Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə42/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   38   39   40   41   42   43   44   45   ...   80

B EHB UDOV  Səlim  bəy  (?-? )-  Azə rbaycan  Xalq   Cü mhuriyyətinin  Türkiyəyə  göndərdiyi  (1918,  iyul)  ma liyyə  

missiyasının  üzvü.  Pul  nişanlarının  çatış mazlığ ı  səbəbindən  İstanbulda  Azərbaycan  Hökuməti  bonların ı  sifariş  etmək  və 

Osmanlı dövlətindən borc pul almaq  məqsədilə  Əsəd bəy Rüstəmbəyovla birlikdə İstanbula ezam edilmişdir. On lar  Tələt 

paşa  və  Ənvər  paşanın  simasında  Osman lı  dövləti  ilə  danışıqlar  aparmışlar.  1918  il  sentyabrın  16-da  Azərbaycan  Xalq  

Cü mhuriyyəti Xarici İşlər Nazirliyin in səlahiyyətli nü mayəndəsi kimi Os manlı höku mətinin  Hicaz və hərb i dəmir yolları 

və limanları  Baş idarəsinin  rəisi Fe riq İs mayıl Ha kkı paşa ilə ticarət  müqaviləsi və saziş imza la mışdır. Müqavilələ ri Sə lim 

bəy,  Əsəd  Rüstəmbəyov  və  Məhəmməd  Əmin  Rəsulzadə  imza la mışlar.  Behbudov  daha  sonra  Əlimərdan  bəy 

Topçubaşovun İstanbuldakı mis- 

 

 

 



 

 


274 

 

siyası tərkib ində fəaliyyət göstərmiş, 1919 ilin yanvarında Bakıya qayıtmışdır. 



 

Əd.: 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , Б., 1998;

 

 

BERKER (N o v r u z o v) Cahangir Hüseyn oğlu (1894, Ba kı - 17.7.1958, Ba rnova) - Türkiyə o rdusunun generalı. 

Azərbaycan  ordusunun  süvari  diviziyasının  ko mandiri  Tey mur  bəy  Novruzovun  nəslindəndir  (ba x  Novruzov  Cahangir 

Hüseyn oğlu). 

BEġĠNCĠ HÖKUMƏT KABĠNƏS Ġ, A z ə r b a y c a n  X a l q  C ü m h u r i y y ə t i n  i n  b e ş in c i  h ö k u m ə 

t k a  b i n ə s i  - A zərbaycan Xa lq  Cü mhuriyyətinin  5-c i  Höku mət  kab inəsinin tərkibi.  1919  il dekabrın  22-də A zərbaycan 

Parla mentinin  108-c i  ic lasında  Nəsib  bəy  Yusifbəyli  ö zünün  2-ci,  Cü mhuriyyətin  isə  sayca  5-ci  hökumət inin  tərkibin i 

mü zakirəyə  təqdim  etdi.  5-ci  höku mət  kab inəsinin  ü zvləri  Parlamentə  sədrlik  edən  Həsən  bəy  Ağayev  tərəfindən  elan  

olundu: Nəsib bəy Yusi fbəyli - Na zirlər Şurasının  sədri, Sə məd bəy Meh mandarov - hərbi nazir, Fətəli xan Xoysk i — xa ric i 

işlər naziri, Məmməd  Həsən Hacınski - daxili işlər naziri,  Xəlil bəy Xasməmmədov  - əd liyyə naziri,  Xudadat bəy Məlik-



Aslanov - yollar na ziri, eyni  za manda  müvəqqəti olaraq tica rət və sənaye naziri, Heybətqulu bəy Mahmudbəyov — dövlət 

nəzarəti na ziri, Musa bəy Rəfiyev - səhiyyə və himayədarlıq naziri, Hə mid bəy Şahtaxtinsk i - maarif və dini et iqad naziri, 

Rəşid  xan  Qaplanov  -  maliyyə  naziri,  Əh məd  bəy  Pepinov  —  əkinçilik  və  ə mək  naziri,  Ca mo   bəy  Hacınsk i  -  poçt  və 

teleqraf naziri. Göstərilən şə xslərin na mizəd liyi və Höku mətin gələcə k fəaliyyətinə aid məsələlər Pa rla ment in ayrı-ayrı frak-

siyaların ın  nü mayəndələri tərəfindən geniş müzakirə ed ilərək bəyənildi. 

1920  ilin  fevral-mart  ayla rında  Nəsib  bəy  Yusifbəylinin  Höku mət ində  bəzi  dəyişikliklə r  olundu;  fevralın  18-də  

Məmməd  Həsən Hac ınski tica rət, sənaye və ərzaq naziri, onun  müavini Mustafa bəy  Və kilov  isə da xili işlər na ziri təyin  

edildi. Martın 3-də maarif və din i etiqad naziri Həmid bəy Şahtaxtinskin i onun müavini Nu rməmməd  bəy Şahsuvarov əvəz 

etdi. 

1920  il  martın  30-da  Höku mət  böhranı  nəticəsində  Nəsib  bəy  Yusifbəylinin  5-ci  Hö ku mət  kabinəsi  istefa  verdi. 



Yeni  Hö ku mətin  təşkili  Məmməd  Həsən  Hacınskiyə  tapşırıldı.  Bu  işdə  yolverilməz  lənglik  nü mayiş  etdirən  Məmməd  

Həsən Hacınskin in yeni Hö ku məti formalaşdırmaq məqsədilə  atdığı gecikmiş addımlar hakimiyyət böhranını dərinləşdird i. 

Yaran mış  daxili  mü rəkkəb  vəziyyətdə  xarici  qüvvələr  də  fəallaşdı,  11  -ci  Qırmızı  ordunun  müdaxiləsi  nəticəsində 

Azərbaycan Xalq Cü mhuriyyəti süqut etdi (ba x Azərbaycan Xalq Cümhuriyyəti Hök uməti məqaləsinə). 



BEġĠNCĠ  QAFQAZ  FĠRQƏS Ġ  (diviziyası)  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  Os manlı  imperiyası  arasında 

Batu m  müqaviləsinə  (1918  il,  4  iyun)  əsasən  hərbi  yardım  üçün  Azərbaycana  göndərilmiş  türk  hərbi  birləşməsi.  1918  il 

may ın  25-də  Gəncəyə  gələn  Nuru  paşa  dərhal  hiss  etdi  ki,  azərbaycanlılardan  və  türk  qoşunlarından  ibarət  olması 

planlaşdırılmış  Qafqaz  İslam  Ordusunun təşkili  çətin  olacaq  və  ço x  vaxt  aparacaqdır.  Lakin  Azərbaycanın  düşdüyü  ağır 

vəziyyət xilaskarlıq ə mə liyyatlarının tezliklə  başlanmasını tə ləb edird i. Buna görə də Nuru paşa 3-cü ordunun koman- 

 

 



 

 

 



275 

 

danı  Mehmet  Vehib  paşadan  təcili  olaraq  yüksək  döyüş  hazırlığına  malik  bir 



qoşun birləşməsinin göndərilməsini istədi. Vehib paşa da, öz növbəsində, hərbi 

nazir  Ənvər  paşaya  2  iyun  1918  il  tarixli  teleqramında bildirdi  ki,  Azərbaycan 

Hökuməti  ondan  bolşevik  təcavüzünə  qarşı  mübarizə  üçün  yardım  istəyir. 

Beləliklə, bu vaxtadək şanlı döyüş yolu keçmiş, böyük döyüş təcrübəsinə malik 

5-c i  Qafqa z  firqəsinin   albay  Mürs əl  bəyin  ko mandası  alt ında  təcili  olaraq 

Azərbaycana  göndərilməsi  qərara  alındı.  Qərargah  rəisi  minbaşı  (mayor) 

Rüşdü bəy idi. 

Azərbaycana  gəlmək  üçün  daha  münasib  olan  Gürcüstan  ərazisi 

almanların  nəzarəti  altında  olduğundan  diviziya  Batum-Artvin-Ərdəhan-

Qarakilsə-Dilican  yolu  ilə  Qazaxa  doğru hərəkət etdi.  Azərbaycan sərhədlərini 

birinci minbaşı Zehni bəyin komandir olduğu 2-ci süvari alayı və minbaşı Cəmil 

Cahid  bəyin  komandir  olduğu  9-cu  Qafqaz  piyada  alayı  keçdi.  2-ci  süvari 

alayının  1918  il  iyunun  6-da,  9-cu  piyada  alayının  isə  iyunun  7-də  Qazaxda 

qarşılanma  mərasimi  oldu.  5-ci  Qafqaz  diviziyasının  tərkibinə,  əlavə  olaraq, 

qaimməqam (podpolkovnik) Osman bəyin komandir olduğu 10-cu Qafqaz piyada 

alayı, qaimməqam Əhməd Rza bəyin komandir olduğu 13-cü Qafqaz piyada alayı, 

minbaşı  Abdulla  bəyin  komandir  olduğu  5-ci  Qafqaz  topçu  alayı,  istehkam 

bölüyü,  teleqraf  taqımı,  səhiyyə  bölüyü  və  digər  yardımçı  bölmələr  daxil  idi. 

Diviziyada  330  zabit  və  7403  əsgər,  həmçinin  1939  baş  heyvan  var  idi. 

Əsgərlərdən 5277-si döyüş hissələrində, 2126-sı isə qeyri-döyüş hissə və bölmələrində xid mət edirdilər. 5-ci firqənin sıralarının 

daha da  möhkəmləndirilməsi  və  onun  alaylarının  tərkibinə  verilmişdi.  Div iziyanın  hissələri  Gəncədən  başlayaraq,  Ba kıya  

qədər davam edən döyüşlərdə iştira k et mişdilər. 

1918 ü iyunun 18-də div iziyanın  10-cu p iyada alay ı erməni-daşnak qüvvələrinə qarşı döyüşlərdə ilk itkilərə məru z 

qalsa  da,  qüvvələri  səfərbər  et mə klə,  q ısa  müddətdə  Bakıya  qədər  uğurlu  döyüşlər  apardı.  Qara mə ryə mdən  başlayaraq, 

Bakıya qədər A zərbaycan torpaqlarının bo lşevik və daşnak qüvvələrindən təmizlən məsin in, Nuru paşanın döyüş planlarının  

reallaşdırılmasın ın əsas ağırlığı bu div iziyanın  üstünə düşmüşdü. Qafqaz İslam Ordusu ko mandanı Nu ru paşa bir neçə dəfə 

bu  diviziyanın  döyüş  mövqelərində  olmuş,  onun  əsgər  və  zabitlərin i  qələbəyə  ruhlandırmaqla  bərabər,  bu  div iziyanın  

Bakıya doğru uğurlu  yürüşünün Həbib bəy Səlimovun başçılığı  ilə  Gəncə-Bakı dəmir yolu boyunca hərəkət edən  Cənub 

qrupunun fəaliyyəti ilə  uzlaşdırılması üçün zə ruri addımla r at mışdı. 1918 il sentyabrın 14-də Bakı uğrunda döyüşdə də 5-c i 

Qafqa z div iziyası əsas zərbə qüvvəsi id i. Diviziyanın ə mə liyyat tabeliyinə verilmiş h issələr şəhərə birinci da xil o lmuşdular. 

Bakı azad edildikdən sonra Azərbaycan ordusunun formalaşdırılmasın ı sürətləndirmək üçün diviziyanın  9-cu p iyada alayı 

1-c i, 10-cu piyada a layı is ə 2-ci A zərbaycan piyada diviziyasının tərkibinə da xil ed ild i. 



Mudros  barışığının  (1918)  şərtlərinə  əsasən,  diviziya  1918  il  noyabrın  ortalarından  etibarən  Azərbaycanı  tərk      

etməyə başladı.  20 əsrin 30-cu  illə rində Türkiyədə soyadlarının tətbiqi  ilə bağlı o laraq div iziyanın  ko mandiri Mürs əl paşa 

Bakı soyadını qəbul etmişdi (bax Bakı Mürsəl paşa). 

 

 Əd



.:    Süleymanov  M .,  Nuru  paşa,  B.,  2000;  Böyük  harpte  Baku  yollarında  5.  Kafkaz  Piyade  firkası.  93  saylı  Askeri 

Mecmuanın tarih kısmı, İstanbul, 1936; Birinci dünya harbinde türk harbi Kafkaz cephesi 3-cü ordu harekatı, c.2, Ankara, 1993; Yüceer 

Nasir, Birinci dünya savaşında Osmanlı ordusunun Azerbaycan ve Dağıstan harekatı, Ankara, 1996



 



"BEġLƏR DĠKTATURASI" - bax Muğan Müvəqqəti hərbi diktaturası. 

 

BƏDRĠ  S EYĠDZADƏ,   B ə d r ə d  d i n   K ə r b ə l a y  ı  M i r c a v  a d   o ğ  l u  S   e y id za d ə  (1882,Bakının  

Keşlək  k.-    11.1945)  -  A zərbaycan  şairi.  İlk  təhsilin i  kənd  məktəbində,  sonra  mədrəsədə  almışdır.  "Seyid"  təxəllüsü  ilə 

şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş,  klassik poeziya

 

ilə tanış et mişdir.  Bədri Sey idzadə  1909  ildə "Nəşri-



maa rif‖in  darülmüəllimində  təhsilini  davam  etdirmişdir.  1910-cu  illə rdən  başlayaraq,  "Tuti",  "Övraq i-nəfisə",  "Məzəli", 

"Babayi-Əmir"  məc muə lərində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlə r çap etdirmişdir.  Şeirlərində 

("Bizə  nə!..", "Şükür,  xudaya" və s.) Sabir satirala rın ın  ideya və bədii  xüsusiyyətlərindən bacarıqla bəhrə lən mişdir.  Bədri 

Seyidzadə  əru zun  mü xtə lif bəhrlərində qə zəl,  mü xə mməs, tərkibbənd və s. ya zmış,  Niza mi,  Sədi və  Füzu lidən tə xmislə r 

etmişdir. 

1918  ildə  Azərbaycanda  milli  istiqlal  hərə katının  qələbəsindən  sonra  Bədri  Sey idzadənin  yaradıc ılığ ında  sosial-

demokratiya  idealların ı  tərənnü m  edən  poetik  nü munələrə  rast  gəlinir.  Dövrün  poeziyasında  olduğu  kimi,  şairin  

yaradıcılığ ında da a zad  Vətən,  müstəqillik  rə mzi o lan üçrəngli  milli bayrağın tərənnü mü  mühü m yer tutur. Şa ir " Vətən" 

("Azərbaycan" qəzeti, 1919,  7 avqust) şerində də vətəni yüksəkdə duran və əbədiyyətədək en məyəcək bayraqlı bir d iyar 

kimi vəsf etmişdir. 



 

 

 

 

 

 

 

 

276 

 

Əd.: 

Qasımova E., Bədri Seyidzadə, "Bakı" qəzeti, 1978, 14 mart.

 

 



"BƏSĠRƏT"  -  Bakıda Azərbaycan dilində nəşr edilmiş, həftəlik və bayram günlərində dərc olunmuş siyasi, icti-

ma i, iqtisadi və ədəbi qəzet. İlk sayı 1914 il apre lin 12-də, son sayı 1920 il mayın 15-də ç ıxmışdır. 1918 ilin  ma rt-sentyabr 

aylarında nəşr ed ilməmişdir. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə nəşri bərpa olun muş, üç nö mrəsi sovet hakimiyyəti 

dövründə  (cəmi  286  nömrə)  çıxmışd ır.  Baş  redaktoru  Hacı  İbrah im  Qasımov,  naşiri  Qu lamrza  Şərifzadə  idi.  Əsas 

müəllifləri Məhəmməd Əmin  Rəsulzadə, Nəriman  Nərimanov, Mirzəbala Məmməd zadə, Məhənıməd Hadi, Səməd Mənsur, 

Mustafa  bəy  Əlibəyov,  Məmməd  Sadıq  A xundov,  Hacı  İbrahim  Qasımov,  Xə lil  İbrahim,  Əlabbas  Müznib,  M.Muradzadə, 

H.Qasımzadə və b. olmuşlar. 

"Bəsirət‖in  mövzu dairəsi geniş idi.  Burada 20 əsrin  

10-cu  illərinin  mühü m  hadis ələ ri  əksin i  tap mış,  xüsusilə 

bolşevik-daşnakların  müsəlman -türk  əhalisinə  qarşı  1918  il 

mart  qırğını  zamanı  törətdikləri  görünməmiş  cinayət  və vəh-

şiliklər haqqında məlu matlar verilmiş, bu yazılarda Şau myan 

mart  qırğ ınlarının  " məşhur  qəhrəmanı"  adlandırılmışdır. 

1918-20  illərdə  çıxan  bu  yeganə  müstəqil,  bitərəf  qə zetin  

səhifələrində Azərbaycan Xa lq Cü mhuriyyətinin fəa liyyətinin 

təsviri  geniş  işıqlandırılırdı.  " Yen i  kabinet  və  ondan  nə 

gözləyirik?",  "Milliləş mək",  "Azərbaycan  parlamanında", 

"Hökumət  yapacaqmı?",  "Kəndlilərimizin  halı"   kimi 

məqa lələ rdə,  "Həftəbecər"  başlıqlı 

felyetonlarda  milli 

Höku mətin  fəaliyyəti  mü xtəlif  istiqamətlərdən  təhlil 

olunmuşdur. 

"Bəsirət"də Azərbaycan qəzalarında vəziyyət, Rusiya, İran, Türkiyə,  Gürcüstan və Ermənistanda baş verən siyasi 

proseslər, Bakının mədəni həyatı ilə  bağlı yazılar dərc  olun muşdur. 



 

Əd.: 

M əmmədzadə M ., Azərbaycan türk mətbuatı, B.,1922; Axundov N., Azərbaycan dövri mətbuatı (1832-1920), B., 1987. 



 

BIÇ L.L. - sağ menşevik. " Yedinstvo" təşkilatının ü zvü. Fevral inqilabı ərəfəsində Bakı şəhər rəisi olmuşdur. 

Fevral  inqilabından (1917) sonra o,  Bakı şəhər duması adından vurduğu teleqramda yeni höku məti salamlayaraq      

bildirirdi  ki,  Bakıda  bu  münasibətlə  bir  günlük  təbrik  tətili  keçirilmişdir.  Bıç  1917  il  martın  5-də  Müvəqqəti  hökumətin  

Bakıda  yaratdığ ı  İctimai  Təşkilatların  İcraiyyə  Ko mitəsinin  sədri  o lmuşdur.  1917  ilin  payızında  Kuban  vilayətində 

bolşeviklərə qarşı  mübarizədə fəal  iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş,  ilk 

Kuban hökumətinin başçısı seçilmişdir. 1919 ildə Paris sülh konfransında Kuban Respublikası nü mayəndə 'heyətinin başçısı 

kimi iştirak etmiş, keçmiş Rusiya imperiyası ərazisində yaran mış yeni dövlətlərin nü mayəndələri ilə birlikdə həm bolşevik 

hakimiyyətinə, hə m də Denikinin Rusiya imperiyasını bərpa et mə k cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparmışdır. 



BĠÇERAXOV  Lazar  Fyodoroviç  (1882-1934  ildən  sonra)  -  çar  ordusunda  kazak  qoşunları  polkovniki.  Milliy -

yətcə  osetindir.  Birinci  dünya  müharibəsi  (1914-18)  dövründə  İranın  şima lında  hərbi  ə məliyyat  aparan  Rusiya  qoşunları 

tərkib indəki  ka zak dəstəsinin ko mandiri o lmuşdur. Oktyabr çevrilişindən (1917) sonra ingilis ko mandanlığı  Biçe ra xovun 

tabeliyində olan  1500 nəfərlik  ka zak dəstəsindən Bakını ə lə  keçirmə k üçün istifadə et mə k qəra rına  gəldi.  Böyük  məbləğ  

müqabilində  buna  razılıq   verən  Biçeraxov  1918  il  iyunun  27-28-də  ingilis  generalı  Denstervillə  Bakıya  hücum  p lanını 

mü zakirə  etmişdi.  Plana  əsasən,  Biçeraxov  Şau myanın  başçılıq  etdiyi  Bakı  Xalq  Komissarları  Sovetinə  (BXKS) 

müraciətində  Bakını  türk  qoşunlarından  qorumaq  üçün  öz  dəstəsinin  sovet  qoşunları  tərkib inə  daxil  olun ması  təklifin i 

vermişdi.  Bolşeviklərə nifrət etməsinə və Qafqazda sovet hakimiyyətini devirmək  istəməsinə baxmayaraq,  Biçeraxov türk 

qoşunlarının  Bakıya girməsinə də mane olmağa çalışırd ı.  Hətta öz sədaqətini sübut etmək üçün o, ingilislərin bir sıra g izli 

planları barədə Bakı Sovetinə məlu matlar da vermişdi. 



Qafqaz İsla m Ordusuna qarşı döyüşlərdə məğlubiyyət qarşısında qalan BXKS  Biçeraxovun yardımından istifadə 

etməyə  ra zılıq verdi.  Lakin  1918 il  iyulun sonunda Qafqaz İsla m  Ordusuna qarşı h ərbi ə mə liyyatların  ü midsiz o lduğunu 

görən  Biçeraxov  cəbhə  xəttini  tərk  edərək,  öz  dəstəsi  ilə  birlikdə  Dağıstana  keçmiş,  Petrovsk-Po rt  (Mahaçqala)  şəhərini 

tutmuş, A.Denikinlə əlaqə yaratmışdı. 

Biçeraxov  Bakıdakı  Erməni Milli  Şurasının, "Daşnaksutyun" partiyasının liderləri  ilə də sıx əlaqə saxlayırdı.  Qaf-

qazda hərbi d iktatura yarat maq  istəyən Biçera xovun əsl  məqsədi  Rusiyanın 1914  il hüdudlarında bərpasına kö mə k et mə k 

idi.  Biçeraxovun 1918  ilin noyabrında müttəfiq qoşunları  ilə bir vaxtda yenidən Bakıya gəlişindən ruhlanan rus və erməni 

milli şuraları A zərbaycan Xalq Cü mhuriyyətinin  devrilməsi və Biçeraxovun başçılıq etdiy i Xəzəryanı höku mət yaradılması 

barədə  qərar  ç ıxa rdılar.  Art ıq  ingilis  ordusunun  general-mayoru  rütbəsində  Bakıya  qayıdan  Biçe ra xov  əhali  içə risinə  

aeroplandan  bəyannamələ r  səpdirmiş  və   onları  "Qafqa zın   rus  dəniz  və   quru  qüvvələrin in  baş  ko mandanı"  kimi 

imzalamışdı. 


277 

 

Böyük  Britaniya höku mətin in  Biçeraxova  münasibəti antibolşevizm siyasətilə bağlı  idi.  Bu  baxımdan  Biçeraxo -



vun  Xəzə r  hövzəsi  regionunda  sərbəst  fəaliyyəti,  xüsusən,  1919  ilin  yanvarında  onun  başçılığı  ilə  "Qa fqaz  –  Xəzə r 

Höku məti"nin  yaradılması  B.Britaniya  hökuməti  tərəfindən  cavabsız  qalmadı.  Bu  dəfə  ingilislər  Biçeraxovun  dəstəsinin 

tərksilah  o lunmasına  ça lışdılar.  Odur  ki,  Biçe ra xov  Böyük  Britaniya  kra liçası  tə rəfindən  qəbul  və  təltif  ed ilmək  adı  ilə  

Londona çağırıldı. 

Be ləliklə, Biçe ra xov 1919 ildə İngiltərəyə mühacirət et məyə məcbur o ldu. 

 

Əd.: 

Azərbaycan tarixi, 7  cildd ə, c. 5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq  münasibətlər sistemind ə (1918-1920-ci 

illər),  B.,  1993;  Юсифзаде  С.З.,  Первая Азербайджанская  Республикак:  история,  события, факты англо-  азербайджанских  отношений, 

Б.,1998. 



BĠÇERAXOV  ORDUS U  -  Birinci  dünya  müharibəsində  (1914-18)  çar  Rusiyasının  İran  ərazisində  hərbi  əmə-

liyyat  aparan  ka zak  dəstəsi.  Oktyabr  çevrilişi  ilə  ə laqədar  olaraq,  1918  ildə  bura xılmışdır.  İrandakı  ingilis  hərbi  qüv-

vələrin in  ko mandanlığ ı  polkovnik  L.Biçera xovun  başçılıq  etdiyi  1500  nəfərlik  ka za k  dəstəsindən  öz  mənafeyinə  istifadə  

etmə k qəra rına gə ldi. Biçera xov genera l Denstervillə gizli ra zılığa gələ rək, Ba kı Xa lq Ko missarları Sovetinə mü raciət edib, 

türk  qoşunlarına  qarşı  b irgə  əməliyyat  aparmağa  hazır  olduğunu  bildirdi.  Bakı  Xalq  Ko missarları  Soveti  Biçeraxovun 

qüvvəsindən  istifadə  etməyə  razılıq  verdi.  Biçera xovun  dəstəsi  1918  il  iyulun  5-də  Ələt  stansiyası  yaxınlığında  sahilə 

çıxarıldı. İyulun 7-də Bakı  müdafiə  xəttinin sağ cinahının komandanlığını qəbul edən Biçeraxov iyulun 30-da məğlubiyyətin 

labüd olduğunu görərək, dəstəsini cəbhə xəttindən çıxarıb Po rt-Petrovsk istiqamətində şimala çəkildi. 

1918  il  noyabrın  17-də  ingilis  qoşunları  ilə  bir  vaxtda  Biçeraxovun  hərbi  dəstəsi  də  Bakıya  daxil  oldu.  Şəhərin  

xristian əhalisi onu böyük rəğbətlə qarşıladı. Bu  dəfə onun hərbi qüvvəsinin əksəriyyəti ermən ilə rdən ibarət idi. Buna görə  

də həmin azğ ınlaş mış dəstə Bakıda özünün qəddarlığı ilə fərqlənir, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini də  

təhqir edirdilər.  Biçe ra xovun dəstəsi Denikinin Könüllü ordusu komandanlığına tabe idi. Odur  ki, ingilis ko mandanlığı bu 

dəstənin Bakıdan çıxarılması, hə mç inin onlara  meylli ermən i hərbi hissələrin in tərksilah edilməsi barədə Azərbaycan Xalq  

Cü mhuriyyəti  Höku mətinin  notasını  dəstəklədi.  General  Biçeraxov  təltif  o lun maq  adı  ilə  Londona  dəvət  olundu  və  onu 

əvəz  edən  general  Erdeliyə  1919  il  fevralın   28-də  öz  qoşunlarını  24  saat  ərzində  A zərbaycan  ərazisindən  çıxarmaq  

haqqında ultimatu m verildi. Bununla Azərbaycan Xalq Cü mhuriyyəti Höku mətinin tələb i yerinə yetirild i. 



 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə,  c.5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci 

illər),  B.,  1993;  Юсифзаде  С.З.,  Первая Азербайджанская  Республикак:  история,  события, факты англо-  азербайджанских  отношений, 

Б.,1998. 



BĠNƏQƏDĠ DÖYÜġ Ü - Bakın ı azad etməyə gələn Qafqaz İslam Ordusunun şəhər ətrafındakı strateji əhəmiyyətli 

mövqeləri  ələ  keçirmək  üçün  1918  il  avqustun  26-31  -də  Binəqədi  ətrafında  keçirdiy i  hərb i  əməliyyat.  Məqsəd  ingilis  - 

"Sentrokaspi" hərbi qüvvələrinə  zərbə endirməklə  onları şəhərə doğru sıxışdırmaq,  Ba kının a zad olun ması üçün həlledic i 

hücum ərəfəsində əlverişli mövqelər ələ keçirmək id i. 

Şərq cəbhəsi komandanı Mürsəl paşanın əmrinə əsasən bu döyüşü Osman bəyin rəhbərliyi altında olan şimal qru -

punun  qüvvələri  aparmalı  idi.  Döyüşdə  Beşinci  Qafqaz  firqəsinin  (diviziyasının)  10-cu  və  13-cü  piyada  alayları,  əsasən, 

Azərbaycan süvarilərindən və könüllülərindən təşkil olun muş Maştağa dəstəsi, 5-ci  Qafqa z firqəsinin ə mə liyyat tabeliyinə  

verilmiş  38-ci  p iyada  alayının  bölmələri  və  digər  bölmələr,  qarşı  tərəfdən  isə  ingilislərin  Şimali  Stafford  alayının  bir 

bölüyü,  Varvik  taborunun  bir  bölüyü,  Uorçester  alay ının  bir  bölüyü,  Biçeraxovun  dağ  döyüş  sahəsi  adlandırılan  

mövqelərdəki  nümunəvi  alayın ın  iki  bölüyü,  ingilis  qüvvələrinin  b ir  bölüyü,  "Sentrokaspi"  qüvvələrinin  4-cü  və  5-ci 

taborları, bir y ığ ma bölü k, 6 ədəd topu olan 3 top taqımı, 6 topu olan ingilis batareyası, bir ədəd zireh li avtomobil, Maştağa 

istiqamət indəki  mövqelə rdən 7 ədəd pulemyotu olan 20-c i tabor, 7-ci taborun iki bölüyü, Keşlə dəstəsinin bir bölüyü, 6-c ı 

səhra  batareyasının  4  topu,  ingilislərin  üç  pule myotu,  bir  süvari  bölüyü  v ə  iki  zirehli  avto mobili  iştira k  ed ird i. 

"Sentrokaspi" - ingilis ko mandanlığ ı bir a lay və iki tabordan ibarət ehtiyat qüvvəsi də yaratmışdı. Döyüş, əsasən, 311,  364 

nömrəli təpələrin və Binəqədi yüksəkliyinin ətrafında baş verdi. Avqustun 26-da başlanan döyüşdə 13-cü piyada alayı  364 

nömrəli təpəni ələ  keçirərək, "Sentrokaspi" —  ingilis qüvvələrini geri çəkilməyə  məcbur etdi.  311 nömrəli təpəni  isə ələ 

keçirmək  mü mkün  olmadı.  Avqustun  27-də  "Sentrokaspi"  -  ingilis  qüvvələri  364  nömrəli  təpəni  geri  qaytarmağa  cəhd 

göstərdilər:  ingilis qüvvələri hücuma  keçərək, Maştağa dəstəsinin və 13-cü alayın   mövqelərini aramsız atəşə tutdu, 10-cu  

alayın  mövqeləri  "Sentrokaspi"  təyyarələri  tərəfindən  bombard man  ed ild i,  hərbi  gəmilər  isə  Abşeron  yarımadasının  

şimalında mövqe tutaraq, "Sentrokaspi" qüvvələrin i müdafiə etməyə çalışdılar. 

Azərbaycan süvarilə rin in və könüllü lərinin ço xluq təşkil etdiyi Maştağa dəstəsi döyüşlərin ən qaynar yerində idi. 

Qaimməqa m  Həsən  bəyin  rəhbərliy i  a ltında  o lan  bu  dəstə  düşmən  təyyarələrindən  bombard man   edilməsinə,  dənizdə  

dayanan  gəmilə rdən  top  atəşinə  tutulmasına  ba xmaya raq,  döyüş  mövqeyind ən  geri  çəkilmədi.  Avqustun  30-da  Nasoslu 

yaxınlığında  "Sentrokaspi"  gəmilərindən  quruya  çıxarılmış  desant  Qafqaz  İslam  Ordusu  qüvvələrinə  arxadan  zərbə 

vurmağa  cəhd  göstərdi.  Lakin  364  nömrəli  təpəni  geri  qaytara  bilmədi.  Qafqaz  İslam  Ordusu  komandanlığı  Bakı 

ətrafındakı qüvvələri yenidən qruplaşdıraraq, avqustun 31 -də 311 nö mrəli təpə üzərinə yenidən hücuma keçdi. 

"Sentrokaspi"  -  ingilis  qüvvələri  bu  təpəni,  həmç inin,  bütünlükdə  Binəqədi  yüksəkliklərini  qoruyub saxlaya  bil-

məd ilə r və itki verə rək geri çəkildilər. Qa fqaz İsla m Ordusunun hissə və bölmələ ri Binəqədi ətra fındakı mövqelə rdən əlavə, 

Digah  və  Məhə mməd i  kəndlərini  də  ə lə  keçirdilər.  Binəqədi-Digah  xətti  ü zrə  mühü m  mövqelərin  itirilməsi  oyuncaq 

"Sentrokaspi diktaturası"nın süqutunu sürətləndirdi.  

 

 


278 

 

General  Denstervil  döyüşdən  sonra  bəyan  etdi  ki,  yer  üzərində  heç  bir  qüvvə  Bakını  türklərdən  ala  bilməz.  Be lə liklə, 



Bakın ın  şimalında  olan  "Sentrokaspi"  -  ingilis  qüvvələri  Biləcəri  yüksəkliyinə  qədər  geri  sıxışdırıldı  və  Bakın ın  azad  

olunması uğrunda həlled ici hücumun təşkili üçün əlverişli mövqelər ələ keçirildi. 



 

Əd

.: Süleymanov M ., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999; Rüştü, Büyük harpte Baku yollarında Ş.Kafkas piyade 

fırkası. 93 saylı Askeri mecmuanın tarih kısmı, 1934;  Yüceer N., Birinci dünya  savaşında Osmanlı ordusunun Azerbaycan və Dağıstan 

harekatı, Ankara, 1996. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin