XariCİ yaddaş qurğulari



Yüklə 315,33 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix22.05.2022
ölçüsü315,33 Kb.
#58972
  1   2   3   4   5   6   7
SƏRBƏST İŞ.




XARİCİ YADDAŞ QURĞULARI 
Xarici yaddaş qurğuları informasiyanın uzun müddət saxlanması üçün istifadə 
edilən qurğulardır. Bu qurğular infor masiyanın saxlanması üçün enerjidən asılı 
deyil. Kompüterlərdə xarici yaddaş kimi sərt diskdən, diskdən, fləşdən, optiki 
disklərdən, maqnit lentlərindən, maqnit kartlarından və s. istifadə olunur. Xarici 
yaddaşa bəzən informasiya daşıyıcısı da deyilir. Əməli yaddaşdan fərqli
olaraq bu yaddaşlardakı infor masiya kompüter elektrik şəbəkəsindən 
ayrıldıqda silinmir. İn formasiya daşıyıcısında informasiyanın uzun müddət 
saxlanması üçün maqnit örtüklü materiallardan və digər üsullardan istifadə 
olunur. 
Böyük kompüterlərdə maqnit lenti və maqnit diski infor masiya daşıyıcıları
kimi geniş tətbiq edilir. Maqnit lentinə informfasiya ardıcıl üsulla yazılır və
oxunur. 
Perfokartlar uzun müddət kompüter dünyasında verilən lərin saxlanılması üçün 
əsas qurğu olub. Perfokart latın sözüdür, perforo – dəlirəm, charta – papirus 
vərəqi, kağız deməkdir. Nazik kartondan hazırlanan perfokart informasiyanı 
kartın müəyyən mövqelərində dəliklərin olub-olmaması ilə təqdim edilir. IBM 
şirkəti 1949-cu ildə verilənlərin saxlanılması üçün yeni qurğu hazırlamağa 
başlayır və 1952-ci il may ayının 21-də IBM-701 seriyalı kompüterlər üçün 
IBM-726 lent daşıyıcı modulunu təqdim edir.1956-ci il sentyabr ayının 13-də 
ilk IBM şirkəti sərt diski (IBM 305) təqdim ediir. 1 tona (971 kq) yaxın çəkisi 
olan sərt disk ölçüsünə görə iri şkafı xatırladırdı. Perfokart və maqnit 
lentlərinin istifadə olunduğu bir dövrdə 5 milyon simvolu (5 MB) yaddaşda 
saxlayan sərt diskin yaradılması çox böyük nailiyyət idi. Sərt disk RAMAC 
(Random Access Method of Accounting and Control) adlanırdı və IBM-in San-
Xose şəhərindəki laboratoriyasında hazırlanmışdı. Qiyməti 50 min dollar idi. 
1 mbaytın qiyməti 10 min dollar bərabər idi. Sərt disk 35 min dollara (o 
dövrdə bu qiymət 17 minik avtomobilinin qiymətinə bərabər idi!) icarəyə 
verilirdi. Sərt disk daxilində 50 ədəd 24 düym (təxminən 61 sm) diametrə malik 
plastin yerləşirdi, oxuyan başlıq 1 ədəd olduğundan diskin işləmə surəti çox 
ləng idi. Yenə də Ronald Conson tərəfindən hazırlanmış digər modeldə isə 
(IBM 1301) hər 1 plastində ayrıca oxuyan başlıq var idi, bu da sərt diskin 
surətini artırırdı. Sərt disklər ölçüsünə görə (böyük yer tuturdu) bir çox illər 
daha çox elmi mərkəzlərin, iri şirkətlərin computer laboratoriyalarında istifadə 
olunub. 



1980-cı ildə Seagate Technology ST- 506 – 5 MB yaddaşa malik ilk 5 düymlü 
sərt diski təqdim edir. Bundan sonar isə sərt disklər fərdi kompüterlərdə 
işlədilən əsas qurğulardan birinə çevrilib. 

Yüklə 315,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin