siyasətin vəzifəsi: dövlətin hüquqlarını beynəlxalq aləmdə
qorumaq və hüquqların mövcudluğunu sübut etdirmək üçün
dövlətin fəaliyyət səlahiyyətlərini təmin etmək; dövlətin və
vətəndaşlarının xarici ölkələrdə pozulmuş hüquqlarının
88
bərpasını müəyyən etmək; dövlətin inkişaf siyasətinin
ə
saslarını müəyyən etmək; dövlətin fəaliyyətini təşkil etmək
və qorumaq; xarici siyasət istiqamətlərini müəyyən etmək və
müəyyən olunan xarici siyasət istiqamətlərini qorumaq;
xarici siyasətin həyata keçirilməsini təmin edən obyektləri və
subyektləri müəyyənləşdirmək; xarici siyasətin istiqamətləri
arasında bağlılığı, koordinasiyanı müəyyən etmək, pilləli və
mərhələli siyasəti təşkil etmək; ölkə vətəndaşlarının
beynəlxalq səviyyəli hüquqlarını təmin etmək üçün bu
məqsədlə fəaliyyət istiqamətlərini təşkil etmək; dövlətin daxili
siyasəti ilə onun xarici siyasəti arasında koordinasiyanı
yaratmaq; xarici siyasətin strukturlarını yaratmaq və
mexanizm qaydalarını müəyyən etmək; digər dövlətlərlə olan
ə
laqələr və münasibətlər normalarını və qaydalarını müəyyən
etməkdən və s. ibarətdir. Xarici siyasət öz vəzifəsini dövlətin
daxili imkanlarına və beynəlxalq şəraitə uyğun olaraq,
imkanlar və potensial baxımından daima genişləndirə bilər.
Xarici siyasətin vəzifəsi ona verilən səlahiyyətlər çərçivəsində
(dövlətlərə verilən xarici siyasət fəaliyyətləri sayəsində) daima
genişlənmə funksiyasına malikdir.
Daxili siyasətin xarici siyasətlə (beynəlxalq
münasibətlə) uyğunlaşdırılması və uzlaşdırılması
Başlanğıcda belə bir nəzəri-fəlsəfi fikir bildirmək olar:
“Beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və
prinsipləri beynəlxalq ictimayyət üçün –dövlətlər birliyi üçün
“konstitusiya”dır-vahid universal “sənəddir”, vahid modellərdir
və qaydalardır. İdeallıqda və reallıqda, eləcə də bu iki anlayışın
vəhdətində təzahür edən ədalət normaları və ədalət standartları
bu konstitusiyanın baza mahiyyətidir. Beynəlxalq münasibət-
lərin “konstitusiyası”ndan ayrı-ayrı sahələri əhatə edən
beynəlxalq normalar yaranır, hüquq normaları şəbəkəsi ortaya
çıxır, eləcə də dövlətlərin daxili qanunvericilik siyasəti
89
genişlənir. Onu da nəzərə almaq lazımdır ki, müasir anlamda
hüquq normasının qəbulu dedikdə, ilk növbədə insanların,
ümumilikdə bəşəriyyətin hüquqlarının təminatı istəkləri nəzərə
alınmalıdır. Hüquq norması ədalətə xidmət etməlidir. Bu,
universal prinsipdir. Lakin ola da bilər ki, qəbul edilən
müəyyən bir hüquq norması digər tərəflərin maraqlarını nəzərə
almasın. Bu, fərdi və xüsusi əhəmiyyət kəsb edən normadır.
Lakin bu norma hüququn ədalətli məzmunundan irəli gələrək,
digərlərinin hüquqlarını məhdudlaşdırmamalıdır və pozma-
malıdır. Bu baxımdan beynəlxalq konvensiyalarda da belə bir
prinsip əksini tapır ki, konvensiyalar başqa beynəlxalq
sənədlərlə ziddiyyət təşkil etməməlidir. Belə ki, Qadınlara
qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və
onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyasının
Digər beynəlxalq sənədlərlə əlaqə adlanan X Fəslində yazılır ki,
bu Konvensiya bu Konvensiyanın Tərəflərinin iştirakçısı
olduqları və ya gələcəkdə olacaqları və bu Konvensiya ilə
tənzimlənən məsələlərlə bağlı müddəaları əks etdirən digər
beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərə xələl gətirmir.
Sonra yazılır ki, bu Konvensiyanın Tərəfləri onun müddəalarını
tamamlamaq və ya gücləndirmək, yaxud Konvensiyada təsbit
olunmuş prinsiplərin tətbiqini asanlaşdırmaq məqsədi ilə bu
Konvensiyada öz əksini tapmış məsələlərlə bağlı bir-birilə
ikitərəfli və ya çoxtərəfli sazişlər bağlaya bilərlər.
1
Buradan da
belə bir məntiqi prinsip ortaya çıxır ki, beynəlxalq sənədlər
ədalət naminə, ədalətin möhkəmlənməsi və qorunması
baxımından, bir-birilə ziddiyyət təşkil edə bilməzlər. Beynəl-
xalq sənədlərin daxili qanunvericilikdə öz əksini tapması
sayəsində kompleks qaydada ədaləti özündə əks etdirən
normalar məcmuəsi ortaya çıxır və bundan da möhkəm və sabit
cəmiyyətlər, sabit münasibətlər sferaları meydana gəlmiş olur.
Hüquq içərisində ədalətin mütləq varlığına dair fikir
1
Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və
onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyası
90
baxımından belə bir oxşatma etmək olar: nə qədər (çoxlu
çeşiddə) yemək hazırlayırsansa hazırla, bu yemək mütləq tamlı
(dadlı) olmalıdır və hamı tərəfindən yeməli olmalıdır, ləzzətli
və xoşagələn olmalıdır. Yemək reseptləri və burada olan tamlar
(dadlar) məhz ayrı-ayrı sahələrdə qəbul olunan və ayrı-ayrı
sahələrdə münasibətləri ədalətli şəkildə tənzim edən hüquq
normalarını xatırlatmalıdır”.
İndiki zamanda hər bir dövlət öz daxili siyasətini xarici
siyasəti ilə uyğunlaşdırmaq və beynəlxalq standartları qəbul
etmək siyasətini həyata keçirir. Əvvəlki başlıqlarda qeyd
olunduğu kimi, dövlət öz daxili resurslarını artırmaq və inkişaf
etmək üçün xarici siyasət reallaşdırır. Dövlət xarici siyasətini
birbaşa tənzim edir və təşkilatları (yaratdıqları beynəlxalq
təşkilatlarla) ilə reallaşdırır. Xarici siyasətin iki mühüm
istiqaməti formalaşır. Beynəlxalq təşkilatların fəaliyyətinin
əsas məqsədi baza etibarilə dövlətlərin xarici siyasətləri
arasında əlaqəni və uyğunlaşdırmanı (burada məzmun
etibarilə uyğunlaşdırmadan söhbət gedir. Forma fərqli ola
bilər. Məsələn, dövlətlər öz daxili siyasətlərini müxtəlif
formalarda təşkil edə bilərlər. Lakin məzmun ondan ibarət
olmalıdır ki, siyasətin əsasında xidmət amili dayanmalıdır)
təmin etməkdən ibarətdir. Təşkilatlar da beynəlxalq siyasətin
və münasibətlərin idarəolunması funksiyasını yerinə yetirirlər.
(Qeyd: idarəetmə özündə müxtəlif hərəkət istiqamətlərini
birləşdirir: hazırlama və icra etmə, yoxlama, müşahidə,
nəzarət və bunlardan irəli gələrək hesabatlar vermək və
hesabatlar qəbul etmək kimi akt istiqamətləri idarəetmə
funksiyasının tərkibini formalaşdırır. İdarəetmə isə tərəflər
arasında bu və ya digər obyektlərə asılılıq vəziyyətlərindən
meydana gəlir). Təşkilatlar vahid beynəlxalq sənəd layihələri
(məsələn, konvensiyalar) hazırlayırlar və dövlətlərə (tərəflərə)
qoşulmaq üçün təqdim edirlər. Təşkilatlar bununla dövlətlərin
daxili siyasətləri (öhdəlikləri qəbul etməklə icrasını təmin
etmək), eləcə də xarici siyasətləri arasında (icra haqqında
öhdəliyi qəbul etmək) bir uyğunluq yaratmağa çalışırlar.
91
Başlıca məqsəd də hansı dövlətdə və cəmiyyətdə yaşamasından
asılı olmayaraq insana xidmət amili ortaya çıxarmaaqdan
ibarətdir. Beynəlxalq təşkilatlar çalışırlar ki, dövlətlərin daxili
qanunvericiliklərində də ədalət normaları öz əksini tapsın.
Məsələn, “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının
qarşısının alınması və onlarla mübarizə haqqında Avropa
Şurasının Konvensiyası”nın 4-cü maddəsində yazılır ki, tərəflər
hər kəsin, xüsusilə də qadınların həm ictimai, həm də şəxsi
həyatda zorakılıqdan azad yaşama hüququnu təşviq və müdafiə
etmək üçün zəruri qanunvericilik tədbirləri və digər tədbirlər
görürlər:
milli
konstitusiyalarında
və
digər
müvafiq
qanunlarında qadınlarla kişilərin bərabər olması prinsipini
təsbit etmək və bu prinsipin təcrübədə tətbiqini təmin etmək və
s.
1
Bu ədalət mövcudluğun, varlığın yaşamasına, qorunmasına
və inkişaf etməsinə xidmət edən baza ideoloji amil rolunu
oynayır. Dövlətlərin özlərinin yaratdıqları təşkilatlar özlərinə
də nəzarət edirlər. Beynəlxalq təşkilatlar dövlətlər arasında
əlaqlər yaratmaqla, onların daxili siyasətlərini uzlaşdırmaqla
bərabər, həm də bir nəzarət funksiyasını yerinə yetirirlər.
Buradan da belə bir məntiqi fikir ortaya çıxır ki, dövlətlər
beynəlxalq münasibətlər sahələrinə qoşulmaqla, öz üzərlərində
nəzarətedən qurumları və vasitələri meydana gətirirlər. Bu
baxımdan da dövlət daxildən və kənardan nəzarət edən və eyni
zamanda nəzarət olunan (daxildən-cəmiyyətləri tərəfindən
dövlət hakimiyyətlərinə nəzarət olunur) bir qurumdur. Bu iki
istiqamətli nəzarət formulası, metodu və onlar arasında
birləşmə koordinatları və xətləri dövlətləri beynəxalq münasi-
bətlərdə və dünya siyasətində taraz vəziyyətdə saxlayır və
dövlətlərin dünya siyasəti müstəvisində inkişafları təmin olunur.
Dövlətə daxildən və xaricdən olunan nəzarət və onun
istiqamətləri (bu, həm də idarəetmə deməkdir) bir növ “kürəni
havada saxlayan dartılıb-uzanan iplər” rolunu oynayır. Bu kürə
1
“Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və
onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyası” Maddə 4-Əsas
hüquqlar, bərabərlik və ayrı-seçkiliyə yol verməmə.
92
iplər hesabına havada qalaraq hərəkət vəziyyətində olur.
Hərəkət vəziyyətləri də dövlətlərə inkişaf etmək imkanlarını
yaradır. İplər bir sistem xətləri kimi əhəmiyyət kəsb edir və
dövlətin mövcudluğunu təmin edir. Buradan da belə bir
məntiqi nəticə ortaya çıxır ki, dövlətdaxili münasibətlər və
beynəlxalq münasibətlər sistemi dövlətin varlığını əks etdirən
kompleks amillərdir və kriteriyalardır.
Dövlətin iki baza istiqamətli fəaliyyəti sayəsində daxili
siyasətlə xarici siyasət arasında bir əlaqəlililk və bütövlük
meydana gəlir. Daxili siyasətin vəzifəsi ilə xarici siyasətin
vəzifəsi arasında birləşmə ortaya çıxır və dövlətin hər iki
fəaliyyət sahəsində maraqları bütövləşir. Bu bütövləşmədən
obyektlər arasında da müəyyən oxşarlıqlar, uyğunluq halları
yaranır. İki istiqamətli siyasət sayəsində dövlətin daxili siyasəti
ilə onun beynəlxalq münasibətləri arasında uyğunluq meydana
gəlir. Hər iki siyasət istiqamətləri bir-birini tamamlayır.
Dövlət daxili siyasətini xarici siyasəti ilə uzlaşdırdıqda
ümumi beynəlxalq münasibətlərin öhdəliklərini qəbul edir. Bu
öhdəliklərin qəbul edilməsi təbii ki, beynəlxalq sənədlərə
qoşulmalar yolu ilə və daxili qanunvericilik aktlarını bu
sənədlərə uyğunlaşdırmaq yolu ilə həyata keçirilir. (Qeyd:
dövlətlərin, onların konstitusiyalarından və referendum yolu
ilə qəbul olunmuş aktlarından başqa, digər qanunvericilik
sənədləri ilə tərəfdar olduqları beynəlxalq sənədlər ziddiyyət
təşkil etdikdə, onlar beynəlxalq sənədi əsas götürürlər.
Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci
maddəsi də bu məsələləri tənzim edir. Bu hal beynəlxalq
birliyin və etimadın əsaslarından irəli gəlir. Burada
konstitusiya və referenduma üstünlük vermə amili isə
dövlətləri bir bütöv kimi beynəlxalq münasibətlərdə öz-
özlərini müstəqil səlahiyyətli qurumlar kimi saxlamaq
siyasətlərindən irəli gəlir. Dövlətlər beynəlxalq münasibət-
lərdə tam asılılıq rejimini qəbul etmirlər və yalnız yumşaq
nəzarətə üstünlük verirlər. Siyasətin əhəmiyyət dərəcəsində
birinci yerdə daxili siyasət, ikinci yerdə isə xarici siyasət
93
dayanır. Xarici siyasət də daxili siyasətə xidmət edir).
Uzlaşma sayəsində siyasətin icrası zamanı qəbul edilən hüquq
normaları ədalət prinsiplərini özündə əks etdirir. Dövlətin
beynəlxalq münasibətlərə qoşulması və onun şərtlərinin öz
daxili siyasətində öhdəlik kimi qəbul eməsi dövlətin
beynəlxalq birlik içərisində inam və etibarını artırır. Dövlət
beynəlxalq münasibətlərə qoşulduqda özünün beynəlxalq
münasibətlərin subyekti kimi əhəmiyytini artırmı və önə
çəkmiş olur. Dövlət beynəlxaql münasibətlər sahəsində
öhədliklər qəbul etməklə və öhdəlikləri yerinə yetirməklə baza
etibarilə özünü etibarli tərəfdaş kimi tanıtdırmaq məqsədlərini
güdür. Dövlət beynəlxalq münasibətlərlə öz xarici siyasətini
uzlaşdırdıqda demək olar ki, özünü də beynəlxalq münasibət-
lərdə təcrid olunmuş vəziyyətdə hiss etmir. Uzlaşdırma
(uyğunaşdırma) sayəsində beynəlxalq münasibətlərin bütöv-
ləşməsi prosesləri meydana gəlir. Uyğunlaşdırmadan ortaya
çıxan vəziyyətlərdən irəli gələrək yaranmış etibarlılıq vəziyyəti
dövləti daha geniş aspektdə beynəlxalq münasibətlərin üzvünə
çevirir və dövlət öz resurslarını daha da artırmaq imkanları
qazanır. Yəni dövlət inanılan tərəfdaşa çevrilməklə xarici
tərəfdaşları və əməkdaşları özünə cəlb edir.
Hər bir dövlət beynəlxalq münasibətlərə uyğunlaşma
siyasətini iki istiqamətdə həyata keçirir: birincisi, hüquqi
aspektlərdir ki, dövlətlər çalışırlar ki, öz daxili qanun-
vericiliklərini beynəlxalq sənədlərlə (konvensiyalarla) uyğun-
laşdırsınlar. İkincisi, siyasi əhəmiyyət kəsb edir ki, dövlətlər də
çalışırlar ki, öz siyasətlərinin mahiyyətilərini beynəlxalq
aləmdə tanıtdırsınlar. Beynəlxalq birliyin tərəfdaşları kimi
özlərini sübut etdirmiş olsunlar. Beynəlxalq təcrübə məsələləri
də burada xüsusi önəm kəsb edir.
Daxili siyasətin beynəlxalq siyasətlə uyğunlaşdırılması
zamanı dövlət beynəlxalq siyasətin tərkib subyektinə çevrilir.
Eyni zamanda daxili siyasət qanunvericiliyi aktları beynəlxalq
hüquqla vəhdət təşkil edir. Bu zaman tərkib (yəni dövlətin
daxili siyasəti) ilə vahid (beynəlxalq siyasət) arasında bütövlük
94
meydana gəlir. Beynəlxalq sənədlərə qoşulmalar və imple-
mentasiya məsələləri dünya siyasətinin vahid məzmununu
ortaya çıxarır və dünyada bütün insanlar arasında vahid xidmət
amilini ortaya çıxarır.
Hüquqi sənədlər (bu sənədlər hüquq subyektinin vəzifə və
səlahiyyətləini, onların statuslarını müəyyn edir) əsasən daxili
siyasətlə xarici siyasət arasında koordinasiyaedici funksiya
daşıyır. Bu sənədlər daxili siyasəti xarici siyasətlə tarazlaşdırıcı
əhəmiyyət kəsb edir. Dövlət özünün həm vahid məzmunlu
siyasətini beynəlxalq siyasətlə uyğunlaşdırır, həm də ayrı-ayrı
sahələrini uyğunlaşdırma obyektinə çevirir. Burada onu da
nəzərə almaq lazımdır ki, uyğunlaşdırma zamanı baza
problemlər ortaya çıxmamalıdır və dövlət beynəlxalq
sənədlərlə ziddiyyət təşkil edən sənədləri qəbul etməməlidir.
Lakin dövlətin imkanlarından irəli gələrək pozitiv istiqamətdə
çoxlu sayda tədbirləri həyata keçirə və xidmət imkanlarını
genişləndirə bilər.
Daxili sənədlərin beynəlxalq sənədlərlə uyğunlaşdırılması
prosesində beynəlxalq sənədlərə qoşulmaqla dövlət daxilində
yeni qanunvericilik sənədləri və istiqamətləri meydana gəlir.
Daxili siyasətin beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə
dövlət özünü beynəlxalq siyasətin inamlı tərəfdaşına çevirir.
Burada dövlət özünü hamı tərəfindən qəbul olunmuş
beynəlxalq qaydalara tabe etdirmiş olur.
Uyğunlaşdırma (tətbiq, yəni implementasiya zamanı)
zamanı, dövlət beynəlxalq konvensiyaya qoşularkən və öhdə-
liklər qəbul edərkən, götürülmüş öhdəliklər istiqamətində
hüquqi sənədlərlə sahələr üzrə aşağıdakı məsələlər uyğun-
laşdırılır:
-beynəlxalq münasibətlərin və daxili siyasətin obyektləri,
konvensiyada əksini tapmış məsələlər;
-anlayışlar;
-məqsəd və vəzifələr;
-ödəlikdən irəli gələrək, obyektlər və subyektlər-bu, həm
də anlayışlarla və əhatə dairəsi ilə bağlıdır;
95
-öhdəliklərin əsasları və məzmunu, əsas istiqamətləri;
-baza prinsiplər;
-vəzifələr;
-dövlətin görəcəyi tədbirlərin əsasları və s.
Öhdəlik qəbul edilərkən qoşulma predmetləri arasında
anlayışlar arasında olan qəti uyğunsuzluqların əksəriyyəti
aradan qaldırılır.
Lakin dövlət beynəlxalq normalara zidd olmayan və
özünün daxili səlahiyyətinə aid olan çoxlu sayda tədbirləri
həyata keçirə bilər. Beynəlxalq hüquq normasından ona zidd
olmayan çoxlu sayda daxili qanunvericilik normaları qəbul
edilə bilər. İmplementasiya daha çox daxili qanunvericiliyn və
beynəlxalq münasibətlərin şaxələnməsinə gətirib çıxara bilir.
İmplementasiyanın məqsədi dövlətləri daxili siyasətlərində
məhdudlaşdırmaq yox, onu daha da genişləndirmək məqsədini
daşımalıdır. Bir faktı misal çəkək: 22 iyun 2010-cu ildə
“Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan
Respublikasının qanunu” qəbul edilibdir. 2011-ci ilin 11 may
tarixli “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının
qarşısının alınması və onlarla mübarizə haqqında Avropa
Şurasının Konvensiyası” mövcuddur. Burada qanunun əhatə
dairəsi (şamil edildiyi şəxslər) yaxın qohum olan ailə üzvləridir
(ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr,
doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və
övladlığa götürülmüş şəxslər) və birgə yaşadığı hallarda digər
qohumlardır.
1
Konvensiyada isə qadınlardır və 18 yaşından
aşağı kiçik qızlardır.
2
1
“Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan
Respublikasının qanunu” I Fəsil. Maddə 4.
2
“Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və
onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyası” I Fəsil, Maddə
3-Anlayışlar bölməsi. “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsi.
Parlament üzvləri üçün stolüstü kitab. “Qadınlara qarşı zorakılığın və məişət
zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa
Şurasının Konvensiyası” (İstanbul Konvensiyası).
96
Daxili siyasətin beynəlxalq siyasətlə uyğunlaşdırılması
sayəsində unifikasiya prosesləri yaşanır. Bu anda daxili
siyasətlə xarici siyasət vahid dövlət siyasətinin əsaslarını
təşkil edir. Unifikasiya təbii ki, vəhdətliyi meydana gətirir
və uyğunlaşmadan da uzlaşmalar meydana gəlir. Uzlaş-
malar da öz növbəsində paralellikləri ortaya çıxarır. Bu
uzlaşmalardan meydana gələn ziddiyyətlər də mövcud olur
ki, bu ziddiyyətlər sayəsində tərəflər arasında çəkişmələr
prinsipi ilə inkişaf halları yaşanır. Unifikasiya özü
tərkiblərdən bütövləşmənin meydana gəlməsinin əsaslarını
təşkikl edir. Vahidləşmə sayəsində enerji mənbələri
meydana gəlir və enerji mənbələri həm bütövün özünü
təmin edir, həm də ayrı-ayrı tərkib hissələri təmin edir.
Xarici siyasətin özü də bütövləşir. Bu zaman xarici
siyasətin istiqamətləri arasında əlaqlilik və zəncirlilik
meydana gəlir. Xarici siyasətin istiqamətləri arasında
meydana gələn təbii və zəruri bağlılıq təbii ki, unifikasiya
proseslərinin əsasını təşkil edir. Xarici siyasətin unifi-
kasiyası onun gücünü artırmaqla bərabər, təsirlərini də
genişləndirir və xarici siyasəti həm də bütövləşdirir.
Beynəlxalq münasibətlər anlayışı
Münasibət- (burada siyasi mənada), siyasətdən, siyasi
hərəkətlərdən irəli gələn, formalaşan bir anlayışdır. Bu, həm də
hərəkətlərə bağlıdır. Münasibət həmçinin reaksiyadır. Siyasi
məzmunlu hərəkətlər də siyasi münasibətlərin əsaslarını təşkil
edir. Dövlət siyasətinin dövlətin öz daxilində və xaricində
həyata keçirilməsini nəzərə alaraq, hesab etmək olar ki,
münasibətlərin də iki məkan sahəsi mövcuddur: siyasi
münasibətlərin daxili məkanı əhatə edən və daxili resurslar
üzərində qurulan forması; siyasi münasibətlərin dövlətin
sərhədlərindən kənar maraqlarını təmin etmək istiqamətində
olan forması. Münasibət anlayışının özünə də fəlsəfi-nöqteyi
97
nəzərdən iki aspektdən yanaşmaq olar: tərəflər arasında
ünsiyyət zamanı vəziyyəti yaradan və vəziyyəti əks etdirən
hərəkətlərdən meydana gələn və obyektlər üzərində təsirlərlə
müşahidə edilən bir mücərrəd vəziyyət və müəyyən məsələyə
bir və ya da bir neçə tərəfin mövqeyi. Münasibət ünsiyyət və
mövqe ilə yaranır və maraqların maddi və sosial tərkibini əks
etdirir. Bu baxımdan da münasibət mövqe, fikir və ünsiyyət
anlayışlarını kompleks olaraq özündə əks etdirən bir
məfhumdur.
Məlumdur ki, sosial-siyasi elmlərin (humanitar sahələri
tədqiq edən və bu sahələri kompleksləşdirən, sistemləşdirən
biliklərdən ibarət olan elmlər) hər bir qolu ictimai həyatın bu
və ya digər sferasını öyrənir. Sferalar həmin elmi qolların
obyektlərinə çevrilir. İlk baxışdan “beynəlxalq münasibətlər”
anlayışını müəyyən etmək, dərk etmək bir o qədər də xüsusi
çətinlik yaratmır. Elmi tədqiqat əsərlərində beynəlxalq
münasibətlər anlayışına bu kimi ad verilir. Bu –“dövlətlər və
dövlətlər sistemləri, əsas siniflər arasında, sosial, iqtisadi və
siyasi qüvvələr arasında, beynəlxalq arenada fəaliyyət
göstərən təşkilatlar və ictimai hərəkatlar arasında, daha da
geniş götürsək, xalqlar arasında iqtisadi, siyasi, ideoloji,
hüquqi, diplomatik və digər əlaqələrin cəmidir.”
1
Dostları ilə paylaş: |