Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə43/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   39   40   41   42   43   44   45   46   ...   80

 

BĠR  MAY  NÜMAYĠġ Ġ  (1919)  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  siyasi  xadimlərinin  iştirakı  ilə  1  May  

bayramın ın  Ba kıda  qeyd  olunması.  "Müsavat"  partiyasının  1919  il  aprelin  29-da  təşkil  etdiyi  fəhlə   konfransında  1  May  

nümayişinə  "Yaşasın  müstəqil  Azərbaycan!" şüarı ilə çıxmaq  qərara alındı.  Konfrans nümayəndələri dünya demokratik 

qüvvələrinin səsinə səs vermək əzmi göstərdilər. A zərbaycanın siyasi xadimlərin in 1 May bayramında iştirak etmək arzusu, 

bu  münasibətlə  a zərbaycanlı  fəhlə lərə   mürac iəti  bolşeviklə r  üçün  gözlən ilmə z  oldu.  Azə rbaycanlı  fəhlə lər  mütəşəkkil 

surətdə nümayişə çıxd ılar.  Bolşeviklərin " Yaşasın Sovet Rusiyası" şüarına qarşı azərbaycanlı fəh lələ rin  "Yaşasın istiqlalı 



qoruyan millət və partiya" şüarı nü mayişdə alqışlarla qarşılandı. 1 May bayramının təntənəli qeyd olunması rəsmi dövlət 

qəzeti olan "Azə rbaycan"da da işıqlandırıldı. Mayın  1-də səhər te zdən küçə lərdə ə mək təşkilatla rın ın q ırmızı bayraqları ilə  

yanaşı,  müsəlman  təşkilatlarının  üçrəngli bayraqları da dalğalanırdı. Şəhərin  müsəlman fəh lələrin in nü mayəndələri  zurna 

sədaları alt ında rəqs edir,  müsəlman natiqlə rin ç ıxışları sürəkli a lqışla rla qarşılanırdı. Dövlət opera teatrının  xo ru orkestrin  

müşayiəti ilə inqilabi mahnılar ifa edərək, bayram şənliyin i daha da rövnəqləndirird i. Həmin gün bolşeviklerin təşkilatçılığ ı 

ilı Bakı Fəhlə Konfransının rəyasət heyəti, Bakı  Həmkarlar İttifaqları Şurası  1 May münasibətilə Bakı  fəhlələrinə  müraciət 

edərək,  onları  işğalçıla r  və  daxili  əksinqilab  əleyhinə  barış maz  mübarizəyə  çağırd ıla r,  "Rədd  olsun  ingilis  işğalçıları", 

"Yaşasın  Azərbaycanda  sovet  hakimiyyəti"  şüarları  ilə  çıxış  etdilər.  Məqsəd  1  May  nümayişini  ü mu mi  siyasi  tətilə 

çevirmək  olsa da,  bolşeviklərin  bu niyyəti  baş  tutmadı.  Azərbaycan siyasi  xadimlərinin  səyi  nəticəsində  1  May  Azərbaycan 

Xalq Cü mhuriyyətinin paytaxtı olan Bakı şəhərində beynəlxalq bayram kimi qeyd olundu. 



 

Əd.:

Aзepбaйджанская  Pecnублика.  Документы  и  материалы (1918-192 гг.), Б.,  1998;  1918-1920  rr.,  B„  1998;  Azərbaycan 

tarixi, 3 cildd ə, c.3, B., 1973; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.  

 

"BĠR  YAġ"  -  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  birinci  ildönümü  münasibətilə  Üzey ir  bəy  Hacıbəylinin  

"Azərbaycan"  qəzetinin  28  may  1919  il,  190-cı  sayında  dərc  olun muş  məqaləsi.  A zərbaycan  xa lqının  şanlı  istiqla l 

mübarizəsi sayəsində və çoxsaylı şəhidlərinin  qanı bahasına əldə etdiy i azadlığın  milli bayram səviyyəsində qeyd edilməsi, 

xoşbəxt gələcək naminə görüləcək işlər və arzular məqalənin əsas məğzini təşkil edirdi: 



"Bu gün, istiqlalını elan etmiş olduğumuz və istiqlah qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanı-

manlarımızı  xərabə  qoyduğumuz  bir  dövlətin,  yəni  Azərbaycan  Türk  Dövlətinin  bir  yaşı  tamam  olub  da  ikinci  yaşa 

qədəm qoyduğu gündür... 

Növzad dövlətimizin təvəllüdü, ana bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən, balasını doğarkən, 

özünü  qurban  edəcək  dərəcəsinə  gəlmişdi...  Azərbaycan  torpağı  bir  xərabazara,  bir  viranəyə  dönəcək  idi.  Onun,  o  

madəri-mehribanının  nazik  sinəsi,  zərif  bədəni  üzərində   gəzən  qaba  ayaqlar,  həm  anası  bətnindəki  balasını  çəkmə-

lərinin təpikləri altında tapdalamaq, əzmək və xurdxaş etməklə anasını da, balasını da öldürmək istəyirdilər. 

Lakin bu zəifsinə içində gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvətə haiz idi ki, zəif cism, qiiv-

vətli ruh sayəsində düşmə n zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarini qeyb etmədi. 

Ana Vətən doğdu... 

Və bu gün, doğduğu övladının sənəyi-dövriyyəsi münasibətilə bayram qurub və  övladını mavi, al və yaşıl rəngli  

parçalarla bəzəyib nümayişkaranə bir surətdə bəyani-iftixar etmədədir. 

Bir yaşlı dövlətimiz, — gələcəkdə — yaxın gələcəkdə - türklügün ümidgahı, islamlığın pənahı və aləm  mədə-

niyyətinin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda - hər kəsə bildirmədədir. 

Azərbaycanın türkliklə istiqbal meyvələri yetişdirmək üçün münbit bir torpaq təşkil etdigini Osmanlı tiirk qar-

daşlarımız dəxi iqrar və etiraf edib bizə ümidi - nəzər ilə baxmadadırlar. Fil-həqiqə, Azərbaycan idi ki, türk şərqində 

sağlam  bir  milliyyət  hissi oyatdı,  millət  nə  olduğunu  millətini  unutmuş  türklərə  bildirdi.  Onlara  -  sən  əvvəl-əvvəl  bir 

türksən, dedi və "türkəm " dedirtdi... 

Türk qövminin dəxi farslar, ərəblər kimi müstərif olduqları dini-mübin islamın - Allahımız bir, peyğəmbərimiz 

bir,  Quranımız  bir  və  binaən-ileh  dinimiz  də  bir olmalıdır  —  deyə  bu  birligə  feil və  əql  ilə qədəm  qoyan  Azərbaycan 

türkləri  oldıı  desəm,  əminəm  ki,  xəta  etmərəm.  Bu  fikrin  Azərbaycan  türkləri  arasında  olduqca  sürətlə  intişarı  və 

qüvvətlənməsini görərkən sözlərimin təsdiqinə məcbur olarlar. 

Bizi  vəhşi  bilənlər  və  bizdən  yalnız  qaniçicilik  gözləyənlər  ilə  və  bizim  vücudimizi  aləmi-mədəniyyət  üçün 

təhliikəli ədd edənlər ilə bir balaca təmas lazım imiş ki, bu fikrin və  nəzərin sırf yalan və  yanlış olduğu meydana çıxsın. 

İngilis bizim içimizə girərkən, özlərini vəhşi bir heyvan qarşısına çıxmış bir ovçu vəziyyətində saxlamaq ehtiyatına heç 

bir  liizum  olmadığını  bir-iki  gündən  sonra  kəmali-təəccüblə  anladılar  və  haqqımızda  bəsləməkdə  olduqları  nəzər  və 

təsəvvüratın - bilməməzlik və ya diişmən təbliği nəticəsi olaraq xəta və yanlış olduğunu da dərk etdilər; əminəm ki, bunu 

da dərk etdilər ki, istibdad altında tərəqqi və təalidən cəbrən mərhum və cəhalətə məhkum edilmiş olan bir millət, azad 

olduqdan  sonra  çox  çəkməz  ki,  aləmi-mədəniyyət  bazarlarında  öz  milliyyətləri  təqazası  ilə  əmələ  gəlmiş  mədəni 

mətalarını ənzari-bəşəriyyətə təqdim ilə mədəniyyəti qoca olan millətləri də heyran qoyarlar... 

 

279 

 

AL rəngi türkligə,  YAŞIL  rəngi islamlığa və MAVİ rəngi  mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənə -



viyyəsi də budur. 

Adamlar  var  ki,  bizim  istiqlalımızı istəmiyordilər,  halbuki  bizə düşmən  dəgil  idilər  və  bu  istəməməzlikləri  də 

düşmənçilik  yüzindən  dəgil  idi;  fəqət,  onlar  qorxurdular.  Qorxurdular  ki,  biz  hökumət  etməgə,  məmləkət  dolandır-

mağa, dövlət saxlamağa qabil olmayub da müxtəlif millətli təbəmizin can və malını mühafizə edə bilməyərək, siyasətdə 

bacarıqsızhq göstərub xalqın istirahətini pozaq... 

Lakin,  növzad  dövlətimizin  yeni  başlamış  ömrünün  günləri  və  ayları gəlib  keçdikcə,  bu  fikirdəki adamlar öz 

fikirlərini  dəgişməgə  məcbur  oldular;  bolşeviklər  dövründə  həsrətini  çəkdigimiz  çörək  və  çörəkdən  artıq  həsrətində 

olduğumuz əmin və asayişin yoxluğu və cəmaəti qoz və fındıq kimi bizar olan qətl və qarətin çoxluğu - o da, bu da dəf 

edildi;  Azərbaycan  dövləti  çörək  ilə bərabər  əmin  və  asayişi də  iadə  etməklə  əhalini  həm  aclıq,  həm  də  qətl  və qarət 

bəlalarındən xilas qıldı; cavan dövlətimiz, dünyanı bürümüş olan sarı  xəstəliklərlə də mədənizar bir surətdə mübarizəyə 

girişib zəfər və müvəffəqiyyət qazandı... 

Düşmənlərimizin  virdi-zəban  etdiki  "bəg,  xan  və  şallaq  hökuməti"  əvəzinə  ən  demokratik  və  ən  hürriyyət-

pərvər  bir  dövlət  olduğunu  bildirdi.  Əhalisinə  bir  bu  qədər  geniş  və  genişligi  heç  bir  hökumətdə görünməmiş  bunca  

hürriyyət və azadlıqların vücudi qarsısında düşmənlərimizin gözləri heyrətlənib dilləri lal olacaq idi ki, hiylə və təzvirə əl 

atıb  hökumətimizin  bu  qədər  hürriyyətpərəstligini  cəbunluğa  və  səhlənkarhğa  isnad  ilə  bizi  gənə  də  ləkələndirmək 

istiyordilər. Lakin bu axırki zabastovkanı  - Azərbaycan istiqlalını məhv etmək və  məmləkətimizi anarşı halına salmaq 

niyyətilə qurulmuş zabastovkanı yatırmaq işində hökumətimizin və  millətimizin göstərmiş olduğu əzm və  səbat, ustadlıq 

və məharət düşmə nlərimizin bu ləkəsini üzərimizdən sildi və bu töhməti də rəf etdi... 

İçərisində çıxan qırmızı təhlükəni rəf və izaləyə qadir olan  bir  hökumət  və  millət,  xaricdəıı  sədası gələn  qara 

təhlükəni  də  dağıtmağa  və  darmadağın  etməgə  qadir  olmazmı,  zənn  ediyorsınız?  Siz  onun  bir  yaşar  olduğuna 

baxmayın;düşmən dəfində təcrübəsaz olduğuna, türklük və islamlığına məxsus  fəzilətlərinə baxub da əmin olunuz ki, 

bu  hökumət   və  bu  millət  öz  istiqlalını,  öz.  azadlığını  və  öz  təbəsini  şanlı  bir  surətdə  hər  bir  düşmə ndən  qorumağa 

qadirdir və bu qüdrətini lazım olduğu halda isbat edər. Bu təntənəli cəlal və şövkətli bayramımızı görənlər bunu yəqin bilsin 

ki, bir yaşar cavan Azərbaycan Türk  Dövlətinin istiqlali-mühafizəsindəki şüarı budur ki:  ÖLMƏK VAR,?    fDÖNMƏK 

YOXDUR.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu  əziz  bayram  giinü  sidq  dil  ilə  -  yaşasın  müstəqil  Azərbaycan  deyənlər,  əmin  olmalı;  onu  müstəqil  yaşat-

mağa qadir olarlar." 

BĠRĠNCĠ      DÜNYA      MÜHARĠBƏSĠ      (1914-1918)-dünyanın  yenidən  bölüşdürmək,  nüfuz  dairəsi,  xammal 

mənbələ ri  və  satış  bazarla rı  uğrunda  böyük  dövlətlərin  iki  koa lisiyası  arasında  impe ria list  müharibəsi.  Hərb i  təlimləri 

izlə mək  üçün  Sarayevoya  gəlmiş  Avstriya-Macarıstan  taxt-tac ının  vəliəhdi  Frans  Ferdinandm  " Gənc  Bosna" təşkilat ının  

üzvü Qavrilo Prins tərəfindən öldürülməsi (1914, 28 iyun) Birinci dünya müharibəsinin başlanmasına bəhanə oldu. 

Avstriya-Macarıstan bu terror a ktı üçün Serb iyanı təqsirkar saydı. A lmaniya  Avstriya-Macarıstanı  müdafiə etdi. 

Avstriya-Macarıstanın Serbiyaya  müharibə elan et mə-sinə cavab olaraq Rusiya avqustun 1  -də ümu mi səfərbərlik  keç ird i. 

Almaniya  1914  il  avqustun  1-də  Rusiyaya,  avqus tun  3-də  isə  onun  müttəfıq i  olan  Fransaya  müharibə  e lan  etdi.  Alman  

ordularının  bitərəf  dövlət  olan  Belçikaya  müdaxiləsindən  sonra,  avqustun  4-də  Böyük  Britaniya  Alman iyaya  qarşı 

müharibəyə qoşuldu. 

Birinci  dünya  müharibəsi  (1914-18)  Avropada  bir-b irinə  zidd  iki  b lokun  -  Üçlər  İttifaq ı  (Alman iya,  Avstriya-

Macarıstan  və  İtaliya)  ilə  Antanta  (İngiltərə,  Fransa,  Rusiya)  arasında  mövcud  olan  ixtilafların  nəticəsində  baş vermişdi. 

Antanta  tərəfindən  Yaponiya  (1914),  İtaliya  (1915),  Po rtuqaliya  və  Ru muniya  (1916),  ABŞ  və  Yunanıstan  (1917),  Üçlə r 

İttifaqı tərəfindən isə Osman lı dövləti (1914), Bo lqarıstan (1915) müharibəyə qoşulmuşdular. 

Müharibədə  dünya  əhalisinin  87%-nin  yaşadığı  38  dövlət  iştirak  etmişdir.  Döyüşən  tərəflər  hərbi  əməliyyatları 

qışa  qədər  başa  çatdırmağ ı  düşünürdülər.  Almaniya  ordusu  Şliffen  plan ına  uyğun  olaraq  hərəkət  edirdi.  Bu  plana  görə, 

alman  qoşunları  Belç ikadan  keçərə k,  Elzas  və  Lotaringiyaya  girmək  istəyən  Fransa  qüvvələrinin  a rxasına  keç mə li  id i. 

Lakin  Alman iya ordularının hücu mları Marna döyüşündə dayandırıldı. Bundan sonra Qərb cəbhəsində Atlantik o keanından 

İsveçrəyə  qədər  ərazidə  mövqe  müharibəsi  get mişdir.  Səfərbərliy in  başa  çatmasını  gözləmədən  hücu ma  keçərək,  Şərq i 

Prussiyaya və Qalisiyaya soxulmuş Rusiya orduları bu cəbhədə məğlubiyyətə uğra mışdı. 

Cənubi Qafqa zda Os manlı və Rusiya ordula rı arasında döyüşlərin başlanması ilə Qafqaz cəbhəsi yaranmışdı. Qaf-



qaz cəbhəsi Qara dənizdən Cənubi Azərbaycandak ı Urmiya gölünə qədər u zanırdı. Bu  cəbhədə Osmanlı dövlətinin  başlıca  

məqsədi Rusiyanın Türkiyə ilə bağlı  işğalçılıq planla rının qarşısını almaq,  mü mkün olarsa, Azərbaycanı bütünlüklə,  Xəzə r 

dənizi hövzəsini və  Qafqa zı ö z nüfuz dairəsinə salmaq, Mərkə zi Asiyaya və Hind okeanına  yolları nə zarət  alt ına a lmaq, 

Rusiya  imperatorluğunun  əsarəti  altında  olan  türk  və  müsəlman  xalq larını  müstəmləkə  zü lmündən  xilas  etmək  və  s. 

olmuşdur. Bu cəbhədə Rusiyanın yaratdığı və silahlandırdığ ı  ermən i  quldur  dəstələri  Anadolunun  və Azərbaycanın dinc 

türk-müsəlman  əhalisinə  qarşı  kütləv i  soyqırımları    törətdilər    (bax    Şərqi  Anadoluda    türklərin  soyqırımı,  Cənubi 



Azərbaycanda soyqırımı, Mart soyqırımı (1918)). 

 

 



 

 

 



 

280 

 

İngilislər  Süveyş  kanalın ın  təhlükəsizliy ini  təmin  et mək  məqsədilə  Fələstinə  ordu  hissələri  yeritdikdən  sonra 



Fələstin  cəbhəsi,  Şətt-ül-ə rəb  çayının  mənsəbinə  ordu  çıxa rdıqdan  sonra  is ə  Mesopotamiya  cəbhəsi  yaranmışdı.  Bu  

cəbhələrdə ingilislə rə qarşı türk orduları vuruşurdular.  

Serbiya Avstriya-Macarıstanın hücumların ın qarşısını kəs mişdi.  İngilislər Almaniya və  Avstriya-Macarıstanı də-

niz b lokadasına almış, Almaniyanın Afrika  və Okeaniyadakı müstəmləkə lərinə nə zarət edirdilər. 

Be ləliklə, Antanta ölkə ləri hərbi ə mə liyyatlarda təşəbbüsü ələ keç irmişdilər. A lmaniya  1914 ildə  Fransanı məğlub  

edə  bilmə miş  və  iki  cəbhədə  müharibə  aparmağa  məcbur  olmuşdu.  1915  ildə  A lmaniya  və  Avstriya-Macarıstan 

ko mandanlığı  Rusiyanı  məğ lub  etməyi  qərara  almışdı.  Ona  görə  də  Almaniya  Qərb  cəbhəsində  müdafiəyə  keçmiş,  əsas 

diqqətini  Şə rq  cəbhəsinə  yönəltmişdi.  Alman iyanın  hücumu   uğurlu  olsa  da,  Rusiyanı  ta m  məğlub  et mə k  mü mkün  

olmamışdı.  Bu   zaman  İtaliya da  müharibəyə qatılmışdı.  İtaliya cəbhəsi Avstriya-Macarıstan orduların ı Şərq  cəbhəsindən 

özünə  doğru  yönəltmişdi.  Alman iya  blo ku  tərəfindən  müharibəyə  qoşulan  Bolqarıstan  Avstriya-Macarıstan  orduları  ilə 

birlikdə  serb  ordusunu  darmadağın  et mişdi.  Serb  ordusunu  fəlakətdən  qurtarmaqdan  ötrü  Səlanikə   Fransa  qoşunları 

çıxarılmışdı.  Onlar  Serb iyanı  xilas  edə  bilməsələr  də,  Birinci  dünya  müharibəsində  Səlanik  cəbhəsini  yaratmışdılar. 

İngilislər osman lıları  məğlub  etmək  məqsədilə  Çanaqqalaya (Dardanel) desant çıxarmışdılar.  Lakin   Vətənin   müdafiəsinə 

qalxan türklər ingilislərin qarşısını uğurla  kəs mişdilər. Çanaqqala döyüşü türk hərb sənətinin ən parlaq səhifələrindən biri 

olmuşdur.  Bu  döyüşdə  Türkiyənin  kö məyinə  gələn  azərbaycanlılar  da  iştirak  etmişlər.  A lmaniya  hərb i  əməliyyatların  

gedişini öz  xey rinə dəyişmək  məqsədilə sualtı  müharibəyə başlamışdı.  1916  ildə Almaniya Rusiyanın fəal  müharibə apara 

bilməyəcəyin i  görüb,  ə məliyyatların  ağırlığını  Qərb  cəbhəsinə  keçirmişdi.  Lakin  Verden  ya xın lığ ında  Antanta  cəbhəsini 

yarmaq  mü mkün  olmamışdı.  Antanta  qüvvələri  So mma  çayı  rayonunda  alman  ordularına  qarşı  hücuma  keçmiş,  hərbi 

əməliyyatlarda ilk dəfə tanklardan istifadə etmişdilər. Rusiya ordusu Qərb cəbhəsində uğurlu hücuma keçmişdi. 

Qafqa z  cəbhəsində  ruslar  tərəfindən  sıxışdırılan  türklərə  qarşı  ingilislər  də  hücuma  keç mişdilə r.  La kin  türklə r 

Mesopotamiya  cəbhəsində  əkshücumla   ingilisləri  İran  kö rfə zinə  qədər  geriyə  oturtmuş,  Cənubi  A zərbaycanı  da  a zad  

etmişdilər.  Birinci dünya müharibəsində ən böyük dəniz vuruşması  Yutlandiyada olmuşdu. Döyüşdə ingilislər böyük  itki 

versələr də, A lmaniya  donanması ingilis b lokadasını yara  bilmə mişdi. 1917 ildə Antanta ölkələ ri bütün cəbhələrdə hücuma  

keçməyi  p lanlaşdırmışdı.  Lakin  Rusiyada  baş  vermiş  Fevral  inqilabı  vəziyyəti  dəyiş mişdi.  İnqilab  orduda  müharibə 

əleyhinə  əhvali-ruhiyyəni  gücləndirdiyi  üçün  Şərq  cəbhəsində  hücum  uğursuz  olmuşdu.  Böyük  insan  və  sənaye 

potensialına  malik  olan  ABŞ-ın  1917  ilin  aprelində  müharibəyə  qoşulması  qüvvələr  nisbətini  Antantanın  xeyrinə  əsaslı 

surətdə dəyişmişdi. İlin sonuna yaxın A BŞ orduları Qərb cəbhəsində mövqe döyüşünə başlamışdılar. Rusiyada hakimiyyətə 

gəlmiş  bolşeviklər  barışıq  haqqında  saziş ə  nail  olmuşdular.  Şərq  cəbhəsində  hərbi  ə məliyyatlar  dayandırılmışdı.  Qafqa z 

cəbhəsində əsas hərbi ə məliyyatlar  Ba kı neft i uğrunda aparılırd ı.  Ba kı neftinə yiyələn mə k uğrunda Almaniya,  B.Britaniya  

mübarizə  aparır,  bolşevik  Rusiyası  da  onu  əldən  vermək  istəmird i.  1917  ilin  dekabrında  Rusiya  və  Türkiyə  arasında 

Ərzincan  barışığının  imzalan ması  ilə  Qafqaz  cəbhəsində  hərbi  əməliyyatlar  dayandırılmışdı.  Lakin  Fələstin  və 

Mesopotamiya  cəbhələrində  fəa llaşaraq  türklə ri  şima la   doğru  sıxışdıran  ingilislə r  Ba kını  ələ   keçirməyə  can  at ırdıla r. 

Ordusunda ruh düşgünlüyü yaranmış Almaniya Qərb cəbhəsində müdafiəyə keç mişdi. 1918  ilin  mart ında Almaniya Brest-

Litovskda  Rusiya  ilə  sülh  müqaviləsi  imzalad ıqdan  sonra  ordularını  Qərb  cəbhəsində  cəmləşdirərə k,  hücuma  keç mişdi. 

Lakin Marna döyüşündə alman ordulan geri oturduldu. 1918  ilin  avqustunda  general  Denstervil  başda  olmaq la  Böyük 

Britaniyanın  hərb i  ekspedisiya  qüvvələri  Bakıya  yerid ild i.  Lakin  onlar  Bakının   türk-A zərbaycan  hərbi  qüv- 

vələri  və  Azərbaycan  xa lq  könüllülə rindən  ibarət  Qafqaz  İslam  Ordusu  tərəfindən  a zad  edilməsinin  qarşısını  a la  b il- 

məd ilə r.  1918  il  sentyabrın  15-də  Bakı  a zad  edild i  və  müstəqil  Azərbaycan  Cü mhuriyyətinin  paytaxt ına  çevrildi  (ba x 



Bakının azad olunması əməliyyati). 

Payızda  Antanta  qüvvələri  bütün  cəbhələrdə  geniş  hücuma  keçmişdi.  Sentyabrın  29-da  bolqarlar  Səlanikdə, 

oktyabrın  30-da  türklər  Mudrosda,  noyabrın  3-də  Avstriya-Macanstan  Padunda,  noyabrın  11  -də  Almaniya  Ko mpyendə 

barışıq  imzalamaqla  müharibəni  məğlubiyyətlə  başa  vurdular.  Mudros  barışığına  (1918)  görə  türk  orduları  Cənubi 

Azərbaycandan və Bakıdan ç ıxa rıldı. İngilis generalı To mson başda olmaqda Bakıya mütt əfiq qoşunları yerid ild i. 

Birinci  dünya  müharibəsi  Antanta ölkələrin in  qələbəsi  ilə  başa  çatdı.  Müharibə  illərində,  ilk  dəfə  olaraq,  iqtisa-

diyyatın  dövlət  tənzimlən məsinə  keçilmişdi.  Vu ruşan  dövlətlərin  ordularına  74  milyon  insan  cəlb  edilmişdi.  10  mil-

yonadək adam həlak o lmuş, 20 milyonadək yaralan mış və ə lil o lmuşdu. 10 milyonadək ada m epide miyalardan və  aclıqdan 

ölmüşdü. 

Birinci  dünya  müharibəsində  qarşılaşan  bloklardan  hər  biri  öz  məqsədini  güdürdü.  Müharibənin  başlanmasının  

həlledic i  a mili  müstəmləkə lər  və  təsir  da irə ləri  üstündə  Almaniya  və  İngiltərə  a rasındakı  barış maz  ziddiyyətlər  id i. 

Almaniyanın  müdaxilə  plan larına  Qafqazı,  ilk  növbədə  isə  Azərbaycan  neftini  ələ  keçirmək  daxil  id i.  Belə  ki,  Alma-

niyanın  hökumət  məmuru  Rudolf  Martin  hələ  müharibədən  xeyli  əvvəl,  1907  ildə  nəşr  etdirdiyi  "Berlin-Bağdad"  adlı 

kitabında almanların hakimiyyəti altında  Bakı və bütün Qafqazı əhatə edəcək "Tiflis canişinliy i" yaradılmasını  Rusiya ilə 

gələcək müharibədə Almaniyanın əsas məqsədlərindən biri hesab edirdi. 

 

 



 

 

 



 

 

 



281 

 

Bakı neft sənayesi üzərində hökmranlıq uğrunda ingilis, fransız və alman kapitalları arasında başlayan və ilk dövr-



lərdə Rusiya neft ticarətində almanların nüfuzunun güclənməsinə gətirib ç ıxaran rəqabət, nəticə etibarilə, A zərbaycanın neft 

istehsalında  əsas  mövqelərin  Almaniyanın  rəqiblərin in  əlinə  keçməsi  və  alman  kapitalın ın  sıxışdırılması  ilə  başa  çatdı. 

Cənubi Qa fqazın əvvəlcə hərbi ə məliyyatlar  meydanına, sonra isə cəbhəyanı bölgəyə çevrilməsi buranın siyasi vəziyyətinə 

və  iqtisadi  həyatına  böyük  ziyan  vurdu.  Qara  dəniz  limanla rın ın  bağlanması  və  neft  məhsulları  ixrac ının   dayandırılması 

üzündən neftin qiyməti aşağı düşdü. Mərkəzi Rusiya ilə əlaqələr pozuldu və diyarın zəruri ərzaqla təchizatı çətin ləşdi. 

Birinci dünya müharibəsi (1914-18) dövründə Türkiyə və İran  ərazilərində aparılan əməliyyatlar nəticəsində hə-

min ö lkələrdə yaşayan yüz min lərlə erməni rusların  himayəsi altında qədim A zərbaycan torpağı o lan İrəvan quberniyasına, 

həmç inin,  Gəncə  (Ye lizavetpol)  və  Ba kı  quberniyalarının  ərazisinə  köçürüldü.  Bununla,  Qərbi  Azərbaycan  torpaqlarında 

(indiki  Ermən istan  Respublikasının  əra zisi)  e rməni  dövlətinin   yaradılması  üçün  növbəti  addım  at ıld ı.  Birinc i  dünya 

müharibəsinin  gedişində  və  Rusiyada  Ro manovlar  mütləqiyyətinin  devrilməsi  nəticəsində  Cənubi  Qafqazda  müstəqil 

Azərbaycan,  Gürcüstan  və  Ermən istan  respublikaları  yaransa  da,  çox  keç mədən,  bolşevik  Rusiyası  Cənubi  Qafqa zı  işğal 

etdi. 


Birinci dünya müharibəsinin nəticələri Paris sülh konfransında (1918-20) yekunlaşdırıldı və rəsmiləşdirild i. 

 

Əd.: 

Qasımov M., Birinci dünya müharibəsi  illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə. 

h.1-2, B., 2000, 2001; yenə onun, Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, h.l (1918-1945-ci illər), B., 2003;Бовыкин В. 

И., Из истории возникновения первой мировой войны, М., 1972;  История первой  мировой войны 1914-1918,  в  2  –х  томах  (под ред. 

И.И.Ростунова), М., 1975; Фей С., Происхождение мировой войны, т. 1- 2, M., 1934. 

 

BĠRĠNCĠ  HÖKUMƏT  KABĠNƏSĠ  -  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  Höku məti. A zərbaycan Milli  Şurası 

1918  il  mayın  28-də Tiflisdə Azərbaycanın  müstəqilliy i haqqında İstiqlal bəyannaməsini elan etdikdən sonra Azərbaycan 

Cü mhuriyyətinin  ilk  müvəqqəti  Höku mətin in  təşkilin i  Şuranın  üzvü  Fətəli  xan  Xoyskiyə  tapşırdı.  Xoyski  Milli  Şuranın  

həmin  iclasında Azərbaycan Xalq  Cü mhuriyyətinin  ilk  müvəqqəti  Höku mət  kabinəsinin ü zvlərini elan etdi.  1-c i  Höku mət  

kabinəsində Fətəli  xan Xoyski Na zirlər Şurasın ın sədri və da xili  işlər naziri və zifə lərini,  Xosrov Paşa bəy Sultanov hərbi 

nazir,  Mə mməd  Həsən  Hacınsk i  xarici  işlər  na ziri,  Nəsib  bəy  Yusifbəyli  xa lq  maarifi  və  ma liyyə  naziri,  Xəlil  bəy 



Xasməmmədov ədliyyə naziri, Mə mməd  Yusif Cəfərov ticarət və sənaye naziri,  Əkbər ağa Şeyxülislamov əkinçilik və əmə k 

naziri,  Xudadat  bəy  Məlik -Aslanov  yollar  və  poçt-teleqraf  naziri,  Ca mo  bəy  Hacınski  dövlət  nəzarəti  naziri  vəzifə lərini 

tutdular (ba x Azərbaycan Xalq Cümhuriyyəti Hök uməti). 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin