Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


təmin edən tərəf və təmin olunan tərəf



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   2   3   4   5   6   7   8   9   ...   29

təmin edən tərəf və təmin olunan tərəf. Bu bölgünün özü də 
şərti  xarakter  kəsb  edir.  Hər  iki  tərəfin  fəaliyyətinin  nəticəsi 
təminatdır,  daxilə  və  özünə    xidmətdir.  Tərəflərə  ayrılma 
resursların  əldə  olunması  və  istifadəsi  qaydalarını  özündə 
cəmləşdirən  idarəetmə  zərurətindən,  təkmilləşdirmə  zərurə-
tindən  ortaya  çıxır.  İki  istiqamətdə-əldə  etmək  və  idarə  etmək 
istiqamətində  siyasət  reallaşdırılır.  Təmin  edən  tərəf  də  təmin 
olunmaq  məqsədini  güdür.  Təmin  edən  tərəf  də  təmin  olunan 
tərəfin enerjisi olmadan öz fəaliyyətini təşkil etmək iqtidarında 
deyil.  Hər  şəxs  təmin  olunan  obyektdir.  Bu  baxımdan  da 
təmin  edən  tərəfin  özü  də  təmin  olunandır.  Hər  iki  tərəf  bir-
birinə  xidmət  edir  və  xidmət  olunan  tərəf  digər  tərəf  üçün 
mənbə rolunu oynayır.  
Dövlətin  xarici  siyasəti  onun  kənarlarından  ətrafa  yayılan 
və  istiqamətləri  birləşdirən,  istiqamətlər  arasında  uyğunluq 
yaradan hərəkətləridir. Dövlət xarici siyasəti ilə öz məkanından 
kənarda obyektlər və predmetlər üzrə təsir imkanları qazanır və 

 
56 
 
bundan  da  əlavə  şeylər  əldə  edir.  Dövlətin  beynəlxalq 
münasibətləri  isə  regionda  və  regiondan  kənarda  yerləşən 
məkanlar  üzrə  (bu  məkanlarda  dövlətlər  mövcuddur.  Dünya, 
ə
sasən,  dövlətlərin  yerləşmələri  və  “sıralanmaları”  baxımın-
dan siyasi cəhətdən tərkibə ayrılıbdır) formalaşır.  
Xarici  siyasət  fəaliyyətdirsə,  beynəlxalq  münasibətlər 
üst  qatdır,  fəaliyyətdən  əldə  olunandır,  mühit  və  sferadır, 
hərəkət müstəvisidir.
1
 Beynəlxalq münasibətlər sahəsinə daxil 
olmaq dövləti xarici siyasətini müəyyən anlarda (lazım olanda), 
müəyyən  şəraitlərdə  gücləndirməyə  vadar  edir  və  şərait  tələb 
edəndə  xarici  siyasətin  müəyyən  istiqamətlərini  dayandırmağa 
(ləngitməyə),  hərəkətin sürət  tempini  aşağı salmağa sövq  edir. 
Bu nöqteyi- nəzərdən də dövlət öz hərəkətlərini idarə edən bir 
orqanizmdir. Bu orqanizm də dövləti daxili və xarici qıcıqlarla 
idarə  edir.  Dövlət  siyasəti  daxildən  və  kənardan  gələn 
impulslardan,  dalğalardan  asılı  olan  bir  məfhumdur,  prosesli 
mənzərədir.  
Dövlət  maraq  (burada  vətəndaşlarının  fərdi  qaydada 
mövcud  olan  və  qrup  şəklində  olan  maraqları  nəzərdə 
tutulmalıdır) əsasında öz siyasətini təşkil edir. Dövlətin özünün 
də  marağı  vətəndaşının  maraq  tərkibini  genişləndirməkdən 
ibarətdir.  Vətəndaşın  maraqlarının  böyüməsi  dövlətin  özünün 
maraqlarının  böyüməsinə  gətirib  çıxarır.  Bu  anda  daha  çox 
resurs  hərəkət  vəzyyətində  olur  və  inkişaf  meydana  gəlir. 
Maraq şəraitdən irəli gəlir və ehtiyaclara və tələbata bağlı olur. 
Bu məsələlərdə kəmiyyət artdıqca dövlət siyasəti də dəyişikliyə 
məruz qalır. Burada siyasətin həyata keçirilməsində intensivlik 
artır  və  yaxud  da  effektivlik  aşağı  düşür.  Dövlət  vətən-
daşlarının  təbii  hüquqlarını  (anadangəlmə  hüquqlarını)  təmin 
edir,  eləcə  də  zaman-zaman qazanılmış  olan  əlavə hüquqlarını 
təbii  hüquqlara  çevirir.  (Qeyd:  əslində  hüquq  təbiidir  və 
                                                 
1
 Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, ideyalar, 
təkliflər,  proqnozlar)  elmi  və  elmi-publisistik  məqalələr  toplusu.  II  CİLD, 
Bakı, “Elm və təhsil”, 2010, 600 s., səh. 404.  

 
57 
 
insanlarla  birlikdə  doğulur  və  tərkibini  genişləndirir. 
İ
nsanların yaşları, mövqeləri və fəaliyyəti ilə əlaqədar olaraq 
öz tərkibini genişləndirir. Bu genişlənmədən də pozitiv hüquq 
ş
axəsi  əmələ  gəlir.  İnsanların  təbii  hüquqlarının  tərkib 
zənginliyini  doğulduqları  şərait  və  zaman  da  ortaya  çıxarır. 
Məsələn,  inkişaf  etmiş  cəmiyyətlərdə,  zəngin  resurslar 
məkanında  dünyaya  gəlmiş  insanların  bu  resurslardan 
istifadə etmək haqqı vardır. İnsanların təbii hüquqları burada 
zamanla  müəyyən  olunur.  Hər  bir  insanın  təbii  hüququ  öz 
zamanına  bağlıdır.  Həmçinin  belə  bir  prinsipdən  də  çıxış 
etmək  olar  ki,  kasıb  cəmiyyətlərdə,  resursların  kifayət  qədər 
çatışmadığı  məkanlarda  dünyaya  gələn  şəxslərin  də  digər 
məkanlarda  (zəngin  məkanlarda)  olan  resurslardan  istifadə 
etmək  hüquqları  vardır.  Dünyada  resurslar  və  istiqamətlər 
varsa,  hamısı  bütün  insanlar  üçündür-prinsipi  insan 
hüquqlarının təmin olunması amilinin gələcək zamanla bağlı 
olmasını  şərtləndirir.  Yəni,  cəmiyyətlər  digər  cəmiyyətlərdə 
olan  resurslardan).  Dövlət  vətəndaşlarının  maraqlarını 
ödəmək  məqsədilə  həm  istiqamətverici,  həm  müşahidəedici 
və  nəzarətedici  (müşahidə  nəzarətin  tərkibindədir)  funksiya 
yerinə yetirir və özünün bütün imkanlarını səfərbər edir. Dövlət 
öz  imkanlarını  səfərbər  edərək  sistemli  qaydada  mexanizmi 
formalaşdırır  və  hər  bir  resursu  idarəetmə  trayektoriyalarına 
cəlb  edir.  Dövlət  xarici  siyasəti  ona  görə  həyata  keçirir  ki,  bir 
tərəfdən beynəlxalq siyasətin aktoruna çevrilsin, digər tərəfdən 
də  özünü  beynəlxalq  səviyyədə  olan  təhlükələrdən  qorusun. 
Həm  də  bu  təhlükələrin  ölkənin  daxilinə  keçməsinin  qarşısını 
alsın.  Təhlükələrin  qarşısını  almaq  üçün  digər  dövlətlərlə  həm 
ikitərəfli və çoxtərəfli sənədlər hazırlayırlar və icra edirlər, həm 
də təşkilatlar yaradırlar ki, xarici siyasət sahəsində hüquqlarını 
cəmləşdirə və qruplaşdıra, eləcə də ixtisaslaşdıra bilsinlər.  
Xarici  siyasət  geniş  anlayışdır  və  daxili  siyasətin  davamı 
olaraq dövlətin sərhədlərindən kənarda olan hərəkətlərini ifadə 
edir.  Xarici  siyasət  dövləti  bir  struktur  vahidi  olaraq  öz 

 
58 
 
məkanında  və  beynəlxalq  sferada  taraz  formada  və  müstəvidə 
bir  növ  “asılı  vəziyyətdə  saxlayır”.  Dövlətin  xarici  siyasəti 
onun  bir  qurum  kimi  fəaliyyətindən,  mövcudluğundan  irəli 
gəlir.  Dövlətin  xarici  siyasəti  onun  hüquqlarını  ifadə  edən 
vəzifələrini  icra  etməsindən  meydana  gəlir.  Əgər  biz  dövlətə 
vahid bir ictimai-siyasi qurum kimi baxırıqsa, onda, hesab edə 
bilərik  ki,  xarici  siyasət  bu  bütövün,  vahidin  digər  vahidlərlə, 
bütöv  olanlarla  münasibətlərini  və  əlaqələrini  tənzim  etmək 
üçündür.  Xarici  və  daxili  siyasət  dövlətin  fəaliyyətini  iki 
mühüm  istiqamətdə  tənzim  edən  və  bir-birindən  asılı 
vəziyyətdə  saxlayan  iki  sferada  cəmləşmişdir.  Bu  iki  sferada 
resurslar hərəkətə gətirilir və qarşılıqlı transfer şəraitində enerji 
mübadilələri  baş  verir.  Beynəlxalq  münasibətlər  müəyyən 
hüquqlara,  vəzifə  və  öhdəliklərə,  eləcə  də  səlahiyyətlərə 
malik  olan  qurumların  (dövlətlərin  və  təşkilatların)  qarşı-
lıqlı  əlaqələr  sferasıdır.  Xarici  siyasət  bütövlər  arasında  həm 
zahiri,  həm  də  daxili  əlaqələri  yaratmaq  üçün  həyata  keçirilir. 
Yəni,  dövlətlərin  daxili  strukturları  arasında  olan  əlaqələrin 
zahiri  forması  (sərhədlərdən  keçməsini  əks  etdirən  zahiri 
forma)  onların  xarici  siyasətlərini  meydana  gətirir.  Xarici 
siyasət 
vahidlərin 
daxillərinin 
(burada 
dövlətlərin 
daxillərindən  söhbət  gedir)  komponentləri  arasında  olan 
xarici  əlaqələri  tənzim  edən  aktlar  toplusudur.  Xarici 
siyasət  sayəsində  dövlətlərin  beynəlxalq  münasibətlərdə  və 
dünya  siyasətində  iştirakları  reallaşır  və  bunun  da  sayəsində 
dövlətlərin  güclərinə  görə  təsnif  olunmaları  ortaya  çıxır.  Hər 
bir  dövlət  öz  gücünü  ilk  növbədə  öz  nüvəsində  (daxili  güc 
mərkəzində

 
59 
 
resursları)  xaricə  çıxır  və  digər  dövlətin  daxili  üçün  müəyyən 
resurslar komponentinə çevrilir. Xaricə gedən resursların daxili 
komponentə  çevrilməsi  elə  nüvənin  potensialının  artmasına 
gətirib  çıxarır.  Xaricə  (beynəlxalq  aləmə)  yayılan  resurslar 
ölkələr  üçün  mənbələr  təminedici  vasitələr  kimi  əhəmiyyət 
kəsb edirlər.  
Xarici  siyasət  ümumi  anlayışdır və  tərkibində çoxlu sayda 
hərəkət sahələrini və istiqamətlərini birləşdirir. Dövlətin xarici 
siyasəti həm universal əhəmiyyət kəsb edir, universal formaya 
malik  olur,  həm  də  konkret  sahələr  üzrə  müəyyən  edilir.  Bu 
konkret  sahələr  də  özündə  strategiya  və  taktikanı  əks etdirir. 
Xarici  siyasətin  uversal  strategiyası  da  yaranır  və  onun 
formalaşmasının nəzəri əsasları xarici siyasətin doktrinalarında 
və  konsepsiyalarında,  müqavilələrdə  öz  əksini  tapır.  Dövlətin 
xarici  siyasətinin  əsas  məqsədlərindən  biri  də  dövlətin 
beynəlxalq  münasibətlər  sisteminin  üzvünə  çevirməkdən  və 
bəşəri  dəyərlərdən  istifadə  etməkdən  ibarətdir.  Xarici  siyasət 
dünya  resurslarının  təqribi  bərabərlik  əsasında  bölünməsinə 
xidmət  edir.  Dövlətin  xarici  siyasəti  həm  nəzəri  əsaslarla 
müəyyən olunur (nəzəri əsaslar, əvvəldə qeyd olunduğu kimi, 
müqavilə  və  sazişlərdə,  doktrina  və  konsepsiyalarda,  xartiya 
və  konvensiyalarda,  proqramlarda,  strategiyalarda  və  digər 
sənədlərdə  əksini  tapır),  həm  də  müəyyən  taktiki  və  strateji 
addımlarla müəyyən edilir. 
Xarici siyasət sayəsində dövlət beynəlxalq aləmdə tanınır 
və  digər  dövlətlərlə  əlaqələr  qurur.  Tanınma  sayəsində  və 
qurulan  əlaqələr  fonunda  dövlət  beynəlxalq  sferada  öz 
mövqeyini  gücləndirməyə  çalışır  və  artıq  təsiredici  tərəf  kimi 
əhəmiyyət kəsb edir. Beynəlxalq aləmdə tanınma dövlətə xarici 
siyasət  sahəsində  geniş  fəaliyyət  üçün  hüquqlar  və  səla-
hiyyətlər  verir.  Bu  baxımdan  xarici  siyasəti  olmayan  dövlətin 
nüvəsindən (hasil edən enerji mərkəzindən) belə söhbət gedə 
bilməz.  Dövlət  bu  gün  dünya  siyasətinin  əsas  komponentidir, 
onun  tərkibidir.  Dünya  siyasətinin  strukturunda,  mexanizm 

 
60 
 
subyektində  dövlətlər  dayanırlar  və  dövlətlərin  fəaliyyəti 
onların  sistem  və  mexanizmlərini  təşkil  edir.  Dünya  bütöv 
olduğundan  dövlət  də  mütləq  şəkildə  həmin bütövün tərkibinə 
aiddir. Xarici siyasət – dövlətin əhalisini, xalqını beynəlxalq 
aləmdə  tanıdan  və  dövlət  tərəfindən  reallaşdırılan 
hərəkətlər  toplusudur.  Xarici  siyasət  sayəsində  dövlətlər 
beynəlxalq  münasibətlər  sferasında  özlərinə  mövqe  əldə 
edirlər, statuslar qazanırlar. Xarici siyasət və bu siyasətin gücü 
dövlətə beynəlxalq arenada təsir imkanları qazandırır və dövlət 
yeni-yeni  resursların  əmələ  gəlməsi  üçün  mənbələr  rolunda 
çıxış  edir.  Xarici  siyasət  dövləti  “daxildən  təmizləyən”  aktlar 
toplusudur.  Bu  baxımdan  xarici  siyasəti  ilə  beynəlxalq 
münasibətlər  sferasına  daxil  olarkən  dövlət  özünü  daxildən 
islah  etməyə  məcbur  olur.  Belə  ki,  dövlətə  digər  dövlətin, 
beynəlxalq ictimaiyyətin nəzarəti meydana gəlir. Xarici siyasət 
dövlətlərin daxili siyasətlərinə çox böyük təsir göstərir. Belə ki, 
dövlət  beynəlxalq  qaydalara  əməl  etməyi  özünə  lazım  bilir. 
Beynəlxalq  qaydalara  əməl  etməklə  beynəlxalq  ictimaiyyətin 
aktiv  üzvünə  çevrilir.  Xarici  siyasət  sayəsində  dövlətin  etik 
davranışları  formalaşır.  Bu  qaydalar  da  dövləti  öz  daxili 
hərəkətlərini tənzim etməyə vadar edir. Dövlətin xarici siyasəti 
onun  üzərində  bir  nəzarətedici  tərəfi  (təbəqəni)  yaradır  və  bu 
tərəf  dövlətə  əxlaq  qaydaları  üçün  kənardan  nəzarətedici 
funksiya  yerinə  yetirir.  Dövlətin  beynəlxalq  öhdəlikləri  onun 
daxili  siyasətini  müəyyən  anlarda  məhdudlaşdırır.  Məsələn, 
işgəncələrin  və  zorakılıqların  qadağan  olunması  ilə  bağlı 
dövlətlərin  üzərlərinə  götürdükləri  öhdəliklər  onları  daxili 
qanunvericilik  sahəsində  məhdudlaşdırıcı  addımlar  atmağa 
məcbur  edir.  Eləcə  də  kütləvi  qırğın  silahlarını  və  onun 
hissələrini  istehsal  etməyə  olan  qadağanedici  amillər  dövləti 
daxildən  islah  olunmağa  vadar  edir.  Ölüm  hökmünün  ləğv 
olunması  ilə  bağlı  olan  öhdəliklər  də  dövləti  daxili  siyasət 
fəaliyyətində  məhdudlaşdırır.  Uşaq  hüquqları  ilə  bağlı 
beynəlxalq  normalar  və  onların  qəbul  olunması  da  dövləti 

 
61 
 
daxildə  ehtiyatla  hərəkət  etməyə  vadar  edir.  Dövlət  öz  xarici 
siyasəti  sayəsində,  beynəlxalq  münasibətlərə  qoşulması  ilə  bir 
növ  “tərbiyə”  olunur.  Beynəlxalq  münasibətlər  sferası  bir 
tərəfdən  dövləti  zənginləşdirir,  digər  tərəfdən  də  onu  “himayə 
edir”.  Dövlət  çoxtərəfli  aspketlərdə  ətraf  güclərlə  əhatələnmiş 
olur.  Beynəlxalq  münasibətlərə  qoşulma  dövlətin  daxili 
siyasətinə  nəzarət  tərəflərinin  meydana  gəlməsinin  əsaslarını 
yaradır.  Dövlət  beynəlxalq  ictimaiyyətin  münasibətlərinə  görə 
özünü  daxildən  tənzimləmək,  islah  etmək  məcburiyyətində 
qalır. O dövlətlər daha da güclənə bilirlər ki, onların daxili 
siyasətləri  ilə  xarici  siyasətləri  arasında  tarazlıq  meydana 
gəlmiş  olur.  Hər  iki  istiqamətdə  eyni  məzmunlar  ortaya 
çıxmış olur. Dövlət daxildən gücləndikcə öz resurslarının hərəkət 
məkanlarını  böyütmək  və  genişləndirmək  məcburiyyətində  qalır. 
Beynəlxalq sabitlik və ümumdünya sülhü də dövlətlərin daxili 
siyasətləri  arasında  həm  uzlaşmanı  və  uyğunlaşmanı,  həm  də 
əlaqəni  təmin  edən  xarici  siyasətin  tərəflər  arasında  tarazlaş-
dırılmasından  asılıdır.  Dövlətlər  resurslarını  tarazlı  qaydada 
istifadə  edərlərsə-burada  “hər  bir  dövlətin  imkanlarına 
müvafiq”  prinsiplərlə  istifadə  nəzərdə  tutulur  -  o  zaman  öz 
aralarında  sabit  hərəkət  axınlarını-sabit  siyasət  cərəyanlarını 
yaratmış  olarlar.  Resursların  tarazlı  inkişafı  isə  dövlətlər 
arasında davamlı sülhə gətirib çıxara bilər.  
Əslində,  əvvəlcə  də  qeyd  olunduğu  kimi,  xarici  siyasət 
vahiddən  (bütöv  olan  dövlətdən)  kənara  çıxan  daxili  siyasətin 
davamıdır.  Xarici  siyasət  bir  tərəfdən  dövlətlər  arasında  sıx 
yaxınlığı  yaradırsa,  digər  tərəfdən  də  onları  bir-birindən 
“uzaqda” saxlayır və ehtiyatlı davranma məsələləri ortaya çıxır.  
Xarici  siyasət  bir  formadır  və  xarici  məkanı  əhatə  etdiyi 
üçün  həm  də  özünəməxsus  olan  bir  məzmundur.  Dövlətin 
xarici siyasəti onun daxili resurslarının tənzimlənmiş formada, 
qaydalarla  sərhədlərindən  kənara  çıxmasıdır.  Bu  çıxma 
sayəsində  vasitələr  digər  məkanlarda  başqa  vasitələrlə  birləşir 
və  qovuşma  meydana  gəlir.  Beynəlxalq  münasibətlər  ayrı-ayrı 

 
62 
 
dövlətlərin qarşılaşaraq qovuşan (üst-üstə düşən) xarici siyasət 
fəaliyyətlərindən  formalaşır.  Bu  qarşılaşmadan  həm  qovuş-
malar yaranır, qovuşmalar sayəsində siyasət cərəyanları uzanır, 
məkanları  birləşdirir,  həm  də  toqquşmalar  üzə  çıxır.  Bu  anda 
kəsişmələr  meydana  gəlir  və  münaqişə,  mübahisə,  hətta 
müharibə  ilə  nəticələnə  biləcək  gərginliklər  ortaya  çıxır. 
Dövlətlərarası  yaranan  bütün  gərginliklər  onların  maraqları 
arasında  olan  fərqliliklərdən  meydana  gəlir.  Fərqli  güc  fərqli 
hərəkətləri  yaradır,  fərqli  hərəkətlər  də  qarşılaşdıqda  bir  çox 
hallarda  qovuşmalar  yaranır  (maraqlar  qruplaşır,  ittifaqlar 
meydana  gəlir),  əksər  hallarda  isə  üst-üst  düşmələr  (burada 
paralelliklər)  baş  vermir  və  gərginliklər  və  böhranlar  ortaya 
çıxır.  Beynəlxalq  gərginliklər-böhranlar  əksər  hallarda  bir  və 
ya  bir  neçə  regionu  əhatə  edir.  Bu  da  hər  şeydən  öncə 
əlaqələrin  sistemli  xarakterindən  irəli  gəlir  və  sistemin  özünə 
olan daxili və kənar bağlılıqdan ortaya çıxır. Beynəlxalq sistem 
bu  baxımdan  öz  kövrəkliyi  ilə  xarakterizə  olunur.  Dünya 
dövlətləri  bu  kövrəkliyin  qarşısını  almaq  və  davamlılığı 
yaratmaq  üçün  qarşılıqlı  dialoqlar  yolu  ilə  güzəştlərə  getmək 
variantlarına  əl  atırlar  ki, beynəlxalq  aləmdə sülhü və sabitliyi 
qorusunlar.  
 
Dövlətin  xarici  siyasətini  həyata  keçirməyə  vadar  edən 
ümumi  amilləri,  istiqamətləri  və  kriteriyaları  aşağıdakı 
şə
kildə qeyd etmək olar: 
 
İlk  növbədə  nəzərə  almaq  lazımdır  ki,  dövlətin  xarici 
siyasətini  zəruri  edən  baza  amillərin  iki  mühüm  əsası  vardır: 
birincisi,  özünün  mövcudluğunu  təmin  etmək,  qorumaq  və 
inkişaf  edərək  güclənmək;  ikincisi,  beynəlxalq münasibətlərin, 
dünya  siyasəti  sisteminin  üzvünə  çevrilmək.  Dövlət  hər  iki 
baza  istiqaməti  üzrə  parçalanmış,  bölünmüş  (burada  hissələrə 
ayrılmış) siyasəti icra edir. Burada vəzifələr kimi hərəkətlər və 
hərəkət  istiqamətləri  əsas  götürülür.  Vəzifələr  hüquqları 

 
63 
 
meydana  gətirir.  Məqsədlər  isə  qarşıya  qoyulur,  təmin 
olunmanın  müəyyən  hədəfləri,  səviyyəsi  məqsədlərə  çatmağı 
əsas  götürür.  Vəzifələrə  dövlətin  xarici  siyasətinin  bütün 
istiqamətlərini təşkil etmək öhdəliyi və məsuliyyəti aid olur. 
Xarici siyasətin həyata keçirilməsini zəruri edən amillər: 
Maddi  tələbat  amili.  Məlumdur  ki,  müasir  zamanda 
insanların tələbatını ödəyən dünyanın maddi və təbii sərvətləri 
bütün  məkanlar  üzrə  bərabər  paylanılmamışdır.  Dövlətlər 
həmin tələbatları tarazlı qaydada ödəmək məqsədilə bir-biriləri 
ilə  iqtisadi-ticarət  əlaqələri  qurmaq  məcburiyyətindədirlər.  Bu 
addımın  atılması  resurslardan  nisbi  bərabərlik  əsasında  təmin 
olunmağa əsaslanır. Bütün dünya siyasətinin mərkəzində insan 
amili  dayandığından  insanların  tələbatlarının  tarazlıq  qaydada 
təmin olunması dünya siyasətinin başlıca məqsədinə çevrilir.  
Vətəndaşlarının  xarici  ölkələrə  miqrasiyasının  təmin 
olunması-dövlətlər  çalışırlar  ki,  öz  vətəndaşlarının  xarici 
ölkələrə  əmək,  elm  və  təhsil,  mədəniyyət  miqrasiyası  yüksək 
səviyyədə  təmin  olunsun.  Bu,  dövlətlərarası  inteqrasiya 
siyasətinin  tərkib  hissəsidir.  Bu  yollarla  dövlətlər  öz 
vətəndaşları  üçün  lazım  olan  resursları  həm  də  digər  ölkələr 
hesabına  təmin  edirlər.  Miqrasiya  eyni  zamanda  insanların 
dünya  vətəndaşlığı  ideyalarının  formalaşmasını  zəruri  edir. 
İnsanların  dünya  üzrə  vahid  maraqlarını  formalaşdırır. 
Miqrasiya və xarici ölkələrdə məskunlaşma və xarici ölkələrin 
iqtisadiyyat-təsərrüfat  sahələrində  çalışmaq  dövlətlərarası 
münasibətlərin  də  bütövləməsinə  və  vəhdət  təşkil  etməsinə 
xidmət edir. Bu istiqamət həm də vətəndaşların maddi tələbat-
larının  təmin  olunması  istiqamətinin  tərkibidir.  İnsanların 
dünya  turuna  çıxmaq,  dünyanın  gəzmək  hüqüqlarının  təmin 
olunması da xarici siyasəti şərtləndirən başlıca istiqamətlərdən 
biridir.  İndiki  zamanda  insanların  iştirak  etmək  istədikləri 
(bütün  vətəndaşlar  üçün  açıq  olmayan,  yalnız  bəzi  kateqo-
riyadan olan şəxslər üçün giriş və iştirak imkanlarının mümkün 
olduğu  sahələr  istisna  olmaqla)  bütün  sahələr  üzrə  hüquqları 

 
64 
 
vardır  və  insanların  bu  hüquqlardan  istifadələri  üçün  dövlətlər 
şərait yaratmaqda borcludurlar.  
Vətəndaşların  təhlükəsizliyinin  qorunması,  müharibə-
lərin qarşısının alınması-dövlət başqa bir dövlət tərəfindən öz 
vətəndaşlarının  təhlükəsizliyini  qorumaq  və  təmin  etmək 
məqsədilə  (məsələn,  müharibələrin  qarşısının  alınması)  xarici 
siyasət  həyata  keçirir.  İstər  öz  qonşuları  olan  dövlətlər,  istərsə 
də  kənar  dövlətlərlə  səmimi  və  dostluq  xarakterinə  malik 
münasibətlər  yaratmaq  məcburiyyətində  olur.  Bu  yolla 
xaricdən  gələn  təhlükələrin  qarşısını  almağa  çalışır.  Dövlətin 
tərbiyəli  davranışı  (burada  ədalətin  ifadə  olunduğu  beynəlxalq 
hüquq  normalarına  uyğun  davranmaq  əsas  götürülür)  onu 
xarici  təhlükələrdən  qoruyur.  Xaricdən  gələn  təhlükələrin 
qarşısını almaq üçün müvafiq strukturlar arasında koordinasiya 
olunmuş siyasəti həyata keçirmək məqsədilə əlaqələr yaradılır, 
müəyyən  qaydaları  özündə  əks  etdirən  normalar  qəbul  edilir. 
Təhlükəsizliyin  təmin  olunması  sahəsində  siyasətin  həyata 
keçirilməsi vacib amilə çevrilir.  
Ə
razi  bütövlüyünün  qorunması  –  məlumdur  ki,  dövlət 
müəyyən  sərhədlər  çərçivəsində  əraziyə  malik  olur.  Həmin 
ərazilərin  qorunması,  başqa  dövlətlərin  işğalına  imkan 
verməmək  və  ərazidə  yaşayan  vətəndaşların  yaşayış  yerlərini 
itirərək məcburi köçkünə çevrilməməsi məqsədilə xarici siyasət 
aparır.  Bu  istiqamətdə  ümumi  beynəlxalq  konvensiyalara 
qoşulur və ikitərəfli və çoxtərəfli formatda əlaqələri təşkil edir. 
Qaçqın  və  məcburi  köçkün  problemləri,  eləcə  də  ərazilərin 
işğal  altındaq  qalması  təbii  ki,  ziyan  çəkmiş  dövlət  üçün  çox 
gərgin  daxili  rejimi  yaradır.  Tarazlı  məskunlaşma  pozulur  və 
sənayenin  tarazlı  əsaslarla  təşkili  dağılır,  cəmiyyətin  tarazlı 
quruluşu  (burada  məkanlar  üzrə  yaşayış  məskənlərinin 
paylanması  nəzərdə  tutulmalıdır)  öz  formasını  itirir.  Ölkə 
daxilində  demoqrafik  proseslərin  tarazlanması  proseslərində 
problemlər  yaşanır  və  ölkənin  daxili  yeklənir.  İşğal  altında 

 
65 
 
qalmış  sənaye  sahələri  və  ərazilər  ölkədə  resurs  çatışmazlığını 
yaradır.  
Vətəndaşlarının  digər  dövlətlərdə  mövcud  olan  terrorist 
qruplardan  qorunması  -  Bu,  ümumi  müdafiənin  tərkib 
strategiyası  və  taktikasıdır.  Başqa  dövlətlərdə  mövcud  olan 
terrorçu  qruplaşmanın  fəliyyətinin  geniş  yayılaraq  digər 
dövlətə keçməsinin qarşısının alınması məqsədilə xarici siyasət 
həyata keçirilir. Bu da təhlükəsizlik amili ilə bağlıdır.  
Silah  qaçaqmalçılığı,  narkotik  vasitələrin  və  digər 
qadağan  olunmuş  maddələrin  (əşyaların)  mübadiləsi,  adam 
oğurluğu  və  başqa  ölkələrə  satılması,  cinayətkar  dəstələrin 
bir  dövlətdən  başqa  dövlətin  ərazisinə  keçməsi,  iqtisadi 
sahələri  əhatə  edən  cinayətkarlığın  qarşısının  alınması 
(qeyri-qanuni  pulların  xarici  banklarda  yatırılması  və 
dövriyyəsi)  və  bu  kimi  digər  mənfi  amillərin  qarşısını  almaq 
məqsədilə xarici siyasət həyata keçirilir.  
Qlobal  müharibələrə  gətirib  çıxaracaq  və  yer  kürəsində 
həyatın  məhvinə  regional  və  qlobal  miqyasda  səbəb  ola 
biləcək  kütləvi  qırğın  silahlarıının  geniş  yayılmasının 
qarşısını almaq məqsədilə, eləcə də qlobal radiasiya problem-
ləri  ilə  rastlaşmamaq  üçün  xarici  siyasət  həyata  keçirilir.  Bu 
məqsədlə  də  beynəlxalq  hüquq  normaları  qəbul  edilir  və 
icrasına əməl olunur.  
Ekoloji problemlərin həllinə birgə yanaşma, qlobal ərzaq 
təhlükəsizliyinin  təmin  olunması,  ərzaq  çatışmazlığının 
aradan  qaldırılması,  epidemik  və  digər  kütləvi  xəstəliklərlə 
kollektiv  olaraq  mübarizə  aparılması  məqsədilə  (çünki  bu 
problemləri həll etmək bir dövlətin tək işi deyil) xarici siyasət 
həyata keçirilir. Onu da nəzərə almaq lazımdır ki, ərzaq, geyim 
və  dərman  preparatlarının  və  digər  ilkin  zəruri  maddələrin  və 
əşyaların  kəskin  çatışmazlığı  baş  verərsə,  dünya  sosiolo-
giyasında kəskin problemlər yaşana bilər və dünyada sabitliyin 
təmin olunmasında çox ciddi məsələlər üzə çıxar. Həm də onu 
da qeyd etmək yerinə düşər ki, bir dövlətin ekoloji probleminin 

 
66 
 
həlli  (hidrosferin  və  atmosferin  çirkləndirilməsinin  qarşısının 
alınması)  tək  onun  gücündə  deyil.  Bu  problem  böyük  bir 
regiona  təsir  etdiyindən  digər  məkanlarda  (dövlətlərdə)  də 
insanların  həyatı  üçün  təhlükə  xarakteri  kəsb  edir.  Eləcə  də 
qlobal ərzaq çatışmazlığını və epidemik xəstəlikləri də bu kimi 
qlobal  problemin  içərisində  axtarmaq  lazımdır.  Bu  baxımdan 
da  bu  kimi  problemlərin  həllində  dövlətlər  birliyinin  gücü  və 
vahid  mövqeyi  zəruri  amilə  çevrilir.  Xarici  siyasətlərin 
birləşdirilməsi zərurəti ortaya çıxır.  
Bəşəriyyətin  ümumi  inkişafı  naminə  elmi-texniki  nailiy-
yətlərin  birgə  mənimsənilməsi  və  iqtisadi  və  sosial  sahələrdə 
tətbiqi  məqsədilə  də  xarici  siyasət  həyata  keçirilir.  Elmi 
nailiyyətlər  və  yeni  biliklər  bütün  dünya  xalqları  arasında 
paylaşılır.  Bu  addım  dünyanın  vahid  şəkildə  inteqrasiya 
olunmuş formada inkişafını ortaya çıxarır.  
Savadsızlığın  aradan  qaldırılması,  elm  və  təhsilin 
inkişafı,  bu  sahədəki  yeniliklərin  mübadiləsi  məqsədilə  xarici 
siyasət  həyata  keçirilir.  Dünyanın  savadsızlıq  problemi  (xüsu-
silə  qadınların)  dünyanın  vahidləşməsinə  və  rasionallaşmasına 
imkan  vermir.  Bu  baxımdan  da  dünya  dövlətləri  çalışırlar  ki, 
savadsızlığın  aradan  qaldırılmasını  tarazlı  şəkildə  təmin 
etsinlər.  
Dünya  mədəniyyətinin  və  tarixinin  öyrənilməsi və  təbliği 
məqsədilə  xarici  siyasət  həyata  keçirilir.  Dünya  tarixinin  və 
mədəniyyətinin birgə şəkildə öyrənilməsi və biliklərin ümumi-
ləşdirilməsi  ümumi  metodologiyanı  üzərə  çıxarır  ki,  bu  da 
nəticədə  dünyanın  elmi  cəhətdən  bütövləşməsinə  və  vahid 
mövqelərdən çıxış etməsinə gətirib çıxarır. 
İ
nsan  hüquqlarının  qorunması  və  demokratiyanın 
inkişafı naminə dövlətlər arasında münasibətlər qurulur, əlaqə-
lər  yaradılır.  İnsan  hüquqları  bütün  dövlətləri  düşündürür. 
Dövlət  məhz  insan  hüquqlarının  təmini  və  qorunması 
məqsədilə  təşkil  olunur.  Bütün  dünyada  insan  hüquqlarının 
nisbi  bərbarlik  əsasında  təmin  olunması  əsas  şərtə  çevrilir. 

 
67 
 
Bunun  üçün  insan  hüquqlarının  mahiyyəti  öyrənilir,  tədris 
olunur,  cəmiyyyətlər  maarifləndirilir.  Hər  bir  kəsin  öz 
hüququnu  bilməsi  amili  əhəmiyyət  kəsb  edir.  Dövlətlər 
beynəlxalq  tədbirlərdə  insan  hüquqları  məsələsini  müzakirə 
edirlər  və  öz  siyasətlərinin  mərkəzində  də  insan  hüquqlarını 
görürlər. İnsanlıq bəşəri siyasətin qayəsini təşkil edir.  
Bəşəri  problemlərin  həllinə  birgə  yanaşmaq,  gücləri 
birləşdirmək naminə xarici siyasət reallaşdırılır. 
Dünya  xalqlarını  bir-birinə  yaxınlaşdırmaq  və  bəşəri 
dəyərlərə  birgə  sahib  olmaq  və  bəşəri  dəyərləri  birgə  şəkildə 
qorumaq  istəklərindən  və  zərurətdən  də  dövlətlər  arasında 
xarici siyasət həyata keçirilir.  
Xarici  siyasətin  həyata  keçirilməsində  zəruri  addımlardan 
biri  də  qanunvericilik  və  islahatlar  sahəsində,  strukturlaşmada 
dünya  təcrübəsinin  öyrənilməsini  və  təcrübə mübadilələrinin 
həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu siyasət, yəni 
təcrübə  mübadiələlərini  birləşdirmək  də  dünya  siyasətinin 
vahid  məzmununu  formalaşdırmaq  məqsədini  güdür.  Xarici 
siyasətin məqsədi beynəlxalq sistemin tərkibi kimi digər sistem 
strukturlarından  inkişaf  baxımından  çox  geri  qalmamaqdan 
ibarətdir.  Bu  baxımdan  da  vahid  dünya  insanı  ideologiyası 
baza  olaraq  xarici  siyasətin  qayəsinə  çevrilir.  Xarici  siyasət- 
insan  hüquqlarının  təmin  olunması  baxımından  iki  mühüm 
istiqamətdə  həyata  keçirilir:  birincisi,  beynəlxalq  hüquq 
normalarının  öyrənilməsi,  beynəlxalq  sənədlərin  daxili 
sənədlərlə  uyğunlaşdırılması;  ikincisi  isə  beynəlxalq  təcrü-
bənin  öyrənilməsi  və  onun  daxili  hüquqla  əlaqələndirilməsi 
və  nümunəvi  modellər  şəkilində  tətbiq  olunması.  Xarici 
siyasəti  icra  edən  strukturların  başlıca  funksiyası  bu 
istiqamətləri  birləşdirmək  və  onlar  arasında  sıx  əlaqəni 
yaratmaqdan ibarətdir.  
Ümumiyyətlə,  xarici  siyasətin  zəruriliyini  şərtləndirən 
çoxlu sayda  istiqamətlər  vardır və  bu istiqamətlərin çoxalması 
və  daima  genişlənməsi  prosesləri  həyata  keçirilir.  Dünya 

 
68 
 
dövlətləri inkişaf etdikcə, daxili resurslar artdıqca xarici siyasət 
də  genişlənir.  Bu  genişlənmə  proseslərinin  şərtləndirici  tərkibi 
də genişlənir. Hər bir istiqamət müəyyən zərurətdən formalaşır. 
Bu baxımdan da baza münasibətlərə və əlaqələrə xidmət edən 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin