Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3.14 Kb.
PDF просмотр
səhifə12/22
tarix03.12.2016
ölçüsü3.14 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
133 
yanaşan  dünya  xalqları  tərəfindən  də  sevilir,  qəbul 
edilir... 
Gülxani  Pənahın  tədqiqatında  yazıçının  aşıq 
sənətindən  yararlanma  yolları  da  araşdırılır.  İlyas 
Əfəndiyevin  aşıq-dastan  yaradıcılığından  bəhrələnməsi 
ədəbi  tənqid  tərəfindən  dəfələrlə  qeyd  edilmişdi. 
İ.Əfəndiyevin  yaradıcılığında  özünəməxsus  yer  tutan 
dastançılıq  onun  bir  çox  əsərlərində  vardır.  Onun  " 
Sarıköynəklə  Valehin  nağılı",  "Geriyə  baxma,  qoca", 
"Üçatılan"  romanlarındakı  dastançılıq  süjeti  xalq 
eposlarından-dastanlarından  gəlmədir.  Eposlar  dastan 
şəklinə  düşənə  qədər  xalqın  bədii  təfəkkürünün 
süzgəcindən  keçir,  təkmilləşir,  cilalanır  və  qiymətli  bir 
sənət  nümunəsinə  çevrilir.  İ.Əfəndiyevin  yaratdığı 
əsərlərdə  də  bir  sıra  epos  qəhrəmanlarına  oxşar  obrazlar 
vardır  ki,  bunlar  da  bir  növ  XIX  əsrin  sonu,  XX  əsrin 
əvvəllərində  yaranmaqda  olan  milli  qəhrəmanlıq 
dastanlarımızın ənənərini özündə yaşadan obrazlardır. 
 İlk eposumuzda olduğu kimi İ.Əfəndiyevin bu realist 
nəsr  əsərlərində  də  həm  qəhrəmanlıq,  həm  də  məhəbbət 
dastanlarına məxsus xüsusiyyətlər var. 
Burada isə, Gülxani Şükürova bir ədəbiyyatşünas kimi 
bu məsələyə qayıdır, yazıçının bir sıra əsərlərini, xüsusən 
―Sarıköynəklə  Valehin  nağılı‖,  ―Geriyə  baxma,  qoca‖, 
―Üçatılan‖ kimi əsərlərin folklor qatını məharətlə açır, bu 
romanların 
qəhramanlarının 
– 
Çoban 
Ərşadın 
(―Üçatılan‖),  Xanmuradın,  Qaçaq  Təhməzin,  Qaçaq 
Süleymanın  (―Geriyə  baxma,  qoca‖)  xarakterindəki 
mərdlik,  kişilik,  igidlik  kimi  mənəvi  cəhətlərin  Koroğlu, 
Qaçaq  Nəbi,  Qaçaq  Kərəm  kimi  dastan  qəhrəmanlarını 
xatırlatdığını təhlil və müqayisələrlə sübuta yetirir:  

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
134 
―İ.Əfəndiyev  bütün  əsərlərində  demək  olar  ki,  aşıq-
dastan sənətinə çox meyl göstərdiyini açıq hiss etdirir. Ən 
iri həcmli əsərlərindən olan ―Sarıgöynəklə Valehin nağılı‖ 
əsəri  aşıq  yaradıcılığı  fonunda  inkişaf  edir.  Əsərin  nağıl 
adlandırılması,  on  beş  nağıla  -  hissəyə  bölünməsi  və 
burada  iştirak  edən  obrazların  söylədiyi  hadisələrin  aşıq 
yaradıcılığı  stilində  verməklə  dastanlara  məxsus 
keyfiyyətlərin  də  əsərə  gətirilməsi,  ―aldı  Sarıköynək‖, 
―aldı  Valeh‖  şəklində  qurulması  (ədəbi  tənqidən  gələn 
fikir  –  J.Q,)  xalq  yaradıcılığımızın  –  folklorumuzun  bir 
çox  nümunələrini  özündə  birləşdirməsi  əsərin  bədii  key-
fiyyətini artırılmasına, məna gözəlliyinə xidmət edir.‖  
Müəllif  İlyas  Əfəndiyevin  əsərlərindəki  Sarıköynək, 
Sərvinaz,  Səkinə,  Səriyyə,  Yaqut,  Qızyetər  və  s.  bu  tipli 
qadın  qəhrəmanlarının,  obrazlarının  xarakterlərindəki 
saflıq,  ülvilik,  təmiz  məhəbbətlə  sevən,  sevgisi  yolunda 
bütün  çətinliklərə  sinə  gərən,  iztirab  və  psixoloji 
sarsıntılara  dözümlülüyün  mənbə  və  qaynağını  yenə  də 
aşıq-dastan yaradıcılığında görür və belə bir qənaətə gəlir 
ki,  ―bu  qaynaq  ədibin  qadın  obrazları  qalereyasının 
kamil,  bitgin  alınmasına  kömək  etmişdir.‖  (Bax: 
Şükürova G.V. İlyas Əfəndiyevin  yaradıcılığında folklor 
motivləri. Avtoreferat, Bakı, 2007, s.10.) 
 İ.Əfəndiyevin  hafizəsinə  həkk  olunan  aşıq  şerləri  də 
onun  öz  yaradıcılıq  sənəti  ilə  birləşərək  yazıçı 
təxəyyülünün 
süzgəcindən  keçərək,  kamil  sənət 
əsərlərinin meydana çıxmasına şərait yaratmışdır.  
Tədqiqatçı  yazır:  ―Görkəmli  sənətkarımız  aşıq 
şeirindən bəhrələnməklə yaratdığı obrazın daxili, mənəvi 
psixologiyasını  açır,  bədii  cəhətdən  qüvvətli  arzu  və 
istəklərinə  qovuşmaq  həsrətilə  yaşayan  surətlər  yaradır. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
135 
Yazıçının  nəsr  əsərlərində  məhəbbət  dastanlarında 
olduğu  kimi  iki  sevən  aşiqin  məhəbbəti  təsvir  edilir  və 
yazıçı  insanın  daxili  ələmini,  mərdliyini,  qəm-qüssəsini, 
şirin  duyğularını  aşıq  sənətində  olduğu  kimi  əlvan 
boyalarla  verir.  Aşıq  şerindən  yararlanmaqla,  aşıqlıq 
sənəti üzərində köklənməklə qəhrəmanının daxili aləmini 
daha qabarıq, daha emosional, təsirli verə bilir. 
 
Dağların üstündə qar nişanası, 
Gül üstə görünür xar nişanası, 
Ölürəm, qəlbimdə yar nişanası 
Gözüm yolda, intizara yetmədim.  
 
Qoşma üstündə verilmiş bu misralarda saf məhəbbəti, 
lirik  qəhrəmanın  istək  və  arzularını,  sevən  gəncin 
qəlbindəki  eşqin  ilahiliyini  görürük.  Romanda  diqqəti 
cəlb  edən  hadisələrdən  biri  Qızyetərin  (―Geriyə  baxma, 
qoca‖  əsərində)  həyatı  ilə  bağlı  hadisələrin  nağıl-dastan 
yolu  ilə  verilməsidir.  ―Allah  Qızyetərə  bir  gözəllik 
vermişdi: böyüyüb  ərkən  yaşına çatanda  aya  deyirdi sən 
çıxma,  mən  çıxaram,  günə  deyirdi  sən  çıxma,  mən 
çıxaram‖  (Bax:Yenə  orada,  s.9-12.);  Əfəndiyev  İ. 
―Seçilmiş əsərləri‖, 7 cilddə, 6-cı cild, s. 150.)  
Qızyetər  nişanlanandan  sonra  el  yaylağa  köçür, 
yaylağa  köçəndən  sonra  əmisi  oğlunun  ona  -  nişanlısına 
baş çəkməməsi qızın qəlbinə dəyir. Yazıçı Qızyetərin ona 
göndərdiyi  məktubu  dastanlarımızda  gördüyümüz 
formada,  dastan  təhkiyyəsi  modelində  təsvir  edir: 
―Güllər,  çiçəklər  arasında  Qızyetər  hey  gözlədi,  əmisi 
oğlu  gəlmədi.  O  vaxt  qız  bir  namə  yazıb  göndərdi 
nişanlısına; aşıqlar da o naməyə hava qoşub oxudular: 
 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
136 
 Əmim oğlu, məndən heç utanmadın? 
 Üç ay keçdi, bir yaylağa gəlmədin! 
 Yüz min cəfa ilə köks ötürdüm mən
 Ordan yendin Ağbulağa gəlmədin! 
 
 Mən səni istədim hamıdan əziz, 
 Neyləyim yanında oldum bir kəniz. 
 Ətir can bəslədim güllərdən təmiz
 Namərd oğlu bir yayalağa gəlmədin‖ 
                       (Bax: Yenə orada, s.151). 
 
 Bütün  bu  faktlar  göstərir  ki,  yazıçının  əsərlərində 
xalqdan,  xalq  təfəkküründən  süzülüb  gələn  ənənələr 
yaşayır. Onun qocası, ozanı qəhrəmanlarının başına gələn 
hadisələri  gah  nağıl  yolu  ilə,  gah  da  dastan  yolu  ilə 
söyləyir.  Yazıçının  qəhrəmanı  gah  dastanlarda  olduğu 
kimi  öz  hiss  həyəcanlarını  şeirlə,  gah  da  nağıllarda 
olduğu  kimi  təhkiyə  yolu  ilə  verir.  Xalq  ədəbiyyatı 
ənənələrini sənətinə  gətirən, ondan  bəhrələnməklə  sevən 
aşiqlərin  mükəmməl  obrazını  yaradan,  qəhrəmanını 
xalqına  sevdirən  yazıçı  öz  qələmini  xalq  ədəbiyyatı 
üstündə  kökləməklə  yaddaqalan  zəngin  obrazlar  silsiləsi 
yaratmışdır. 
Şifahi  xalq  ədəbiyyatının  incilərindən  yararlanan 
sənətkar  ―Apardı  sellər  Saranı‖,  "Qarı  dağı",  ―Vəzir  Al-
lahverdi xan və Bəhlul Danəndə‖, ―Yusif və Esfir‖, ―İsa-
Musa‖,  ―Abidin  yuxusu‖  və  s.  hekayələrini  folklordan, 
xalq 
ədəbiyyatının  qaynaqlarından  bəhrələnməklə, 
onlardan 
yararlanaraq 
qiymətli 
sənət 
nümunələri 
yaratmışdır.  

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
137 
 Yazıçı  bu  rəvayətlərin,  nağılların  süjet  və  obraz-
larından  yararlanarkən ona real həyat donu geyindirir və 
oxucu qarşısına yeni səpgidə, tamamilə fərqli, yeni sənət 
əsəri çıxarır. 
İ.Əfəndiyev  real  aləmdə  gördüyü  insanları,  onların 
sevgisini,  kədərini  qələmə  alarkən  xalqının  əfsanələrdə 
yaşayan keçmişinə nəzər salır, oxşar izlər tapır, onlara bir 
yaradıcı  sənətkar  kimi  yanaşır,  bədii  təfəkkürünün 
süzgəcindən  keçirir,  yeni  bir  bədii  don  geyindirir, 
yeniləşdirir,  müasirləşdirir,  zamanın  tələblərini  özündə 
əks etdirən yeni bir əsərə çevirir. 
 
 
****  
 
Bu cür ədəbı-estetik keyfiyyətlər, axtarışlar sənətkarın 
dramaturgiyasında  da  dərindən  müşahidə  edilir  və 
yeniliyin,  teatrda  yeni  ab-havanın  əsasını  qoyur.  Ədəbi 
tənqidimiz  xüsusilə,  dönə-dönə  qeyd  etmişdir  ki,  İlyas 
Əfəndiyevin  pyeslerinin  səhnəyə  hər  gəilişi  teatrımıza 
təzə  ab-hava  gətirmişdir.  Bu  təzə  ab-havanı  təmin  edən 
isə  ilk  növbədə  həmin  illəri  parlaq  surətdə  təmsil  edən 
insanların canlı təcəssümüdür. ―Bahar suları‖, ―Atayevlər 
ailəsi‖,  ―Sən  həmişə  mənimləsən‖,  ―Mənim  günahım‖, 
―Unuda  bilmirəm‖,  ―Məhv  olmuş  gündəlikİər",  ―Büllur 
sarayda‖  və  s.  bu  kimi  hərəsi  sənət  aləmində 
özünəməxsus  bir  iz  qoyan  həmin  əsərlər  olmadan 
Azərbaycan  teatırının  tarixi  xeyli  natamam  gorünərdi. 
(Mehdi Məmmədov, İlham Rəhimli, Məriyəm Əlizadə və 
başqaları...) 
İlyas Əfəndiyevin pyesləri bu gün də insanları mənəvi 
təmizliyə  çağırır.  Dramaturq  bəzən  tərəddüd  edən,  hətta 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
138 
müəyyən  səhvə  yol  verən,  lakin  sarsılmayan,  ən 
mürəkkəb vəziyyətlərdə belə öz insanlıq şərəfıni qoruyub 
saxlamağı  bacaran  aydın  məqsədli  qəhrəmanların 
timsalında  müasirlərinə  canlı,  həyati  xarakterlər  təqdim 
edir,  onlari  meşşanlıq  bataqlığına  yuvarlanmaqdan 
çəkindirir,  vətənpərvərlik  qayələrinə,  böyük  bəşəri 
ideallara sədaqət və məhəbbət aşılayır.  
Bu  problemləri  nəzərə  çapdırmaq  üçün,  akademik 
Bəkir  Nəbiyev  dramaturqun  ―Büllur  sarayda‖  pyesini 
təsadüfən seçmir. Çünki, məlum səbəblərdən barəsində о 
biri  əsərlərinə  nisbətən  ədəbi  tənqiddə  bir  qədər  az 
yazılmış  ―Büllur  sarayda‖  pyesi  dövrün  neqativ 
cəhətlərini  ifşa  etdiyinə  görə  xüsusilə  əlamətdardır. 
Müəllif  yazır:  ―Onun  tamaşasına  baxanlar,  yaxud  əsəri 
oxuyanlar  (oxucu  məktublarından  bilinirdi)  aydın 
gördülər  ki,  inzibati  rəhbərlikdə,  məişət  xidmətində, 
ticarətdə  girəvə  düşən  kimi  adamları  soyan,  gah  sadəcə 
aldatmaq,  gah  rüşvət,  gah  da  şantaj  yolu  ilə  toplanmış 
sərvət hesabına yağ içində böyrək kimi bəslənən Qədimlə 
Ağahüseynin  gəmisi  xalq  nifrətinin  qəzəbli  dalğaları 
önündə  necə  çevrilir,  öz  gəmilərini  ədalətin  fırtınasında 
necə  qərq  edir!  Bayandurla,  Təbrizin,  onların  təsiri  ilə 
gözü açılan Aynurun qəlbindən süzülən təmizlik işığında 
var-dövlət  dəlisi  olan  bəzi  qeyrətsiz  meşşanlar  nə  qədər 
cılız görünürdülər! Həyatın mənasını daş-qaşda, çığırqan 
dəbli 
paltarlarda,  eyş-işrətdə  görən  əqidəsizlərə, 
simasızlara  sənətin  yeni,  ağır  bir  zərbəsini  dramaturq 
məhz  ―Büllur  sarayda‖  əsərilə  endirmiş,  belələrini 
ümumxalq  nifrətinin  hədəfinə  çevirməyə  müvəffəq 
olmuşdur.‖(Bax:Nəbiyev  B.  O,  həmişə  müasirdir  (ön 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
139 
söz). Əfəndiyev İ. ―Seçilmiş əsərləri‖, 3 cilddə, 1-ci cild, 
s. 7.) 
İlyas  Əfəndiyevin  səhnə  əsərləri  arasında  tarixi 
mövzulara  həsr  edilən  ―Xurşidbanu  Natəvan‖,  ―Şeyx 
Xiyabani‖, ―Mahnı dağlarda  qaldı‖, ―Tənha  iydə  ağacı’’ 
kimi  pyesləri  də  ədəbi  tənqid  tərəfindən  yüksək  fikir 
axını ilə qarşılanmışdır. Bu isə səbəbsiz deyildi. 
Çünki  bu  əsərlər  Azərbaycan  xalqının  çox  mühüm 
tarixi  faktlarının  bədii  tərcümanına  çevrilmiş,  olduqca 
milli vətənpərvərlik ruhunda yazılmışdı. 
Birinci  pyes  keçən  əsrdə  öz  zərif,  həm  də  həzin 
şeirlərilə  Azərbaycan  poeziyasnı  zənginləşdirmiş  Xan 
qızı Natəvana, onun xalqın rifahı üçün gördüyü nəcib və 
xeyirxah  əməllərə  həsr  edilmiş,  Qarabağlı,  Şuşalı  Xan 
qızının möhtəşəm obrazı yaradılmışdır! 
İkinci pyesin baş qəhrəmanı isə  İranda ictimai ədalət 
uğrunda mübarizə tarixinə parlaq səhifələr yazmış, milli-
azadlıq  hərəkatına  başçılıq  etmiş  Azərbaycanın  mübariz 
oğlu Şeyx Məhəmməd Xiyabanidir. Bu əsərdə inandırıcı 
epizodlar  əsasında  göstərildiyi  kimi,  Səttar  xan 
öldürüldükdən  sonra  onun  mübarizə  bayrağını  yerə 
düşməyə  qoymayan  Xiyabani  Rusiyada  monarxiyanın 
süqutündan  ruhlanaraq  bu  bayrağı  daha  qətiyyətlə 
ucaltmış,  şah  rejiminə  qarşı,  imperializm  müdaxiləsi 
əleyhinə  mübarizəyə  ləyaqətlə  başçılıq  etmişdir. 
Dramaturq onu gözlənilməz hadisələr labirintində ruhdan 
düşməyən, düşünüb-daşınan, axtaran və tapan, istədiyini, 
konkret  vəziyyətdə  lazım  оlanı  tapmayanda  isə 
həyəcanlar  qoynunda  çırpınan  həyati  bir  obraz  olaraq 
canlandırmışdır... 
 Cənub mövzusuda olan bu əsər onun ilk əsəri deyildi. 
Dramaturqun  yaradıcılığında  Cənub  mövzusu  xüsusi 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
140 
bədii  tədqiqat  obyektidir.  «Unuda  bilmirəm»  əsərilə  bu 
mövzu ilk dəfə olaraq səhnəmizdə öz bədii təcəssümünü 
tapmışdı.Ədəbiyyatda,  ümumən  ictimai  fikir  tariximızdə 
bu mövzu qadağan olduğu bir dövrdə səhnəyə gəldi. Bu 
əsərə  müxtəlif  təzyiqlər  olsa  da,  17  il  repertuardan 
düşmədi və 500 dəfədən çox tamaşası oldu.  
 Milli  Akademik  Dram  Teatrının  səhnəsində  uzun 
illərdir ki, hər mövsümün ilk tamaşası olan ―Hökmdar və 
qızı‖  əsəri  isə  dramaturqun  tarixi  mövzuda  yazılmış 
sonuncu  kamil  səhnə  əsəridir.  Güman  edirik  ki,  bu  faciə 
əsasında 
teatrımızın 
xalqa 
bəxş 
etdiyi 
sənət 
―Qarabağnamə‖sinin 
sədası 
Qarabağ 
düşmən 
tapdağından  azad  edildikdən  sonra  da  həmişə 
eşidiləcəkdir!  
«Hökmdar  və  qızı»  pyesində  dramaturq  nələrdən 
söhbət  açmır?..  Qarabağın  tarixini  səhifələyir,  vaxtilə 
buraxılmış  səhvləri  yada  salır,  Qarabağla  əlaqədar 
yaranmış  faciənin  səbəbkarları  ilə  bizi  tanış  edir,  bu 
məsələnin  həllində  ağıllı  addımlar  atmağımızı  məsləhət 
görür.  Yazıçının  İbrahim  xanın  dili  ilə  dediyi:  «Mən 
istərdim bu dostluq gözəl Azərbaycan torpağını yüz  yerə 
parçalanmış,  bir-birinə  düşmən  kəsilmiş  bədbəxt 
xanlarımızı  birləşdirib  vahid,  müstəqil  bir  dövlət 
yaratmaqda mənə kömək etsin» - fikri də müəllifin vahid 
Azərbaycan, bütöv Azərbaycan dövlətini qüdrətli görmək 
arzusundan irəli gəlirdi.  
Bütün  bu  deyilənlərlə  yanaşı,  dramaturq  əsərdə  çox 
mühüm bir məsələyə toxunaraq, erməni xəyanətini, onun 
ikiüzlü,  yaltaq,  qorxaq,  satqın  xislətini  göstərmək  üçün 
Vanya obrazını yaradır. Erməninin kim olduğunu bilmək 
istəyən  oxucu  və  tamaşaçının  Vanya  obrazı  ilə  tanış 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
141 
olması  kifayətdir!  Koxa  Vanya  obrazı  erməni  xislətinin, 
erməni məkrinin daşıyıcısı kimi nifrət doğurur.  
İlyas  müəllim  verdiyi  son  müsahibələrində  bir  fikri 
özünəməxsus müdrikliklə dilə gətirmişdi: «Bütün ömrüm 
boyu  yazılarımda  ədəbi  həqiqətin  deyilməsinə  çalışdım. 
Elə,  əsər  yazmağın  bir  mənası  da  həqiqət  axtarmaq 
deməkdir.  Bir  növ  avtobioqrafik  xarakter  daşıyan 
«Geriyə  baxma,  qoca»  əsərində  mənim  məqsədim  o 
olmayıb  uşaqlığımı  təsvir  eləyəm,  çalışmışam  ki, 
Azərbaycan  xalqının  taleyi,  keçmişi,  mərdliyi,  alicə-
nablığı, yüksək mədəniyyəti haqqında söz deyim.  
Mənim  üçün  həmişə  ağır  idi  ki,  işğalçı  çar  mayoru 
Lisaneviç  Şuşadan  bir  qədər  aşağıda,  Ağa  körpüsünün 
yanında  dincələn  İbrahim  xanı  uşaqdan  tutmuş  qadına 
kimi  bütün  ailə  üzvləri  ilə  heç  bir  səbəb  olmadan  rus 
əsgərlərinə  doğratdırır.  Biz  isə  onları  tərənnüm 
etməliydik. Mən bunu bacarmadım.» 
1989-cu  ildə  Qarabağa  Xalq  Yardımı  Komitəsinin 
orqanı  kimi  nəşrə  başlayan  «Azərbaycan»  qəzetinin  (bu 
qəzet 
Şərqdə 
ilk 
demokratik 
Azərbaycan 
Cümhuriyyətinin  rəsmi  mətbu  orqanı  olmuşdu    –  red.) 
yenidən işıq üzü görməsi ilə əlaqədər İlyas Əfəndiyev öz 
qürurunu,  istəklərini  belə  dilə  gətirirdi:  «Azərbaycan 
xalqının azadlıq uğrunda apardığı mübarizə tarixi barədə 
düşünərkən Qarabağ  igidlərinin, Gəncə qəhrəmanlarının, 
Təbriz  fədailərinin,  Naxçıvan  mübarizlərinin  xəyalları 
sanki  uzaq,  romantik  bir  aləmdə  gözlərimin  qarşısından 
gəlib keçir və mən Xəzinə qayasının sıldırımları üzərində 
Şuşa  qalasının  yaradılmasına  hökm  verən  Pənah  xanı 
görürəm,  baltagirməz  qalın  meşələr  arasından  Şuşa 
qalasına  şirin  su  çəkdirən  dərdli  şairə  Xurşidbanu 
Natəvanın nəcib xəyalını görürəm və fikirləşirəm ki, indi 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
142 
Qarabağa  yiyə  çıxmaq  sərsəmliyinə  tutulmuş  erməni 
ekstremistləri – qarıyıb əldən düşmüş daşnaklar o zaman 
harada  idilər?»  (Bax:  ―Kaspi‖  qəzeti,  03.10.2012, 
Ədəbiyyat səhifəsi.) 
Xalq  yazıçısının  yaradıcılıq  yolunu  tədqiq  edən 
ədəbiyyatşünas  Əmin  Əfəndiyev  İlyas  Əfəndiyevlə 
söhbətlərinin  birində  xatırladır:  «Ədəbiyyat  qəzeti»nin 
son  sayında  (1994,  4  may)  yazıçının  «Hacı  Axundun 
cənnət  bağı  necə  oldu»  hekayəsi  dərc  olunmuşdu.  Son 
illərdə  qələmə  alınmış,  yüksək  sənətkarlıqla  yazılmış  bir 
əsər  idi.  Hekayə  haqqında  mənim  fikrimi  dinlədikdən 
sonra,  yavaş-yavaş  söhbəti  davam  etdirdi,  bilmirəm 
nədənsə,  uşaqlıq  illərini  yada  saldı,  hekayədə  təsvir 
olunan  hadisələrə  toxundu:  ―Qarabağ  üçün  yaman 
darıxıram,  Əmin.  Elə  bil  ki,  otaqda  havam  çatışmır. 
Şuşada,  İsa  bulağında,  Cıdır  düzündə  olmaq,  oranın 
havasından udmaq, suyundan içmək istəyirəm… 
Daşaltıdan Topxana meşəsinə, Ərimgəldidən Ağdama, 
Füzuliyə  sarı,  Savalan  dağlarına  tərəf  baxmaq 
istəyirəm…  Sonra  söhbəti  yazmaq  istədiyi  təzə  bir  əsər 
üzərinə gətirdi. Məzmunu əvvəlki hekayəyə yaxın idi. Bir 
az  ara  verdi,  otaqda  təkmiş  kimi  –  «Mən  Qarabağsız 
yaşaya bilmərəm. Mənim bütün canım ordadır» – dedi.‖ 
(Mənbə: 
http://
www.literature.az/userfiles/file/İL-
YAS ƏFƏNDIYEV.pdf
.) 
―Tənha  iydə  ağacı‖  pyesinin  mövzusu  da  ilk  olaraq 
ədəbiyyata  gətirilmişdi.  Ustad  sənətkarın  «Tənha  iydə 
ağacı»  pyesi  vaxtilə  qadağan  olunmuş  mövzulardan 
birinə  -  qürbətdə  yaşayan  soydaşlarımızın  acı  taleyinə, 
vətən həsrəti probleminə, həmçinin ilk milli dövlətimizin 
-  Azərbaycan  Demokratik  Respublikasının  banisi, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
143 
xalqımızın  böyük  mütəfəkkir  oğlu,  görkəmli  ziyalı 
M.Ə.Rəsulzadənin həyatına həsr edilmişdir. 
İ.Əfəndiyev  yazır:  «Adətən  bir  şeydən  kədərlənəndə, 
məyus olanda dram janrına müraciət edirəm. Yadımdadır, 
uşaqlarla Zağulbada dincəlirdim. Qarşımızdakı bağda bir 
iydə ağacı var idi. Mənim ona çox tamaşa etdiyimi görən 
Elçin  soruşdu  ki,  nə  çox  baxırsan,  yoxsa  hekayə 
yazırsan?  Yox,  dedim,  pyes  yazıram.  Elə  bildi  zarafat 
edirəm.  Əslində  isə  mən,  doğrudan  da  gələcək  pyesim 
barədə  düşünürdüm.  «Tənha  iydə  ağacı»  belə  dünyaya 
gəldi...». (Bax: Yenə orada.) 
 Pyesdə  qələmə  alınan  iydə  ağacı  obrazı  rəmzi  məna 
daşıyır,  vətən  həsrətini  ifadə  edir.  Vaxtilə  Kərim  bəyin 
ata  yurdunda  əkdiyi  iydə  ağacı  tənha  qalmışdır.  Yazıçı 
göstərir ki, bolşevik rejimi təkcə adamlara deyil, ağaclara 
da,  bağlara  da  divan  tutub.  Tənhalıq  isə  təkcə  insanlar 
üçün  deyil,  ağaclar  üçün  də  faciədir.  Pyesdə  ön  plana 
çəkilən  əsas  ideya,  torpağımızın  bütövlüyü,  vətən,  dil, 
məslək birliyi bu gün üçün də çox aktualdır. 
Təkrar  xatırladası  olsaq,  İ.Əfəndiyev  «Sən  həmişə 
mənimləsən»  pyesi  ilə  Azərbaycan  səhnəsində  lirik-
psixoloji 
dramanın 
əsasını 
qoyaraq, 
«Mənim 
günahım»/1967/,  «Unuda  bilmirəm»  /1968/,  «Məhv 
olmuş  gündəliklər»  /1969/,  «Mahnı  dağlarda  qaldı» 
/1971/,  «Qəribə  oğlan»  /1973/,  «Bağlardan  gələn  səs» 
/1976/ və s. pyeslərini yazır.  
Yazıçının  dram  yaradıcılığının  sonrakı  dövrü  /1981-
1994/  tarixi  mövzularda  yazdığı  əsərlərilə  əlamətdardır. 
İ.Əfəndiyev  yaradıcılığının  son  dövründə  xalqımızın 
uzaq  və  yaxın  tarixini  tədqiq  etmiş,  «Xurşidbanu  Natə-
van»,  «Şeyx  Məhəmməd  Xiyabani»,  «Sevgililərin 
cəhənnəmdə  vüsalı»,  «Dəlilər  və  ağıllılar»  kimi  8  pyes 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
144 
yazmış,  1994-cü  ildə  oynanılmış  «Hökmdar  və  qızı» 
faciəsi ilə bu mərhələ sona yetmişdir.  
80-ci  illərə  qədər  yazdığı  pyeslərində,  əsasən,  müasir 
mövzulara  lirik-psixoloji  cəhətdən  üstünlük  verən 
görkəmli  dramaturq  İ.Əfəndiyev  öz  sələflərinin  yolunu 
uğurla  davam  etdirərək  tarixi  mövzulara  müraciət 
etmişdi.  Qarabağla  bağlı  motivləri  ədəbiyyata  gətirmiş, 
«Mahnı  dağlarda  qaldı»  (1971),  «Xurşidbanu  Natəvan» 
/1981/,  «Şeyx  Məhəmməd  Xiyabani»  /1986/,  «Tənha 
iydə  ağacı»  /1991/,  «Hökmdar  və  qızı»  /1994/  və  s. 
əsərlərini  yaratmış,  böyük  sənət  abidələri  qoyub 
getmişdir... 
 
**** 
 
Ədəbi  tənqid  təkcə  İlyas  Əfəndiyev  yaradıcılığının 
ideya-estetik,  mövzu  və  qəhrəman,  konfilikt  və  xarakter, 
millilik  və  vətənpərvərlik,  tarixilik  və  müasirlik  kimi 
problemlərindən  danışmamışdır,  həmçinin  müəllifin  dil 
və 
üslub, 
lirik-psixoloji 
yazı 
manerası, 
onun 
yaradıcılığının  digər  sənətkarlıq  məsələlərini  də  həmişə 
yüksək qiymətləndirmişdir. 
Bu  keyfiyyətlər  ədibin  əsərlərində  zaman  keçdikcə 
daha da büllurlaşmış, dramaturq və nasir kimi onun fərdi 
üslubunu 
müəyyənləşdirən 
amillərdən 
birinə 
çevrilmişdir.  Elə  buna  görədir  ki,  ədəbi  tənqiddə  və 
tədqiqatlarda  dilimizin  məna  dərinliyi,  ifadə  gözəlliyi  və 
ahəngdarlığından 
danışanda 
ilk 
növbədə 
İlyas 
Əfəndiyevin yaradıcılığı önə çəkilir. 
 İlyas  Əfəndiyev  yaradıcılğı  üçün  səciyyəvi  olan  əsas 
cəhətlərdən  biri  onun  cazibəli,  təbii  və  canlı  bir  dildə 
1   ...   8   9   10   11   12   13   14   15   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə