(Hindistan. Muktsar.) Malout bazarındakı pambıq təmizləmə və qurutma qurğusu.
Pambığın qurudulması zamanı lifin mexaniki xassələrinin təyin edilməsi.Pambığın yüksək temperaturda qurudulması zamanı lifin mexaniki xassələrinin dəyişməsini təyin etmək üçün lifin uzunluğunun və möhkəmliyinin quruducu agentinin temperaturundan asılılığını tədqiq etmək laızmdır Sınaq üçün kütləsi 0,1 kq olan 175-F,C-4880 sortundan olan pambıq götürülmüşdür. Müəyyən olunmuşdur ki, quruducu agentin temperaturunun 2000 C dən yuxarı qaldırılması pambıq lifinin bir sənaye sortundan o birinə keçməsinə səbəb olur. Yəni quruducu agentin temperaturunun buraxıla bilən normadan artıq olması pambıq lifinin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Lifin zədələnməsinin (ξ) cə qıvrılmasınnı (θ) quruducu agentin temperaturundan asılılığı yuxaridaki şəkildə verilmişdir. Qrafikdən görünür ki, temperatur artıqca lifin zədələnməsi artır, qıvrılması isə azalır.
Beləliklə belə bir nəticəyə gəlmək olar ki, pambığın əlverişli qurudulması üçün quruducu agentin temperaturu 2000 C-dən yuxarı olmamalıdır.
Qurutma
Pambığın qurudulması zamanı pambığın bütün kütləsində eyni nəmlik olmasına cəhd etmək laızmdır. Nəmliyin verilməsi həddən qalxması yol verilməzdir. Çünki bu öz-özünə alışmaya gətirib çıxara bilər.
Qurudulma zamanı növbəti prosessə ayırırlar: nəmlik və istilik dəyişməsi.
Nəmlik və istilik dəyişmədə əsas formalardan materialın vəziyyəti və ətraf mühit sayılır.Nəmliyin materialda yerdəyişməsi prosesi materialın xassəsindən və onun quruluşundan, həmçinin nəmliyin materialla əlaqəsindən asılıdır.
Pambığın qurudulması prosesi pambığın ilkin emalı prosesidə əsas elementlərdən sayılır ki, bu da xammal və hazır buraxılan məhsulun keyfiyyətinə bilavasitə təsir edir.
Qaz mühiti(hava və ya dəm qazı) vasitəsi ilə, hansı ki, toxunma və yerdəyişmə şəraitində qurudulan materialdan nəmliyi ayırır,bu quruducu agent adlanır.
Əgər qurudulma yüksək temperaturda və quruducu agentin kiçik sürəti,materialın yüksək nəm olması ilə baş verirsə,onda temperatur materialın bütün sahəsi boyu tədricən artır bu period materialın tədricən artması başlanğıc period adlanır. Sonra nəmlik tutumu xətti qanun üzrə eyni həcmlə kiçilməyə başlayır. Materialın səthinni temperaturu bununla dətyişmir. Materialın tərkibində temperatur yüksəlməyə başlayır. Lakin materialın üzərində temperatur artması xeyli gec baş verir. Materialın tərkibindəki temperatur ilə üzərindəki temperatur eyni olanda quruducu agent və material arasındakı temperatur dəyişəcək, yəni düşəcək.
Həm də materialın qurudulması intensivliyi daimi sabit qalacaq. Vaterialın tərkibində temperatur tarazlaşması başverir və bərabər nəmlilik tutumu əldə olunduqda temperaturlar fərqi materialın üzərində və tərkibində eyni olur. Materialın belə vəziyyətində nəmlik ayırma baş vermir,nə qədər ki, materialın temperaturu ilə quruducu agentin temperaturu eynidir. Sonra quruducu agentinin temperaturunun qalxması nəticəsində tədricən nəmlik ayırma baş verir. Sonra quruducu agentinin temperaturunun qalxması nəticəsində tədricən nəmlik ayırma baş verir.
Qurudulma prosesinin əsas əlamətlərindən biri də materialın temperaturunun dəyişməsidir. Buna görə də professor A.B.Lıkov bu periodları materialın daimi temperaturu və materialın artan temperaturlarına ayırır.
Quruducu qurğuların inkişafı ilə əlaqədar olaraq qurudulma prosesinin yüksək səviyyədə aparılması bu günün əsas məsələlərindəndir. Qurudulma prosesinin yüksək səviyyədə aparılması üçün müxtəlif təcrübələr aparılır. Yüksək tümpüratur rejimini tətbiq etməklə quruducu qurğuların məhsuldarlığının artırılması pambığın texnoloji,mexaniki və bioliji xassələrinim saxlanması ilə həyata keçirilməlidir.Pambığın qurudulması prosesində müxtəlif nəmlikli pambıq qurudularkən quruducu agentin temperaturu müxtəlif olur. Belə ki, nəmliyi 9%-ə qədər olan pambıq qurudularkən quruducu agentin temperaturun 90-130%C, nəmliyi 9-11% olan pambıq qurudularkən quruducu agentin temperaturu 130-1500C, nəmliliyi 11-14% olan pambıq qurudularkən quruducu agentin temperaturu 150-2000C, nəmliliyi 14-18% olan pambıq qurudualrkən quruducu agentin temperauru 200-2500C, nəmliyi 18%-dən çox olan pambıq qurudularkən quruducu agentin temperaturu 2500 C olmalıdır. Texniki sort pambıq üçün buraxıla bilən qızma temperaturu 700C olmalıdır. Qeyd etmək laızmdır ki, bu temperatur pambıqtəmizləmə sənayesində pambığın ən optimal qızma temoperaturudur.Bu temperaturda lifin texnoloji xassələri nəinki saxlanılır həm də yaxşılaşır.
Quruducu qurğuların tipindən asılı olaraq buraxıla bilən temperatur 70-800C intervalında ola bilər. Düz axımlı qurudulma prinsipi ilə işləyən 2CB-10 quruducu qurğusunda lifin möhkəmliyi və uzunluğunun saxlanamsı 750C qədər olan qızma temperaturunda təmin edilir.
Beləliklə qurudulma proseisndə lifin möhkəmliyini və uzunluğunu, çiyiddə isə yağlılığını və cücərmə qabiliyyətini saxlamaq lazımdır. Pambıq lifinin möhkəmliyinin və uzunluğunun quruducu agentin temperaturundan asılılığı yuxarıdakı qrafikdə verilmişdir. Qrafikdən görünür ki, qızma temperaturu lifin keyfiyyət göstəricilərinə kəskin surətdə təsir edir.Belə ki quruducu agentin temperaturu 700C olanda lifin möhkəmliyi 4,7%,uzunluğu isə 1,4 mm aşağı düşür.
Xam pambığın tədarükü hava şəraitlərindən asılı olaraq bir neçə həftə davam edir. Məhsul tədarük məntəqələrinə əlverişli yığım dövründə hər gün illik planın 4-9% həcmində daxil ola bilər. Pambıqtəmizləyən zavodlar tədarük mövsümü müddətində tədarük edilən pambığın təxminən 30%-ni emal edirlər, xam pambığın əsas hissəsi sonrakı aylarda emal edilməsi üçün uzun müddətli saxlanma prosesinə məruz qalır.
Dostları ilə paylaş: |