, 
xalq  artisti  Həsən  Turabov  səhnəyə  çıxır  və  sevimli 
yazıçımız  İlyas  Əfəndiyevin...  adından  hərarətli  qəbul 
üçün qədirbilən türk tamaşaçılarına dərin minnətdarlığını 
bildirirdi... 
...  Türkiyənin  ən  mötəbər  informasiya  agentlikləri, 
Türk  televiziyası  və  mətbuatı  kollektivimizin  uğurlu 
çıxışları  ilə  bağlı  olaraq  "Tərcüman",  "Türkiyə", 
"Hürriyyət",  "Cümhuriyyət",  "Milliyyət",  "Günəş", 
"Zaman",  "Dünya"  və  s.  qəzet  səhifələrində  tanınmış, 
görkəmli  səhnə  xadimi,  yazıçı  Niyazi  Yıldırım 
Gəncosmanoğlunun,  kinodramaturq  Sevinc  Çokumun, 
naşir Tahı Açyolun, teatrşünas Fatma xanımın və Hüseyn 
Başüstənin,  qəzetçilər  Murad  Arvaz  və  Səlcuk  Alkun, 
teatrşünas  və  sənətçi  Həyati  Əsilyazıçı,  türk  ziyalı  və 
oxucularının, teatrsevərlərinin diqqəti cəlb edəcək "İlyas 
Əfəndiyev məktəbdir", "Azərbaycanın böyük yazarı İlyas 
Əfəndiyev",  "Böyük  Azərbaycan  dramaturqu"  və  s. 
onlarca  bu  kimi  başlıqlar  altında  geniş  məqalə  və 
resenziyalar, fotoşəkillər dərc edirdilər.... 
... May ayının 14-də "Sevgililərin cəhənnəmdə vüsalı" 
son  vida  tamaşasından  sonra,  Türkiyə  Respublikasının 
mədəniyyət  naziri  Namiq  Kamal  Zeybək  bəy  gecədən 
xeyli  keçmiş  kollektivin  şərəfinə  düzəltdiyi  gözəl 
ziyafətdə  xalq  yazıçısı  İlyas  Əfəndiyev  haqqında  çox 
qiymətli fikirlər söylədi... 
 ...  1998-ci  ilin  noyabr  ayında  Azərbaycan  Dövlət 
Milli  Akademik  Dram  Teatrının  kollektivi  Türkiyənin 
Ərzurum,  Sivas,  Kayseri  və  Ankara  şəhərlərində  İlyas 
Əfəndiyevin  "Hökmdar  və  qızı",  B.Vahabzadənin 
"Özümüzü kəsən qılınc", Elçinin "Mənim sevimli dəlim" 
əsərlərinin  tamaşalarını  göstərdilər..."  (Bax:  Kərimov  İ. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
76 
Azərbaycan-Türkiyə teatr əlaqələri, Bakı, 2001, səh.161 - 
176.) 
 60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-
cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaradır, hər 
il  yeni-yeni  əsərlər  nəşr  etdirir,  təzə  pyeslərini  tamaşaya 
qoyurdu.  Sovet  rejimi  illərində,  partiya  qadağaları 
dövründə  deyə  və  yaza  bilmədiyi  bir  sıra  mövzuları 
cəsarətlə  ədəbiyyata  gətirir,  onları  yeni  zamanın 
kontekstində oxuculara təqdim edirdi. O, «Hacı Axundun 
cənnət  bağı  necə  oldu»  hekayəsini,  «Xan  qızı 
Gülsənubərlə  tarzən  Sadıqcanın  nağılı»  povestini  dərc 
etdirir,  «Şeyx  Xiyabani»  /1986/,  «Bizim  qəribə 
taleyimiz»  /1988/,  «Sevgililərin  cəhənnəmdə  vüsalı» 
/1989/, «Tənha iydə ağacı» /1991/, «Dəlilər və ağıllılar» 
/1992/,  «Hökmdar  və  qızı»  /1994/  və  s.  pyeslərini 
tamaşaya  qoydurmuş,  bir  sıra  yeni  kitablarını  nəşr 
etdirmiş  və  bu  əsərlərin  demək  olar  ki,  hamısı  ədəbi 
tənqid tərəfindən yaxşı və diqqətlə qarşılanmışdır... 
Azərbaycanın  ədəbi  ictimaiyyəti  1994-cü  ilin  may-
iyun  aylarında  Xalq  yazıçısı  İ.Əfəndiyevin  anadan 
olmasının  80  illiyini  təntənəli  surətdə  qeyd  etdi.  Ədə-
biyyatın  inkişafında  xidmətlərini  nəzərə  alan  müstəqil 
Azərbaycan Respublikasının Prezidenti yazıçını «Şöhrət» 
ordeni  ilə  təltif  etdi.  Respublikamızın  sənət  adamları 
arasında  İ.Əfəndiyev  birinci  sənətkar  idi  ki,  həmin 
ordenlə mükafatlandırılmışdı.  
 Heydər  Əliyev  cənabları  yazıçıya  göndərdiyi  təbrik 
məktubunda ədibin  yaradıcılığına  yüksək qiymət verərək 
yazmışdı:  «Sizi-Azərbaycanın  görkəmli  dramaturq  və 
nasirini  80  illik  yubileyiniz  münasibətilə  ürəkdən  təbrik 
edirəm.  Dünya  mədəniyyətinə  ölməz  dahilər  bəxş  etmiş 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
77 
qədim  Odlar  yurdunda  xalqın  məhəbbətini  qazanmaq, 
sənət  zirvəsinə  ucalmaq  olduqca  çətin  və  şərəflidir.  Siz 
fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz. 
Oxucuların  sevə-sevə  mütaliə  etdiyi  nəsr  əsərləriniz, 
Milli 
teatrımızın 
səhnəsində 
tamaşaya 
qoyulan 
pyesləriniz  bunu  parlaq  şəkildə  sübut  edir...  Sizin 
yaratdığınız  obrazlar  xalqımızın  övladlarına  mənəvi 
saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. 
Əminəm  ki,  müstəqil  Azərbaycanımızın  hələ  neçə-neçə 
nəsli bu zəngin mənbədən faydalanacaqdır.»  
Heydər  Əliyev  kimi  bir  şəxsiyyətin  yazıçının  şəxsiy-
yətinə  və  yaradıcılığına  bu  cür  münasibəti  və  qiymət-
ləndirməsi,  əlbəttə  bütün  ədəbi-tənqidə  müəyyən  bir 
istiqamət və fon verirdi... 
Zəngin  yaradıcılıq  yolu  keçmiş,  həyatın  acılı-şirinli 
günlərini  yaşamış  sənətkarımız  İlyas  Əfəndiyev  1996-cı 
il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş 
və  Fəxri  Xiyabanda  dəfn  olunmuşdur.  Onun  ölümünə 
həsr  olunmuş  dövlət  nekroloqunda  yazılmışdı:  «İlyas 
Əfəndiyev  əslinə-nəslinə  yaraşan  şərəfli,  namuslu  yazıçı 
ömrü sürdü. Həm də namuslu ömür sürdüyünü özü bəyan 
etmirdi,  qələmdən  ayrılmadan  son  günlərinəcən  halal 
zəhmətlə,  hər  cür  intriqalardan,  həsəddən  və  nifrətdən 
uzaq  bir  aləmdə  -  sənət  dünyasında  yaşadığı  həyatla 
sübut edirdi.» 
İ.Əfəndiyevin  insani  keyfiyyətlərindən  söhbət  açan 
akademik  Kamal  Talıbzadə  yazırdı:  «İlyas  ömrünün 
axırına qədər evlənmədi, baxmayaraq ki, çox cavan ikən 
dul  qalmışdı,  həm  də  gözəl,  yaraşıqlı  kişi  idi...  Övlad 
üçün özünü oda-közə  vuran, onun üçün  xoşbəxt gələcək 
haqqında  düşünən  narahat  ata  idi...  Oğullar  da  atalarına 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
78 
borclu  qalmadılar,  atalarını  sözün  əsl  mənasında 
yaşatdılar». 
 Bu  cəhətdən  xalq  şairi  Cabir  Novruzun  "İlyas  Əfən-
diyev  itgisi..."  adlı  xatirə-məqaləsi  də  maraq  doğurur. 
Oradan bəzi fikirlər: 
"Onun oxunaqlı, orijinal hekayələri ilə nəsrimizə yeni 
ruh,  yeni  nəfəs  gəldi.  Təsadüfi  deyil  ki,  hər  dəfə  bu 
hekayələr  çap  olunanda  oxucuların  böyük  marağına 
səbəb 
olurdu. 
İlyas 
müəllimin 
ədəbiyyatımız, 
mədəniyyətimiz,  mənəvi  dəyərlərimiz  haqqında  çıxışları, 
mülahizələri,  müsahibələri,  söhbətləri  öz  təzəliyi, 
bənzərsizliyi  ilə  həmişə  ehtiram  doğururdu.  Amma  İlyas 
müəllimi 
milyonlarla 
oxucular 
arasında, 
ədəbiyyatsevərlər  içində  sevdirən,  tanıtdıran,  geniş  şöh-
rətləndirən  nəsrimizdə  yeni  mərhələ  olan  "Söyüdlü  arx", 
―Körpüsalanlar‖,  "Dağlar  arxasında  üç  dost",  "Sarı-
köynəklə  Valehin  nağılı",  "Geriyə  baxma,  qoca"  kimi 
romanları  olub.  Bu  əsərlər  indi  də  müasir  və  gərəklidir, 
gələcək  nəsillərimiz  üçün  də  əsl  tərbiyə  məktəbi 
olacaqdır.  Bu  əsərlər  çap  olunanda  geniş  əks-sədaya, 
marağa, 
sözün 
yaxşı 
mənasında 
mübahisələrə, 
müzakirələrə,  ədəbi  aləmdə  canlanmaya  səbəb  olurdu. 
Ona  görə  ki,  yazıçı  dövrün  çox  mühüm  ictimai-siyasi, 
mənəvi problemlərinə toxunurdu. 
...  Mən  həmişə  oğlanlarıma  deyərdim  ki,  ataya,  vali-
deynlərə  hörməti  Elçin  əmidən  öyrənin.  Ədəbiyyatda  da 
belə  idi.  Elçin  özü  məşhur,  orijinal  yazıçı  ola-ola  söz 
düşəndə  deyirdi  ki,  mən  sevinir,  fəxr  edirəm  ki,  yazıçı 
İlyas  Əfəndiyevin  oğluyam,  onun  yaradıcılığı  mənim 
üçün tükənməz ilham mənbəyi, ədəbi məktəbdir. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
79 
... Ən axırda, bəlkə də ən başlıcası onu demək istərdim 
ki,  İlyas  Əfəndiyev  dahi  Cəfər  Cabbarlıdan  sonra,  milli 
səhnəmizin çətin, ağır və şərəfli yükünü az qala yarım əsr 
öz  çiyinlərində  daşıdı,  ona  Cəfərdən  sonra  ikinci  nəfəs 
verdi,  özünün  "İlyas  Əfəndiyev  teatırı"nı  yaratdı.  İlyas 
Əfəndiyev  aktyorluq  məktəbi  pərvəriş  tapdı.  İlyas 
Əfəndiyevdən  sonra  elə  bil  ki,  səhnəmizdə  bir  boşluq 
yaranıb.  Bu  boşluq  uzun  illər  hiss  ediləcəkdir.  Ta  İlyas 
Əfəndiyev  ənənələrini,  ruhunu,  dramaturq  duyumunu, 
teatrımızda  yaratdığı  obrazlar  silsiləsinin  xələflərini 
səhnəmizə  gətirən  yeni,  həqiqi  istedadlı  bir  dramaturqun 
doğuluşuna kimi." ( Bax: "Xalq qəzeti", 15 noyabr 1998.) 
Yazıçının  iki  övladı  vardır.  Xalq  yazıçısı,  filologiya 
elmləri  doktoru  Elçin  görkəmli  nasir,  dramaturq  və 
ədəbiyyatşünas  alimdir.  Uzun  müddət  «Vətən» 
cəmiyyətinin  sədri,  Yazıçılar  Birliyinin  katibi  olmuş 
Elçin həm də görkəmli dövlət xadimidir. O, Azərbaycan 
Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışır.  
Kiçik 
oğlu 
Timuçin 
Əfəndiyev 
tanınmış 
ədəbiyyatşünas  alim,  professordur.  O,  uzun  illər 
Azərbaycan 
Dövlət 
Mədəniyyət 
və 
İncəsənət 
Universitetində  professor  və  rektor  vəzifəsində  çalışmış, 
indi  sərəncamdadır...  (Qeyd:  yazıçının  həyatına  aid 
faktların  bir  çoxu  ―İlyas  Əfəndiyev  –  Vikpediya‖dan 
götürülmüşdür.) 
İlyas Əfəndiyev ocağını səciyyələndirən digər bir fikir 
də  maraqlıdır:
  "Həmişəyaşar  sənət  dünyamızda  heç 
zaman  sönməyən  əbədi  bir  ocaq  var  -  İlyas  Əfəndiyev 
ocağı,  Elçin  ocağı,  Timuçin  Əfəndiyev  ocağı...  Çox 
evlərə işıq düşüb bu ocaqdan. Doğulduğu torpağa, xalqa, 
milli ruha və irsə sədaqəti ilə seçilib bu ocağın övladları. 
"Yox  açan  kimsə  qapım,  badi  səbadan  qeyri" 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
80 
(Məhəmməd  Füzuli  –  red.)  deyənlərə  hər  an  ümidgah 
olub  bu  ocaq.  Xeyirxahlığı,  təmənnasız  yaxşılıqları  ilə 
qəlblərdə  yaşayır  bu  insanlar."  (Bax:  Vəfa  Əliyev.  İlyas 
Əfəndiyev ocağı. "525-ci qəzet", 15 noyabr 2000.) 
Bu ocağın yetirmələri barədə tənqidçi-ədəbiyyatşünas, 
professor  Nizaməddin  Şəmsizadənin  də  söyləmələri 
diqqəti  çəkir:  "...Azərbaycdan  Dövlət  Mədəniyyət  və 
İncəsənət  Universitetinin  rektoru,  əməkdar  incəsənət 
xadimi,  filologiya  elmləri  doktoru,  professor  Timuçin 
Əfəndiyev...  böyük  və  əsl-nəcabətli  bir  nəslin  ocağında 
dünyaya  gəlib,  pərvəriş  tapıb.  Onun  atası  Azərbaycanın 
bənzərsiz  yazıçısı,  ədəbiyyatımızın  heç  bir  siyasətə  və 
ideologiyaya  baş  əyməmiş  klassiki,  bəy  oğlu  İlyas 
Əfəndiyev  oğlanları,  görkəmli  ədib  və  ictimai  xadim 
Elçin  və  Timuçin  üçün  canlı  universitet  olub.  Mən  onu 
təkcə  bədii  fikir  korifeyi  yox,  həm  də  milli  özünüdərk 
universiteti  adlandırardım.  İlyas  Əfəndiyevdən  öyüd  və 
ərkan  götürmək,  hər  gün  onun  nəfəsini  duymaq,  böyük 
söz abidələri yaratmış qüdrətli əlinin tumarını hiss etmək 
əsl  xoşbəxtlikdir  və  Timuçin  Əfəndiyev  bu  xoşbəxtlik 
nurunda  həyata  qədəm  qoyub."  (  Bax:  "Azərbaycan" 
qəzeti, 23 noyabr 2000.) 
 İ.Əfəndiyev  ata  və  ana  fədakarlığı  ilə  böyütdüyü 
övladlarına  bağlı  bir  insan  idi.  O,  oğulları  ilə  fəxr  edir, 
onların  uğurları,  ailə  səadəti  ilə  fərəhlənir,  baba  sevinci 
ilə  yaşayırdı.  Nəvəsi  Yalçının  kinoda  (―Uzun  ömrün 
akkordları‖ /―Üzeyir ömrü‖ – 1981/ filmində) çəkilməsi, 
Üzeyir bəyin uşaqlığını oynaması, istedalı rəssamlığı ona 
böyük  sevinc  bəxş  etmişdi  və  heyflər  olsun  ki,  onu 
vaxtsız itirdi... 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
81 
Yenə  də  xronoloji  ardıcıllığa  əməl  etsək,  İlyas 
Əfəndiyevin  ən  gur  yaradıcılıq  dövrü  yuxarıda  qeyd 
etdiyimiz  kimi  60-90-ci  illər  və  müstəqillik  dövrünə 
düşür... 
 
*** 
 
Azərbaycan  ictimai  fıkrinin  XX  əsrdə  yetirdiyi  nadir 
ədəbi  simalardan  biri,  Azərbaycanın  xalq  yazıçısı, 
məşhur  nasir  və  dramaturq,  mənsub  oldugu  xalqın 
ədəbiyyatının  tarixində,  mənəviyyatında  parlaq  iz  qoyan 
görkəmli  sənətkar  İlyas  Əfəndiyevin  ədəbi  irsi  öz  məna 
və  əhəmiyyətini  bu  gün  də  qoruyub  saxlayır.  Onun 
yaradıcılığı xalqın ədəbi dəyərlər xəzinəsində özünə layiq 
yer 
tutur, 
yeni-yeni 
nəsillərin 
ədəbi-estetik, 
vətənpərvərlik, vətəndaşlıq tərbiyəsində öz mühüm, nəcib 
və xeyirxah rolunu oynayır. 
   Hər  bir  sənətkarın  özünəməxsus,  bənzərsiz  istedadı  ilə 
yanaşı,  bənzərsiz  də  təbiətləri  var.  Bu  tipli  qələm 
adamları bütün yaradıcılığı boyu nə yazırsa, həyatın hansı 
problemlərinə  müraciət  edirsə,  həmişə  öz  təbiətlərinə, 
mənəvi  dünyalarına  sadiq  qalırlar.  Buna  yaradıcılıqda 
özünəməxsusluq, 
orjinallıq 
deyirlər 
və 
bu 
özünəməxsusluq  həmin  sənətkarı  ədəbiyyat  aləmində 
başqaları ilə eyniləşdirməyə imkan vermir. Xalq yazıçısı 
İlyas Əfəndiyevin bu özünəməxsusluğu onun zəngin nəsr 
yaradıcılığında da boya-boy görsənir. 
Şübhəsiz,  İlyas  Əfəndiyevin  nəsr  yaradıcılığı  bu  sa-
hədə  Azərbaycan  ədəbiyyatının  zirvələrindən  biridir.  O, 
―Söyüdlü  arx‖  (1958),  ―Körpüsalanlar‖  (1960),  ―Dağlar 
arxasında üç dost‖ (1963), ―Sarıköynəklə Valehin nağılı‖ 
(1978), ―Geriyə baxma, qoca‖ (1980), ―Üçatılan‖ (1981), 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
82 
―Qaçaq  Süleymanın  ölümü‖  (1993),  ―Xan  qızı 
Gülsənubərlə  tarzən  Sadıqcanın  nağılı‖  (1996)  kimi 
əsərlərilə  Azərbaycan  nəsrinin  inkişafını  yeni  mərhələyə 
yüksəltmişdir. İlyas  Əfəndiyevin  ədəbi-bədii irsi XX  əsr 
azərbaycanlısının  təfəkkürünün,  düşüncələrinin,  psixolo-
giyasının,  ictimai-sosial  həyatının,  məişətinin,  yaşantıla-
rının,  duyumlarının  aynasıdır,  problemlərinin,  ağrı  və 
acılarının, iztirablarının, iftixar və günahlarının arxividir, 
öyrənc yeridir. 
Bu  cür  qələm  sahiblərinin  əsərləri  onların  sağlığında 
və  sonra  dönə-dönə  müxtəlif  qəzet  və  jurnallarda  seçmə 
halında, ayrı-ayrı nəşriyyatlarda kitablar kimi bütöv halda 
nəşr edilir, dərsliklərə düşür, pyesləri müxtəlif teatrlarda, 
fərqli rejissorlar tərəfindən dönə-dönə tamaşaya qoyulur, 
efir və ekran vasitəsilə səsləndirilir və nümayiş etdirilir.  
Bu  əsərlər  ardıcıl  olaraq  ədəbi  və  ictimai  mühit 
tərəfindən  dönə-dönə  qiymətləndirilir,  barəsində  fikirlər 
söylənilir,  ədəbi-tənqidi  məqalələr  yazılır,  ətrafında 
tədqiqatlar aparılır, dissertasiyalar yazılır... 
Ədəbi  tənqidimizin  fikrincə  (Elçin,  Yaşar  Qarayev, 
Akif  Hüseynov,  Şamil  Salmanov,  Yaqub  İsmayılov, 
Əmin  Əfəndiyev,  Nizaməddin  Şəmsizadə,  Şirindil 
Alışanlı, Vaqif Yusifli və başqaları... )  İlyas Əfəndiyevin 
yaradıcılığı bütünlükdə Azərbaycan ədəbiyyatının vaxtilə 
sovet  dövrü  adlandırılan  ikinci  respublika  mərhələsinin 
ədəbiyyatına  dair  əsaslı  ədəbi  düşüncələr  üçun  zəngin 
material verir.  
XX  əsr  ədəbi-tənqidimizin  korifeylərindən  olan 
akademik  Məmməd  Arif  yazırdı:  ―Sovet  ədəbiyyatının 
inkişafında,  onun  ideya-bədii  təkamülündə  İlyas 
Əfəndiyevin rolu olduqca böyükdür. Cəsarətlə deməliyik 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
83 
ki,  İlyas  Əfəndiyev  sovet  dramaturgiyasının  tarixində 
xüsusi bir  mərhələ  təşkil edir.  ...İlyas Əfəndiyev hər cür 
milli  məhdudluqdan  uzaq  bir  yazıçıdır.  Ədəbiyyatımızın 
beynəlmiləlçilik,  ümumbəşəri  ideyalarına  sadiq  olan 
ədib,  cəmiyyətdə  müxtəlif  millətlərdən  olan  insanların 
necə  qardaş  kimi  əlbir  çalışıb,  xoşbəxt  yaşadıqlarını 
dövrümüzün ən böyük nailiyyəti kimi təsvir edir.‖ (Bax: 
―Kommunist‖ qəzeti, 1974, 17 noyabr.)  
Akademik  Məmməd  Arifin  bu  fikrinə  münasibət  bil-
dirən  filologiya  elmlər  doktoru,  şair-ədəbiyyatşünas 
Qasım  Qasımzadə  yazırdı:  ―Bu  sözlər  Cəfər  Cabbarlı, 
Səməd  Vurğun  kimi  sənətkarlarımızın  irsini  tədqiq  edib 
monoqrafiyalar yazan, özünə-sözünə həmişə tələbkarlıqla 
yanaşan  mötəbər  bir  alimin,  akademik  Məmməd  Arifin 
qələmindən  çıxdığı  üçün,  demək  olar  ki,  ədəbi 
ictimaiyyətin  də  qənaətidir.‖  (Bax:  Qasımzadə  Q. 
―Ədəbiyyatımız,  mənəviyyatımız‖.  Bakı,  Yazıçı,  1988, 
s.233.) 
 Lakin  bu  o  demək  deyildi  ki,  İlyas  Əfəndiyevin 
yaradıcılıq  yolu  ədəbi  tənqiddə  həmişə  şahrah  gedibdir. 
Ədəbi  tənqiddə  yazıçının  bir  sıra  əsərləri  ciddi 
mübahisələrə və diskusiyalara da səbəb olubdur. Xüsusən 
onun  ―Körpüsalanlar‖  və  ―Sarıköynəklə  Valehin  nağılı‖ 
əsərləri  ədəbi  tənqidimiz  tərəfindən  bir  mənalı 
qarşılanmamışdı... 
 
**** 
 
 ―Körpüsalanlar‖  əsəri  60-cı  ildə  işıq  üzü  görüb.  Bu 
əsərin ilk nəşri və sonrakı taleyi barədə İlyas Əfəndiyevin 
oğlu,  Xalq  yazıçısı,  ədəbiyyatşünas-tənqidçi,  professor 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
84 
Elçinin  və  akademik  Bəkir  Nəbiyevin  maraqlı  xatirə  və 
qeydləri vardır. 
Məlumdur  ki,  60-cı  illər  və  ondan  sonrakı  mərhə-
lələrdə  İlyas  Əfəndiyevin  yaradıcılığı  ən  coşğun  və 
kamilləşmə 
dövrünü 
keçirmişdir. 
1960-cı 
ildə 
Respublikanın  Əməkdar  İncəsənət  xadimi  fəxri  adını 
almış  İ.Əfəndiyevin  yaradıcılığında,  xüsusilə  60-90-cı 
illər  ən  məhsuldar  dövr  hesab  olunur.  Bu  illərdə  onun 
yaradıcılığında  janr  rəngarəngliyi  özünü  göstərir,  bir-
birinin  ardınca  iri  nəsr  əsərləri,  ciddi  ictimai-siyasi 
problemlər  qaldıran,  gözəl  mənəvi  keyfiyyətlər  aşılayan, 
müasir  Azərbaycan  nəsrinin  yüksək  bədii-estetik 
səviyyəli 
nümunələri 
kimi 
şöhrət 
qazanmış 
«Körpüsalanlar»  /1960/,  «Dağlar  arxasında  üç  dost» 
/1963/, «Sarıköynəklə Valehin nağılı» /1976-78/, «Geriyə 
baxma,  qoca»  /1980/,  «Üçatılan»  /1981/  kimi  povest  və 
romanlarını  dərc  etdirir,  eyni  zamanda  maraqlı  dram 
əsərlərini  qələmə  alır,  publisist  və  ədəbiyyatşünas  kimi 
məhsuldar yaradıcılıq yolu keçir.  
Bunların  sırasında  ―Körpüsalanlar‖  povesti  (sonralar 
bu  əsəri  müəllif  roman  kimi  təqdim  etmişdir)  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Çünki  bu  əsər  o  dövrdə  ədəbi 
tənqiddə  xüsusi  maraq,  diskusiya  və  mübahisələr 
doğurmuşdu.  Belə  diskusiyalar  və  gərgin  münasibətlər 
onun  yaradıcılıq  həyatında  yeni  deyildi.  Hələ,  40-cı 
illərin  axırlarında  İ.Əfəndiyev  artıq  özünü  istedadlı  bir 
nasir  və  dramaturq  kimi  təsdiq  etmişdi,  qeyd  etdiyimiz 
kimi,  onun  yaradıcılığı  ətrafında  müxtəlif  fikirlər  və 
ziddiyyətli münasibətlərin olması da təbii idi... 
Xalq şairi, akademik Səməd Vurğunun bu fikri həmin 
dövrün  obyektiv  ictimai  fikrinə  gözəl  nümunədir:  ―İlyas 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
85 
Əfəndiyev 
əməkçilərin 
zəhmət 
birliyini 
böyük 
məhəbbətlə  və  hərarətlə  təsvir  edir,  onların  zəhmətini 
parlaq  və  real  boyalarla  göstərir...  Biz  «Bahar  suları» 
əsərini onun şeriyyətinə görə sevirik, bir daha inanırıq ki, 
həyatımızda yalnız maddi nəhənglər deyil, eyni zamanda 
yeni,  zəngin,  həm  də  gözəl  bir  insan  mənəviyyatı 
yaradılır.‖  (Bax:  ―Ədəbiyyat  və  incəsənət‖  qəzeti,  1974, 
23 noyabr.) 
Yazıçının  qayğısını  çəkən  qələm  dostları,  xeyirxah 
insanlarla yanaşı, onun paxıllığını çəkənlər, yüksəlməsini 
istəməyənlər  də  tapılırdı  və  bu  məsələlərə  biz  yuxarıda 
toxunmuşuq.  Sonralar  yazıçının  ―Söyüdlü  arx‖, 
―Sarıköynəklə Valehin nağılı‖ romanlarının taleyi də eyni 
sınaqlardan keçməli olmuşdu.  
Ölməz  sənət  nümunəsi  kimi  Azərbaycan  nəsrinin 
xəzinəsini  zənginləşdirən,  yüksək  vətəndaşlıq  pafosu, 
incə  lirizm  və  dərin  psixoloji  tapıntılarla  aşılanan 
―Körpüsalanlar‖  povestı  bədii  təfəkkür  tərzində  yeni  bir 
mərhələ  açdı.  Bu  tipli  əsərlərin  məna  və  mahiyyətini 
Bəkir Nəbiyev belə şərh edirdi: 
 ―İlyas  Əfəndiyevin  ―Söyüdlü  arx‖,  ―Körpüsalanlar‖, 
―Sanköynəklə  Valehin  nağılı‖  kimi  yazıldığı  dövrün 
gerçəkliyini  əks  etdirən  əsərlərinin  qəhrəmanları 
mərkəzdən  uzaq  rayonlarda  təzə  binalar  tikən,  dağlar 
qoynundakı  fermalara  yol  çəkən,  gur  çaylar  üstündən 
körpülər  salаn,  bu  binalar,  yollar,  körpülər  vasitəsilə 
kəndə 
mədəniyyət 
aparan, 
adamların 
rifahını 
yaxşılaşdıran,  onların  qəlbinin  dərinliklərinə  işıq  salan 
nufzlu  adamlardır.  Həyatın  müxtəlif  sahələrində  çalışan 
bu  qəhrəmanların  boyük  bir  qismi  cavan  qızlar  və 
oğlanlardır.  Lakin  yaşından,  fəaliyyət  sahəsindən, 
ixtisasından  asılı  olmayaraq,  ədibin  qəhrəmanları  öz 
1   2   3   4   5   6   7   8   9   10   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə