www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
156
Ədibin bütün yaradıcılığı boyu vaxtaşırı müraciət etdiyi
və gözəl nümunələrini yaratdığı hekayələri, povestləri,
romanları, peyslərindən ―Atayevler ailəsi‖, ―Sən həmişə
mənimləsən‖, ―Məhv olmuş gündəliklər‖ kimi hər biri
səhnə sənətimizin tarixində hadisəyə çevrilən pyesleri,
―Xurşidbanu Natəvan‖ kimi tarixi dramı , ―Söyüdlü arx‖,
―Geriyə baxma, qoca‖, ―Sarıköynəklə Valehin nağılı‖
təkin çox populyar romanları həmişə ədəbi tənqidin
M.Arif, Məmməd Cəfər, Bəkir Nəbiyev, Yaşar Qarayev,
İnqilab Kərimov, Məriyəm Əlizadə, Akif Hüseynov,
İlham Rəhimli, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli,
Şirindil Alışanlı kimi tənqidçilərin, ədəbiyyatşünasların
diqqət mərkəzində olmuş, onlar bu əsərlərin bədii-estetik
məziyyətlərini
yüksək
dərəcədə
açmış
və
qiymətləndirmişlər.
Qeyd etdiyimiz kimi, İ.Əfəndiyevin yaradıcılığı
Azərbaycan ədəbi tənqidinin və sənətşünaslarının daim
diqqət mərkəzində olmuşdur. Onun həyat və yaradıcılığı
haqqında az yazılmamışdır. Ədəbi tənqid heç vaxt
İ.Əfəndiyev yaradıcılığına qarşı laqeyd olmamış və
susmamışdır. Ədibin nəşr olunan hər bir yeni kitabı, dərc
edilən təzə əsəri, tamaşaya qoyulan hər bir pyesi ədəbi
tənqid və ictimaiyyət tərəfindən maraqla qarşılanmış və
yüksək qiymətləndirilmişdir.
Dediyimiz kimi, Əkbər Ağayevin ədibin «Kənddən
məktublar» kitabına yazdığı resenziyası ilə başlanan bu
proses sonralar müvəffəqiyyətlə davam etmiş, İ.Əfən-
diyev haqqında çoxlu məqalələr, teatr tamaşalarına külli
miqdarda
resenziyalar,
kitablar,
namizədlik
dissertasiyaları yazılmışdır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
157
Bunları ümumi şəkildə təqdim edəsi olsaq filologiya
elmləri doktoru Yəhya Seyidovun İ.Əfəndiyevin həyatı
və yaradıcılığı haqqında müxtəsər oçerki bu sahədə -
monoqrafik tədqiqat ölçüsündə atılan ilk addımdır.
Bununla belə obyektiv səbəblər üzündən həmin kitabda
ədibin son 20-25 ildəki yaradıcılığı öz əksini
tapmamışdır.
Filologiya elmləri namizədi Yaqub İsmayılovun «İl-
yas Əfəndiyevin yaradıcılıq yolu» monoqrafiyası isə daha
geniş tədqiqatın nəticəsidir. Kitabın müəllifi özündən əv-
vəlki tədqiqatçıların yazıçı haqqındakı fikirlərini təkrar
etməmiş, İ.Əfəndiyevin bədii nəsri yüksək qiymətlən-
dirilərək həyat və qəhrəman, konflikt və xarakter kimi
nəzəri problemlərdən söhbət açmış, dramaturqun lirik-
psixoloji pyeslərinin təhlilinə daha çox üstünlük vermiş,
ədəbi-tənqidi görüşləri və sənətkarlıq xüsusiyyətlərini
araşdırmışdır. Təbii ki, 1991-ci ildə çap edilmiş bu ki-
tabda İ.Əfəndiyevin son illərdə yazılmış əsərləri təd-
qiqatdan kənarda qalmışdır.
Filologiya elmləri namizədi Aida Salahova isə öz
əsərində yazıçının yalnız romanlarının dil və üslub
xüsusiyyətlərindən söhbət açmışdır.
Ədibin
yaradıcılığı
haqqında
ilk
namizədlik
dissertasiyası olan H.Nəsirovun 1965-ci ildə yekunlaş-
dırdığı «İlyas Əfəndiyevin yaradıcılıq yolu» əsərində
yazıçının yalnız 60-cı illərə qədər qələmə aldığı bir neçə
əsərindən bəhs edilmiş, B.Məmmədovun «İ.Əfəndiyevin
dramaturgiyası» adlı tədqiqatı isə 1973-cü ilə qədər
yazılmış pyeslərinin təhlili ilə məhdudlaşmışdır.
Belə ki, ədibin yaradıcılığı haqqında müxtəlif səpgili
kitablar, monoqrafiyalar çap edilmiş, dissertasiyalar:
«İlyas Əfəndiyevin yaradıcılıq yolu» (Ə.T.Əfəndiyev)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
158
kimi doktorluq, «Dramaturgiyamızda psixologizm
problemi» (İlyas Əfəndiyevin yaradıcılığı əsasında (X.T.
Fərziyev), «İlyas Əfəndiyev və xalq ədəbiyyatı»
(G.V.Şükürova), «İlyas Əfəndiyevin dram əsərlərində
qəhrəmanların tipologiyası» (M.Y.Məmmədova), «İlyas
Əfəndiyevin dramaturgiyası» (B.Məmmədov), «İlyas
Əfəndiyevin dramaturji irsi və müasirlik problemi»
(S.V.Abbasova), «İlyas Əfəndiyevin dramaturgiyasında
tarixi mövzu və müasirlik» (İ.A.Ağayev), «İlyas Əfəndi-
yevin nəsrində psixologizm» (T.K.Məmmədova), «İlyas
Əfəndiyevin publisistikası» (Y.N.Qasımova), «İlyas
Əfəndiyevin tarixi dramları» (S.H.Məcidova) və s.
müdafiə edilmiş, sistemli ədəbiyyatşünaslıq sahəsi
yaranmışdır...
Biz tədiqat boyu bu adlarını çəkdiyimiz əsər və
monoqrafiyalara yeri gəldikcə münasibət bildirmiş,
istinad
etmiş,
xüsusən
G.V.Şükürovanın
―İlyas
Əfəndiyev və xalq ədəbiyyatı‖ tədqiqatından daha ətraflı
danışmışıq. İndi isə böyük yazıçı barəsində hələlik son
monumental monoqrafiya olan, onun yaradıcılığını illər
boyu ardıcıl öyrənən, tanınmış ədəbiyyatşünas, filologiya
elmlər namizədi Əmin Əfəndiyevin ―İlyas Əfəndiyevin
yaradıcılığı.‖ (-Bakı. - Elm - 2000. - 310 c.) əsərini
oxucularımıza müəyyən dərəcədə daha ətraflı təqdim
etmək istərdik.
Bu kitabda tədqiqatçı İ.Əfəndiyevin çoxsahəli
yaradıcılıq yolunu bir küll halında yenidən nəzərdən
keçirmiş, dərc olunmuş ilk mətbu əsərlərindən, birinci
məqalə, oçerk və hekayəsindən tutmuş, tamaşaya
qoyulmuş son pyesinə qədərki sənət aləmini müasir
dövrün elmi konteksti baxımından yenidən araşdırmış,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
159
yazıçının qələmindən çıxmış hekayə, povest, roman,
oçerk, məqalə və s. nümunələri ayrı-ayrı bölmə və fəsillər
daxilində təhlil edərək qiymətləndirmiş, Azərbaycan
dram teatrı səhnəsində tamaşaya qoyulmuş iyirmi pyesi
müasir Azərbaycan dramaturgiyası və teatr sənətinin
ümumi inkişafı ilə paralel bir formada, ədəbi mühitlə və
zamanla əlaqəli bir şəkildə tədqiqata cəlb etməyə
çalışmışdır. Monoqrafiya üzərində işləyərkən, bu vaxta
qədər toxunulmamış, yaxud az araşdırılmış məsələlər
üzərində daha çox dayanmağa cəhd göstərilmişdir.
Yazıçının yaradıcılığı haqqında daha geniş və tam
təsəvvür yaratmaq məqsədilə, tədqiqatçı ədibin təkcə çap
olunmuş və tamaşaya qoyulmuş əsərlərini deyil, eyni
zamanda arxiv sənədlərini, bu günə qədər nəşr edilməmiş
bir çox əlyazmalarını da nəzərdən keçirmiş, onun
tərcümeyi-halının və həyat yolunun müxtəlif səbəblərdən
indiyənə qədər gizlində qalan faktları aşkarlmış,
dəqiqləşdirmişdir.
Özü də, bir cəhət xüsusən
əhəmiyyətlidir ki, tədqiqatçı ilə yazıçı arasında demək
olar ki, dostluq əlaqələri olmuş, bir sıra prinsipial
məsələlər müzakirədən keçirilmiş, qarşılıqlı anlaşma və
razılaşma şəklində qəbul edilmişdir ki, bu da hər
tədqiqatçıya müəssər olmur...
Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı"
adlı elmi monoqrafiyasının elmi redaktoru akademik
Bəkir Nəbiyevdir.
Kitab "Giriş"dən, dörd fəsildən və "Nəticə"dən
ibarətdir.
"Giriş"də müəllif İlyas Əfəndiyevin yaradıcılığından,
onun Azərbaycan ədəbiyyatı tarixində tutduğu yerdən,
əsərin yazılma səbəblərindən bəhs edir. "Həyat yolu.
Ədəbi qaynaqlar" adlanan I fəsildə "Uşaqlıq və gənclik
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
160
illəri", "30-cu illərin ictimai-siyasi həyatı və yazıçı
taleyi", "Bakı ədəbi mühitində" mövzuları qələmə
alınmışdır.
"Bədii nəsrin uğurları" adlı II fəsil "Nəsrdə ilk
addımlar. Hekayələrdə epik və lirik səhnələr", "Povest və
romanlarında müasir həyatın inikası", "Yazıçı və tarix"
yarımfəsillərindən ibarətdir.
III
fəsil
"İlyas
Əfəndiyev dramaturgiyasının
özünəməxsusluğu" adlanır və burada "İntizar"la başlanan
yol", "Mənəvi gözəlliyin lirik-psixoloji təsviri", "Tarixi
simaların səhnə həyatı" mövzuları öz əksini tapmışdır.
Nəhayət, "Bədii-estetik görüşləri" adlı IV fəsildə
müəllif "Ədəbiyyat haqqında düşüncələr‖, "Teatr və səh-
nə problemləri", "Elm, mədəniyyət və incəsənət mə-
sələləri" mövzuları üzərində tədqiqat işi aparmışdır.
"Nəticə"də İlyas Əfəndiyevi "müasir ədəbiyyatımızın
canlı klassiki" adlandıran müəllif yazır: "Azərbaycan
xalqı öz tarixi inkişafının ayrı-ayrı mərhələlərində
ədəbiyyat və mədəniyyətimizə bir sıra görkəmli
şəxsiyyətlər bəxş etmişdir. İlyas Əfəndiyev də xalqımızın
XX əsrdə yetişdirdiyi ən işıqlı və istedadlı şəxslərindən
biridir.‖
Müəllif, dünya şöhrətli bəstəkar, xalq artisti
A.Məlikovun fikrini burada yerində təkrarlayaraq yazır:
―Xalqımız Nizami və Füzuli, M.F.Axundov və
C.Məmmədquluzadə, S.Vurğun və R.Rza, Ü.Hacıbəyov
və Y.Məmmədəliyev, Q.Qarayev və F.Əmirovla fəxr
etdiyi kimi, İlyas Əfəndiyevin yaradıcılığı ilə fərəhlənir
və qürur hissi keçirir."
Kitabın sonunda "İstifadə olunmuş ədəbiyyatın
siyahısı" verilmişdir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
161
Əmin Əfəndiyevin ―İlyas Əfəndiyevin yaradıcılığı‖
(Bakı, "Elm", 2000.) ədəbi-tənqid tərəfindən də
qiymətləndirilmişdir. (Bax: Şamil Salmanov. Dəyərli
tədqiqat. "Ədəbiyyat qəzeti", 29 sentyabr 2000; Cabbarov
S. Ədibin xatirəsi yad edildi. (Ə.Əfəndiyevin «İlyas
Əfəndiyevin yaradıcılığı» kitabının təqdimatı haqqında)
//Azərbaycan. - 2000. - 4 oktyabr və s.) Bu barədə digər
faktlara diqqət yetirək:
"Monoqrafiyada çoxsahəli yaradıcılıq yolu keçmiş
yazıçının hekayə və oçerkləri, povest və romanları, dram
əsərləri və ədəbi-tənqidi məqalələri təhlil olunmuş, eyni
zamanda onun həyat və yaradıcılığı ilə əlaqədar bu günə
qədər qaranlıq qalmış bir sıra məqamlar ilk dəfə ətraflı
şəkildə
işıqlandırılmışdır."
(Bax:
Rüstəmli
N.
"Respublika" qəzeti, 8 oktyabr 2000.)
"Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı"
kitabının bir əhəmiyyəti də ondadır ki, burada qoyulan
problemlər və konkret məsələlər təqiqatçılar üçün böyük
mövzudur." (Bax: Zümrüd Bayramova."Səs" qəzeti, 22
oktyabr 2000.)
Əmin Əfəndiyev doğru olaraq söyləyir ki, ―elmdə son
hədd, axırıncı zirvə anlayışı yoxdur və ola da bilməz.
Dünən üçün qaranlıq qalmış fikirlər bu gün açıqlanır, bu
gün üçün dərk olunmamış hadisələr sabah mütləq
aydınlaşdırılacaqdır. Heç şübhəsiz ki, İ.Əfəndiyev
haqqında dediklərimiz də son söz deyildir. Yazıçının
yaradıcılığında bizim tərəfimizdən az işıqlandırılmış
problemlər
və
konkret
məsələlər
özünün yeni
tədqiqatçılarını gözləyir.‖ (Müəllifin göstərilən əsəri,
s.287.)
Ölməz sənət nümunələri kimi Azərbaycan nəsr və
dramaturgiyası
xəzinəsini
zənginləşdirən,
yüksək
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
162
vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji
tapıntılarla zəngin olan İlyas Əfəndiyev yaradıcılığı
ədəbiyyat tariximizdə yeni bir mərhələ açdığından,
əlbəttə ki, zaman-zaman həmişə tədqiq ediləcək, öy-
rəniləcək, ədəbi-estetik fikrin diqqətində olacaqdır...
****
İlyas Əfəndiyev yaradıcılığı və şəxsiyyəti barəsində
müxtəlif
dövlət
tədbirlərində,
kitablarının
təqdimatlarında, xatirə və yubiley günlərində ədəbi
simaların,
alimlərin,
sənət
adamlarının,
dövlət
xadimlərinin çox maraqlı fikirləri, mülahizələri ilə də
qarşılaşırıq. Təssüf ki, həmişə, bir qayda olaraq bu
mülahizələr diqqətdən və tədqiqatdan kənarda qalır. Biz
bu tədbirlərdə söylənən fikirlərə xüsusi önəm verərək,
onlardan ən səciyyəvi olanlara diqqəti cəlb etmək
istərdik.
Məsələn, 2009-cu ilin iyulun 06-da Miniatür Kitab
Muzeyində
xalq
yazıçısı
İlyas
Əfəndiyevin
hekayələrindən ibarət kitabın təqdimatı olub. Rus dilində
150 nüsxə tirajla çap olunan miniatür kitabda görkəmli
yazıçının 5 hekayəsi yer alıb. Bu tədbirdə respublikanın
cox tanınmış, görkəmli ziyalıları İlyas Əfəndiyev
barəsində qiymətli fikirlər söyləyiblər. Xronikanı olduğu
kimi burada veririk:
―Tədbiri giriş sözü ilə muzeyin direktoru Zərifə
Salahova açaraq, İ.Əfəndiyevin yaradıcılığının Azər-
baycan ədəbiyyatında özünəməxsus yer tutduğunu önə
çəkib.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
163
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar İlyas
Əfəndiyevin
əsərlərinin
Azərbaycan
nəsri
və
dramaturgiyasının çox qiymətli səhifələri olduğunu
vurğulayıb. Anar bildirib ki, çap olunan miniatür kitab
İ.Əfəndiyev irsinin, Azərbaycan ədəbiyyatının rus dilində
nəşri baxımından dəyərli nümunədir.
Professor Bəkir Nəbiyev milli dramaturgiyamızda və
nəsrimizdə
lirik-psixoloji
üslubun
inkişafında
İ.Əfəndiyev yaradıcılığının xüsusi əhəmiyyətini qeyd
edib.
İ.Əfəndiyev yaradıcılığının hər zaman rəğbətlə
qarşılandığını, sevildiyini deyən xalq artisti Amaliya
Pənahova yeni kitabın gənc və gələcək nəsillər üçün
böyük töhfə olduğunu diqqətə çatdırıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
miniatür kitabın nəşrini yüksək dəyərləndirərək, ədibin
adının ədəbiyyatımız və mədəniyyətimiz tarixində əbədi
yaşayacağını söyləyib.
Yazıçı Gülrux Əlibəyli İ.Əfəndiyevin ədəbiyyatı-
mıza, milli dramaturgiyamıza yeni məzmun və forma
gətirərək, önəmli mərhələ yaratdığını qeyd edib.
Görkəmli dramaturqun milli teatrın inkişafında xüsusi
rolu olduğunu vurğulayan aktyor Əli Nur İ.Əfəndiyevin
əsərlərində cəmiyyət problemlərinin yüksək sənətkarlıqla
əks etdirildiyini dilə gətirib.
Qazaxıstanın Azərbaycandakı səfiri S.Primbetov
İ.Əfəndiyevin
pyeslərinin
onun
ölkəsində
də
səhnələşdirildiyini və maraqla qarşılandığını bildirib.
Mərhum sənətkarın oğlu, xalq yazıçısı Elçin İ.Əfən-
diyev irsinə göstərilən diqqətə görə minnətdarlığını ifadə
edərək, miniatür kitabın nəşrini ədibin biblioqrafiyasında
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
164
nadir hadisələrdən biri kimi qiymətləndirib.‖ (Bax:
AzərTac-ın xronikası.)
Bu cür informasiyalarda müxtəlif sənət adamlarının
olduqca maraqlı fikir və mülahizələri var ki, bunu
nəzərdən qaçırmaq mümkünsüzdür...
İlyas Əfəndiyevin yaradıcılıq diapozonunu və
şəxsiyyətinin monumentallığını göstərən, onun haqqında
tərtib edilən digər əsərlərdən biri də, yazıçının vəfatından
sonra nəşr edilən ―Sən həmişə bizimləsən‖ (Bakı,
"Gənclik", 1999. – 392 səh.) xatirələr kitabıdır.
Kitabı
Dilsuz və Abid Tahirli tərtib etmişlər, redaktoru Dilsuz,
nəşriyyat rekdaktou Tahirə Muxtarovadır.
Bu kitab da ədəbi-mədəni ictimaiyyət tərəfindən
böyük maraqla qarşılanıb, təqdimat mərasimi keçirilibdir.
Bu mərasimlər haqqında məlumatlarda oxuyuruq:
"1999-cu il, oktyabrın 6-da Azərbaycan Elmlər Aka-
demiyasının
Nizami
Gəncəvi
adına
Ədəbiyyat
Muzeyində sənət adamlarının, ədəbiyyatşünas və yazı-
çıların, rejissor və aktyorların unudulmaz xalq yazıçısı
İlyas Əfəndiyevin ömür yolundan, yaradıcılığından,
müasir
Azərbaycan
ədəbiyyatının
inkişa-fında
xidmətlərindən bəhs edən məqalələrinin, xatirələrinin
toplandığı "Sən həmişə bizimləsən" kitabının təqdimat
mərasimi keçirilmişdir.
"Bəstəkar Süleyman Ələsgərov öz çıxışında ("Sən
həmişə bizimləsən" kitabının təqdimat mərasimində -
tərt.) bildirdi ki, İlyas Əfəndiyev mədəniyyətimizin,
ədəbiyyatımızın üfüqündə sönməz ulduz kimi əbədi
olaraq parlayacaqdır. O, xalqın məhəbbətini qazanan,
mənalı ömür yaşamış dramaturq-yazıçı, vətəndaş kimi öz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
165
missiyasını yerinə yetirib dünyadan köçmüşdür." (Bax:
Pərvanə Sultanova. "Xalq qəzeti", 7 oktyabr 1999.)
"Sən həmişə bizimləsən" kitabı haqqında məqalə
yazmış müəlliflər görkəmli sənət adamlarının İlyas
Əfəndiyev haqqında fikirlərini nümunə gətirir və yazırlar:
"Bunlar gəlişigözəl ifadələr yox, 20 əsəri səhnədə uğurla
tamaşaya qoyulmuş, istedadlı aktyor və rejissorlar
nəslinin yetişdirilməsində misilsiz xidmətlər göstərmiş,
Azərbaycan ədəbiyyatı kimi zəngin bir xəzinədə "İlyas
Əfəndiyev məktəbi" yaratmış bir yazıçının əməyinin
tutarınca qiymətləndirilməsi üçün diqqətlə, məsuliyyətlə
seçilən sözlərdir." (Bax: Ramiz Bilalov, Mirəvəz
Rəhimov. ("Ad günü" qəzeti, noyabr 1999.)
Başqa bir məlumatda bildirilir:
― İlyas Əfəndiyevin vəfatının dördüncü ildönümü
münasibətilə görkəmli ziyalılar, mədləniyyət, elm,
incəsənət xadimləri Fəxri Xiyabanda böyük sənətkarın
məzarını ziyarət etmiş və mitinq keçirmişlər. Mitinqdə
Yazıçılar Birliyinin sədri Anar, Mədəniyyət naziri Polad
Bülbüloğlu, xalq artistləri Bəsti Cəfərova, Ramiz
Məlikov, xalq şairi Qabil, əməkdar incəsənət xadimi
Azərpaşa Nemətov, "Ədəbiyyat qəzeti"nin baş redaktoru
Ayaz Vəfalı və sonda yazıçının oğlu, xalq yazıçısı,
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin
çıxış etmişlər.
Mərasim Milli Akademik Dram Teatrında davam
etmişdir.
Hollda
İlyas
Əfəndiyevin
həyat
və
yaradıcılığından bəhs edən sərgi açılmışdır. Sonra Əmin
Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı" kitabının
təqdimatı olmuşdur. Təqdimat məclisini akademik Bəkir
Nəbiyev aparmışdır. Ədəbiyyatşünas Vaqif Arzumanlı,
teatrşünas İlham Rəhimli, Bəstəkarlar İttifaqının birinci
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
166
katibi Vasif Adıgözəlov, rejissor Ağakişi Kazımov, xalq
yazıçısı Hüseyn Abbaszadə, artistlərdən Firəngiz
Əhmədova, Zemfira Nərimanova, Əlibala Nur, Yaşar
Nuri və son olaraq Elçin çıxış etmişlər. Qabil İlyas
Əfəndiyevə həsr etdiyi şeri oxumuşdur." ( Bax: AzərTAc.
"Xalq qəzeti", 4 oktyabr 2000.)
Qeyd edək ki, ―Sən həmişə bizimləsən‖ kitabındakı
bütün xatirələr, esse və məqalələr böyük ədibin
vəfatından sonra yazılmış, ayrı-ayrı rəsmi xəbərlərlə
bərabər, məxəzləri göstərilərək nəşrə daxil edilmişdir.
Eyni zamanda bir çox xatirə və esselər məxsusi olaraq bu
kitab üçün yazılmışdır.
Kitab xalq yazıçısı Elçinin "Özümüzdən sonranın
ilkini" adlı "Ön söz əvəzi" ilə başlayır.
"Böyük itgi" adlı bölmə İlyas Əfəndiyevin vəfatı ilə
əlaqədar rəsmi materiallar, eləcə də, Əsəd Cahangirin
("Unuda bilmərik"), Gülcahan Məmmədovanın ("Həmişə
bizimlə qalacaq dramaturq"), Atabala İsmayıloğlunun
("Əbədiyyətə aparan yol"), Hüseyn Abbaszadənin ("Bu
inamla bizdən ayrıldı"), Anarın ("Yeri görünəcək"),
Amalya Pənahovanın ("Siz həmişə bizimləsiz"), Polad
Bülbüloğlunun ("Siz həmişə bizimləsiz"), Səyavuş
Məmmədzadənin ("Ustadın xatirəsinə" -- rus dilində),
Maarif Soltanın ("Vida sözü əvəzi") müxtəlif mətbuat
orqanlarında çap olunmuş vida sözləri, Ramiz Heydərin
("Canlı bir heykəldin"), Ramiz Məmmədzadənin
("Məhəmməd oğlu İlyas"-- Azərbaycan və rus dillərində),
Əjdər Qiyaslının ("İftixarısan"), Bəşir Kəsərlinin ("Xoş
gələcəkdi") şerləri, başsağlığı teleqramları haqqında
məlumat ("Dərin hüznlə"), Azərbaycan Yazıçılar
Birliyinin
Moskvada
nəşr
olunan "Literaturnaya
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
167
qazeta"da çap etdirdikləri "Vida sözü" və İlyas
Əfəndiyevin ailəsinin məktubu daxil edilmişdir.
"Çox dəyərli, xalqımız üçün lazımlı əsər" bölməsində
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Milli Dram Teatrında İlyas Əfəndiyevin "Hökmdar və
qızı" tamaşasına baxması haqqında AzərTAc- ın geniş
rəsmi məlumatı, eləcə də Svetlana Mirzəyevanın bu
münasibətlə rus dilində yazdığı məqalə öz əksini
tapmışdır.
Üçüncü bölmə "Mətbuatdan sətirlər" adlanır və sal-
namə xarakterli bu bölmədə vəfatından sonra mətbuatda
İlyas Əfəndiyev haqqında gedən yazılardan seçmələr
verilir.
"İlyas Əfəndiyev yaşayır" adlı dördüncü bölmədə
Mirvarid Dilbazinin ("Unudulmaz sənətkar"), Tofiq
Quliyevin ("Hər şeyin təzəsi, dostun köhnəsi"), Qılman
İlkinin ("Kövrək xatirələr"), Kamal Talıbzadənin
("Məhəbbətin
tərənnümü"),
Əziz
Mirəhmədovun
("Sənətlə sehrlənmiş ədib"), Əzizə Cəfərzadənin ("Uzaq
xatirə"; "Dost düşüncələri"), Bəxtiyar Vahabzadənin
("İlyas
Əfəndiyevi
xatırlayarkən"),
Ələviyyə
Babayevanın ("Geriyə baxmaya bilərəmmi?"), Leyla
Bədirbəylinin
("Mənalı
ömür"), Tahir Salahovun
("Düşündürən dramaturq"), Nəbi Xəzrinin ("Əziz,
mehriban dostum"), Hüseyn Abbaszadənin ("Qartal
yüksəklərə uçur"), Qabilin ("Sən ey qadir məhəbbət"),
Süleyman Ələsgərovun ("Görkəmli yazıçı, dahi
dramaturq"), Kamran Hüseynovun ("Mahir söz zərgəri"),
Bəkir Nəbiyevin ("Ruhunuz şad olsun, patriarx!"), Sofa
Bəsirzadənin
("Unudulmaz
xatirələr"),
Fərəməz
Maqsudovun ("Gələcəkdən gəlmiş adam"), Cabir
Novruzun
("İlyas
Əfəndiyev
itgisi"),
Polad
|